Kitabxana-informasiya sahəsində informasiya texnologiyaları genis tətbiq olunur
Prezident Kitabxanasında "Kitabxanaların elektron resurslarının idarə
olunması və milli resursların internet məkanına çıxarılması"
treninq-kursu başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı"nın
Tədbirlər Planının
icrası məqsədi
ilə son illər Mədəniyyət və
Turizm Nazirliyinin kitabxana-informasiya sahəsində
informasiya texnologiyaları
geniş tətbiq olunmağa başlanmış,
kitabxanalarda elektron kataloq, elektron kitabxana, habelə, veb-saytlar yaradılmış
və oxucuların istifadəsinə verilmişdir.
Mədəniyyət və Turizm
Nazirliyi mütəmadi
olaraq kitabxanaların elektron resurslarının yaradılması, onların
idarə olunması, milli resursların internet şəbəkəsinə çıxarılması
mövzusunda treninqlər
təşkil edir və kitabxanaçıların
kompyuter biliklərinin
artırılması sahəsində
mühüm tədbirlər
həyata keçirir. Azərbaycan Respublikasının Prezidentinin
İşlər İdarəsinin
Prezident Kitabxanasında
respublikanın şəhər,
rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin mütəxəssisləri
üçün "Kitabxanaların
elektron resurslarının
idarə olunması və milli resursların
internet məkanına çıxarılması"
mövzusunda bir həftəlik treninq-kurs keçirilmişdir. Kurslarda
ki-tabxanaçı mütəxəssislər
kitabxana-informasiya sahəsində
qabaqcıl təcrübə
əldə etmiş Prezident Kitabxanasında kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, elektron resursların yaradılması və onların internet məkanına
çıxarılması prosesləri
ilə tanış
olmuş və bu mövzularda treninqlərdə iştirak
etmişlər. Təlimlərin son günündə iştirakçılara
Mədəniyyət və
Turizm Nazirliyinin və Prezident Kitabxanasının birgə
sertifikatları təqdim
olunmuş, təlimlərin
faydalı olduğu vurğulanmışdır.
Zümrüd
Səs.- 2011.- 24 noyabr.- S. 12.