Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir

 

Müsahibə

 

- İsmət müəllim, məlum olduğu kimi bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü təntənəli surətdə qeyd olunur. Bəllidir ki, müstəqillik əldə olunan zaman ictimai-siyasi, o cümlədən sosial-iqtisadi durum olduqca ağır vəziyyətdə idi. Məhz Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan aqrar sahə yenidən inkişaf mərhələsinə qədəm qoydu. Bu baxımdan, ötən dövrdə Azərbaycanda həyata keçirilən aqrar islahatların əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Həqiqətən də, Azərbaycan Respublikasında dövlət müstəqilliyi ölkənin tarixində ən əlamətdar hadisə, xalqımızın nailiyyətləri, müstəqillik və azadlıq istəyi, xalqın hər bir fərdinin tükənməz sərvətidir. Vurğulamaq yerinə düşər ki, həmin illərdə sovet hakimiyyətinin dağılması, ardından isə hakimiyyət başına səriştəsiz insanların gəlişi bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı və aqrar sahəni də tənəzzüllə üz-üzə qoymuşdu. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etməklə yanaşı bütün dövrlərdə kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri sayılan aqrar sahənin də xilasını labüd etdi. İkinci dəfə müstəqillik qazanmış Azərbaycan Respublikasında keçid dövrünün ilk illərində ümumi daxili məhsul 70 faizdən çox aşağı düşmüş, iqtisadiyyatın bütün sahələri iflic vəziyyətində olmaqla yanaşı, ölkənin valyuta ehtiyatları tam tükənmişdi. Aqrar islahata başlamazdan öncə əhalinin ərzaq məhsullarına olan tələbatı taxıl üzrə cəmi 51 faiz, kartof üzrə 33 faiz, meyvə üzrə 56 faiz, tərəvəzlə 62 faiz, bostan məhsulları ilə 40 faiz, ət və ət məhsulları ilə 29,6 faiz, südsüd məhsulları ilə 33,9 faiz ödənilirdi. Kənd təsərrüfatı istehsalını sabitləşdirmək, əhalini ərzaq məhşulları, sənayeni isə xammalla etibarlı şəkildə təmin etmək kimi problemin həllində aqrar islahatları həyata keçirməklə müxtəlif təsərrüfatçılıq formalarının inkişafı, aqrar bölmədə istehsaliqtisadi potensialdan istifadənin yaxşılaşdırılması və iqtisadi səmərəliliyın yüksəldilməsi mühüm rol oynadı. Təsərrüfatçılığın yeni iqtisadi mexanizminin tətbiqi şəraitində kənd təsərrüfatında bir sıra problemlər əmələ gəlmişdir. Keçmiş ittifaqın respublikalararası iqtisadi əlaqələrinin pozulması, kənd təsərrüfatı istehsalının və emal müəssisələrinin maddi-texniki bazasının zəif olması, bazar münasibətləri şəraiti üçün təsərrüfatçılığın təşkilati-iqtisadi mexanizminin formalaşdırılması və məhsul istehsalının artırılmasına dair elmi cəhətdən əsaslandırılmış tövsiyələrin ləng hazırlanması yaranmış iqtisadi böhranı dərinləşdirirdi. Bu mənada çıxış yolu aqrar sahənin təkmilləşdirilməsi istiqamətində inqilabi addımın atılması idi. Respublıkamızda aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsində Ulu öndər Heydər Əliyev misilsiz xidmət göstərdi. Daha doğrusu, Ümummilli liderimiz bu mühüm dövlət, siyasiiqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu. Hələ 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda respublikada ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanılmışdı və yeni özəl təsərrüfat qurumları yaradılmışdı. Bu təcrübə sonralar 1993-cü ildə respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynadı və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələndi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri kimi ikinci dəfə hakimiyyətə qayıdışından sonra aqrar sahənin mövcud problemləri ilə dərindən məşğul olmağa başlayaraq, yaranmış şəraitdə bu sahənin böhrandan çıxarılması yolunun ancaq aqrar islahatların aparılmasında olduğunu bir daha müəyyən etdi. 18 fevral 1995-ci ildə qəbul olunmuşAqrar islahatının əsasları haqqında” Qanun aqrar islahatın məqsəd və vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Bu qanunla aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və müxtəlif növlü təsərrüfat subyektlərinin yaradılmasının, eyni zamanda aqrar bölməyə dövlətin himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları yaradıldı. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq kənd təsərrüfatında maddi-texniki təchizat və texniki xidmət sistemi üzrə özəlləşdirmə həyata keçirildi, respublikada mövcud olan kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin mülkiyyətindəki maşın, traktor və digər avadanlıqlar əmlak payı almaq hüququ olan şəxslərə verildi. Ulu öndər Heydər Əliyevin Yaponiyaya səfərinin nəticəsi olaraq Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında aparılmış Notalar Mübadiləsinə əsasən 2KR layihəsi çərçivəsində Yaponiya Hökumətinin ayırdığı qrantlar hesabına 1998-2003-cü illərdə respublikaya gətirilən 1773 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının məhsul istehsalında böyük köməyi oldu. Aqrar islahatın ilk ili olan 1995-ci illə müqayisədə 2000-ci ildə taxıl istehsalı 1,9 dəfə, kartof istehsalı 3,0 dəfə, bostan məhsulları 6,2 dəfə, tərəvəz istehsalı 1,8 dəfə, ət və süd istehsalı 1,3 dəfə, yumurta istehsalı 1,2 dəfə artdı. Əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin əsasını təşkil edən toxumçuluqtingçiliyin inkişaf etdirilməsi, əkinə yararlı torpaq sahələrinin qorunub saxlanması, münbitliyinin artırılması, qabaqcıl aqrotexniki tədbirlərinin, o cümlədən müasir tələblərə cavab verən səpin, becərmə və suvarma texnologiyasının tətbiqi, aqrokimyəvi preparatlardan istifadə, heyvandarlığın intensiv inkişafının təşkili daima prioritet vəzifələrdən oldu. Bildirim ki, ölkənin aqrar sektorunda iqtisadi siyasətin strategiyası “Ərzaq təhlükəsizliyi Proqramı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “2003-2005-ci illərdə kiçikorta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” kimi siyasi sənədlərdə öz əksini tapdı və aqrar islahatların hüquqi bazasını yaratmaqla kənd təsərrüfatının gələcək inkişafının əsasını qoydu. Mövcud olan 1970 kolxozsovxozun 1929-u islahata getdi, 41 təsərrüfatın balansında toxumçuluq və damazlıq üzrə müəssisələr yaradıldı, təsərrüfatların 280,7 milyon manat dövlət borcu silindi. “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” və “Aqrar islahatların əsasları haqqında” Respublika qanunları qəbul olundu.

- Vurğuladığınız kimi bu siyasi strategiya müasir dövrün ciddi problemlərindən sayılan ərzaq təhlükəsizliyi məsələsinin təminatına yol açdı. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi həm də ildən-ilə ölkəmizdə aqrar sahənin inkişafını özündə ehtiva edir. Bu tendensiya ərzaq təhlükəsizliyinin təminatında hansı rola malikdir?

- Qeyd olunan dövlət proqramları ölkəmizdə gələcək illərdə ərzaqla bağlı hər hansı bir problemin yaşanmayacağına ən böyük təminatdır. Bu gün bu istiqamətdə mühüm addımlar atılır. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün əkinə yararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla, hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. O cümlədən, 2004-2010-cu illər ərzində ölkə başçısı tərəfindən imzalanmış çoxsaylı Fərman və sərəncamların icrası kənd təsərrüfatı və emal sənayesinin dinamik inkişafını təmin edir. Qeyd edim ki, 2010-cu ildə 2004-cü ilə nisbətən tərəvəz 1,1 dəfə, bostan məhsulları 1,22 dəfə, meyvə-giləmeyvə 1,7 dəfə, şəkər çuğunduru 4,4 dəfə, ət 1,76 dəfə, süd 1,26 dəfə artıq istehsal edilib. Əhalinin adambaşına istehlak tələbatı kartof, tərəvəz, bostan və meyvə məhsullarına görə daxili istehsal hesabına ödənilib, ət, südyumurta, taxıl məhsulları üzrə istehlakçılara düşən payın xüsusi çəkisi ilbəil artmağa başlayıb. Bu tədbirlərin nəticəsi olaraq kənd təsərrüfatında 2011-ci ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəki illərdə olduğu kimi öz dinamik inkişafını davam etdirib və kənd təsərrüfatında ümumi məhsul istehsalı 3 milyard 876 milyon 700 min manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artmış, o cümlədən bitkiçilikdə 10,6 faiz və heyvandarlıqda 3,7 faiz təşkil edib. Bu il ötən ildəkindən 331 min 100 ton artıq buğda istehsal edilib, məhsuldarlıq 5,2 sentner artıb. Mövsümün sonuna 2 milyon 450 min tondan çox dənli və dənli paxlalıların istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 450 min tonya 22,5% çoxdur. Eyni zamanda, keçən ilin müvafiq dövrünə nisbətən 23,6 faiz şəkər çuğunduru, 22,4 faiz dən üçün günəbaxan, 15,4 faiz meyvə, 11,9 faiz tütün yarpağı, 10,8 faiz ərzaq üçün bostan məhsulları artıq istehsal edilib. Pambıq yığımı dövründə hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq noyabrın 14-i vəziyyətinə 46 min 522 ton məhsul toplanıb ki, bu da keçən ilin yekunundan 8 min 322 ton çoxdur. Əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin əsasını təşkil edən faktorlardan biri də heyvandarlıqdır. Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da öz inkişafını davam etdirib, son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər məhsul istehsalına öz müsbət təsirini göstərib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi uğurla davam etdirilir. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi ildən - ilə yaxşılaşır. Belə ki, cari ilin 9 ayında keçən ilin eyni dövrünə nisbətən qaramalın və davarların baş sayının 1,8 faiz artmasına baxmayaraq ət istehsalı (diri çəkidə) 4,5 faiz, süd istehsalı (fiziki çəkidə) 6,3 faiz, yun istehsalı 6 faiz artıb, 14 min 400 ton ət, 72 min 900 ton süd, 900 ton yun artıq istehsal edilib. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq son 2 il 9 ay ərzində respublikaya 1987 baş cins damazlıq heyvan gətirilib, təsdiq edilmiş Qaydalara müvafiq olaraq hüquqifiziki şəxslərə güzəştlə lizinqə verilibya lizinq yolu ilə satılıb. Hazırda respublika üzrə bu heyvanların baş sayı 3587 başa çatıb. Cari ilin payızında daha 1283 baş cins mal-qara gətiriləcəkdir. Aqrolizinq” ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2011-ci ilin doqquz ayı ərzində 1406 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 539 ədəd traktor, 20 ədəd ekskavator, 29 dəst texnoloji avadanlıqlar, o cümlədən 5 dəst soyuducu kamera və digər avadanlıqlar, 32 min 656 ton mineral gübrə, 35 min litr pestisid alınıb, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılmış və ya lizinqə verilib. Ümumiyyətlə, cəmiyyət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin doqquz ayı ərzində 12 min 357 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 dəst texnoloji avadanlıqlar alınıb, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılıb və ya lizinqə verilib. 2011-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına 52,8 milyon manat məbləğində subsidiya verilib. Eyni zamandaAqrolizinq” ASC və digər hüquqifiziki şəxslər tərəfindən ölkəyə idxal olunan mineral gübrələrin orta hesabla 50 və 70 faizinin güzəştlə kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılmasına görə 9 ayda həmin təşkilatlara dövlət büdcəsinin vəsaiti hesabına 9 milyon manat vəsait ödənilib. Bundan başqa, ölkə əhalisinin ilboyu meyvə-tərəvəz məhsulları ilə davamlı təminatı, bu məhsulların ixrac müddətinin uzadılması məqsədilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun Bakı şəhərində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran-Astara və Aran iqtisadi rayonlarında topdansatış və soyuducu anbarların tikintisi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Respublikanın rayon və şəhərlərində “Aqrolizinq” ASC tərəfindən ümumi tutumu 44,9 min ton olan 36,6 milyon manat məbləğində soyuducu anbarlar tikilmiştikinti işləri davam etdirilir. Hazırda meyvə-tərəvəz məhsullarının emalı ilə Respublikada 80 müəssisə məşğuldur. Mövcud emal müəssisələrinin gücü ildə 750 milyon şərti banka meyvə-tərəvəz konservlərinin istehsalına imkan verir. Meyvə-tərəvəz konservlərinin istehsalı üzrə Azərbaycan özünü tam təmin ediristehsal edilmiş məhsulların 70 faizi MDB və Avropa ölkələrinə ixrac edilir.

 

 

Səs.- 2011.- 24 noyabr.- S. 6.