Vətəndaş cəmiyyətində müxalifətçiliyin sosial-siyasi mahiyyəti

 

Vətəndaş cəmiyyətinin siyasi institutlarından biri müxalifətçilikdir. İdeya-siyasi, sosial-fəlsəfi ideallarına görə müxalifət konservativ, liberal, sağ, sol və digər qütblərə bölünür. Bundan başqa mötədil, radikal, loyal, konstruktiv, destruktiv müxalifət tipləri də mövcuddur.

Akademik R.Mehdiyev müxtəlif tipli müxalifət düşərgəsini aşağıdakı kimi səciyyələndirmişdir:

Qeyd etdiyim kimi, müxalifət partiyaları və qrupları hüquqi dövlətin və demokratik, vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsidir. Müxalifətin sadə bir anlayışı var: “Çoxluğun rəyinə qarşı və yaxud hakim rəyə qarşı çıxan partiya və qrup”. Müxalifətin siyasi düşüncəsi, əqidəsi və fəaliyyətinin əsasını təşkil edən ideya və dəyərlər hakim qrupdan, iqtidardan fərqlidir. Lakin bu, o demək deyil ki, müxalifətin ideyaları və platforması daha mütərəqqidir, reallığa daha uyğundur, yaxud mövcud şəraitin tələblərinə daha dolğun cavab verir. Siyasi elmdə mötədil, radikal, loyal (hakimiyyətlə əməkdaşlığa və onu müdafiə etməyə hazır olan), konstruktiv (məzmunlu, işgüzar təkliflər verən), destruktiv (dağıdıcı) müxalifəti fərqləndirirlər. Çoxrəngli və çoxqütblü Azərbaycan müxalifətinin palitrasında müxalifətin bütün bu çalarları bu və ya başqa dərəcədə təmsil olunmuşdur. Cəmiyyətimiz üçün aktuallığı nəzərə alınaraq bu yazıda daha çox ifrat, radikal müxalifət, müasir siyasi proseslərdə onun yeri və rolu, taktika və strategiyası, onun içərisindən loyal, konstruktiv müxalifətin formalaşmasının təhlilinə ilk cəhd göstərilmişdir. Özü də emosiya, hisslərə qapılmamaq şərti ilə, faktlara və məntiqə əsaslanaraq.

R.Mehdiyev düzgün olaraq göstərir ki, Azərbaycanda müxalifət siyasi spektrin bütün tərkibilə təmsil olunsa da, pozucu, dağıdıcı, destruktiv müxalifət bütövlükdə müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışır.

Halbuki əsil müxalifət dövlətçilik, istiqlalçılıq prinsiplərini müdafiə etməli, milli maraqlar naminə heç bir pozucu fəaliyyətə yol verməməlidir.

Azərbaycan müxalifətini təmsil edən müxtəlif yönümlü partiyalar öz proqramlarında “şəxsiyyətin azadlığı”, “azad sahibkarlığı”, “fərdiyyətçiliyi”, “xüsusi mülkiyyətə sadiqliyi” (Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal-Demokratik Partiyası və s.) “sülh, humanizm, insan haqları”, “iqtisadi rifah”, “ekoloji təhlükəsizlik” kimi ümumbəşəri prinsipləri (Azərbaycan Sosial-Demokratik Partiyası, Azərbaycan Sosialist Partiyası, Azərbaycan Demokratik Sosialist Partiyası), “dövlətçilik”, “millətçilik”, “hürriyyətçilik” kimi prinsipləri (Müsavat, AXCP, AMİP, ADP) “müdafiə” etdiklərini, demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun tərəfdarı olduğunu “bəyan edirlər”.

Təəssüf ki, müxalifət iqtidarla əməkdaşlıq, konsensus əvəzinə, bəzən aqressiv davranış tərzi nümayiş etdirir.

Siyasi sistemin varlığını təşkil edən təsisatların - dövlət institutları, partiyalar, ictimai təşkilatlar, elitalar, liderlər və bütün vətəndaşların fəaliyyəti milli mənafe naminə ölkənin demokratik inkişafına kömək etməkdir. Görkəmli Qərb tədqiqatçısı M.Veber göstərir ki, dövlət insanların spesifik birgə fəaliyyətinin kompleksidir. Siyasi fəaliyyətin subyektləri kimi insanların təşkil olunmuş qrupları - parlament, partiya funksiyaları, hakim qruplar - elitar, hökumət, digər dövlət orqanları, bilavasitə, siyasi sistemdə fəaliyyət göstərən liderlər çıxış edir. Siyasi fəaliyyətin mahiyyətini cəmiyyətin demokratik idarə olunması təşkil edir.

Siyasi ədəbiyyatda göstərildiyi kimi, partiyaların siyasi fəaliyyəti müəyyən sosial qrupların marağının əsaslandırılması və müdafiə edilməsi, dövlət hakimiyyətinin konkret siyasətində onların reallaşdırılması ilə bağlıdır.

Siyasi qüvvə” siyasi subyektin konkret modifikasiyası mənasını verir. Siyasi qüvvələr təşkil olunmuş sosial qruplar, siniflər, təbəqələr, milli birliklər (icmalar), beynəlxalq birliklərdir (dövlət ittifaqları, hərəkatları).

Siyasi fəaliyyətin təşkilinin ali forması siyasi institutlardır (dövlət, siyasi partiyalar). Siyasi fəaliyyətin konkret subyektləri müxtəlifdir. Və əsasən iki növü var: qrup və fərdi subyektlər. Qrup subyektlərinə sinfi, milli, ərazi (regional), korporativ, elitar subyektlər daxildir. Fərdi subyekt - qrupla birgə fəaliyyət göstərən istənilən aktiv şəxsdir. Siyasi qrupları sosial qruplardan fərqləndirmək lazımdır. Siyasi fəaliyyətin subyekti kimi çox vaxt böyük sosial qrupların ya qarışıq qrupların yalnız bir hissəsi (təbəqəsi) çıxış edir.

Siyasi fəaliyyətin mühüm əlamətlərindən biri onun səmərəliliyidir. Başqa sözlə desək, bu, siyasi mənafelərə, məqsəd dəyərlərə düşünülmüş istiqamət götürmək deməkdir. M.Veberin fikrincə, səmərəliliyin iki növü var: məqsədyönlü səmərəlilik (şüurluluq, siyasi məqsədlərin elmi əsaslandırılması) dəyər-səmərəli fəaliyyət (dəyərlərin dərk edilməsi). Səmərəliliyin hər iki növü bilik dəyərləri hakimiyyət idarəetmənin ən mühüm amillərinə çevirməyi sübut edir. Siyasətdə səmərəlilik spesifikdir: buraya ideologiya daxildir. İdeoloji komponent bütün siyasi fəaliyyətə müncər edir, o, müəyyən dəyər maraqlara istiqamətlənmişdir. Bundan əlavə, ideologiya siyasi fəaliyyətin istiqamətinin ölçü əlamətidir.

Siyasi fəaliyyətin növlərinin təsnifatını verərkən onun aşağıdakı modellərini göstərmək olar: konstruktiv-pozitiv (sistemin funksiya göstərməsinin təmin edilməsinə istiqamətlənmiş), neqativ-destruktiv (sistemin dağılmasına istiqamətlənmiş), strateji operativ-taktiki fəaliyyət (siyasi proqram müddəalarının fəaliyyət taktikasının həyata keçirilməsinə istiqamətlənmiş).

Siyasi fəaliyyətin aktivliyinin (onun təşkil edilməsi istifadə olunan metodlarının müxtəlifliyi baxımından) palitrası genişdir. Bunlar leqal qeyri-leqal, açıq gizli, nizamlı kortəbii, institusionallaşmış institusionallaşmamış, könüllü səfərbər edilmiş fəaliyyətdir. Amerikan politoloqu D.Sartori qeyd edir ki, siyasət idarə edənlər idarə olunanlar arasında qarşılıqlı münasibətdir. Müasir cəmiyyətdə siyasi idarəetmə bütövlükdə sosial proseslərin idarə olunmasının özəyidir.

Professor Ə.Tağıyev iqtidar partiyasının islahatçı, dövlətçilik demokratiya prinsiplərinə sadiq olduğunu, müxalifətin daha çox türkçülük, azərbaycançılıq, islamçılığı müdafiə etdiyini göstərərək iqtidar müxalifətin düzgün olaraq bir xətdə birləşdirdiyini milli maraqların, ərazi bütövlüyü, Dağlıq Qarabağ probleminin həlli, dövlətçilik, vətənçilik, xalqçılıq, millətsevərliyin birləşdirdiyini qeyd edir.

Azərbaycanda müxalif partiyalar fikir plüralizmi olsa da, dövlətin yeritdiyi siyasətə konstitusiyaya münasibətdə onlar əsasən həmrəylik nümayiş etdirirlər. Sivil ölkələrdə müxalif konstitusiyanın qəbul etdiyi prinsiplər əsasında fəaliyyət göstərir iqtidara qarşı öz siyasi mübarizəsini qəbul olunmuş normalar əsasında aparır. Bugünkü iqtidarla müxalifətin münasibətində biz tədricən bu yüksək siyasi mədəniyyətə keçidin şahidi oluruq. müxalifət, iqtidar söymək, antihumanist siyasət yeritmək, zor işlətmək üçün yaranmamışdır. Dövlət çevrilişi, qəsd, zorakılığa əl atmaq üsulları s. yollar sivil cəmiyyətlərə xas olan cəhətlər deyildir. Hazırda ölkəmiz totalitarizmdən tədricən demokratiyaya vətəndaş cəmiyyətinə doğru gedir. Belə bir şəraitdə hamı vahid bir ideyanın - Azərbaycan milli ideyasının həyata keçirilməsi uğrunda mübarizə aparmalıdır”.

Bugünkü iqtidar demokratik müxalifətin mövcudluğunu hüquqi dövlətin əsas atributu kimi qəbul edir. R.Mehdiyevin qeyd etdiyi kimi, iqtidarla müxalifət arasında vicdanlı, normal, sivil münasibətlər bütün cəmiyyət üçün nümunədir, siyasi sabitliyə, əhalinin müxtəlif qrupları arasında siyasi mədəniyyət, tolerantlıq tərbiyə olunmasına kömək edir. Bu da millətin intellektual mənəvi qüvvələrini təxirə salınmaz ümummilli vəzifələrin həllinə, xalqın daxilində inteqrativ meyillərin güclənməsinə səfərbər etməyə yardım göstərir.

Azərbaycanın milli mentalitetinə, dövlətçilik ənənələrinə əsaslanan əsil demokratik rejim qurmaq yolu seçmiş, dünyanın ən yaradıcı dövlət başçılarından olmuş Ulu Öndər Heydər Əliyev ölkədə müxalifətin mövcudluğunu demokratiyanın əsas əlamətlərindən biri hesab edərək, onların fəaliyyəti üçün geniş şərait yaratdı. Professor S.Xəlilov Ulu Öndərin bu sahədəki xidmətləri haqqında yazır: “ qədər paradoksal görünsə , bu gün müxalifətin bu qədər şaxələnməsi, bu qədər mətbuat orqanlarına, ictimai siyasi təşkilatlara malik olması onların özünün dinc əmin-amanlıq şəraitində, hətta özlərininbəylikdövründə nail olmadıqları rahatlıq ağayanalıqlafəaliyyət göstərmələri, məhz Heydər Əliyevin böyük səy zəhməti hesabına qurulmaqda olan demokratik rejimin bəhrələridir.

Heydər Əliyevin yaratdığı cəmiyyət heç yeknəsəq, monoton bir şey olmayıb, çox mürəkkəb, daxili ziddiyyətləri olan bununla da cəmiyyətin bütün təbəqələrinin düşüncə mənafelərinin təmsil olunmasına imkan verən bir cəmiyyətdir. Plüralizm əsil demokratiya zəminində qurulmuş bir cəmiyyətdir. Onun hərəkətverici qüvvəsi öz içindədir, əksliklərin toqquşmasından, daxili ziddiyyətlərin həllindən həqiqi böyük bir inkişaf prosesi alınır. Heydər Əliyevin yaratdığı stabillik isə donuq bir şey olmayıb, dinamik bir stabillikdir”.

Ulu Öndərin siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev sağlam müxalifətin fəaliyyətinə geniş imkanlar yaratmaqla yanaşı, siyasi münasibətlərin masa arxasında, danışıqlar yolu ilə əməkdaşlıq əsasında tənzimlənməsinin tərəfdarıdır. Destruktiv müxalifətisiyasi uğursuzlarqrupu adlandıran cənab İlham Əliyev göstərir ki: “Müstəqil Dövlətlər Birliyinin digər ölkələrindən fərqli olaraq, bizim müxalifətin xüsusi cəhəti ondan ibarətdir ki, o, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş tamamilə iflasa uğramışdır. Neçə illərdir ki, eyni insanlar eyni mövqedə qalmaqdadırlar”. Müxalifət-iqtidar qarşıdurmasına toxunan ölkə Prezidenti münasibətlərin bir daha masa arxasında dialoqla həll etməyin tərəfdarı olduğunu, yeni, sağlam müxalifətin formalaşacağına ümidvarlığını bəyan edir, cəmiyyətdə bütün müxalifət qüvvələri iqtidar arasında normal, sağlam, dözümlü münasibətin olmasını istəyir, ümummilli məsələlərdə konsensusun olmasına çalışır: “Mənim üçün ən başlıcası milli maraqlarımızdır. Azərbaycan xalqının normal inkişafı, Azərbaycanın möhkəmlənməsidir.

Siyasi proseslərə gəldikdə, deməliyəm ki, mən çox istərdim ki, ölkədə ciddi, sivilizasiyalı, mədəni müxalifət olsun... Ölkənin, demokratik proseslərin normal inkişaf etməsi, Avroatlantik regionunun bir hissəsinə çevrilməsi üçün müxalifətdə dəyişiklik baş verməlidir”.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 12 noyabr.-S. 10.