Vətəndaş cəmiyyətinin liberal mühitində orta təbəqənin formalaşması xüsusiyyəti

 

 Postsovet məkanında vətəndaş cəmiyyəti quruculuğunda orta təbəqənin yaranması xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətdə liberal, bazar iqtisadiyyatının inkişafı prosesində əhalinin diferensiasiyası daha da güclənir. Kiçik biznesin yaranması ilə keçmiş fəhlə sinfinin siyasi statusunda dəyişikliklər baş verdi, onun iqtisadi təbəqə ilə qovuşması prosesi başlandı. Postsovet ölkələrindən biri kimi Azərbaycan  da cəmiyyətin sinfi strukturunun makrososioloji modelindən mikrososioloji modelinə - stratifikasiya strukturuna keçid prosesini yaşayır.

Rusiya tədqiqatçısı Q.Zdravımıslovun fikrincə, artıq orta təbəqədən danışmağa dəyməz. T.Zaslovskaya isə, əksinə, formalaşmış orta təbəqəni cəmiyyətin stabilliyinin əsas zəmini hesab edir.

Politoloqlar orta təbəqəyə siyasətçilər üçün, yeni ictimai ideologiyalar və öz yeni istiqamətlərini və itirilmiş həmrəylik hisslərini itirən bir çox insanlar üçün güclü ehtiyat mənbəyi kimi baxırlar.

Orta təbəqənin Azərbaycan tədqiqatçılarından fəlsəfə elmləri doktoru R.Əzimova yazır ki, son illərdə Azərbaycanda sahibkarlığın dinamik inkişafının statistikası onu deməyə əsas verir ki, cəmiyyətin iqtisadi və sosial stratifikasiyasındakı köklü dəyişikliklər prosesi dönməz olmuşdur: “Belə demək olar ki, makrososioloji səviyyədə makrosioloji səviyyədən cəmiyyətin strafikasiya strukturu kimi mikrososioloji modelinə keçidi başa çatmışdır”.

Digər Azərbaycan tədqiqatçısı iqtisad elmləri doktoru T.Quliyev  orta təbəqənin iqtisadi, əmək əxlaqından bəhs edərək orta təbəqənin obyektiv və subyektiv tərəflərinin nisbi xüsusiyyətlərinə aşağıdakı istiqamətləri daxil etmişdir:

1. Əgər insan özünü formal olaraq orta təbəqəyə aid etsə də, praktiki iqtisadi gəlirinə görə, o, müxtəlif status pillələrində dura bilər;

2. Gizli iqtisadiyyat nümayəndələrinin hesaba alınmasında mürəkkəbliklər var;

3. Sosial transferlərin və ilkin gəlirlərin hesaba alınmasında fərqlərin olması;

4. Orta təbəqənin öz gəlir səviyyəsinə və həyat standartlarına görə sürətlə yoxsullar, bəzən isə varlılar kateqoriyasına aid olmasının baş verməsi;

5. Əhalinin əmlak və gəlirinin dəqiq və mükəmməl hesaba alınmasının olmaması;

6. Ümumi əhalidən orta təbəqənin ayrılıb göstərilməsinin şərti xarakter daşıması;

7. Gəlirlərin yenidən bölgüsü mexanizmində çətinliklərin olması;

8. Gəlirlər, xərclər və istehsalat arasında orta təbəqəyə aidliyin uyğunsuzluğu (yoxsulluqdan varlılığa və əksinə).

R.Əzimova isə orta təbəqənin real fəaliyyəti üçün aşağıdakı göstəricilərin olmasını irəli sürür:

1. Gəlirlərin həcmi;

2. Mülkiyyətə sahib və əmlakın həcmi;

3. Uğurlu inkişaf üçün siyasi azadlıqlar;

4. İnnovasion fəaliyyətin əmələ gəlmə imkanları;

5. Orta təbəqənin potensialına uyğun sosial-iqtisadi dəyərlər.

Orta təbəqənin formalaşmasında demokratik proseslər, xüsusilə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu əsas rol oynayır. Belə bir şəraitdə yaranan liberal mühit nəticəsində orta təbəqənin tərkibinə peşəkar fəhlələrin, həkimlərin, müəllimlərin, alimlərin, jurnalistlərin, mədəniyyət və incəsənət nümayəndələrinin, orta gəlirli sahibkarların və fermerlərin müəyyən təbəqəsi daxil olur. Bir sözlə, orta təbəqə öz peşəkar fəaliyyətinə görə qarışıq təbəqə hesab olunur.

Demokratikləşmə və modernləşmənin orta təbəqəli vətəndaşların əhvalına, ləyaqətinə və mənəviyyatına təsir etdiyini də söyləyənlər var.

Professor İ.Məmmədzadənin orta təbəqə haqqındakı fikirləri maraq doğurur: “Orta təbəqə peşəkar təbəqə kimi gərəklidir, çünki onlar mühit yaradırlar, yeni texnologiyalar tətbiq etmək, biliklər iqtisadiyyatı yaratmaq istəyirlər. Lakin bunun üçün... məsuliyyət, insan hüquqları da mövcud olmalıdır. Bunlar olmadan orta təbəqə-təbəqə, peşəkarlar isə - peşəkar deyil. Əməksevər insanın ləyaqətini qoruyan gündəlik həyatda demokratikləşmə gərəkdir. Sözsüz ki, seçiciliyi, çoxpartiyalılığı, azad mətbuatı, məhkəmə və parlament azadlığı ilə böyük demokratiya gərəkdir və bu istiqamətdə ölkəmizdə müəyyən addımlar atılıb və atılacaq. Amma demokratiya gündəlik həyatda da olmalıdır, vətəndaş özbaşınalıqdan, orta səviyyəli məmurların əngəllərindən və hər gün qarşılaşılan digər neqativ hallardan müdafiə olunmalıdır. Gündəlik həyat elə bir məkandır ki, burada iqtisadiyyat, mənəviyyat, sosial sahə, siyasət bir-birilə sıx bağlıdır və o, lazımi tərzdə təşkil olunarsa, insan öz hüquqlarını qoruyub, var-qüvvəsi ilə işləsə, onda cəmiyyətdə həm modernləşmə və ideologiyanın problemləri həll olunacaq, həm orta təbəqə, həm elm, həm innovasiyalar, həm də tərəqqi mövcud olacaqdır”.

Avropa ölkələrində və ABŞ-da təbəqə hər iki tərəfdə hakim mövqe tutmuşdur. Orta təbəqə yalnız gəlir səviyyəsindən asılı deyil, o, həm də estetik-mənəvi və dəyərli anlayış olub fərdi liberal əxlaqa malik, mötədil, azad insan qrupudur.

İ.Məmmədzadə orta təbəqəyə müasir innovasiya şəraitində davamlılıq amili kimi baxaraq yazır: “Orta təbəqə cəmiyyətdə bütün əvvəlki qarşılıqlı münasibətlər sistemini alt-üst etməklə demokratiyanın ictimai-siyasiiqtisadi sistemini sabitləşdirir. Belə çıxır ki, vətəndaş cəmiyyətinə dair nəzəriyyə iki variantda nəzərdən keçirilməlidir: 1) orta təbəqənin ideya və maraqlarının olmadığı və bu səbəbdən qeyri-liberal vətəndaş cəmiyyəti; 2) orta təbəqənin hökm sürdüyü vətəndaş cəmiyyəti və liberal dəyərlər. Lakin onun hökmranlığı şəraitində fəlsəfi ədəbiyyatda, həm də kütləvi cəmiyyət, yaxud istehlak cəmiyyəti məfhumlarından istifadə olunur. “Keçmiş marksistlərin” əksəriyyəti adəti üzrə həmin məfhumlara tənqidi yanaşır. Əslinə baxanda istənilən müasir cəmiyyətə aid olan istehlak elementi bütün təbəqə və qrupların mənafeyinə toxunur. Amma orta təbəqənin istehlakının mahiyyəti digərlərinin istehlakından seçilir. Çünki biri əmtəə və xidmətləri istehlak edir, digərləri isə bununla yanaşı, dünyanı kökündən dəyişdirən yüksək texnoloji və keyfiyyətli mal və xidmətlər istehlak edir. Necə deyərlər, fərq göz qabağındadır. Lakin “biliklər iqtisadiyyatbir sıra məqalələrimizdə işıqlandırılıb. Demək, orta təbəqənin üstün olduğu cəmiyyətdə yuxarıların və aşağıların ənənəvi mənəvi məqsədləri və istehlak standartları ilə ənənəvi dixotomisyası (ardıcıl surətdə ikiyə bölünməsi) müstəqillik və kreativlik, ənənəvi norma və məqsədlərin qarışması, uğurun əldə olunmasında peşəkarlığa müraciət etməsi və s. geridə qalır. “Müəllif göstərir ki, ABŞ alimləri bu təbəqənin ən mühüm xarakteristikasına ləyaqət iqtisadi müstəqillik, siyasi fəallıq, cəmiyyət və onun istehlakına təsir kimi dəyərlər aid edirlər. Onların fikrincə, cəmiyyətin digər qruplarından daha çox orta təbəqə peşəkarlıq, azadlıq, müstəqillik və nonkonfortizmə istiqamətləndirilib. Qeyd edək ki, orta təbəqənin yalnız bu cür dəyərlərinin mövcudluğu cəmiyyətdə tolerantlıq və konformizmi görə bilməyə imkan yaradır, yəni cəmiyyətin mürəkkəbləşdiyindən xəbər verir. Konformizm uyğunlaşma, tolerantlıq isə dözümlülük və dəyərlər, digər həyat tərzinə fərqli baxışla həmrəylik deməkdir.

Azərbaycan tədqiqatçıların ınbəziləri orta təbəqənin göstəricisi kimi təhlilə və peşəkarlıq statusuna üstünlük verirlər.

Orta təbəqəni araşdıran Qərb və Rusiya tədqiqatçılarının bir çoxu da bu qənaətdədir ki, təhsil, sosial statusnüfuz orta təbəqənin vacib göstəriciləridir. Qeyd edək ki, orta təbəqənin metodologiyasını Veber işləyib hazırlamışdır. Təhsil, gəlirin səviyyəsi, sosial statusnüfuz kimi dörd indikator haqqında danışan alim orta təbəqəni məhz onların birliyində görürdü. İ.Məmmədzadə yazır: “Qənaətimizə görə, Azərbaycanda da statusnüfuz təhsillə müəyyənləşdirilir. Amma bu, zahiri görünüşdür, çünki bizdə təhsilin səviyyəsi ilə peşəkarlığın maddi rifahdan asılılığı zəifdir. Peşəkarlıq və peşə Azərbaycanda insanın statusunu müəyyənləşdirirmi? Yəqin ki, yox. Nüfuzlu yüksək gəlirin əldə edilməsinin şərti ola bilməz. Varlılar heçbunu əmək və yüksək gəlir hesabına qazanmamışlar. Qeyd etdiyimiz kimi, postsovet məkanının əksər alimi ali təhsili olan hər bir şəxsi orta təbəqəyə aid edirdüşünür ki, onun formalaşması üçün gəlirlərini artırmaq kifayətdir. Lakin ali təhsili olan və olmayanların orta təbəqə kimi təşəkkül tapması müstəqillik əldə etmələrindən asılıdır. Yalnız belə olan təqdirdə onlar rifaha nail olaonu artıra, təbəqənin dəyərlərini təkmilləşdirə və onlara əməl edə bilərlər. Bu səbəbdən dövlətin orta təbəqəyə dəstəyi ilə yanaşı, onun sərbəst inkişafı üçün şəraitin yaradılması vacibdir ki, o, cəmiyyətdə hakim qüvvəyə çevrilmin. Yəni dövlət sabit inkişafa çalışırsa, bu təbəqənin maraqlarını müdafiə etməklə maraq və dəyərlərini onun əsas dəyərləri üzərində qurmalıdır. Zəhmətkeşlərin, yaxud elitaların maraqlarına söykənən sistemdən orta təbəqənin maraq və dəyərlərinə yönəlmiş sistemə keçid sadə olmasa da, qloballaşma dövrünün müasirləşməsinin əsasını təşkil etməlidir. Qərbdə orijinal təhsil sistemi orta təbəqənin  formalaşmasını şərtləndirərək ona status, gəlir, mülkiyyət verir və ağlına hakimlik edir.”

Sonda müəllif qeyd edir: “Amma etiraf etməliyik ki, təhsil yüksək statusun şərti kimi şüurumuza daxil olmaqdadır. Onu da qeyd etməliyik ki, 60-cı illərdə ali təhsil nüfuzlu idisə, 80-ci illərin sonlarında onu kütləvi həvəs əvəzlədi. Zənnimizcə, orta təbəqə Azərbaycanda hələ yaranmaqdadır və hələ ki, konkret forma və dəyərlərini əldə etməyib. Eyni zamanda, nəzəri cəhətdən alimlərimizin sosiologiya ilə riyaziyyatı birləşdirməsi təqdirəlayiqdir. Çünki əhalinin orta qrupunun parametrlərinin hesablanması istər-istəməz tədqiqatçıları onun dəyər xüsusiyyətlərinin, mənəvi və ideya oriyentirlərinin üzə çıxarılmasına həvəsləndirməlidir. Yaddan çıxarmayaq ki, alimlərin məhz elə buna marağı həmin təbəqənin təşəkkül tapmasına səbəb olur”.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 15 noyabr.- S. 7.