Hüquqi
dövlət və beynəlxalq hüquq: insan hüquqlarının pozulmasına görə
məsuliyyət - Beynəlxalq Ədalət Məhkəmənin
Statutu
Beynəlxalq hüquq norma və prinsiplərinin
pozulmasının iki kateqoriyası mövcuddur: beynəlxalq
hüquq pozuntusu və xüsusi təhlükəli beynəlxalq
cinayətlər. Beynəlxalq cinayətə bəşəriyyətə
qarşı və beynəlxalq hüquqa qarşı cinayət
daxildir. Bunlar sülhün təminatı, insan şəxsiyyətinin
həyatı və bütövlükdə beynəlxalq
birliyin mühüm həyati maraqları üçün əsas
əhəmiyyət kəsb edən beynəlxalq hüquq və
prinsiplərin pozulmasında öz ifadəsini tapır.
Beynəlxalq hərbi tribunalın 6-cı maddəsinə
uyğun olaraq insanlığa qarşı üç növ
beynəlxalq cinayətlərin daxil olduğu hərbi cinayətkarlar
üzərində məhkəmə
yaradılmışdır:
1. Dünyaya qarşı cinayətlər. Buraya təcavüzkar
müharibəyə hazırlıq, planlaşdırma və
müharibəyə başlama daxildir.
2. Hərbi cinayətlər: müharibə
qanunlarının pozulması. Buraya mülki əhalinin
öldürülməsi, başqa məqsədlər
üçün qul kimi işlədilməsi, hərbi əsirlərin
öldürülməsi, şəhər və kəndlərin
dağıdılması.
3. Bəşəriyyətə qarşı cinayətlər
müharibə zamanı mülki əhaliyə qarşı
xüsusi amansızlıq, onların vəhşicəsinə
öldürülməsi və yaxud siyasi, irqi, dini motivlərə
görə təqib edilmə və ayrı-seçkilik.
1948-ci ildə qəbul edilmiş “Genosid cinayətinə
qarşı cinayətin beynəlxalq kateqoriyalı cinayət
kimi cəzalandırılması haqqında Konvensiya qəbul
edildi.
1968-ci ildə
bəşəriyyətə qarşı cinayətlərə
və hərbi cinayətlərə görə cəza verilməsi
haqqında Konvensiyada silahlı hücum və ya işğal zamanı qeyri-insani
hərəkətlərə yol verilməsi,
aparteid və genosid
siyasətinin aparılması ən qatı cinayət hesab olunur.
1973-cü ildə qəbul olunmuş Konvensiyada aparteid beynəlxalq hüququ
prinsiplərinin pozulması və cinayət kimi
qəbul olundu.
1976-cı ildə
Beynəlxalq Hüquq Komissiyası dövlətlərin
insan hüquqlarına görə məsuliyyət
daşıması haqqında layihəni bəyəndi. 1991-ci
ildə qəbul edilmiş həmin layihəyə
görə beynəlxalq cinayətlərə yalnız təcavüz
deyil, təcavüz təhlükəsinin zorla saxlanılması, genosid
aparteid, insan
hüquqlarının sistemli və ya kütləvi pozulması - qətliamlar, qula çevirmə, məcburi və zorakı əmək,
sosial, siyasi, irqi, dini və ya dini, mədəni səbəblərə
görə təqiblər, əhalinin zorla
deportasiyası; ciddi hərbi cinayətlər:
beynəlxalq terrorizm, narkotizm,
ətraf mühitə qəsdən zərər. Bütün bunlar insan hüquqlarının kütləvi
pozulması və cinayət kimi dəyərləndirilir.
1998-ci ilin iyulunda BMT-nin himayəsi
altında keçirilən konfransda Beynəlxalq
Cinayət Məhkəməsi Statutu qəbul
edildi ki, bu təşkilat beynəlxalq cinayət
kateqoriyasını əhəmiyyətli dərəcədə
genişləndirdi. Məhkəmə bu kateqoriyaya genosid cinayətini,
bəşəriyyətə qarşı cinayəti, hərbi
cinayətləri və təcavüzü daxil
etdi. Bununla da insanlığa qarşı və
hərbi cinayətlərə yeni tərkiblər:
mülki şəxslərə qarşı
qətliamlar, deportasiyalar, azadlıqdan məhrumetmələr,
zorakılıqlar, müxtəlif seksual zorlamalar, cəmiyyətin hər hansı qrupunun siyasi, milli, etnik, mədəni, dini, cinsi və digər
motivlərə görə təqib olunması, aparteid, genosid,
insanların zorla məhv edilməsi və
s. cinayətlər əlavə olundu.
Beynəlxalq Cinayət Statutu hərbi cinayətlərə 1949-cu il Cenevrə Konvensiyasını pozan 50-yə qədər müxtəlif cinayət
tərkiblərini aid etdi.
Bunlardan beynəlxalq və lokal
xarakterli hərbi münaqişələr
zamanı müharibə qanunlarının pozulmasını
göstərmək olar.
BMT Nizamnaməsinin VII fəsli
“Sülhə təhlükə, sülhün
pozulması və təcavüz aktları ilə bağlı
tədbirlər adlanır. Burada beynəlxalq
hüquq norma və
prinsipləri pozulduğu zaman
güc tətbiq etməyimin zəruriliyi
göstərilir. Nizamnamənin 43-cü maddəsində bu barədə belə qeyd
olunur: “BMT-nin
bütün üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə vermək məqsədilə
öz üzərinə vəzifə
götürürlər ki, Təhlükəsizlik
Şurasının tələbi ilə və xüsusi
sazişə və ya sazişlərə uyğun olaraq, onun sərəncamına,
beynəlxalq sülhün və təhlükəsizliyin
qorunub saxlanması məqsədləri üçün zəruri olan
silahlı qüvvələr, yardım və ərazidən daxil olmaqla müvafiq
xidmət vasitələri versinlər. 45-ci maddədə isə
güc tətbiq edən orqan
haqqında bəhs edilir: “BMT-yə təcili hərbi tədbirlər görmək
imkanını yaratmaq məqsədilə
təşkilatın üzvləri birgə beynəlxalq məcburiyyət
tədbirləri üçün öz milli hərbi-hava
qüvvələrinin kontingentlərini dərhal
hazırlıq vəziyyətində saxlamalıdırlar.
Bu
kontingentlərin hərbi gücü və
hazırlıq dərəcəsi və onların birgə hərəkət
planları Təhlükəsizlik Şurası tərəfindən
Hərbi Qərargah Komitəsinin köməyilə 43-cü
maddədə göstərilmiş xüsusi
saziş və ya
sazişlərdə nəzərdə tutulan
hədlər çərçivəsində müəyyən
olunur”.
Beynəlxalq hüquq
normaları və prinsiplərinin pozulması və hərbi
cinayətlərə qarşı Beynəlxalq Məhkəmə
haqqında BMT Nizamnaməsində göstərilir ki, Beynəlxalq Məhkəmə BMT-nin əsas məhkəmə
orqanıdır. O, bu nizamnaməyə əlavə
olunan, Daimi Beynəlxalq
Ədalət Məhkəməsinin Statutuna
əsaslanan və bu Nizamnamənin
ayrılmaz tərkib hissəsini təşkil edən statuta uyğun olaraq fəaliyyət göstərir.
Beynəlxalq Məhkəmənin
təşkili haqqında deyilir: Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə əsasən Birləşmiş Millətlər
Təşkilatının əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə bu statunun müddəalarına
müvafiq olaraq təşkil
olunur və fəaliyyət göstərir.
Məhkəmə
yüksək mənəvi keyfiyyətlərə, öz ölkələrinin məhkəmə
orqanlarında ən yüksək vəzifələrə təyin
olunmaq üçün
irəli sürülən tələblərə cavab verən və ya beynəlxalq
hüquq sahəsində
tanınmış səriştəyə malik olan hüquqşünaslar
arasından vətəndaşlığından asılı olmayaraq, seçilmiş
müstəqil hakimlərdən ibarətdir.
Məhkəmənin üzvləri
Baş Məclis və Təhlükəsizlik
Şurası tərəfindən Daimi Arbitraj Məhkəməsində olan milli qrupların təqdim
etdiyi namizədlərin siyahısından
aşağıdakı müddəalara müvafiq
olaraq seçilir.
Birləşmiş
Millətlər Təşkilatının üzvləri Daimi Arbitraj Məhkəməsində
təmsil olunmadıqları halda, namizədlər
öz hökumətlərinin bu məqsədlə təyin etdikləri milli qruplar tərəfindən
beynəlxalq mübahisələrin dinc yolla nizamlanması haqqında 1907-ci il Haaqa Konvensiyasının
44-cü maddəsi ilə Daimi Arbitraj Məhkəməsinin üzvləri üçün müəyyən edilmiş şərtlərə uyğun təqdim olunur.
Bu
statunun iştirakçısı olan, lakin Birləşmiş
Millətlər Təşkilatının üzvü
olmayan dövlətin, məhkəmə
üzvlərinin seçilməsində iştirakı şərtləri,
bu barədə xüsusi
saziş olmazsa, Təhlükəsizlik
Şurasının tövsiyəsi ilə Baş
Məclis tərəfindən müəyyən edilir.
Nizamnamədə Beynəlxalq Məhkəmənin
səlahiyyətlərinə aşağıdakılar daxil edilmişdir.
Məhkəmə
öz reqlamentində müəyyən etdiyi şərtlərlə və ona uyğun olaraq, beynəlxalq hökumətlərarası
təşkilatlardan baxdığı işlərə aid olan məlumatın
verilməsini xahiş edə bilər və
habelə, həmin təşkilatların öz
təşəbbüsü ilə təqdim etdiyi
məlumatı qəbul edir.
Məhkəmənin
baxdığı işdə beynəlxalq hökumətlərarası
təşkilatın təsis aktının və ya həmin akta əsasən
qəbul olunmuş beynəlxalq
konvensiyanın təfsirinə zərurət
yarandığı istənilən halda, məhkəmənin
katibi maraqlı beynəlxalq təşkilata
məlumat verir və bütün
yazılı icraatın nüsxələrini ona
göndərir.
Məhkəmə bu statutun tərəfi olan dövlətlər üçün
açıqdır.
Məhkəmənin
digər dövlətlər üçün
açıq olması şərtlərini qüvvədə olan müqavilələrdə təsbit olunmuş xüsusi
müddəalara əməl etmək şərtilə, Təhlükəsizlik
Şurası müəyyən edir, lakin heç bir halda bu
şərtlər tərəfləri məhkəmə
qarşısında qeyri-bərabər vəziyyətdə
qoymamalıdır.
Birləşmiş Millətlər
Təşkilatının üzvü olmayan dövlət, işin
tərəfi olduqda, məhkəmə həmin
tərəfin, məhkəmənin xərclərini ödəmək
üçün verməli olduğu məbləği müəyyən edir. Həmin dövlət məhkəmə
ödənilməsində iştirak etdiyi halda, bu
müddəa tətbiq olunmur.
Məhkəmənin
yurisdiksiyasına tərəflərin ona təqdim
etdiyi bütün
işlər və Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində və ya qüvvədə
olan müqavilə və konvensiyalarda
xüsusi olaraq
göstərilmiş bütün məsələlər
daxildir.
Bu
statutun iştirakçısı olan dövlətlər istənilən vaxt bəyan edə bilər ki,
onlar eyni öhdəliyi
öz üzərinə götürmüş
dövlətlər barədə aşağıdakı məsələlərlə
bağlı bütün hüquqi
mübahisələrdə məhkəmənin yurisdiksiyasını məcburi
qaydada, irso facto və xüsusi saziş olmadan
tanıyırlar.
Çox təəssüf
ki, Azərbaycan Respublikası beynəlxalq
təşkilatların ikili
standartlarına məruz qalıb. Belə ki,
bütün insanlığa və Azərbaycan
xalqına qarşı hərbi cinayətlər törətmiş,
xalqımıza qarşı genosid siyasəti
yeridən erməni vandallarına qarşı ciddi
beynəlxalq tədbirlər görülmür.
Vahid
Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 16 noyabr.- S. 8.