Korrupsiyaya
qarşı mübarizə hüquqi
dövlət quruculuğunun əsas istiqamətlərindən
biridir
Korrupsiya insan və vətəndaşların
hüquqlarının və azadlıqlarının təmin
edilməsinə ciddi maneçilik
törədir, xalqın dövlətə etimadını
azaldır. Hüquqi dövlət quruculuğuna ciddi əngəllər
törədir. Korrupsiya - dövlət funksiyasını yerinə yetirən
dövlət vəzifəsi tutan məmurların
öz səlahiyyət mövqeyindən
istifadə edərək qanunda nəzərdə
tutulmamış maddi nemətləri qəbul
etməsi, vəzifə xəyanəti etməsi, həmçinin,
ayrı-ayrı şəxslər tərəfindən
yüksək vəzifəli şəxslərin ələ
alınmasıdır.
Korrupsiya
ilə əlaqədar hüquqpozmalar - “Korrupsiyaya şərait yaradan,
eləcə də, qanuna zidd
olaraq nemətlər və
üstünlüklərin verilməsi və əldə edilməsi
yolu ilə həyata keçirilən və
intizam, mülki-hüquqi,
inzibati və cinayət məsuliyyətinə
səbəb olan hərəkət və ya hərəkətsizlikdir”.
Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab
olunur və ona görə
də bütün dünya
ölkələri korrupsiyaya qarşı
amansız mübarizə aparırlar.
Ulu Öndər
Heydər Əliyev fəaliyyətinin bütün
dövrlərində korrupsiyaya və
rüşvətə qarşı ardıcıl mübarizə
aparan böyük
şəxsiyyət, dahi dövlət xadimi olmuşdur.
Hakimiyyətə
birinci gəlişi zamanı sovet dövründə Ulu
Öndərin rüşvətin bütün
təzahür formalarına qarşı mübarizəsi tarixin qızıl fonduna daxil olmuşdur. Ölkənin
müstəqilliyinin bərpasının ilk
illərində Heydər Əliyev hüquqi
dövlət quruculuğunun ən mühüm istiqamətlərindən biri kimi korrupsiyaya
qarşı mübarizə apardı.
Azərbaycan Prezidenti
bu problemin aradan qaldırılması məqsədilə
2000-ci ildə “Azərbaycan Respublikasında Korrupsiyaya
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi
haqqında” Fərman vermiş, “Korrupsiyaya qarşı mübarizə
haqqında” qanun qüvvəyə minmişdir. Bu qanunun əsas məqsədi korrupsiya
yolu ilə hüquq
pozuntularından yaranan nəticələrin
müəyyənləşdirilməsi,
qarşısının alınması,
araşdırılması və aradan
qaldırılması idi. Bu
qanun rəsmilərə əlavə
ödənişli vəzifələri tutmağı qadağan edir. Rəsmilər
bu qanuna görə
özlərinin illik gəlirləri, bank hesabları, hər növ
mülkiyyəti haqqında məlumat verməlidirlər. O zaman Azərbaycanda korrupsiyaya
qarşı mübarizəyə Dövlət İdarəetmə
Xidməti üzrə Şura
başçılıq edirdi.
Vaxtında
verilən qanun nəticəsində
dövlət funksiyalarını yerinə yetirən vəzifələri
şəxslərin fəaliyyəti üzərində dövlət
və ictimai nəzarət gücləndirildi,
vətəndaşların hüquqları və qanuni mənafeləri qorundu,
hamının qanun və məhkəmə
qarşısında bərabərliyi təmin edildi,
sahibkarlıq fəaliyyətinin tənzimlənməsində demokratik şərait yaradıldı istintaq orqanlarının qeyri-qanuni
yoxlamaları ləğv edildi, korrupsiya ilə əlaqədar
hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi, təqsirli şəxslərin
aşkar edilməsi, təqsirli şəxslərin
ifşa edilməsi,
nəticələrinin aradan
qaldırılması üçün əməliyyat-axtarış
və istintaq fəaliyyəti həyata keçirildi.
Qanunda müəyyənləşdirildi
ki, “Korrupsiya ilə əlaqədar
hüquqpozmalara görə seçki və təyinat yolu
ilə qanunvericilik, icra
və məhkəmə hakimiyyəti orqanlarının bütün zümrələrində vəzifə
tutan şəxslər məsuliyyət
daşıyırlar. Bundan başqa, bununla
əlaqədar məsuliyyət daşıyan bütün
dövlət və qeyri-dövlət strukturlarında
çalışan şəxslər korrupsiya
ilə mübarizə aparan orqanlar konkret olaraq müəyyənləşdirildi,
korrupsiyanın qarşısının alınmasının
yolları göstərildi, bütün
sahələrdə maliyyə-nəzarət tədbirləri
görüldü.
Qanunda korrupsiya şəraiti yaradan
hüquqpozmalar və onlara
görə məsuliyyətin dərəcəsi müəyyən
edildi. Nəhayət, korrupsiya
ilə əlaqədar hüquqpozmaların nəticələrini
aradan qaldırılması üçün konkret tədbirlər
də dəqiqləşdirildi.
Ulu Öndərin
layiqli varisi ölkə
Prezidenti İlham Əliyev
korrupsiyaya qarşı mübarizəni daha da gücləndirdi.
Azərbaycan
Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə
uyğun olaraq ölkədə
korrupsiyaya qarşı səmərəli
mübarizənin aparılması istiqamətində mühüm islahatlar həyata
keçirilmiş, zəruri tədbirlər
görülmüşdür.
Dövlət
başçısının “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” 2004-cü il 3 mart tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Baş
prokuroru yanında korrupsiya
cinayətləri üzrə ixtisaslaşmış dövlət
antikorrupsiya orqanının - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması korrupsiyaya
qarşı mübarizənin aparılmasını Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin
ən önəmli istiqaməti kimi müəyyən
edilməsini şərtləndirməklə, bu
qəbildən olan cinayətlərə
qarşı səmərəli mübarizənin
aparılmasına şərait yaratmışdır.
“Dövlət
və bələdiyyə əmlakının və vəsaitlərinin
idarə olunması sahəsində korrupsiya
ilə əlaqədar hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 22 iyun 2009-cu il tarixdə imzalanmış Fərmanda
dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin
vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə
əmlakına sahiblik, istifadə və sərəncam
verilməsi, dövlət müəssisələrinin idarə
olunması sahələrində istifadə, tənzimləmə
və nəzarət funksiyalarının yerinə yetirilməsinə
cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində
şəffaflığın təmin edilməsi, qanun pozuntularına qarşı mübarizənin
gücləndirilməsi, qeyd olunan sahələrdə hüquqpozmalar
barədə müraciətlərdə göstərilən
halların obyektiv yoxlanılmasının
təmin edilməsi ilə əlaqədar konkret
tədbirlər nəzərdə tutulmaqla
mərkəzi dövlət və icra
strukturları ilə yanaşı, prokurorluq
orqanlarının qarşısında mühüm
vəzifələr qoyulmuşdur.
Həmin Fərmanın
icrası qaydasında həyata keçirilmiş
tədbirlər nəticəsində 2010-cu ildə prokurorluq orqanlarına daxil
olmuş müraciətlər üzrə
kifayət qədər əsasların müəyyən edildiyi 23 halda
aparılmış araşdırmanın nəticəsi olaraq 21 cinayət işi
başlanılmış,
görülmüş işlər barədə
Azərbaycan Respublikasının Korrupsiyaya
Qarşı Mübarizə üzrə Komissiyasına məlumat
verilmişdir.
2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr edilmiş
Nazirlər Kabinetinin cari
ilin yanvar
ayının 14-də keçirilmiş
iclasında dövlət başçısı tərəfindən
verilmiş göstərişlərə müvafiq olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın yanvar ayının 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi,
sosial və siyasi sahədə
aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar
nüfuzuna xələl gətirən neqativ halların aradan
qaldırılması, bu istiqamətdə
işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin
artırılması, əhalinin haqlı
narazılığına səbəb olan,
sahibkarlığın inkişafına süni
əngəllər yaradan, müxtəlif
xidmət sahələrində mövcud olan korrupsiya halları barədə
vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ilə əlaqədar
qarşıya konkret vəzifələr
qoyulması, habelə, rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə
aparılmasının tələb edilməsi ilə ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin yeni, daha yüksək mərhələsi
başlanmışdır.
Son
dövrdə korrupsiyaya qarşı
mübarizənin daha ciddi
aparılması məqsədilə müvafiq
qanunverecilikdə bir sıra dəyişikliklər
edilməklə bu sahədə
görülən işin səmərəliliyi
yüksəlmiş, xüsusilə, profilaktiki
fəaliyyətin, preventiv təsirin
gücləndirilməsi üçün kompleks tədbirlər həyata
keçirilməyə başlanmış və hazırda uğurla davam etdirilir.
“Prokurorluq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” və “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
18 mart 2011-ci il tarixli qanunlara əsasən
korrupsiya ilə bağlı cinayətlər
üzrə Baş prokuror
yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinə əməliyyat-axtarış
fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir.
Dövlət
başçısının həmin qanunların tətbiqi
ilə əlaqədar imzaladığı fərmanlara, “Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış
subyektlərinin səlahiyyət bölgüsü
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” və “Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”ndə
dəyişikliklər edilməsi haqqında” 8 aprel
tarixli fərmanlarına uyğun
olaraq müvafiq qanunvericilik aktlarının
layihələri hazırlanmaqla yanaşı, Baş
Prokurorluq üzrə “Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin strukturunun
təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin
təsdiq edilməsi haqqında” əmrlə yeni
struktur dyişiklikləri həyata keçirilmişdir.
Azərbaycan
Respublikası Prokurorluğunun verdiyi məlumata görə, 2010-cu il və 2011-ci ilin 8
ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən 335 şəxs barəsində 132 cinayət
işinin istintaqı
yekunlaşdırılaraq baxılması üçün
məhkəməyə göndərilmişdir. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində
idarə tərəfindən korrupsiya
hüquqpozmaları ilə əlaqədar 133 cinayət işi başlanılmış və 147 şəxs
barəsində 88 cinayət işi tamamlanaraq baxılması üçün
məhkəməyə göndərilmişdir. Bu cinayətlər
əsasən rüşvətalma (passiv
rüşvətxorluq), vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə
səlahiyyətlərini aşma, vəzifə
saxtakarlığı, talama, dələduzluq,
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini
leqallaşdırma və sair faktlarla əlaqədar olmuşdur.
Korrupsiya
ilə mübarizədə ictimaiyyətin köməyindən
istifadə edilməsi, belə neqativ hallarla üzləşmiş şəxslərin
ixtisaslaşmış orqana - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə
birbaşa və maneəsiz məlumat vermək
imkanlarının yaradılması, bu
müraciətlərə təxirəsalınmadan
baxılmasının və dərhal müvafiq tədbirlər
görülməsinin təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Baş prokurorunun 2 mart 2011-ci il tarixli əmri ilə
idarənin nəzdində “161” nömrəli “qaynar
xətt” əlaqə mərkəzi təşkil edilərək
3 mart 2011-ci il tarixdən
fəaliyyətə başlamışdır.
Əlaqə
mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində
daxil olmuş 3 minə
yaxın müraciətin təhlili göstərmişdir ki, korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi istiqamətində
dövlət başçısının siyasi
iradəsinə uyğun olaraq
həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə
verməklə əhali tərəfindən rəğbətlə
qarşılanır.
Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin “qaynar
xətt” əlaqə mərkəzinə daxil
olmuş müraciətlərlə
bağlı aparılmış araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan
qaldırılması məqsədilə Azərbaycan
Respublikasının nəqliyyat, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə, Əmlak
Məsələləri
üzrə Dövlət Komitəsinə təqdimatlar verilməklə
müvafiq şəxslərin cəzalandırılması
və qanun pozuntularının aradan qaldırılması üçün
zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Beləliklə,
20 illik yubileyi ərəfəsində
Azərbaycan Respublikası korrupsiyaya
qarşı mübarizənin yeni mərhələsində
olub ictimai həyatın
bütün sahələrində dövlət,
maliyyə, ictimai nəzarəti uğurla həyata keçirir,
hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna maneə olan mənfi amilləri qətiyyətlə aradan qaldıraraq inamla irəliləyir.
Vahid
Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 14 oktyabr.- S. 10.