Bakıda “XXI əsrin humanitar çağırışları” kitabının təqdimat mərasimi olub

 

Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində oktyabrın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “XXI əsrin humanitar çağırışları” kitabının təqdimat mərasimi olub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV tədbiri açaraq bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bir sıra maraqlı layihələr həyata keçirilir. Bu baxımdan Azərbaycan, ingilisrus dillərində işıq üzü görən “XXI əsrin humanitar çağırışları” kitabının təqdimatını xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz MEHDİYEV təqdimat mərasimində çıxış edib. R.Mehdiyev bildirib ki, “XXI əsrin humanitar çağırışları” kitabı Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində nəşr edilib. Bu, müəyyən mənada nadir nəşrdir: “Bu onunla əlaqədardır ki, burada müəlliflər qismində fəaliyyətdə olan iki prezident - İlham Əliyev və Dmitri Medvedev çıxış edir. Onlar hər ikisi bu Beynəlxalq Forumun təşəbbüsçüləri və həmsədrləridir. Bu Forum Bakı şəhərində hər il təşkil ediləcəkdir. Məhz bu səbəbdən bu kitabın analoqunu tapmaq yəqin ki, çətindir. Son dərəcə əhəmiyyətlidir ki, bizim prezidentlərin - İlham Heydər oğlu Əliyevin və Dmitri Anatolyeviç Medvedevin bir kitab çərçivəsində toplanmış məqalələri, nitqləri və çıxışları Forumun mövzusu ilə heyrətamiz şəkildə səsləşir. Təsadüfi deyildir ki, Azərbaycan, rusingilis dillərində nəşr edilmiş bu kitab ilk növbədə Forumun iştirakçılarına ünvanlanmışdır. Son üç ildə bir sıra məsələlərə aid materiallar humanitar problemlərlə bu ya digər şəkildə bağlıdır. Onlar küll halında ölkələrimizin humanitar siyasətini əks etdirir. Bu kitabın ən əsas təsiri isə ondan ibarətdir ki, bu sahədə bizim siyasətimiz yeni əsrin yeni minilliyin çağırışlarına uyğun olaraq qurulur.

Kitabın əvvəlində prezidentlərin forum iştirakçılarına təbrikləri bu nüfuzlu hadisənin əsas məqsədini əks etdirir. Məqsəd isə əlbəttə, ilk növbədə, məhz humanitar sahə ikinci plana keçəndə, iqtisadiyyatın kölgəsində, əsas maraqlar sahəsindən kənarda qalanda bir sıra ölkələrdə özünü göstərən hadisələrin bizi narahat etməsini dünya ictimaiyyətinə çatdırmaq arzusudur.

Rusiya bizim böyük qonşumuzdur. Bu gün Rusiyanın akademik elminin, ali məktəblərinin kütləvi informasiya vasitələrinin nümayəndələri bizimlə bizim başqa qonaqlarımızla birlikdə müştərək işə başlamışlar. Biz bu forumun təşkilinə keçirilməsinə Rusiya tərəfinin töhfəsini çox yüksək qiymətləndiririk. Sevindirici haldır ki, müxtəlif ölkələrdən olan ziyalılar siyasi xadimlər dəvətlərimizə cavab vermişlər. Bu Forumda müxtəlif dövlətlərə rəhbərlik etmiş siyasətçilərin, Nobel mükafatı laureatlarının aparıcı massmedia strukturlarının nümayəndələrinin iştirak etməsi onu göstərir ki, bu kitabda öz əksini tapmış mövzular elmi siyasi elitanın nümayəndələrinin çoxuna yaxındır.

İlham Heydər oğlu Əliyev kitabın əvvəlində Forum iştirakçılarına təbrikində ümid etdiyini bildirir ki, ölkəmizin nadir ab-havası qloballaşmaqda olan müasir dünyada dialoq ideyasına yeni təkan verəcəkdir. Azərbaycan bu Foruma ev sahibliyi edən ölkə kimi ondan asılı olan hər şeyi etməyə çalışacaqdır ki, bunlar reallıq olsun. Öz tərəfimdən bir məqamı vurğulamaq istəyirəm ki, bu kitabın təqdimatı dərin rəmzi məna daşıyır. Kitab bizim dövlət müstəqilliyimizin bərpa edilməsinin 20 illiyi ərəfəsində çapdan çıxmışdır. Bir neçə gündən sonra bizim üçün çox mühüm olan bu yubileyi qeyd edəcəyik. Dövlət Bayrağı Meydanının açılışı, Respublika gününün bayram edilməsi, Dünya Azərbaycanlılarının qurultayı kimi əlamətdar hadisələrdə Prezident İlham Əliyevin bu kitaba daxil edilmiş çıxışlarında Azərbaycanın bu illər ərzində keçdiyi çox mühüm mərhələlər əks olunmuşdur. Məsələn Bakı Dövlət Universitetinin yubiley mərasimindəki çıxışında İlham Heydər oğlu ölkəmizdə keçid dövrünün başa çatmasını inkişafımızın yeni mərhələsinin başlandığını demişdir.

Son illərdə iqtisadiyyat sahəsində, sosial-mənəvi həyatda bizim böyük uğurlarımız ölkəmizin siyasətinin varisliyinin göstəricisi, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin seçdiyi siyasi kursa sadiqliyin təsdiqi, mahiyyəti müstəqil Azərbaycan dövləti olan milli ideyanı reallaşdıra bilmiş böyük şəxsiyyətin xatirəsinə ehtiram əlamətidir. Bu gün Azərbaycanda mövcud siyasi sabitlik hərtərəfli sürətli inkişaf Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Oxucu bu kitabın səhifələrində müstəqillik dövründə bizim siyasəti əks etdirən, dünya üçün açıq bütün ölkələrlə əməkdaşlığa hazır olmağımızı təsdiq edən çox məqamlar tapa biləcəkdir. Kitabda hər iki prezidentin - İlham Heydər oğlunun Dmitri Anatolyeviçin əsasən qeyri-rəsmi şəraitdə çəkilmiş fotoşəkilləri verilmişdir. Bu fotoşəkillərə baxanda başa düşürsən ki, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü səviyyəsindən söhbət gedirsə, onları səciyyələndirmək üçün heç bir analitik icmala ehtiyac yoxdur. Sadəcə bizim prezidentlərin təbəssümlü çöhrələrinə baxmaq kifayətdir, hər şey aydın olacaqdır.

Bu nəşrin hazırlanmasında iştirak edənlərin hamısını təbrik edirəm. İnformasiya sahəsində həmişə bizim etibarlı tərəfdaşımız kimi çıxış edən İTAR-TASS agentliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim AzərTAc ilə birlikdə bu müasir nəşrin hazırlanması üçün qısa vaxtda çox görmüşlər. Düşünürəm ki, biz bu sahədə bundan sonra da fəal əməkdaşlıq edəcəyik.

Sergey Yevgenyeviç, son vaxtlar istər bu Forumun hazırlanması, istərsə bu kitabın buraxılması üçün şəxsən gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, biz bundan sonra da həm humanitar sahədə, həm başqa sahələrdə qarşılıqlı faydalı konstruktiv əlaqələr saxlayacağıq. Diqqətinizə görə sağ olun.”

 

X X X

 

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin tədbirə toplaşanları salamlayaraq bildirib ki, bu layihə nadir olmaqla bərabər, ölkələrimiz xalqlarımız arasında münasibətlərin sıx tərəfdaşlıq xarakterini bir daha vurğulayır: “Möhtərəm həmkarım Ramiz Ənvər oğlu bu məcmuəni tam xarakterizə etdi. Deyəsən mənim deməyə əlavə sözüm qalmadı, yalnız bir neçə tezisi qeyd etmək istərdim.

Belə bir kitabı nəşr etmək ideyası həqiqətən iki prezidentin himayəsi altında keçirilən bu Foruma hazırlıq dövründə yaranmışdır biz bu nəşr üçün hər iki prezidentin razılığını almışıq. Nəticədə biz hər iki liderin həm ölkələrimiz, həm bütövlükdə bəşəriyyətin inkişafı üçün böyük əhəmiyyət kəsb edən məsələlər, humanitar dəyərlər sahəsində onların mövqeyini əks etdirən məqamlar barədə mülahizələri mövqeləri ilə tanış olmaq imkanı əldə etmişik. Rusiya Azərbaycan prezidentlərinin məqalələrini, nitqlərini çıxışlarını oxuyub təhlil etdikcə Prezident İlham Əliyevin Prezident Dmitri Medvedevin Azərbaycan Rusiya xalqlarını narahat edən məsələlərə, problemlərə dair mövqelərinin dərəcədə yaxın olmasını bir daha görür, aşkar edirsən. Bunlar elm, təhsil, mədəniyyət sahəsində mühüm məsələlərdir. Bu məsələlər insan hüquqlarının müdafiəsi, gənclərin tərbiyəsi, konfessiyalar, millətlər arasında əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı kimi problemlərə aiddir.

Kitabda Rusiya ilə Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq məsələlərinə çox böyük yer ayrılmışdır. Bu, ondan irəli gəlir ki, ölkələrimizin liderləri humanitar inkişaf, humanitar əməkdaşlıq problemlərini dərindən bilir dərk edirlər ki, yalnız humanitar sahəyə diqqətin artırılması bəşəriyyəti həm iqtisadiyyatda, həm təhlükəsizliyin təmin edilməsi sahəsində yeni tərəqqiyə gətirib çıxara bilər.

İki prezidentin məqalələri, nitqləri çıxışları ölkələrimiz xalqlarımız arasında əməkdaşlığın, ən xoş münasibətlərin inkişaf etdirilməsi potensialının dərəcədə yüksək olmasını bir daha təsdiqləyir. Mən bu kitabın hazırlanmasına nəşrinə öz ruhunu qəlbini sərf etmiş insanların hamısına ürəkdən təşəkkür etmək istəyirəm. Bizim bugünkü tədbir Bakı Humanitar Forumunun açılışı günündə keçdiyinə görə, mən bu böyük aksiyaya, bu böyük layihəyə uğurlar diləmək istəyirəm.

Çox sağ olun.”

 

X X X

 

Sonda Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu kitabın hazırlanmasında nəşrində iştirak edənlərin hamısına - Rusiyanın İTAR-TASS informasiya agentliyinin, Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın “Terra” nəşriyyatının kollektivinə rəhbərliyinə bir daha təşəkkür etmişdir. O ümid etdiyini bildirmişdir ki, “XXI əsrin humanitar çağırışlarınəşri humanitar əməkdaşlıq məsələləri ilə maraqlananların hamısı üçün stolüstü kitab Rusiya ilə Azərbaycan arasında əsl dostluq əməkdaşlığa dəyərli töhfə olacaqdır.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 11 oktyabr.- S. 7.