Konsensus vətəndaş
cəmiyyətinin əlamətlərindən biri
kimi
KIVDF
Layihə
Vətəndaş cəmiyyətinin
əlamətlərindən biri konsensusdur. “Konsensus”
(consensus) latın sözü
consentio sözündən, daha doğrusu, sentire felindən olub “hiss etmək”, “düşünmək”, “başa düşmək” mənalarını verir, “son” sözünün
köməyilə birgə “qarşılıqlı hərəkət
etmək” mənası yaranır. Əslində, “konsensus” sözünün əsasında hiss,
düşüncə ümumiliyi,
qarşılıqlı anlaşma durur.
Müasir lüğətlərdə
konsensus termini
“mübahisəli məsələlər üzrə ümumi razılaşma” kimi
müəyyən edilir. Qərbdəki
lüğətlərdə konsensus
“hamının və ya əksəriyyətin
tərəfdar olduğu rəy, ümumi razılaşma”, “xüsusən rəydə
razılaşma, yekdillik, ümumi
rəy”, “rəyin üstün olduğu ümumi
razılaşma” (126, 4) kimi səciyyələndirilir.
Göründüyü kimi,
daha çox rəy
önə çəkilir, bir qədər
ziddiyyətli mülahizələr irəli sürülür.
Konsensus politoloji, hüquqi və fəlsəfi
cəhətdən müxtəlif cür
şərh edilir. Konsensus
yekdillik və əksəriyyətinin rəyi
arasında bir razılaşmadır.
Sosial-fəlsəfi ədəbiyyatda konsensusun
iki əsas prinsipini
göstərirlər: 1) iştirak edənlərin
əksəriyyətinin qərarın qəbuluna tərəfdar
olması; 2) heç bir
iştirakçının qəbul olunan
qərara etiraz etməməsi. Konsensus dar mənada daxili proseslərdə istifadə edilən sosial-siyasi konfliktlərin, mübahisələri
həlli üsulu kimi,
“geniş” mənada ümumsiyasi
mənada vətəndaş razılaşması kimi işlənir.
Konsensus müasir şəraitdə müxtəlif
barışmaz mövqedə olan siyasi, iqtisadi, mənəvi,
fəlsəfi, dini ideya
və dəyərlər irəli sürən, demokratiyaya
uyğun olaraq ziddiyyətləri
aradan qaldıran mühüm
prinsipdir. Bir sözlə,
demokratiyada plüralizm
konsensusla birləşir. Konsensusun
baza əsası milli,
dini dəyərlər, şəxsiyyətin
hüquq və azadlıqlarıdır. O.Kont insan birliyi
ilə konsensus arasında əlaqə olduğunu göstərməklə konsensusu geniş mənada
- razılıq mənasında işlədirdi. Bəzi filosoflar konsensusu rasional dərk olunmuş həmrəylik
(E.Dürkgeym), həmrəylikdən fərqlənən
“konflikt modeli”, obyektiv mövcud olan ehtimallıq (Veber), siyasi etika prinsipi
(Jül Kamben) kimi səciyyələndirirlər. Konsensus “danışıq mədəniyyətin”də
əsas yer tutan mühüm fenomendir.
V.Kremenyuk yazır ki, razılaşmaya doğru
gedən yolu təslimçilik deyil, barışıq axtarışı kimi ümumbəşəri təfəkkürdə
çevriliş
hesab etmək lazımdır. V.A.Sosninin fikrincə, konsensusun
texnologiyasına görə ixtilafları həll etmək üçün o zaman kollektiv rəy tətbiq
edilir ki: 1) mübahisənin
predmeti mürəkkəb olur,
tərəflərin maraqları sadə, həll etmək üçün olduqca əhəmiyyətlidir;
2) hər iki tərəf gizli
tələbatlar və maraqlar axtarışı
və təhlilinə hazır olur; 3) hər
iki tərəfin iddialarını yerinə
yetirən alternativ axtarışları üçün kifayət qədər
vaxtları və ehtiyatları olur; 4) tərəflər
problemin müvəqqəti deyil, uzunmüddətli həllində
maraqlıdırlar.
Göründüyü kimi, konsensusun əldə
olunması çətin və mürəkkəb məsələdir.
Konsensusun əldə olunması üçün aşağıdakı
mövqeyə daha çox
haqq qazandırılır: konfliktləri
elə idarə etmək lazımdır ki,
yalnız itkilər minimuma enməsin, həm
də qarşı tərəflər üçün
ümumi fayda maksimum çox olsun.
Konsensus əldə
etmək, konflikti həll etmək üçün dörd üsul mövcuddur:
1) bütün
tərəflərin rəylərinin üst-üstə
düşməsi nəticəsində razılığa nail olmaq;
2) xarici tərəflərin
qanunverici və mənəvi iradəsinə
uyğun olaraq
razılaşma;
3) konflikt tərəflərindən
birini məcbur etməklə
razılaşma;
4) sadəcə olaraq,
öz aktuallığını itirdikdə,
sərbəst olaraq həll edildikdə, konfliktin ləğv edilməsi.
Ümumiyyətlə, konflikti həll etməyin hansı metodunun- məcburetmə və ya
inandırma metodlarının səmərəli
olub-olmaması kəskin şəkildə qarşıya qoyulur. Bu zaman gücdən və ya hüquqdan istifadə məsələsinin
hansına üstünlük verilməsinə
diqqət yetirilir. Əslində, konfliktləri
yalnız həll etmək deyil, onun zorakı formalarını konstitusiya
- qanunverici və danışıq prosesinə
transformasiya edilməsinə
çalışmaq lazımdır.
Bu zaman qanunçuluğa, insan haqlarının qorunmasına müvafiq beynəlxalq konvensiyalar
və bəyannamələrə riayət olunmasına xüsusi diqqət verilməlidir. Şübhəsiz
ki, konfliktlərin həllində əsas metodlardan biri “dəyirmi masa”, danışıqlar prosesidir.
Danışıqlar müxtəlif cür
olur. Qərb tədqiqatçıları R.Fişer və U.Yuri
danışıqlar arasında Harvard
danışıqlar layihəsi əsasında işlənib
hazırlanmış prinsipial
danışıqlar metoduna üstünlük verirlər. Bu
danışıqlar zamanı konfliktlər onların keyfiyyət
xüsusiyyətlərinə görə həll edilir.
Prinsipial
danışıqlar və ya mahiyyət
üzrə danışıqlar dörd əsas
müddəaya əsaslanır: 1) danışıqlar
iştirakçısı və danışıqlar predmeti arasında hüdudların müəyyənləşdirilməsi;
2) mövqelər üzərində deyil, maraqlar üzərində diqqətin
artırılması; 3) qarşılıqlı
faydalı variantların və imkanların seçilməsi;
4) obyektiv meyarlardan
istifadə edilməsi.
Prinsipial
danışıqlar metodu da,
öz növbəsində, üç mərhələdən keçir: təhlil, planlaşdırma və diskussiya mərhələləri. Nəticədə
məntiqi razılaşma əldə olunur.
Müəlliflərin fikrincə, bu prinsipial metodun mövqe diskussiyası tədricən konsensusun əldə olunmasına səbəb olur.
Konsensusun bərqərar
olması bütün hüquqi
qərarların qəbul edilməsinin aparıcı metodudur. Konsensus demokratiyanın
zəif inkişaf etdiyi
ölkələrdə vaxt və təcrübə
tələb edir. Mübahisəli məsələlərin
konsensisual həlli məcburedici, güc tətbiqini məhdudlaşdıran ümumi, ciddi normalara riayət olunması zərurətini irəli
sürür.
Konsensusdan fərqli olan kompromis də əldə edilir. Kompromis konfliktləri həll etməyin klassik metodu hesab edilir.
Kompromisin texnologiyası ondan
ibarətdir ki, konfliktləri başqa, daha gec müddətə,
müvəqqəti təxirə
salır. Kompromis, konsensus
güc, xilas yolu qalmadıqda tətbiq edilir. Konsensus və kompromis qarşılıqlı əlaqədə
olan hadisədir, qarşıduran tərəflərin
danışıqları nəticəsində
əldə edilir.
Azərbaycan tədqiqatçıları
Q.Əliyev və H.Dayızadə “dəyirmi
masa” prosedurasını
nümayəndəli konsensus
kimi təqdim edirlər.
Müəlliflər “dəyirmi masa”nın əxlaq fəlsəfəsini belə
izah edirlər: “Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, “dəyirmi masa”nın iştirakçıları siyasi
və mənəvi həqiqətləri inhisara
götürmək fikrindən
əl çəkməli,
konfliktdə olan strukturlardan hər biri onların arxasında duran qüvvədən asılı
olmayaraq, bütün tərəflərin mənəvi
bərabərliyini qəbul
etməli və nəzərə almalıdırlar
ki, masa arxasında ümumi prinsiplər naminə əyləşənlər... mənəvi
cəhətdən hamısı
bərabərdirlər. Lakin bununla
belə mənəvi bərabərlik heç də danışıqlarda
iştirak edənlərin
öz əqidəsindən
dönməsi demək
deyildir”.
Onlar “dəyirmi masa” etikasında mənəvi bərabərliyi əsas prinsip hesab etməklə,
masada əyləşməyə
sövq edən mənəvi səbəbləri
məhz bu sərbəst əxlaqi əqidə prinsipilə əlaqələndirirlər. “Mənəvi motivasiyanın
təbiətinin mahiyyəti
bundadır ki, hər bir konflikt
tərəfi digər
tərəfi nəinki
qrup mənafelərinin
nümayəndəsi kimi,
hər şeydən əvvəl, onu öz bərabər həqiqəti və ədaləti olan bəşəri dəyərlərin
universumunun bir hissəsi kimi qəbul etməlidir.
Söhbət, ilk növbədə, sosial-siyasi və həyat ideallarının
özünəməxsus dialoqu
keçirilən tərəflərin
mənəvi-siyasi dəyərlərinin
zənginləşməsinə rəvac verən “dəyirmi masa”dan gedir”.
“Dəyirmi masa”da birgə qərar əldə olunmalıdır. Birgə qərar həmin
şəraitdə tərəflərin
əldə etdiyi ən yaxşı qərar hesab olunur.
Bildiyimiz kimi, danışıqların
təsnifatına müxtəlif
cür yanaşmalar mövcuddur. Məsələn, bunlardan biri
iştirakçıların müxtəlif məqsədlərinin
ayrılmasına əsaslanır
(28).
Danışıqların müxtəlif funksiyaları mövcuddur
(28). 1. informasion;
2. kommunikativ; 3. nəzarət; 4. diqqəti yayındırmaq;
5. təbliğati; 6. təxirəsalma funksiyaları.
Birgə qərarın üç
tipi mövcuddur:
1. Kompromis; 2. Nisbi kompromis;
3. Əməkdaşlıq yolu ilə yeni prinsipial qərarın tapılması
(28).
Danışıqların uğurla bitməsini şərtləndirən
amillər isə aşağıdakılardır:
* Artıq problemin məqbul həlli işlənib hazırlanmışdır;
* Danışıqların bütün məqsədləri əldə
edilmişdir;
* Bütün həll variantları
nəzərdən keçirilmişdir;
* Problemin həlli üçün ən yaxşı alternativ imkanlar var.
Bir sözlə, danışıqlar konfliktin
qeyri-zoraki üsullar və vasitələrlə
həll etmək vasitəsidir. “Dəyirmi masa”da isə danışıqlar nəticəsində
konsensus və birgə qərar əldə edilir.
Qərbdə tədqiqatçılar
(C.Berton, R.Fişer, Y.Yuri, A.Bennet) belə hesab edirlər ki, tərəflər o zaman konflikti həll edirlər ki, konflikt başa çatmış olsun. Bu zaman zorun tətbiqilə qarşıdurma və fikir ayrılığının
həqiqi səbəbləri
aradan qaldırılır,danışıqlar konsensusa,
razılığa, əməkdaşlığa
yol açır.
Göründüyü kimi, tərəflər
arasında inam və etibarın yaradılması əməkdaşlığa,
razılaşmaya gətirib
çıxarır. Danışıqlar yolunun strategiyası razılığın əldə
edilməsi və möhkəm sülhə
nail olmaqdan ibarətdir.
Danışıqlar zamanı mütəxəssislər aşağıdakı
qaydalara riayət olunmasını tələb
edirlər: 1) bir-birinin
hüquqlarına hörmət
etmək: 2) qarşı
tərəfin sözünü
kəsməmək; 3) qarşı
tərəfin nöqteyi-nəzərinə
anlaşma nümayiş
etdirmək; 4) qarşı
tərəfin konflikti
necə qəbul etməsini izah etmək; 5) müzakirə
predmetini aydın formulə etmək; 6) ümumi nöqteyi-nəzər
ifadə etmək; 7) tərəfləri də fərqləndirən cəhətləri
sakit tərzdə izah etmək; 8) bundan sonra konfliktin
məzmununu yenidən
təsvir etmək; 9) məsələnin ümumi
həll yolunu axtarmaq; 10) yerdə qalan ixtilafları və razılıqları
qeyd edərək ümumi “kommunikeni” qəbul etmək.
Konsensusun əsas şərti qarşıduran
tərəflərin bir-birinə,
başqa düşüncəyə
dözümlülüyün olmasıdır. Robert Dalın fikrincə, konflikti tənzimləmənin mahiyyəti
konfliktdə iştirak
edən tərəflərin
bir-birinin maraqlarına
qarşılıqlı dözümlülüyüdür.
Konsensus konfliktin elə həlli üsuludur ki, qarşıduran tərəflər
onun hazırlanmasında
şüurlu və rasional şəkildə iştirak edirlər. Konsensus konflikt həll
edənlərin kollektiv
rəyini əks etdirir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 23 noyabr.- S. 11.