Azərbaycan
Respublikası Konstitusiyası - 16 il...
Dünən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı,
YAP Nizami rayon təşkilatının Keşlə ərazi
ilk partiya təşkilatı və Azərbaycan Standartlar
İnstitutunun birgə təşkilatçılığı
ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsinin 16-cı ildönümünə həsr
olunmuş bayram tədbiri keçirilib. Tədbirdə ilk
olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının
Konstitusiyası öz demokratikliyi və insan hüquqlarına
sadiqliyi baxımından yüksək qiymətləndirilir.
Şübhəsiz ki, bütün bunlar Azərbaycan
dövlətinin humanizminin, insan hüquq və
azadlıqlarına olan hörmətinin, demokratik cəmiyyət
quruculuğu prosesinə sədaqətinin göstəricisidir.
Eyni zamanda, cəmiyyətdə ədalət prinsiplərinin
sütunlarının möhkəmləndirilməsinə xidmət
edir. Nəzərə almaq lazımdır ki, yalnız o cəmiyyətlərdə
inkişaf baş verir ki, orada hüququn aliliyi təmin olunsun.
Azərbaycan da, konstitusiyada təsbit olunduğu kimi, məhz bu
yolla uğurla addımlamaqdadır.
Tədbirdə
çıxış edən Azərbaycan Standartlar
İnstitutunun direktoru
Rauf İsmayılov vurğuladı ki, müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyasının qəbul olunması ölkəmizin
tarixində çox mühüm
yer tutur.
Konstitusiyanın yaradılmasında xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Məhz Ulu Öndərin təşəbbüsü
ilə xalqımız hər il bu günü bayram - Konstitusiya Günü kimi qeyd edir: “1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyəti ölkədə
hakimiyyət bölgüsünün təmin
edilməsi istiqamətində bir sıra qanunlar qəbul etmişdir.
Sovet İttifaqı dövründə
respublikamızda qəbul olunmuş dörd konstitusiya formal xarakter
daşımış, orada əksini
tapmış insan hüquqlarının
mühafizəsi ilə bağlı konkret
mexanizmlər fəaliyyət göstərməmişdir”.
Natiq onu da xatırlatdı ki, konstitusiyanın ildönümü
ilə əlaqədar olaraq institutun foyesində Azərbaycan dövlətçiliyinə
və Ulu Öndər Heydər Əliyevə,
eləcə də, ölkə Prezidenti İlham Əliyevə həsr olunmuş
stend qurulmuşdur.
Stenddə Ulu Öndərimizin keşməkeşli
siyasi yolu, uğurlu fəaliyyəti ilə bağlı
şəkillər yer almışdır.
Həmçinin, bu stenddə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin mütərəqqi siyasətinə
həsr olunmuş fotolar
da tamaşaçıların geniş marağına səbəb olur.
Tədbirdə
YAP Nizami rayon təşkilatının
sədri, millət vəkili Sədaqət Vəliyeva
iştirakçıların diqqətinə
çatdırdı ki, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ilk təşəbbüslərindən biri konstitusiyanın
yaradılması olmuşdur. Nəticədə
1995-ci ildə müstəqil Azərbaycanın ilk
Konstitusiyası referendum yolu
ilə qəbul edilmişdir: “İlk konstitusiyada insan hüquq və
azadlıqlarının təminatı əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Konstitusiyanın qəbulundan sonra
ölkəmizin hüquq sistemində ciddi islahatlar
aparılmışdır. 2009-cu ildə keçirilmiş
referendumdan sonra
insanların sosial rifahının
yaxşılaşdırılmasına xidmət etmək məqsədi
ilə sosial hüquqların təminatı
məsələləri də Konstitusiya Məhkəməsinin
fəaliyyətinə daxil olunmuşdur. Eyni zamanda, xüsusilə, vurğulamaq
istərdim ki, gənclərimiz də
konstitusiyamızın demokratik dəyərlərindən
bəhrələnir, inkişaf edirlər.
Məhz ölkədə aparılan gənclər siyasəti bu məfhumu təsdiq edir.
Prezident İlham Əliyevin gənclərlə
bağlı gördüyü böyük işlər bir
daha sübut edir ki, Azərbaycan gənci
bütün məqamlarda hüquqi
dəyərlərə istinad edərək,
gələcəkdə daha böyük uğurlara imza atacaq”.
Tədbirdə
YAP Nizami rayon təşkilatının
Keşlə ərazi ilk partiya
təşkilatının sədri Hacı Əkbər Miskinov Azərbaycan Respublikası
Konstitusiyasının qəbul olunmasından 16 il
ötdüyünü xatırladaraq, bildiridi ki, 1995-ci il noyabr ayının 12-də
keçirilən ümumxalq səsverməsi
- referendumda xalqımızın böyük əksəriyyətinin
dəstəyi ilə qəbul olunmuş
ölkənin Əsas Qanunu mükəmməlliyi
ilə seçilir, dövrün
çağırışlarına tam cavab verir və bu da təsadüfi deyil: “Çünki Azərbaycan
Respublikası Konstitusiyasının hazırlanmasına birbaşa xalqımızın Ümummilli
Lideri, böyük
dövlət xadimi, dahi
şəxsiyyət Heydər Əliyev rəhbərlik edib. Konstitusiyanın bir dövlətin gələcək taleyində
rolunu, ümumiyyətlə, dövlətçiliyin
inkişafındakı əhəmiyyətini dəqiq qiymətləndirən
Ümummilli Lider Heydər
Əliyev bu prosesə həddindən
artıq məsuliyyətlə yanaşır,
çıxışlarında “bu mühüm sənədin qəbul olunması
üçün gələcək nəsillərin
qarşısında cavabdehlik” məsələsinin
məhz Onun üzərinə çox böyük məsuliyyət
qoyduğunu vurğulayırdı. Məhz
bu diqqətin nəticəsi olaraq, Azərbaycanda Avropa
və beynəlxalq aləmdə qəbul olunmuş
əsas hüquqi aktların tələblərinə,
milli maraqlarımıza tam
cavab verən konstitusiyamız qəbul olundu. Müstəqil Azərbaycan dövlətinin
tarixində ilk olan bu sənəd qəbul edilərkən məhz
bu niyyətlər ifadə edilib”.
Görüşdə institun əməkdaşları
Habil Hümbətov, Vüsal
Cəfərov və başqaları bildirdilər ki, gənc olmalarına rəğmən daim ölkə quruculuğunda
iştirak etməkdən qürur
duyur və fərəh hissi
keçirilər. Azərbaycan Respublikası
Konstitusiyasında sadalanan bir çox
müddəalar bugünkü gəncin həyat
fəaliyyətinin daha geniş
çərçivədə inkişaf
etməsinə stimul verir.
Məhz bu baxımdan da,
xüsusilə, vurğulandı ki, institutda çalışan əməkdaşların
70 faizini gənc nəsilin nümayəndələri
təşkil edir. Bu da ki, təbii olaraq, Prezidenti İlham Əliyev tərəfindən istiqamətləndirilmiş
uğurlu gənclər siyasətinin bariz göstəricisidir. Bayram tədbirində “Veysəloğlu” MMC-nin
əməkdaşları Həşim Rəhimov və Şahin Quliyev, “Güzgü furnitor” ASC-nin İdarə Heyətini sədri İsa Musayev, “Bakı mexaniki təmir” ASC-nin
İdarə Heyətinin sədri Kəmaləddin Nəsibov və
başqaları çıxış edərək, bildirdilər
ki, Azərbaycan Konstitusiyası hazırda bir çox demokratik dövlətlərin
konstitusiyalarından da mükəmməl
və mütərəqqi dəyərlərə söykənir.
Tədbir iştirakçıları sonda onu da vurğuladılar ki,
Azərbaycan xalqı, öncələr olduğu
kimi, bu gün və sabah da ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib,
respublikanın tərəqqisində yorulmaz
fəaliyyət göstərəcəklər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 12 noyabr.- S. 6-7.