Hüquqi
dövlətdə konstitusiya nəzarəti
insan hüquqlarının müdafiəsinin
prinsip və forması kimi
Müasir hüquqi dövlətdə insan və vətəndaşın
hüquq və azadlıqlarının müdafiəsi
konstitusiya - hüquqi və beynəlxalq hüquqi mexanizmlər
vasitəsilə həyata keçirilir. Hüquqi dövlətdə
bu sahədə konstitusiya nəzarəti mühüm rol
oynayır. Konstitusiya nəzarəti
zamanı üç əsas formadan abstrakt, konkret və fərdi
nəzarət formalarından istifadə edilir. Ölkə
Prezidenti İlham Əliyev sivil, demokratik dövlət
quruculuğunun amilləri içərisində konstitusiya nəzarəti,
qanunun aliliyi, hüquq və vətəndaşların
qorunması amillərinə mühüm önəm verir: “Mənim
aləmimdə, sivil və hüquqi dövlət o dövlətdir
ki, orada qanunun aliliyi var, cəmiyyətdə bütün
ictimai-siyasi təsisatlar işləyir, cəmiyyət demokratik
prinsiplər əsasında qurulur, söz, vicdan
azadlığı var, dinindən, milliyyətindən
asılı olmayaraq insanlar eyni hüquqlara malikdirlər, azad
yaşayırlar. Mənim aləmimdə, bunlar sivil və
hüquqi dövləti müəyyən edən əsas amillərdir.
Hesab edirəm ki, indi Azərbaycanda belə bir dövlətin
qurulması istiqamətində çox işlər
görülür və bundan sonra da çox işlər
görüləcək”.
Abstraktın nəzarətinin
məqsədi normativ-hüquqi aktların qəbulu prosesində
insan azadlıq və hüquqlarını tənzim edən
qanunvericiliyin konstitusiya və onun müddəalarına riayət
olunmasını təmin etməkdir. Bəzi Qərb ölkələrində
- Avstriya və Fransada konstitusiyalılıq konstitusiya nəzarəti
orqanının öz təşəbbüsü ilə qoyula
bilər. Abstrakt nəzarət zamanı Konstitusiya Məhkəməsi
insan azadlığı və hüquqlarının
qanunvericilik pozuntularını aradan qaldırır. Bu cür nəzarətdən
daha çox Almaniya, İtaliya, İspaniya və Portuqaliyada
istifadə olunur. Konkert nəzarət hüquq
normalarının tətbiqinin konstitusiyalılığı məsələsinin
konkret həllini nəzərdə tutur. Konkret nəzarət
zamanı ümumi məhkəmələr Konstitusiya Məhkəməsi
qarşısında konkret məhkəmə işi ilə
bağlı sorğu qoya bilər və məhz bu həddə
qanunun konstitusiyaya uyğunluğunu təmin edə bilər.
Konstitusiya nəzarəti fərdi (kollektiv) şikayətlər
əsasında da həyata keçirilə bilər. Bu zaman
ayrı-ayrı fərdlər, müxtəlif vətəndaş
birlikləri, hüquqi şəkillər öz hüquq və
azadlıqlarının pozulmasına dair Konstitusiya Məhkəməsinə
şikayətlər verə bilər. Bu zaman konstitusiya nəzarətinə
uyğun olaraq, insanların hüquqi müdafiəsi o halda təmin
edilir ki:
1. Şikayətdə toxunulan məsələlər
prinsipial mühüm konstitsion hüquqi əhəmiyyət kəsb
etsin;
2. Şikayətlər son dərəcə əsaslı
olsun;
3. Şikayətlər perspektivsiz olmasın
Məlumdur ki, Azərbaycan Respublikasının
Konstitusiyasının 57-ci maddəsində vətəndaşların
müraciət etmək hüququ təsbit edilmişdir.
Konstitusiyada göstərilir: “Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına şəxsən müraciət etmək,
habelə, fərdi və kollektiv yazılı müraciətlər
göndərmək hüququ vardır. Hər bir müraciətə
qanunla müəyyən edilmiş qaydada və müddətlərdə
yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarının və onların vəzifəli
şəxslərinin, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin, habelə,
ayrı-ayrı vətəndaşların fəaliyyətini və
ya işini tənqid etmək hüququ vardır. Tənqidə
görə təqib qadağandır. Təhqir və böhtan
tənqid sayıla bilməz”.
Konstitusiyanın 60-cı maddəsində
hüquq və azadlıqlara məhkəmə
təminatı da öz
işini tapmışdır: “Hər kəsin
hüquq və azadlığının məhkəmədə
müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai
birliklərin, vəzifəli şəxslərin qərar və
hərəkətlərindən (yaxud hərəkətsizliyindən)
məhkəməyə şikayət edə bilər”.
İnsan hüquq və azadlıqlarının
qorunması sahəsində konstitusiya ərizəsi
(pemisiya) hüququ mühüm yer tutur. Pemisiya termini subyektiv hüququ özündə əks etdirərək,
müxtəlif növ formaları:
müraciət, ərizə, tələb, xahiş
formalarında təzahür edir. Bütün bunlar insan hüquqları sahəsindəki dövlət
orqanlarının fəaliyyətini təmin edir,
hakimiyyət orqanlarını baş vermiş hadisələr haqqında məlumatlandırır.
Pemisiya verilməsi hüquqi dövlətdə hər kəsin bu rəyini azad ifadə
etməsi forması kimi özünü
göstərir. Bəzi Qərb ölkələridə
müvafiq hakimiyyət orqanlarına
müraciət vətəndaşların hüquqi
dövlət və vətəndaş cəmiyyətinin
işlərində iştirak etmək,
ayrı-ayrı şəxslərin və vətəndaşların
siyasi və hüquqi
qərarlarının qəbulu prosesinə təsiri
forması kimi şərh edilir.
Hər bir fərdin
və kolletivin imzalanmış müraciəti,
yazısı, ərizələri parlamentə hər hansı
dövlət aparatına, ombudsmana ünvanlana bilər. “İnsan
hüququ” kitabında göstərildiyi kimi: “Pemisiya hüququna belə geniş
yanaşma onun mühüm funksiyası vətəndaş və
ya kollektivin siyasi idarəetmə prosesinda
iştirakına, insanların cəmiyyət və dövlətin
maraqlarının inteqrasiyası və demokratik
kommunikasiyası vasitələrinə xidmət etməsilə
izah edilir. Onu da qeyd etmək olar ki, pemisiya
hüququ həm də dövlətin vətəndaşlarından
özünəməxsus nəzarət vasitəsi hüquq və azadlıqların dövlət
orqanları, vəzifəli şəxslər tərəfindən
pozulmasının
qarşısını alan müdafiə
vasitəsidir”.
Azərbaycan Konstitusiyasında konstitusiya nəzarətinin həyata
keçirilməsi üçün
şikayət verilməsi göstərilmişdir: “Hər kəs hüquq və
azadlıqlarını pozan qanunvericilik və icra
hakimiyyəti orqanlarının normativ
aktlarının, bələdiyyə və məhkəmə
aktlarından qanunla və müəyyən
edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində
göstərilən məsələlərin Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən həll edilməsi üçün
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə pozulmuş insan hüquq və
azadlıqlarının bərpa edilməsi məqsədi ilə
şikayət verə bilər. Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr
insan hüquq və
azadlıqlarının həyata keçirilməsi məsələləri
ilə bağlı Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi
haqqında Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə müraciət edə bilərlər.
Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili insan
hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və
məhkəmə aktlarından qanunla
müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin
1-7-ci bəndlərində göstərilən məsələlərin
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu verə bilər”.
Dünya
ölkələrinin və Azərbaycan Respublikasının təcrübəsi
göstərir ki, konstitusiya
nəzarətinin bu forması ictimai hüquqi şüurun formalaşmasında son nəticədə insan
və vətəndaşların hüquq
və azadlıqların qorunması prosesində mühüm təsir edir. Pemisiya hüququnu tənzim
edən əsas normativ mənbələr konstitusiya və qanunlar
ölkəmizdə hüquqi dövlət
və demokratik vətəndaş cəmiyyəti
quruculuğuna xidmət edir.
20 ildir ki, demokratiya
yolu ilə irəliləyən Azərbaycan
Respublikasının hüquqi dövlət
və vətəndaş quruculuğu sahəsində
əldə etdiyi uğurları da akademik R.Mehdiyevin
sözləri ilə belə ifadə etmək olar:
“İdarəetmə və demokratiya sahəsində
ümumxalq referendum yolu ilə qəbul edilmiş
konstitusiyaya uyğun olaraq
Azərbaycanın demokratik, dünyəvi,
humanist dövlət qurumunu
təsbit edilmiş siyasi
idarəçilikdə və cəmiyyətin bütün
digər sahələrində demokratiyanın bərqərar
olması üçün siyasi
plüralizmə çoxpartiyalılığa rəvac verilmiş, dövlət hakimiyyətini
formalaşdırmağın ədalətli və
etibarlı vasitəsi olan seçki
sistemi qəti şəkildə qərar
tapmış demokratik prinsiplər əsasında
ölkənin milli parlamenti
seçilmişdir. Söz, mətbuat, vicdan və informasiya
azadlığı təmin edilmişdir. İnsan hüquq və
azadlıqlarının tam şəkildə
həyata keçirilməsinə təminat
yaradılmış, ölüm hökmü ləğv edilmiş,
vətəndaş cəmiyyəti qurulması istiqamətində
mühüm addımlar
atılmışdır”.
Ölkəmizdə
insan hüquq və
azadlıqlarının qorunması, konstitusiya
nəzarətinin reallaşması, qanunun aliliyinin təmin edilməsi sahəsində
ölkə Prezidenti İlham
Əliyev Ulu Öndər Heydər Əliyevin
20 ilə yaxın başladığı ənənələri
bu kimi uğurla
davam etdirir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 5 oktyabr.- S. 10.