Dövlət
quruculuğumuzun inkişaf
tarixi
Bu il Azərbaycan xalqının həyatında əlamətdar
tarixi hadisənin - Azərbaycan dövlət müstəqilliyinin
bərpa edilməsinin 20 ili tamam
olur. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul
edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü -
müstəqil inkişaf dövrü başlandı.
Azərbaycan Respublikasının öz müstəqilliyini
əldə etməsi keçmiş
SSRİ-də və bütün dünyada 80-ci illərin
ortalarından başlayaraq gedən ictimai - siyasi proseslərin
nəticəsi idi. Bu tarixi gerçəklik SSRİ-nin dağılmasına və
nəticə etibarı ilə müttəfiq respublikaların
hər birinin müstəqil dövlətə çevrilməsinə
gətirib çıxardı. Bunun ardıca yeni müstəqil
dövlətlərin, eləcə də, Azərbaycan
Respublikasının dünya ölkələri, müxtəlif
beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş
Millətlər Təşkilatı tərəfindən
tanınması beynəlxalq
hüquq normalarının qanuni
təzahürü oldu.
Tarix dəfələrlə
sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti
olan müstəqilliyin qorunması onun əldə edilməsindən
qat- qat ağır və mürəkkəb vəzifədir.
Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan
Respublikasının qarşısında yeni tarixi inkişaf mərhələsində
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi və dünyəvi dövlət qurulması,
ölkənin ərazi bütövlüyünün bərpa
edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin
təmin olunması kimi mühüm vəzifələr dururdu.
Bütün bunlar ardıcıl,
düşünülmüş daxili və xarici siyasət
kursunun hazırlanıb həyata
keçirilməsini tələb edirdi.
Təəssüf ki, 1991-1993-cü illərdə
müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə
ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi,
ərazi bütövlüyünün təmin olunması ilə
bir araya sığmayan daxili və
xarici siyasəti müstəqil
dövlətçiliyə, onun sonrakı taleyinə
ağır zərbələr vurdu. Azərbaycanda Ermənistan
təcavüzü ilə yanaşı, daxili ictimai sabitlikdə
pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət
çəkişməsi başlanmışdı.
1993-cü ilin
iyununda
xalqın təkidli tələbi ilə ölkədə
hakimiyyət dəyişikliyi baş verdi. Uzun ilər Azərbaycana
rəhbərlik edən, Azərbaycan xalqının ümid yeri olan Heydər Əliyev hakimiyyətə gəldi.
Hakimiyyət vakuumu aradan götürüldü,
baş qaldırmış
separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə,
müstəqilliyinə, ərazi bütövlüyünə
qəsdlər törədən cinayətkər ünsürlər
zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi,
yekdilliyi təmin edildi.
Azərbaycanın
müstəqilliyini, ərazi bütövlüyünü,
qorumaq, ölkədə ictimai-siyasi
sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən
biri davam etməkdə
olan Ermənistan-Azərbaycan müharibəsi
ilə bağlı qəti addımlar atılmasından ibarət
idi. Milli ordumuzun formalaşdırılması, onun döyüş
qabiliyyətinin yüksəldilməsi,
torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin
həyata keçirilməsi nəticəsində hərbi
qarşıdurmada tarazılıq
yarandı.
Müharibənin
dayandırılması, ölkədaxili vəziyyətin
nizamlanması, ictimai- sayasi
sabitliyin bərqərar
olması, regionda qonşu
dövlətlərlə yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin normal məcraya
salınması Azərbaycanın
müstəqil dövlət kimi
yaşamasını və sonrakı inkişafını
şərtləndirən amillərdən oldu.
Məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin əməyi
nəticəsində Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəxalq
aləmdə ona münasibətdə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri
ilə “Əsrin müqaviləsi”
adlandırılan ilk neft
kontraktını imzaladı. Ölkənin çoxsaylı sosial-iqtisadi
problemlərinin həlli istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilməyə
başladı.
1995-ci il noyabrın 12-də müstəqil
respublikamızın ilk konstitusiyası qəbul
olundu və müstəqillik tariximizdə ilk
dəfə parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycanın Konstitusiyası
ölkəmizdə yeni dövlət quruculuğu üçün,
dövlət fəaliyyətinin və cəmiyyətin
inkişafının gələcək
modeli üçün
hüquqi əsas yaratdı. Azərbaycan
müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter
alması baxımından tariximizin ən
məhsuldar dövrünün təməli
qoyuldu.
Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və
ardıcıl surətdə həyata keçirilməsi
ölkəmizin əldə etdiyi nailiyyətlərin
ən əsasıdır. Bu sahədə bir çox faydalı
sazişlər imzalanıb, işlər görülmüşdür.
Müstəqil neft strategiyasının həyata
keçirilməsi vasitəsi ilə Azərbaycan
dünyanın bir çox
ölkələrinin diqqətini, marağını
özünə cəlb etmişdir. Azərbaycanın neft
strategiyası ölkəyə həm iqtisadi
inkişaf üçün
əlverişli şərait yaradıb, həm də
dünyanın bir çox
dövlətləri ilə qarşılıqlı surətdə
faydalı əlaqələr qurmağa imkan veribdir. Ümumiyyətlə,
Azərbaycanın neft strategiyası və
bu sahədə görülən məqsədyönlü tədbirlər nəinki mühüm
sosial-iqtisadi, həm də böyük
siyasi əhəmiyyət kəsb edir. Bu da
Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun
artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsi işinə
xidmət edir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri bunun bariz nümunəsidir.
Bir vaxt gerçəkləşməsi
bir arzu kimi olan bu
layihələr hal hazirda
Azərbaycan xalqının rifahına, dövlətimizin
güclənməsinə xidmət edir.
Ümummilli Liderimiz Heydər Əliyevdən
sonra hakimiyyətə gələn möhtərəm
cənab Prezidentimiz İlham
Əliyev də qeyd etdiyimiz
azad, müstəqil daxili
və xarici siyasət kursunu
davam etdirərək respublikamızın
qüdrətini artırmaq məqsədi ilə bir çox islahatlar həyata keçirməkdədir. Aparılan
islahatların sosialyönümü və
əhalinin sosial
müdafiəsi tədbirləri dövlətin iqtisadi siyasətində mühüm
yer tutur. Əmək
haqqının artırılması barədə dövlət
tədbirlərinin həyata keçirilməsi nəticəsində
işçilərin orta aylıq nominal əmək haqqı xeyli artmışdır. Əhalinin sosial mudafiəsinin
yaxşılaşdırılması
hər vaxt dövlətin diqqət mərkəzindədir.
Ölkənin sosial-iqtisadi imkanları
yaxşılaşdıqca və büdcənin mədaxili
artdıqca, müvafiq olaraq
bu tədbirlərin davam
etdirilməsi xalqımızın rifahına böyük bir töhfədir.
Bu gün Azərbaycanın sosial-iqtisadi
inkişafında yeni mərhələnin
təməli qoyulmuş və yüksək
iqtisadi artım üçün
əsaslı zəmin yaradılmışdır. Bu, iqtisadiyyatın daha yuksək
templə inkişafının təmin edilməsi, ölkədə
işsizliyin azaldılması, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiya
edilməsi yolunda mühüm
mərhələdir.
Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir.
Ölkəmizdə bunun üçün
zəruri olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Dövlət
quruculuğu sahəsində aparılan islahatlar dövlətin hakimiyyətlərin
bölünməsi prinsipi əsasında
gerçəkləşməsini təmin etdi.
Respublikada müxtəlif yönlü siyasi partiyaların fəaliyyət göstərməsi,
çoxsaylı mətbuat orqanlarının sərbəst
çıxması və sairə kimi hallar Azərbaycanda siyasi plüralizm, fikir
azadlığı, demokratiya
ab-havasının hökm sürməsinin konkret əyani
nəticəsidir.
Möhtərəm
cənab Prezidentimiz İlham
Əliyevin səyi ilə sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda, insan
hüquqları və azadlıqlarının təmin edilməsi
yolunda qazanılmış uğurlarla
yanaşı, Azərbaycan dövlətinin yeritdiyi
məqsədyönlü siyasət sayəsində mədəniyyət,
incəsənt,
idman və başqa
istiqamətlərdə əldə edilmiş
mühüm nailiyyətlər ölkəmizin
beynəlxalq arenada daha
da çox
tanınmasına və müstəqilliyimizin möhkəmləndirilməsinə
xidmət edir.
Buna
bariz nümunə kimi
idmançılarımıza göstərilən dövlət
qayğısı nəticəsində onların beynəlxalq əhəmiyyətli
turnirlərdə, olimpiya oyunlarında
yüksək nəticələr göstərməklə
bayrağımızı ucalara yuksəltmələrini,
son 2011-ci il “Avroviziya” musiqi
yarışmasında ökəmizin birinci
yerə çıxmaqla bütün
Avropanı Azərbaycana gətirməyini göstərmək olar.
Bütün qeyd olunan bu
uğurlar Azərbaycan xalqına böyük ruh yüksəkliyi
verir və Azərbaycan
Respublikasının daha parlaq
və işıqlı gələcəyinin olmasının təcəssümüdür.
Ramiz Daşdəmirov,
YAP Binəqədi rayon
gənclər təşkilatının
üzvü
Səs.- 2011.- 5 oktyabr.- S. 5.