Prezident nəzarəti hüquqi dövlətin əsas atributudur

 

Prezident nəzarəti yeni səmərəli nəzarət sisteminin yaradılması, şaquli hakimiyyətin möhkəmləndirilməsi ilə möhkəmləndirilməsi ilə bağlı olub, inzibati dövlət islahatlarının tərkib hissəsini təşkil edir.  Prezident nəzarəti insan hüquqlarının müdafiəsi, “gizliiqtisadiyyat, korrupsiya, cinayətkarlığa qarşı amansız mübarizə vasitəsidir. Qanunlara riayət olunmasına nəzarət, icra intizamının yüksəldilməsi, dövlət idarəçilik mexanizminin gücləndirilməsi, şəxsiyyət, cəmiyyət dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquq-mühafizə orqanlarının fəaliyyətinin köklü surətdə yaxşılaşdırılması da prezident nəzarətinin əsas istiqamətlərindəndir.

Prezident nəzarəti ölkə Prezidentinin Konstitusiyanın imkan verdiyi səlahiyyətləri nəzərə alınmaqla dövlət idarəçiliyi nəzarətinin təkmilləşdirilməsinin strateji təşkili vasitəsidir.

Hüquqi dövlətin əsas atributlarından olan prezident  nəzarətinin həyata keçirilməsi haqqında A.TarasovPrezident nəzarətiəsərində yazır: “Cəmiyyətin modernləşməsi, demokratik, hüquqi dövlətin yaradılması şəraitində dövlət nəzarəti, kriminal hadisələrlə mübarizənin gücləndirilməsi, icra hakimiyyəti orqanlarında, hüquq-mühafizə orqanlarında icra intizamının yüksəldilməsi zəruridir. Dövlət nəzarəti sistemində prezident nəzarəti şəxsiyyət, dövlət cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına, dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsinə, təkmilləşdirilməsinə inkişafına yönəlir, müsbət siyasi, sosial-iqtisadi inkişafın yalnız zəruri şərti deyil, müəyyənedici komponentinə qarantına çevrilir”.

A.Tarasov prezident nəzarətinin hüquqi dövlət quruculuğu prosesində yerini rolunu göstərməklə, onun hüdudlarını, strukturunu funksiyalarını da göstərmişdir.

Prezidentlik institutu Azərbaycan üçün yeni hadisədir. Bu təsisat XX əsrin 90-cı illərində Azərbaycan müstəqillik əldə etdikdən sonra yaranmışdır. Prezidentlik institutunun funksiyalarına kadr, informasiya, hüquqi problemlər daxildir. Prezident nəzarəti hakimiyyətin digər qolları vasitəsilə həyata keçirilir. Konstitusiyaya uyğun olaraq Azərbaycan Prezidenti dövlət başçısı kimi qanunverici, icra məhkəmə orqanlarının həyata keçirdiyi dövlət hakimiyyətinin vəhdətini təmin edir. Prezident nəzarəti inzibati maliyyə nəzarəti formalarında həyata keçirilir.

Prezident nəzarətinin məqsədi icra hakimiyyəti orqanlarının fəaliyyətini prezident ümumilikdə, dövlət idarəçiliyinin tələblərinə uyğun inkişaf etdirməkdir. Nəzarət dövlət idarəçiliyinin bir hissəsidir. Prezident nəzarətinin subyektləri Prezidentin fərman sərəncamlarının yerinə yetirilməməsinə, nəzarət funksiyalarını həyata keçirən orqandır (Prezident Administrasiyası). Prezident nəzarətinin subyektlərini təsnif edərkən onun ali səviyyəsinə prezident, ikinci səviyyəsinə Prezident Administrasiyası, üçüncü səviyyəsinə prezidentin yerlərdəki nümayəndələri (icra hakimiyyəti) daxil edilir. Prezident nəzarətinin obyektlərinə normativ hüquqi aktlar sistemi, konstitusiya qanunları, prezident sərəncamları hökumət qərarları aid olunur. Bu zaman icra hakimiyyəti orqanlarının bütün sisteminə bütün fəaliyyətinə nəzarət edilir.

Prezident nəzarətinin texnologiyasına gəldikdə, bu zaman aşağıdakı mərhələlər ayrılır: 1.İdarəetmə sisteminin nəzarət olunan hissəsinin faktik vəziyyətinin müəyyənləşdirilməsi; 2. Nəzarət zamanı əldə olunan faktların müvafiq normativ hüquqi aktların tələbələrinə uyğunluğu ilə müqayisə edilməsi; 3.Aşkara çıxan nöqsanların qiymətləndirilməsi; 4. Pozğunluqların səbəblərinin aşkar edilməsi; 5. Müvafiq tədbirlərin görülməsi; 6. Prezident yoxlaması zamanı qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət.

Prezident nəzarətinin prinsipləri aşağıdakılardır: 1. Prezidentin hüququ statusu prinsipi. 2.Nəzarətlilik prinsipi. 3.Qanunçuluq prinsipi.4.Nəzarətlilik prinsipi. 5.Aşkarlıq prinsipi. 6. Məsuliyyət prinsipi. 7. Məqsədyönlülük prinsipi. 8. Balanslaşdırma prinsipi. 9. Sistemlilik prinsipi. 10.Vahid metodologiya prinsipi. 12. Şəxsiyyətin şərəf ləyaqətinin mühafizəsi prinsipi. 13. Mütləq tədqiqat prinsipi.

1. Məlumdur ki, ölkə Prezidenti prezident nəzarətinin təşkili siyasətinin əsas subyekti birinci şəxsdir. Bu mənada Prezidentin hüquqi statusu prinsipi ölkə Konstitusiyası təsbit olunmuşdur. Prezident dövlət başçısı, Konstitusiya, insan hüquq azadlıqlarının qarantıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Prezidentin səlahiyyətləri qanunverici, icra məhkəmə hakimiyyətində xüsusi yer tutması ilə fərqlənir. Bununla əlaqədar, bu  prinsip göstərir ki, prezident nəzarəti digər dövlət nəzarəti növləri içərisində əsas növdür.

Dövlət başçısı statusuna uyğun olaraq Prezident Konstitusiya quruluşunun müdafiəsi, qayda-qanunun qorunması, suverenlik, müstəqillik, ölkənin ərazi bütövlüyünün müdafiəsi, insan vətəndaşların hüquq azadlıqlarının real surətdə təmin edilməsilə bağlı tədbirlər görür. Bu prinsipin əhəmiyyəti ondadır ki, prezident nəzarəti subyektlərinin həyata keçirdiyi kompleks nəzarət tədbirlərinin reallaşması üçün mühüm rol oynayır.

2. Prezident nəzarətini həyata keçirən subyektlərin mərkəzləşməsi əlahəddəliyi prinsipinə gəldikdə, bu prinsip göstərir ki, Prezident Administrasiyasının bütün bölmələri dövlət başçısının rəhbərlik etdiyi vahid mərkəzləşmiş sistem təşkil edir. eyni zamanda, bu bölmələrin hər birinin özünün təşkilati-ştat hüquqi statusu var. Prezident nəzarətinin xüsusi subyektləri nəzarəti həyata keçirərək, öz işlərini hüquqi təşkilati münasibətlərdə bir-birindən asılı olmayaraq qururlar.

3. Nəzarətlilik prinsipinin tətbiqi prezident nəzarətinin həyata keçirilməsi gedişində icra hakimiyyəti orqanları tərəfindən normativ-hüquqi aktların tələblərinin vaxtında yerinə yetirilməsinə görə nəzarət fəaliyyətinə tətbiq edilir. Prezident nəzarəti yalnız pozuntuları aşkar etmir, bu pozuntuları aradan qaldırmaqla, həm icra hakimiyyətinin fəaliyyətini təkmilləşdirir. Nəzarətlilik prinsipi prezident idarəetməsi nəzarətinin bütün sisteminin fəaliyyəti səmərəli inkişafı üçün həlledici şərait yaradır.

4. Qanunçuluq prinsipi qanuna uyğun olaraq normaların məcmusundan ibarət hüquqi qaydalar yaranmasına xidmət edir. Universal hüquqi prinsip olan qanunçuluq prinsipi öz normativ təcəssümünü konstitusiyanın müddəalarında tapmışdır. Bu prinsip sistemli, çoxaspektli, prezident nəzarətinin subyektlərini nəzarət obyektlərini əhatə edən prinsipdir.

5. Aşkarlıq prinsipi demokratik cəmiyyətlərdə nəzarətin nəticələrinin dövlət idarəçiliyindəki vəziyyətin ictimaiyyətə çatdırılmasında əsas atributlardan biridir bu prinsip icra hakimiyyəti orqanlarının fəaliyətinin hüquq-mühafizə işçilərinin aşkarlığı, nəzarətin nəticələri haqqında məlumatları vətəndaşlara çatmasının mümkünlüyünü nəzərdə tutur.

6. Məsuliyyətlilik prinsipi göstərir ki, Prezident nəzarətinin məsuliyyəti birinci dərəcəli əhəmiyyət kəsb edir. Çünki onların işlərindən adekvat nəticələrindən, təkliflərindən reallaşmasından yalnız Prezident nəzarəti idarəetməsinin təkmilliyi səmərəliliyinin artması deyil, icra hakimiyyəti orqanlarının fəaliyyətinin nəticələri asılıdır.

7. Məqsədyönlülük prinsipi nəzarət olunan vəzifələrin müəyyən məqsədlərə, ağıllılığa, rasionallığa, praktiki nəzəri əsasa uyğun gəlməlidir. Bu prinsipin tətbiqi qanunçuluq prinsipilə ziddiyyət təşkil etməməlidir.

8. Səmərəlilik prinsipi aşağıdakıları nəzərdə tutur:

1) Prezident nəzarətinin həyata keçirilməsi nəticələrinin faydalı effekti məsrəfləri arasında optimal qarşılıqlı münasibətlər;

2) Lazımsız məsrəflərin olmaması;

3) Minimal məsrəflərlə ən yaxşı nəticələrin əldə edilməsi.

9. Balanslaşma prinsipi Prezident nəzarətinin bütün subyektinin nəzarət fəaliyyətinin qüvvədə olan normativ hüquqi bazaya uyğunluğu məqsədi güdür.

10. Sistemlilik prinsipi icra hakimiyyəti orqanlarının fəaliyyətinə görə Prezident nəzarəti sisteminin mövcudluğunu irəli sürür.

11. Vahid metodologiya prinsipi prezident nəzarətinin səmərəliliyini təmin edən ümumi informasiya - hüquqi metodik bazanın mövcudluğunu nəzərdə tutur.

12. Şəxsiyyətin ləyaqət şərəfinin qorunması prinsipi nəzarət zamanı heç kəsin zorakılığa, qəddar münasibətə məruz qalmamasını tələb edir: çünki konstitusiyada şəxsiyyətin yaşamaq, ailə şəxsi sirlərinin toxunulmazlığı hüququ, xidməti vəzifəsini yerinə yetirərkən öz şərəf ləyaqətini qorumaq hüququ təsbit olunmuşdur.

13. Mütləq təhqiqat prinsipi Prezident nəzarəti gedişində icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən baş verən qanunsuzluqlarla əlaqədar tətbiq edilir. Bu zaman Prezident  müvafiq normativ huquqi sənədlər əmrlər, sərəncamlar verir.

Beləliklə, Prezident nəzarəti dövlət nəzarətinin zəruri, mütləq mühüm strateji ünsürlərindən biri olub, hüquqi dövlət quruculuğunun əsas hakimiyyət qollarından olan icra hakimiyyəti orqanlarının fəaliyyətinin idarə olunmasının gücləndirilməsinə xidmət edir. Prezident nəzarəti gedişində bütün hakimiyyət qolları vəzifəli şəxslərin cəmiyyət dövlət qarşısında məsuliyyəti artır. Azərbaycan Respublikası Prezidenti konstitusiya səlahiyyətləri əsasında hüquqi dövlət quruculuğu gedişində baş verən pozuntuları aradan qaldırır, onun perspektiv inkişafı üçün səmərəli tədbirlər görür.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 6 oktyabr.- S. 10.