Ermənilərin
iddia etdiyi milli tarixlərinin elmi əsası yoxdur
Ermənistanda bəzi şəxslər
bəyan edirlər ki, erməni xalqı 8 min il bundan əvvəl
yaranıb. Buradan belə çıxır ki, onlar bu yerlərin
əzəli sakinləridir. Belə bəyanatlar elmə nə
dərəcədə uyğundur? Bu və ya digər suallara
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev “Bakinskiy raboçiy” qəzetinə
geniş müsahibəsində tam aydınlıq gətirib,
elmi-tarixi faktlara əsaslanan sanballı cavab verib.
“Bəzi yalançı erməni
alimləri tarix elmini əyləncə
mövzusuna çeviriblər”
Erməni tarixçilərinin
uydurmalarına münasibət bildirən akademik onların
tarix elmini saxtalaşdırmağa
çalışdıqlarını vurğulayıb:
“İnsan nə istəsə, uydura bilər. Lakin məsələ
ondadır ki, bəzi yalançı erməni alimləri tarix
elmini əyləncə mövzusuna çevirmişlər. Məsələn,
ermənilərin qədimdə yarandıqları vaxtdan bəri
tarixlərində heç bir fasilə olmayan yeganə millət
olması barədə bəyanat nəyə desən dəyər.
Əlbəttə, bu, absurddur. Belə bəyanatlar mövcud
elmi sxemlərlə uzlaşmır, çünki onlar etnogenez
prinsiplərinə ziddir.
Ermənilərin öz tarixləri
ilə fəal manipulyasiya etmələri onların işidir.
Lakin onlar bununla sakitləşmir, ona görə də
qonşu xalqların, o cümlədən, guya XX əsrin əvvəlində
süni şəkildə yaradılmış Azərbaycan
xalqının tarixini hər vasitə ilə təhrif etməyə
çalışırlar.
Biz Ermənistanın
bəzi dairələri və rəhbərləri tərəfindən
guya Azərbaycanda ayrı-ayrı etnik qrupların
narazılığı, hətta separatçı əhval-ruhiyyəli
şəxslər üçün məqsədi Azərbaycan
cəmiyyətinin bütövlüyünü şübhə
altına almaq olan “konfranslar” təşkil edilməsi barədə təhrikçi
şayiələr yayılmasının tez-tez şahidi oluruq.
Məqsədi Azərbaycan
xalqına ləkə yaxmaq olan belə iftiralar müəyyən
xəstəliyin nəticəsidir. Onların
düşmənçilik hərəkətləri Ermənistandakı
bəzi qüvvələrin şüur və davranış
pozğunluğu ilə bağlı olan xəstəlik əlamətlərinin
vəhdətindən yaranan etnospesifik sindroma nə dərəcədə
dərindən yoluxmasını göstərir. Böyüklük barədə müntəzəm
sayıqlamalarla səciyyələnən parafren sindromu da nəzərə
alınarsa, erməni cəmiyyətində bəzi dairələrin
pozuculuq fəaliyyətinin nə ilə şərtləndiyini
anlamaq çətin deyildir. Əlbəttə, müxtəlif
etnik qrupların vahid dövlətdə dinc şəraitdə
necə yaşaması, bir-birinin kədər və sevincini necə
bölüşməsini başa düşmək onlar
üçün çətindir”.
Ramiz Mehdiyev vurğulayıb ki,
ermənilər özlərinin süni dövlətçiliyini
tarixi Azərbaycan ərazilərində qurmuş, təkmillətli
ölkə yaratmışlar: “Milli dövlətin
qurulmasında etnikliyə arxaik bağlılıq ermənilərin
hələ milli quruculuğun siyasi xarakterini dərk etmək
yolunda olduqlarını göstərir. Milli dövlətçiliyin
dərk edilməsində onlar hələ də XX əsrin əvvəllərindəki
şəraitdə ilişib qalmışlar.
Erməni cəmiyyəti
müstəqil inkişafı və qonşularla dinc
yanaşı yaşamağı nəzərdə tutan keyfiyyətcə
yeni formul işləyib hazırlamaq iqtidarında deyildir.
Öz dövlətinin regiondakı roluna destruktiv yanaşma nəinki
Ermənistanın inkişafını ləngidir, xalqları
inkişafın keyfiyyətcə digər mərhələsinə
adlamış Cənubi Qafqazın problemlərinin həllinə
də mənfi təsir göstərir”.
Ermənilərin iddia etdiyi milli tarixlərinin
elmi əsası yoxdur
Akademik ermənilərin belə davranışını erməni xalqının bu əraziyə
genetik bağlılığının olmaması ilə
izah edib:
“Ermənilərin tarixinə
aid arxeoloji məlumatların
azlığı səbəbindən bu
xalqın etnogenezinin öyrənilməsinin özəyini linqvistik və
antropoloji məlumatlar təşkil edir.
Əlbəttə, hər bir xalq
kimi, ermənilərin də tarixi vardır. Lakin ermənilərin tarixi kimi
qələmə verilənlər arxeoloji tədqiqatlara, yaxud
qədim abidələrə əsaslanmır.
Tədqiqatçılara antik
və ya daha erkən dövrlərin elə məxəzləri məlum deyildir ki, orada ermənilər öz tarixləri haqqında nə
isə demiş olsunlar. Eramızın V
əsrində erməni əlifbası
yaranana qədər erməni yazısı haqqında mötəbər məlumat yoxdur. Alimlərə məlum olan ilk
erməni mətnləri V
əsrə aiddir. I əsrdən əvvəl erməni şəhər mədəniyyətinin və
ya fundamental tikililərin arxeoloji izləri nə
Şərqi Türkiyənin ərazisində, nə
də axtarışların xüsusi diqqətlə aparıldığı
müasir Ermənistanın ərazisində
aşkar edilmişdir.
Arminlərin yaşadığı Arminiya
ölkəsinin adına ilk dəfə İran
şahı I Daranın (təxminən e.ə.
522-488-ci illər) kitabələrində rast gəlinir. Müasir İran şəhəri Həmədanın yaxınlığında paralel
olaraq akkad,
qədim fars və
elam dillərində həkk edilmiş
Nəqşi-Rüstəm və Bisütun kitabələrində qədim fars sözü Armina və elam sözü Har-mi-nu-ia qədim fars və
elam mətnlərinin o yerlərində ortaya çıxır ki, akkad mətnində həmin yerdə U-ra-as-tu, yəni Urartu
yazılmışdır. Şah I
Dara təslim edilmiş
25 xalqın adını çəkir və
onun tabeliyində
olan torpaqların ölçülərini göstərir. Bu
siyahıda haylar haqqında bir
kəlmə də yoxdur, lakin bugünkü ermənilərə aidiyyəti olmayan Arminiya coğrafi vilayəti vardır”.
Ramiz
Mehdiyev vurğulayıb ki, ermənilər antropoloji baxımdan avropoid irqinin armenoid (Ön
Asiya) tipinə aiddirlər:
“Bu tipin
səciyyəvi cizgilərinə əsasən bütün Ön Asiya
əhalisində rast
gəlinir. Ön Asiya
tipi neolit
dövründə e.ə. IV minillikdən gec
olmayaraq formalaşmışdır.
Eyni zamanda,
müasir ermənilər antropoloji yekcinsliklə seçilmirlər. Bu da
mürəkkəb etnogenez prosesi
ilə bağlıdır (erməni etnosuna daxil olmuş etnik elementlərin
müxtəlif miqrasiyaları
nəticəsində).
Ermənistan ərazisində qədim qəbiristanlıqlardan
tapılmış kəllələr baş göstəricilərinə görə müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir. Öz
irsi fiziki
əlamətlərinə görə isə ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçılarda heyrət doğurur: bir xalqda bu
qədər antropoloji fərq ola
bilməz. Doğrudan da, bu, yalnız ermənilərin tərkibində assimilyasiyaya uğramış və
mənşəyi ilə
fərqlənən xeyli etnik
qrupun mövcudluğu nəticəsində mümkün ola bilər.
Ermənilərin etnogenezini
öyrənən tədqiqatçılar
bilirlər ki, onların tərkibində assimilyasiyaya uğramış qaraçıların müəyyən təbəqəsi vardır. Ola bilsin,
bu səbəbdən ermənilər daimi yaşayış yerinə
bağlı deyillər. Bu gün onların nümayəndəsinə heç Amazonka cəngəlliklərində də rast gəlməzsən”.
“Ermənilər xalqların konqlomeratıdır, bu xalqın dili isə kombinasiyadır”
Akademik Mehdiyev qeyd edib
ki, ermənilərin etnogenezinin tədqiqi deməyə ciddi əsas verir
ki, ermənilər- xalqların
konqlomeratıdır, onların dili
isə kombinasiyadır, kimmerlər tərəfindən Balkanlardan Kiçik Asiya
ərazilərinə, Dəclə və Fərat çaylarının (yunanlar buranı
Mesopotamiya adlandırırlar) yuxarılarına sıxışdırılmış muşk tayfalarının dili
ilə yerli xalqların-
akkadların,
hettlərin, luviyalıların, urartların, aysorların, midiyalıların, farsların,
parfiyalıların, türklərin və s. dillərinin birləşməsidir.
Eramızdan əvvəl IX-VII əsrlərdə Mesopotamiya
Assuriyanın tərkibinə, e.ə. VII-VI əsrlərdə
Yeni Babilistan şahlığının, e.ə. VI-IV əsrlərdə
Əhəmənilər dövlətinin, e.ə. IV əsrdə
Makedoniyalı İsgəndərin imperiyasının, e.ə.
IV-II əsrlərdə Selevkilər dövlətinin tərkibinə
daxil idi. Bundan sonra Parfiya dövləti, ərəb xilafəti,
Səfəvilər dövləti, Osmanlı imperiyası gəlir,
nəhayət, Birinci Dünya müharibəsindən sonra
Mesopotamiya qismən İraqın, Suriyanın və Türkiyənin
tərkibinə daxil olur. Beləliklə,
hayların əcdadlarının- adətən,
adlandırıldıqları kimi ermənilərin yox,
muşkların bu regionda heç vaxt öz dövləti
olmamışdır.
Bütün bunlar deməyə əsas
verir ki, bu xalqın tarixində heç bir unikallıq yoxdur. Ermənilərin etnogenezi bu
və ya digər xalqın mənşəyini elmi cəhətdən
izah edən ümumi qanunauyğunluqlara tabedir. O başqa
məsələdir ki, uzun əsrlər boyu erməni-qriqorian
kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər
süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib
ki, hətta mütəxəssislər də nəyin həqiqət,
nəyin yalan olmasını çox zaman dəqiq seçə
bilmirlər. Əgər ermənilər barədə
müxtəlif ensiklopedik məqalələri tutuşdursaq,
bütün bunları üzə çıxarmaq çətin
deyildir.
Məsələn, erməni alimləri
sübut etməyə çalışırlar ki, onların mənşəyi
Türkiyə və Cənubi Qafqazdır. Onlar iddia edirlər ki, Urartu
qədim erməni dövlətidir. Əfsus
ki, bəzi Qərb tədqiqatçıları da real tarixi
faktlara müraciət etməyə ərinib, bu mifə uyurlar.
Ancaq elmə məlumdur ki, Urartu e.ə
IX-VI əsrlərə aid qədim dövlətdir. O, Ermənistan yaylasının coğrafi ərazisində
yerləşirdi və Cənubi Qafqazın XX əsrin əvvəlində
süni surətdə yaradılmış Ermənistan dövlətinə
ayrılan zonasını qismən əhatə edirdi. Urartu dövləti Assuriya ilə uzunmüddətli
müharibələr aparmış, lakin e.ə. VI əsrdə
azərbaycanlıların qədim əcdadlarından biri-
midiyalılar tərəfindən istila edilmişdi. Urartların və Urartu dövlətinin dili hald və
biayn dilləri idi, onlar hurrit dili ilə birlikdə hurri-urart
dilləri ailəsinə mənsubdur. Onların
dili e.ə IX-VI əsrlərə aid mixi yazılarından məlumdur.
Gördüyümüz kimi, onun erməni dilinə
heç bir aidiyyəti yoxdur”.
Akademik tarixi mənbələrə və faktlara əsaslanaraq,
qeyd edir ki, hayların əcdadları muşk tayfaları
kimmerlər tərəfindən Balkanlardan qovulduqdan sonra
Mesopotamiyaya gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə
uğramış Urartu dövlətinin ərazisində peyda
olmuşlar: “Muşklar burada yurd saldıqdan sonra yerli əhaliyə
qatışmışlar. E.ə VII əsrdən başlayaraq
min il ərzində yerli xalqların və bura gələn yeni
etnik qrupların qatışması, habelə, assimilyasiya
prosesləri nəticəsində Kiçik Asiyanın lokal ərazisində
e.ə. III əsrdə özünə “hay” etnonimi
götürmüş yeni etnos formalaşmağa
başladı. Lakin yunanlar onlara yerləşdikləri
Arminiya coğrafi ərazisinə uyğun ad verdilər- “ermənilər”.
Beləcə xalqın özü-özünə
verdiyi ikinci ad- “ermənilər” yarandı”.
Bu gün Ermənistan
Cənubi Qafqazda “forpost” rolunu oynayır
Akademik ermənilərin etnogenezinə aid elmi-təqdqiqat
apardığını bildirərək deyib: “Mənim yeni tədqiqatımda
ermənilərin etnogenezinə böyük yer
ayrılmışdır, çünki bu məsələ bu
xalqın davranış məntiqinin dərk edilməsində
başlıca məsələdir. Tarixən ermənilər
güclü dövlətlərin əlində alət
olmağa və ya iri dünya dövlətlərinin mübarizəsində
istifadə olunmağa asanlıqla razılaşmışlar.
Bu, Parfiya və Roma imperiyalarının
hökmranlığı dövründə belə olmuş,
Qafqaz Albaniyasının mövcudluğu və ərəb
istilaçılarına qarşı mübarizəsi
vaxtı, orta əsrlərdə ərəb-Bizans müharibələri
və ya türk-Bizans qarşıdurmaları zamanı, həmçinin
XX əsrin əvvəllərində- Birinci Dünya müharibəsi
dövründə ermənilər onlara sığınacaq
vermiş Osmanlı Türkiyəsinin tərkibində
“beşinci dəstə” qismində çıxış etdikləri
zaman davam etmişdir”.
Alim qeyd edib ki, erməni xalqının
etnopsixoloji xəritəsində opportunizm prioritet təşkil
edir. Ermənilər bütün imkanlardan
istifadə edərək, hətta bütün insani və
humanist prinsipləri ayaqlayaraq öz məqsədlərinə
nail olmağa çalışırlar: “Lakin məqsədlərinə
çatdıqdan sonra nə edəcəklərini bilmirlər,
hərəkətlərinin ardıcıllığını
təmin etməyi bacarmırlar. İki min ildən
çox əvvəl- Tiqranın vaxtında belə
olmuşdur. Tiqranın dövləti 40 ildən
bir qədər çox- Roma ilə Parfiya özünə gələnə
qədər mövcud olmuşdur. Bu gün
də belədir, SSRİ dağılandan sonra
yaradılmış müstəqil Ermənistan pozuculuq yolu
seçdiyinə görə əhalisi onu tərk edir, o,
humanitar fəlakətin astanasında olan, ələbaxım
dövlətə çevrilir.
Erməni cəmiyyətini birləşdirən təbəqələr
yalnız Türkiyənin qondarma “1915-ci il soyqırımı”nı tanımasının zəruriliyi barədə
tarixi iftiralara və xülya olan “miasum” ideyasına əsaslanır.
Fikir verin, təcavüzə əsaslanan bu
ideyaların heç birinin obyektiv tarixi səbəbi, gələcəklə,
perspektivlə heç bir ümumi cəhəti yoxdur. Ermənistanda hakim rejimin əsas ideoloji konseptinə-
faşizm və nasizmə yaxın olan etnodin və etnikliyin
üstün tutulması konseptlərini əsas götürən
ermənilərin bu siyasi-ideoloji konseptlə sivil cəmiyyətdən
təcrid olunmaqdan savayı heç nə əldə edə
bilməyəcəklərini başa düşmək
üçün kifayətdir.
Ümumiyyətlə, qeyd etmək
lazımdır ki, akademik Ramiz Mehdiyev son müsahibəsində
erməni tarixinə, etnogenezinə, dilinə aid elə sanballı
tarixi-elmi arqumentlər əsaslandırıb ki, erməni alimlərinin
bu tutarlı faktlar qarşısında cavab verə bilməyəcəkləri
əvvəlcədən aydındır.
Elçin Bayramlı
Səs.- 2011.- 24 noyabr.- S. 5.