Pakistanın nüfuzlu “Centerline” jurnalı:
“ Bakı Beynəlxalq Humanitar Forumu tarixi hadisədir”
Pakistanın nüfuzlu “Centreline” jurnalında nəşrin baş redaktoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı
Ansar Mahmud Battinin bu mötəbər tədbir ilə bağlı məqaləsi
və səfir Daşqın Şikarovun müsahibəsi dərc olunub.
Məqaləsində A.Batti Azərbaycan
nümayəndələri ilə
yanaşı, dünyanın
siyasi, elmi və mədəni elitasının görkəmli
təmsilçilərinin, o cümlədən tanınmış
dövlət xadimlərinin,
elmin müxtəlif sahələri üzrə
Nobel mükafatçılarının və nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı
ilə keçirilmiş
Bakı Beynəlxalq Humanitar Forumunun tarixi hadisə olduğunu vurğulayıb. Pakistan nümayəndə
heyətinin Türkiyə
və Rusiyadan sonra tərkibinin sayına görə üçüncü olduğunu
bildirən müəllif
qeyd edib ki, bu, ölkələrimiz
arasında münasibətlərin
yüksək səviyyədə
olmasının və
beynəlxalq arenada bir-birlərinin mövqelərini
tam dəstəkləməsinin bariz nümunəsidir.
A.Batti Azərbaycanın Qərb və Şərqin qovuşuğunda
yerləşdiyini və
burada bir çox etnik qruplara, mədəniyyətlərə
və dinlərə mənsub olan insanların tam anlaşma şəraitində yaşadığını,
buna görə də forumun məhz Bakıda keçirildiyini vurğulayıb.
Jurnalın baş redaktoru forumun çox mədəniyyətliliyinin nailiyyətləri
və problemləri, dünyada dəyişən
müasir texnologiyalar,
elmlərin konvergensiyası,
biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar,
postmodernist mədəniyyətdə ənənəvi dəyərlər
sistemləri kimi aktual mövzulara həsr olunduğunu qeyd edib.
Müəllif yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciətində
qloballaşan dünyanın
dialoqa və tolerantlığa ehtiyac duyduğunu qeyd edib, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsindən söz açmış, işğal nəticəsində
bir milyon insanın qaçqın həyatını yaşadığını
və məsələnin
tezliklə həll olmasının vacibliyini vurğulayıb.
Məqalədə qeyd olunub
ki, forumun yekununda qəbul olunmuş Bakı Bəyannaməsində bəşəriyyətin
inkişafı üçün
mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun təşkil edilməsi ön plana çəkilib. Sənədin tam mətni jurnalın
səhifələrində dərc
edilib.
Azərbaycanın Pakistandakı səfiri
Daşqın Şikarov
jurnala verdiyi müsahibəsində isə
ölkələrimiz arasında
münasibətlərə, Ermənistan-Azərbaycan, Dağlı
Qarabağ münaqişəsinə,
Pakistan ilə İslam
Əməkdaşlıq Təşkilatının
bu məsələnin
nizamlanması istiqamətində
gördüyü işlərə,
Azərbaycan iqtisadiyyatına,
dövlətlərimiz arasında
mədəniyyət əlaqələrinə
və Pakistanın terrora qarşı apardığı mübarizəyə
dair sualları cavablandırıb.
Azərbaycan-Pakistan münasibətlərini
yüksək qiymətləndirən
diplomat ölkələrimiz arasında bir dənə də olsa problemli məsələnin olmadığını,
iqtisadi əməkdaşlığın
inkişafı üçün
böyük potensialın
olduğunu deyib, gündəmdə olan hökumətlərarası birgə
komissiyanın bu əlaqələrə təkan
verməsində böyük
rol oynayacağından
söz açıb. Səfir ticarət əlaqələrinin
inkişafı üçün
ölkələrimiz arasında
birbaşa hava əlaqəsinin qurulmasının
vacibliyini də vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
haqqında sualı cavablandıran diplomat bu ərazinin qədim Azərbaycan torpağı
olduğunu qeyd etmiş, Azərbaycanın
20 faiz torpaqlarının
Ermənistan tərəfindən
işğal edildiyini və bir milyon
insanın öz doğma yurd-yuvasından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə
düşdüyünü deyib. D.Şikarov Ermənistanın BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə məhəl
qoymayaraq hələ də işğalçı
siyasətindən əl
çəkmədiyini vurğulamış,
Pakistanın tutduğu
prinsipial mövqeyinə
və indiyədək
Ermənistanı bir dövlət kimi tanımadığına görə
Pakistan hökuməti və
xalqına minnətdarlığını
bildirib. Diplomat İslam
Əməkdaşlıq Təşkilatı
tərəfindən Dağlıq
Qarabağa aid bir neçə qətnamənin
qəbul edildiyini demiş və mötəbər təşkilatın
bu istiqamətdə daha da böyük
rol oynaya biləcəyi haqqında fikir irəli sürüb.
Azərbaycanın iqtisadi tərəqqisindən danışan
səfir, ölkəmizdə
aparılan neft strategiyasından və enerji layihələrin icrasından daxil olan gəlirlərin Neft Fondunda cəmləşərək
xalqın rifahına və qeyri-neft sektorun inkişafına yönəlməsi haqqında
ətraflı məlumat
vermişdir. Diplomat dövlətimizin
başçısının apardığı siyasət
nəticəsində respublikamızın
Nigeriya və Holland sindromuna düçar olmadığını, Azərbaycanın
mühüm bir tranzit ölkəyə çevrildiyini bildirmişdir.
Azərbaycan-Pakistan münasibətlərinin
qədim tarixindən söz açan D.Şikarov mədəni əlaqələrin inkişafından
danışmış, iki
xalqın mədəniyyətlərində,
dillərində, adət-ənənələrində
oxşarlıqlardan məlumat
vermişdir.
Pakistanın terrorla apardığı
mübarizəni yüksək
qiymətləndirən səfir
dost ölkənin hökuməti
və xalqının bu çətin sınaqdan alnı açıq çıxacağından
əmin olduğunu bildirmişdir.
Məqalənin və müsahibənin
tam mətnləri ilə
www.centreline.com.pk linkindən tanış olmaq olar.
Zümrüd
Səs.- 2011.- 12 noyabr.- S. 14.