Hüquqi
dövlət və prokuror nəzarəti
Hüquqi dövlət
quruculuğu prosesində qanunun
aliliyini təmin edən vasitələrdən
biri və dövlət nəzarətinin tərkib
hissəsi olan prokuror
nəzarətidir. Prokuror nəzarətini
ölkənin prokuror orqanları həyata
keçirir. Demokratik
cəmiyyət quruculuğunda özünəməxsus
yeri olan prokurorluq və prokurorlar
haqqında ölkə Prezidenti İlham Əliyevin dəyərli mülahizələri
vardır: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa
xas olan funksiyaları
yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin
qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla
mübarizədə, qanunçuluğun təmin
edilməsində, bütövlükdə, hüquq
sisteminin inkişafında əhəmiyyətli
rol oynayırlar”.
Nəzarət orqanı kimi prokurorluq ilk dəfə Qərbi Avropada
- Fransada XIII əsrdə meydana
gəlmişdir.
Bu orqan Fransa kralı IV Filippin 25 mart 1301-ci il tarixli Ordanansı ilə
kral hakimiyyətinin maraqlarının
mühafizəçisi kimi təsis edilib. Hələ XIII əsrdə məhkəmələrdə
qanunları: öyrənən və uzun
paltarları ilə seçilən prokurorlar
fəaliyyət göstərirdilər. Bu prokurorlar o vaxtlar
iki qrupa
bölünürdülər: məhkəmə proseslərində
yazı işi ilə məşğul olan kral prokurorları və
məhkəmə prosesində şifahi
çıxış edən kral vəkilləri.
Prokuror kralın sərəncamlarının
yerinə yetirilməsinə gizli nəzarət
şəxsi maraqları dövlətin maraqları ilə
üst-üstə düşdüyündən, kralın prokuroru, eyni zamanda, dövlətin prokuroru
olur. Beləliklə, general-prokuror bütün
dövlət mexanizminin fəaliyyətinin
düzgünlüyünü izləyən
kralın gözləri sayılırdı. Fransanın
general-prokurorlarının vəzifəsi hər yerdə
kralın və kral hakimiyyətinin
hüquqlarını müdafiə etmək idi.
Fransada prokurorluq mərkəzi
kral hakimiyyətinin maraqlarının
gözlənilməsi zərurətindən
yaradılmış və ona geniş nəzarət səlahiyyətləri verilmişdi. Prokuror nəzarətinin
konkret formaları da məhz
mərkəzi hakimiyyətin yerlərdəki separatçı
meyillərlə mübarizəsinin xarakteri
ilə müəyyən olunurdu. Bu mübarizənin kəskin olduğu
yerlərdə - Fransada, Rusiyada
prokurorluq güclü
geniş səlahiyyətlərə malik olan mərkəzləşdirilmiş
nəzarət orqanı kimi meydana gəlmişdir. Mühafizəkarlığın
güclü olduğu
İngiltərədə Fransa tipli prokurorluğun
yaradılmasına yol verilmədi. Belə
ki, bu ölkədə
xüsusi ittiham
qaydaları hökm sürürdü.
İngiltərədə 1879-cu
ildə Ümumi İttihamçılar İnstitutu təsis edilmişdir.
Başında general-atternea (dövlət
advokatı) duran bu siyasi təsisat direktordan və
onun ərazi dairələrini əhatə
edən 6 köməkçisindən ibarət idi.
Sonralar İrlandiya və
ABŞ-da da prokurorluq İngiltərədəki tipli- cinayət təqibi orqanı kimi yaradıldı və deməli, ona heç bir ümumi nəzarət
funksiyası verilmədi. ABŞ-da ədliyyə
naziri, eyni zamanda, general-atternea hesab edilir və onun bir sıra inzibati funksiyaları da
(hakimlərin seçilməsi ilə əlaqədar)
vardır. Beləliklə, bu ölkədə
prokurorluq nəzarət orqanı deyil, idarəçilik orqanı hesab edilir. Ümumiyyətlə,
müasir demokratik
ölkələrdə prokurorluq cinayət
təqibi funksiyalarını həyata keçirir.
Deməli, bu orqan icra hakimiyyətinə aid edilir.
Rusiyada prokurorluq I Pyotrun
vaxtında yaradıldı. I Pyotra qədər
bu ölkədə nə ümumi
ittihamı həyata keçirən orqan yox idi. I Pyotr
nəzarət orqanı kimi fisqatlar, sonra isə fərmanların
nəzarətçisi orqanını - general-revizorluğu
yaratdı.
1722-ci il
yanvarın 12-də I Pyotrun fərmanı
ilə prokurorluq orqanı yaradıldı.
Prokurorluğun əsas vəzifəsi
- qanunların yerinə yetirilməsinə nəzarət etmək,
təşkili və fəaliyyət prinsipi
isə yerli prokurorların baş
prokurora tabeçiliyini
nəzərdə tutan ciddi
mərkəzləşdirmə idi. Beləliklə, Rusiyada prokurorluq, Fransada olduğu sayaq, nəzarət
orqanı kimi yaradıldı. Lakin Fransadan fərqli olaraq, Rusiyada bu orqanın məhkəmədə
iştirakı nəzərdə tutulmurdu.
Əvvəllər sovet prokurorluq
sisteminin tərkib hissəsi olan və heç bir səlahiyyətləri olmayan
Azərbaycan SSR prokurorluğu müasir müstəqillik və demokratiya şəraitində geniş
nəzarətedici funksiyanı yerinə yetirir.
Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətləri ölkə
Konstitusiyasının 133-cü maddəsində öz əksini tapmışdır:
Azərbaycan
Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş
qaydada və hallarda
qanunların icra və tətbiq
olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş
hallarda cinayət işləri
başlayır və istintaq aparır; məhkəmədə
dövlət ittihamını müdafiə edir; məhkəmədə
iddia qaldırır; məhkəmə qərarlarından
protest verir.
Azərbaycan
Respublikasının Prokurorluğu ərazi
və ixtisaslaşdırılmış prokurorların Azərbaycan
Respublikası Baş prokuroruna
tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş
orqandır.
Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə
vəzifəyə təyin və vəzifədən azad edir.
Azərbaycan
Respublikası Baş prokurorunun
müavinlərini, respublika
ixtisaslaşdırılmış prokurorluqlara
rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu
Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir.
Ərazi və
ixtisaslaşdırılmış prokurorları Azərbaycan
Respublikası Prezidentinin
razılığı ilə Azərbaycan Respublikasının
Baş prokuroru vəzifəyə
təyin və vəzifədən azad edir.
1 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası
Prokurorluğunun peşə bayramı
münasibətilə AzərTAc-ın məlumatında
göstərilir ki, Azərbaycan
Respublikası Prokurorluğu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra və onun hakimiyyətdə olduğu
1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyinizin
sütunlarından hesab edilən mühüm dövlət təsisatlarından
birinə çevrilmişdir. Müasir Azərbaycan Prokurorluğu
20 illik tarixi olan müstəqillik illərində Heydər Əliyevin
dövlət quruculuğu siyasətinin uğurla reallaşdırılmasının nəticəsi
olaraq bugünkü səviyyəyə
çatmışdır.
Azərbaycan Prokurorluğunun
demokratik məzmunda yeniləşməsi və
fəaliyyətinin təkmilləşməsi işində Heydər
Əliyevin dövlətçilik ideyaları bu
gün də mühüm
rol oynayır.
Heydər Əliyev
ideyalarını öz dövlətçilik
fəaliyyətinin təməl daşı kimi
qəbul edən Prezident İlham
Əliyev tərəfindən cinayətkarlığa iminal xarakterli bütün mənfi təzahürlərə
qarşı mübarizənin yeni müstəviyə
qaldırılması, bu sahədə işin təşkilinə
məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə və məhkəmə
orqanları, o cümlədən, prokurorluğun fəaliyyətinin sivil məzmunda müasirləşdirilməsi
və yeniləşdirilməsi, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi və əməkdaşlarının
hərtərəfli dövlət qayğısı ilə
əhatə olunması üçün məqsədyönlü
addımlar atılır. Bu gün dövlət
başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə
davam etdirilən müasir
məzmunlu islahat tədbirlərinin nəticəsidir
ki, zamanın ruhuna və
yeni reallıqlara uyğun
olaraq prokurorluq
orqanlarının statusu, səlahiyyətləri
və fəaliyyətində köklü
dəyişikliklər baş vermişdir. Kadr siyasətində ciddi dönüş yaradılmaqla şəffaflığın
təmin edilməsi, elmi-texniki nailiyyətlərin
tətbiqi, maddi-texniki bazanın və əməkdaşların
sosial müdafiəsinin gücləndirilməsi,
işin səmərəliliyini
artırmağa və mövcud
çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin
yaradılması istiqamətində kompleks
tədbirlər həyata keçirilmişdir.
Xüsusi
vurğulanmışdır ki, dövlətimizin
başçısı İlham Əliyevin
2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair
2009-2011-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq
orqanlarının hərtərəfli müasirləşməsi və işinin
tam yeni müstəvidə
qurulması baxımından müstəsna əhəmiyyətə
malik bir addım olmuşdur. Üç illik müddət ərzində yeni təkmilləşmə və
inkişafın, hərtərəfli müasirləşdirmə
dövrünün əsasını qoyan bu proqram
ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər
hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi,
müasir elmi-texniki
nailiyyətlərdən geniş istifadə
olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin
yaradılması, bütün istiqamətlər
üzrə işin səmərəliliyinin
və əməkdaşların peşəkarlığının
yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin
formalaşdırılması, onların sosial
müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki
təminatının yaxşılaşdırılması
istiqamətində konkret tədbirlərin
həyata keçirilməsi ilə nəticələnmişdir.
Prokurorluq
orqanları tərəfindən korrupsiyaya
qarşı mübarizənin yeni müstəvidə
daha səmərəli təşkilinin təmin
edilməsinin prokurorluğun
qarşısında duran əsas vəzifələrdən
biri kimi müəyyənləşdirilməsi
ilə əlaqədar Prezident İlham Əliyevin siyasi
iradəsinə müvafiq surətdə,
MDB məkanında, habelə, Azərbaycan Prokurorluğunun
tarixində, ilk dəfə olaraq, prokurorluğa əməliyyat-axtarış
fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin
verilməsi, işçilərinin say tərkibi
və vəzifə maaşlarının əhəmiyyətli
dərəcədə artırılması,
ixtisaslaşmış antikorrupsiya qurumu kimi Baş
prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin
fəaliyyətinin daha səmərəli
və çevik təşkili, korrupsiya cinayətlərinin
qarşısının alınması, aşkar
edilməsi və istintaqı ilə əlaqədar zəruri tədbirlərin
görülməsi üçün hərtərəfli
zəmin yaratmışdır.
Milli
prokurorluğun peşə bayramı
münasibətilə keçirilən tədbirdəki
çıxışında Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov demişdir:
“1 oktyabr 2011-ci ildə peşə
bayramını qeyd edərkən prokurorluğun kollektivinin
gərgin əməyi nəticəsində uğurlu
nəticələr əldə olunmuş,
Ulu Öndər Heydər Əliyevin prokurorluğun rəhbər
heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirə ilə başlanmaqla prokurorluqda islahatlar prosesinin 2010-cu ilədək
olan dövrdə davam
edən ilkin mərhələsi
yekunlaşmış, prokurorluq
orqanlarının fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi
və müasirləşdirilməsi məqsədlərinə
xidmət edən yeni bir
mərhələnin həyata keçirilməsinə
başlanmış, prokurorluğun hüquq sisteminin
inkişafında, hüquqi dövlət quruculuğu prosesində iştirakında əhəmiyyətli
irəliləyişlərə nail olunmuş, vətəndaş cəmiyyətində
prokurorluğun rolunun
artırılmasına, prokurorluq
orqanlarının müasir dövrün tələblərinə və
yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni
keyfiyyət müstəvisinə yüksəldilməsinə zəmin
yaradılmışdır. Azərbaycan
Respublikası Prokurorluğunun kollektivi dövlət
başçısının rəhbər göstərişlərindən
irəli gələn vəzifələrin yerinə yetirilməsində,
prokurorluğun fəaliyyətinin müasir dövrün
standartlarına uyğun yeni
keyfiyyət səviyyəsində qurulması istiqamətində
səylərini daha da artıraraq qanun
pozuntularına qarşı mübarizənin gücləndirilməsində,
xalqına xidmətdə, insan hüquq və azadlıqlarının
müdafiəsində, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və
dövlətçiliyimizin qorunmasında yeni-yeni
nailiyyətlər əldə etməyə
çalışacaqdır.” Beləliklə, 20 illik müstəqil inkişaf
yolunda olan Azərbaycan
Respublikasında prokuror nəzarəti demokratik, sivil, hüquqi təsisat kimi
inkişafı əngəl olan maneələri
aradan qaldırmış və indi də bu funksiyanı əzmlə
yerinə yetirməkdədir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 8 oktyabr.- S. 15.