“Müstəqil Azərbaycan -20”
“Səs” qəzeti redaksiyasında Azərbaycan
dövlət müstəqilliyinin 20 illiyinə həsr
olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada millət
vəkilləri Adil Əliyev və Fazil Mustafa, tarix üzrə
fəlsəfə doktoru Nazir Əsədov, Vəhdət
Partiyasının sədri Tahir Kərimli, siyasi elmlər
doktoru Cümşüd Nuriyev, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
direktor müavini, dosent Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu iştirak edirdilər.
(Əvvəli
ötən saylarımızda)
Dəyirmi masanı giriş sözü
ilə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev
açaraq, “Səs”qəzetinin hər zaman cəmiyyətin həyatında
baş verən ən aktual məsələlər, proseslərlə
bağlı mütəmadi olaraq dəyirmi masalar təşkil
etdiyini bildirdi. “Bu gün ən aktual mövzulardan biri olaraq
dövlət müstəqilliyinin 20 illiyi ərəfəsindəyik”
- deyən B.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin
müstəqilliyimizin 20 illiyi ilə bağlı
imzaladığı Sərəncamı xatırladaraq ölkənin
hər bir yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar
tərəfindən bu əlamətdar hadisə ilə
bağlı tədbirlər keçirildiyini diqqətə
çatdırdı: “Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində
Azərbaycan Respublikası Ali Sovetinin tarixi sessiyasında “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya aktı qəbul olunub. Məlum olduğu
kimi, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta
uğraması ilə yaranan əlverişli tarixi şərait
və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan
xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik
bayrağını qaldırdı. Bu, xalqımızın
siyasi tarixində bir əsrdə yaşadığı ikinci
parlaq qələbə idi. Azərbaycan Respublikası Ali
Sovetinin xalqın təkidli tələbi ilə
çağırılmış növbədənkənar
sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında bəyannamə qəbul edildi. 1991-ci il
oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir
və xalq bunu bir bayram kimi qeyd edir. Belə bir əlamətdar
hadisə Azərbaycan tarixinin əsasını təşkil
edir. Bu gün tanınmış siyasətçilərin,
tarixçilərin və millət vəkillərinin
iştirakı ilə dəyirmi masanı təşkil etməkdə
əsas məqsəd məhz 20 illik bir dövr ərzində
Azərbaycan tarixinə qısa bir şəkildə də olsa
nəzər salmaqdır”.
“Səs” qəzetinin əməkdaşı:
- Müstəqillik dövründə Azərbaycanda
demokratik bir dövlət olaraq çoxpartiyalı sistem
yaradıldı. Sovet dövründən fərqli olaraq
müstəqil dövlətimizin mövcudluğu məhz belə
bir sistemin yaradılmasına imkan verdi. Bu məsələlər
müxtəlif aspektlərdən müzakirə edilmişdir. Fazil müəllim,
yaxşı olardı ki, çoxpartiyalı sistemin
mövcudluğu çərçivəsində ictimai-siyasi
prosesləri xarakterizə edəsiniz.
HEYDƏR ƏLİYEVİN ƏN BÖYÜK XİDMƏTLƏRİNDƏN
BİRİ AZƏRBAYCAN DÖVLƏTİNDƏ MÜSTƏQİLLİYİN
TƏMƏLİNİN MÖHKƏMLƏNMƏSİ
ÜÇÜN XARİCİ TƏZYİQİ
NEYTRALLAŞDIRMASI OLDU
Fazil Mustafa:
- Bildiyiniz kimi, sovet dövründə
yalnız bir partiya mövcud idi. Bu, Sovet İttifaqı Kommunist Partiyası idi. Onun da əsasında Sovet İttifaqının ideologiyası
dayanırdı. Həmin illərdə digər bir partiyanın mövcudluğu
isə tamamilə qəbulolunmaz idi. Yeni dövlətin yaranması
çoxpartiyalılığın meydana
gəlməsi ilə nəticələndi. Belə ki, Milli Qurtuluş
Partiyası, Respublikaçılar Partiyası və digər ad altında partiyalar fəaliyyətə
başladı. Bu, müstəqil dövlət
üçün normal
bir proses idi. Partiyalar formalaşarkən bir çox dünya ölkələrində
olan partiyaların modelinə istinad olunurdu. Bu, normal qəbul edilirdi.
Tarixdən bəllidir ki,
çox vaxt xalq və milli
azadlıq hərəkatının
güclü olduğu
məkanlarda müstəqillik
əldə olunub.
Bu ətrafda müzakirələr
çox olur. Mən paralel olaraq iki istiqamətdə buna münasibətimi bildirmək istərdim.
Bəzi ölkələr var ki, milli azadlıq
hərəkatı orada
baş qaldırıb
və illərdir ki, müstəqillik uğrunda mübarizə aparırlar. Amma təəssüf ki, müstəqilliyə nail ola bilmirlər. Zamanın yetişdirdiyi zəruri şəraitdən lazımi
şəkildə bəhrələnməyən
xalqlar müstəqillik
arzularına çata
bilmədilər. Böyük bir
xoşbəxtlikdir ki,
Azərbaycan xalqına
belə bir tarixi dövr yaşamaq nəsib oldu. Azərbaycan dövlət müstəqilliyinin
20 illik tarixi dövründə təhlillər
tarixi istisnaya yönəldir. Biz bu zamanı bütöv şəkildə
təhlil etməliyik.
Təbiidir ki, ilk illərdə müəyyən
təcrübəsizliklər, qabiliyyətsizliklər və
s. kimi hallar müşahidə edilir. Amma sonrakı dövrlərdə
Azərbaycan bir müstəqil dövlət
olaraq inkişaf yoluna qədəm qoyur. Mən deyərdim ki,
Azərbaycanın müstəqillik
tarixi təhlil olunarkən əsas bir məqsəd özünü büruzə
verir. Bu məqsədin əsasında
xalqın bütövlükdə
müstəqillik amalında
yaşaması dayanır.
Biz səmimi bir
şəkildə etiraf
etməliyik ki, Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının
işğal olunmasında
əsas vasitəçi
Rusiya idi. Burada belə bir fikir
meydana çıxır
ki, müstəqilliyimizin
ilk dövrlərində biz milli birlik əldə
etmiş olsaydıq, o
zaman torpaqlarımıza
sahib çıxa bilərdik.
O illərdə formalaşmış
ordumuzun olmaması, Azərbaycanın iqtisadi cəhətdən böhran
şəraitində yaşaması
və s. faktorlar məhz belə bir şəraitin labüdlüyünü ortaya
qoydu. Sözsüz ki, Ermənistan
da güclü bir qüvvəyə malik dövlət deyildi. Hadisələrə bütöv bir
şəkildə yanaşmış
olsaq, Azərbaycanın
ilk uğurunun 1993-cü ildən
sonra əldə olunduğunu görərik.
Bu uğurun təmin
olunması məqsədi
ilə birincisi Azərbaycan dövlətində
müstəqilliyin təməlinin
möhkəmlənməsi üçün
xarici təzyiqi neytrallaşdırmaq lazım
idi. Azərbaycanda müstəqillik dövründə Heydər
Əliyevin ən böyük xidmətlərindən
biri məhz bu xarici təzyiqi
neytrallaşdırmaq oldu.
Ulu Öndər Heydər Əliyev Rusiya, İran və Türkiyə ilə münasibətdə prioritet
dövlət seçmədi.
Hamısı ilə fərdi
üslubda - hansı dövlətin daha çox təzyiqə malik olmasını nəzərə alıb, daha çox azaltma yolunu seçdi. Bu, gələcək üçün,
müstəqilliyimizin möhkəmlənməsi
üçün bir addım idi. Ölkədə sabitlik olmadan
bizim kimi dövlətlər dünyada
təşəbbüskar dövlətə
çevrilə bilmirlər.
İkinci bir cəhəti
qeyd etmək istərdim ki, çoxpartiyalılığın ən böyük əhəmiyyəti Azərbaycan
cəmiyyəti üçün
qazandığı plüralizm
oldu. Bütün insanlar cəmiyyətdə
və siyasətdə
eyni qaydada iştirak edə bilməzlər. Bunun üçün
vasitəçiliyin mövcudluğu
şərtdir. Vasitəçinin keyfiyyətli olması ölkənin demokratikləşdirilməsində
daha böyük rol oynayır. Bu vasitəçilik Azərbaycanda kifayət qədər keyfiyyətli olmadı. Bunun real səbəbi onda idi ki,
siyasətin alt bazasında
iqtisadi münasibətlər,
mülkiyyət münasibətləri,
insanların müəyyən
maraqları durmalıdır.
Bu, Azərbaycanda iqtisadi sistemin inkişafı ilə bağlıdır.
Azərbaycanda müstəqillik dövündə
böyük uğurlardan
biri kimim üxtəlif dünyagörüşləri
təmsil edən partiyaların meydana gəlməsi oldu. Onların təmsilçilik ruhu yoxdur. Bu da
gerçək Azərbaycan
bazarının inkişafı
ilə bağlıdır.
Azərbaycanın 30 illik müstəqillik tarixini daha böyük
uğurlarla qeyd etməliyik. Buna dövlətin potensialı
və gücü var.
Cəmiyyətdə münasibətlər
hüquqi məcrada tənzimlənməlidir. İqtidar-müxalifət münasibətlərinin yeni
bir forması ortaya qoyulmalıdır.
Dövlətin dəstəyi ilə
qeyri-hökumət təşkilatları
xarici asılılıqdan
qurtardılar. Partiyaları da belə bir
asılılıqdan xilas
etmək, ölkə daxilində canlı bir mexanizmə çevirmək lazımdır.
“Səs”
qəzetinin əməkdaşı:
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə QHT-lər və KİV-lərlə bağlı dövlət dəstəyi fondları yaradıldı. Bunun müqabilində möhtəşəm
işlər görülür...
Fazil Mustafa:
- Bu, ardıcıl bir şəkildə davam edərsə, hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyinin
30 illik yubileyində daha anlayışlı təhlillər olar.
MÜSTƏQİL AZƏRBAYCANDA YEGANƏ PARTİYA
YENİ AZƏRBAYCAN PARTİYASIDIR Kİ, ONUN
İDEOLOGİYASI, PROQRAMI VƏ NİZAMNAMƏSİ BƏLLİDİR
Hikmət Babaoğlu:
- Azərbaycanın dövlət müstəqilliyinin
20 illik yubileyi həmrəyliyə çevrilməlidir.
İstərdik ki, bu yubiley ölkədə bayram əhval-ruhiyyəsi yaratmaqla bərabər, ümummilli həmrəylik
axtarışlarını da
intensivləşdirsin. Bu tarixi dövrdə
Azərbaycan rəngarəng
ictimai palitra qazana bilib. Azərbaycanda, sözün həqiqi
mənasında, demokratiya
bərqərar olub.
Ölkədə söz və
mətbuat azadlığı
təmin edilib. Müasir dövrümüzdə ölkəmizdə
xeyli sayda siyasi partiyalar fəaliyyətdədir. Məni narahat
edən bir məsələ, dünyada
olan siyasi partiyalardan fərqli olaraq, Azərbaycanda mövcud olan siyasi partiyaların heç biri daşıdığı ada
və elan etdiyi siyasi tezislərə
əməl etmir.
Azərbaycanda sözün əsl
mənasında, nə
sosial-demokrat var, nə mühafizəkar, nə də liberal və s. var. Sözsüz ki, partiyaların adları qeyd edilərkən onların siyasi dünyagörüşləri,
konsepsiyaları özündə
ehtiva olunur. Təəssüflər olsun ki, mən Azərbaycanda bu və ya
digər adlar altında fəaliyyətdə
olan partiyaları daşıdıqları adlara
uyğunlaşdıra bilmirəm.
Məncə, Azərbaycanın siyasi partiya liderlərinin və təmsilçilərinin üzərinə
böyük yük düşür. Hər bir
məqamda müqayisə
üçün beynəlxalq
standartlara istinad edirik. O zaman siyasi partiyaları da bu prizmadan
beynəlxalq standartlara
uyğun xarakterizə
edək. Sual yaranır ki,
o zaman niyə heç kəs bu haqda danışmır,
beynəlxalq standartlara
istinad etmir? Müstəqil Azərbaycanda yeganə
partiya Yeni Azərbaycan Partiyasıdır
ki, onun ideologiyası, Proqramı və Nizamnaməsi bəllidir. Bu partiyanın faliyyətində
məqsəd və ideoloji prinsiplər izlənilir. Digər partiyalarda
isə bu hal mövcud deyil. Fazil müəllim, bəlkə,
elə bu aspektdən siyasi partiyaların maliyyələşməsinə
və onların cəmiyyətdəki roluna
diqqət yetirməliyik.
Müxalifət partiyalarının
uğur qazanmamasının,
bəlkə də bir az nüfuz qazanmasının
bir səbəbi də bundadır. Tarixi təftiş etmək məsələsinə gəldikdə
isə, deyərdim ki, bunu edərkən
tarixdən ibrət dərsləri çıxarmağı
bacarmalıyıq.
AZƏRBAYCANDA DÖVLƏTƏ, ONUN PERSPEKTİVİNƏ,
CƏMİYYƏTİN PROBLEMLƏRİNƏ MÜNASİBƏTDƏ
ƏN DÜZGÜN İDEOLOGİYA AZƏRBAYCANÇILIQDIR
Tahir Kərimli:
- Azərbaycanda mövcud olan partiyaları bir neçə qrupa bölmək mümkündür.
Belə ki, milli, dini,
liberal, sosialist partiyalar
və s. Azərbaycanda
partiyalar vahid bir ideologiyanı götürüb inkişaf
edə bilərlər.
Azərbaycanda dövlətə münasibətdə, onun perspektivinə münasibətdə,
cəmiyyətin böyük
problemlərinə münasibətdə,
hesab edirəm ki, ən düzgünü
elə Azərbaycançılıq
ideologiyasıdır. Bayrağımız zəminində olan ideologiyadır.
ZÜMRÜD BAYRAMOVA
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 1 oktyabr.- S. 8-9.