Azərbaycan
Dövlət Müstəqilliyinin 20 illiyi dünya ölkələrində qeyd olunur
Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibətilə
respublikamızın bütün bölgələrində
silsilə tədbirlər davam etməkdədir.
Bu tədbirlər vətənimizin hüdudlarını
aşaraq ayrı-ayrı diaspora
təşkilatları tərəfindən geniş
şəkildə qeyd olunmaqdadır.
KANADA
Kanadanın Ontario
vilayətinin London şəhərində
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin
bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Kanada Türk
Assosiasiyasının təşkilatçılığı
ilə Platts Lane Community Centre -də
keçirilən tədbirdə Azərbaycan və türk diasporlarının nümayəndələri
ilə yanaşı, yerli ictimaiyyətin
nümayəndələri də iştirak
ediblər. Azərbaycan Kanada
Türk Assosiasiyasının sədri Kəmalə
Şiriyeva tədbir
iştirakçılarına ölkəmizin müstəqillik
tarixi, respublikanın keşməkeşli
günləri, eləcə də, Azərbaycanın son illər əldə etdiyi
nailiyyətlər barədə məlumat vermişdir.
Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycanın mədəniyyət
və incəsənət nümunələrindən ibarət
sərgi qonaqların böyük
marağına səbəb olub.
İSVEÇ
KRALLIĞI
İsveç
Krallığının paytaxtı Stokholmda
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə Azərbaycan Federasiyası - İsveç təşkilatı
tərəfindən Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş
bayram tədbiri keçirilib. Azərbaycanın İsveç
Krallığındakı fövqəladə və səlahiyyətli
səfiri Rafael İbrahimovun,
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşı Elnur Əliyevin,
Türkiyə Cümhuriyyətinin bu
ölkədəki səfirliyinin əməkdaşlarının,
Azərbaycan və Türk diasporunun
nümayəndələrinin iştirak
etdiyi tədbirə, ümumilikdə, 500-dək
insan qatılıb.
Tədbirdə
Azərbaycan Respublikasının İsveç
Krallığındakı səfiri Rafael İbrahimov, Azərbaycan Federasiyası - İsveç təşkilatının sədri
Səttar Sevgin və digərləri
çıxış edərək Azərbaycan müstəqillik
əldə etdiyi 20 il
ərzində keçdiyi inkişaf
yolundan, əldə etdiyi
nailiyyətlərdən danışmışlar. Rəsmi hissədən
sonra tədbirin bədii hissəsi olmuş, qonaqlar Azərbaycandan
gəlmiş mahir ifaçı Nəzakət
Teymurovanın oxuduğu mahnıları
heyranlıqla dinləyiblər.
DANİMARKA
Danimarka
Krallığının paytaxtı Kopenhagen
şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə həmin
ölkədə fəaliyyət göstərən “Vətən”
Cəmiyyəti tərəfindən Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibətilə
təbir keçirilib.
“Vətən” Cəmiyyətinin
sədri Səfər Sadiqi tədbir
iştirakçılarını salamladıqdan sonra Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş
insanların ruhu 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndikdən
sonra ölkəmizin Böyük
Britaniya və Danimarka
Krallıqlarındakı fövqəladə və səlahiyyətli
səfiri Fəxrəddin Qurbanov Azərbaycanın
apardığı sülhməramlı siyasət, 20 il ərzində respublikanın
qazandığı nailiyyətlər barədə məlumat
verib.
Tədbirdə
Danimarka parlamentinin
deputatı Hüseyn Arac,
iqtidarda olan Sosial-Demokrat Partiyasının liderlərindən
biri olan Yıldız Adogan, Türkiyə və Ukraynanın
Danimarkadakı səfirliklərinin nümayəndələri,
Diasporla İş
üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnur Əliyev, Böyük
Britaniyadakı Azərbaycan səfirliyinin ikinci
katibi Fərhad İsayev, Türk Cəmiyyətinin
sədri Bahadır Gülər, Türkmən Cəmiyyətini
sədri Yurtan bəy, Uyğur
Cəmiyyətinin sədri Abdul Setdar, Çeçen
Cəmiyyətinin sədri İlyas Musayev, Danimarka ictimaiyyətinin
nümayəndələri, televiziya
kanallarının və mətbuat orqanlarının
nümayəndələri iştirak ediblər.
Tədbir
iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini
əks etdirən kitablar, broşurlar
və Azərbaycana haqqında film nümayiş etdirilib. Daha sonra Azərbaycan musiqi nömrələri səslənib.
Danimarka
Universitetinin professoru Karl Erik Fredeskov
və politoloq Vetslav Kicilenko qonaqlar adından
azərbaycanlıları Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik
etmiş, ölkəmizin
tanıdılması və təbliği üçün
bu cür tədbirlərin
keçirilməsinin zəruri olduğunu
vurğulayıblar.
ALMANİYA
Almaniyadakı Azərbaycan və
Türk Diasporları Azərbaycanın
müstəqilliyinin ildönümünü
birgə qeyd ediblər. Tədbirdə Azərbaycan
Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov və Türk
Cümhuriyyətinin Berlindəki Baş Konsulu Mustafa Polat iştirak
ediblər. Türk-Azərbaycan Birliyinin
sədri, alman Bundestaqının keçmiş üzvü professor Hakki Keskin qonaqları salamlayaraq, bildirmişdir ki, Azərbaycanın Ulu
Öndəri Heydər Əliyevin “Bir millət,
iki dövlət” idealından
çıxış edərək iki qardaş ölkənin bu ulusal bayramlarını Berlində cəmiyyət
tərəfindən qeyd edilməsi qərara
alınıb. Hakki Kəskin daha sonra
Türk-Azərbaycan Birliyininin
yaradılmasının tarixi, zərurəti
və məqsədləri haqqında qonaqlara
məlumat verərək, bildirib ki, cəmiyyətin məqsədi “Bir milət, iki dövlət”
ifadəsinin təsadüfi olmadığını işgüzar əməldə göstərməkdir.
“Almaniyada çoxlu
sayda dərnək, təşkilat və cəmiyyətlərin
fəaliyyət göstərdiyi halda yeni bir birliyin
yaradılmasına ehtiyac varmı?” ritorik sualına Hakki Keskin cavab verərək demişdir ki, onun fikrincə, Türkiyə türklərinin
Azərbaycana sevgisi platonik
bir xarakter
daşıyır. Türklərin Azərbaycan musiqisinə,
mədəniyyətinə maraqlarının böyük
olmasına baxmayaraq, həmin ölkəni
demək olar ki, az tanıyırlar. Cənab Haqqı Kəskin bildirmişdir ki, Azərbaycana
ilk səfəri zamanı o,
ölkəni özü üçün
bir növ kəşf
və özünü vətənindəki
kimi hiss edib. Həmin səfərindən
sonra onda Azərbaycanla
daha yaxından tanış olmaq hissi
yaranmışdır və bir siyasətçi
kimi təbii olaraq, Azərbaycanın
siyasi həyatı ilə maraqlanmağa
başlayıb. 20 Yanvar və
Dağlıq Qarabağ müharibəsi ilə
bağlı araşdırmalar aparmış, bu
hadisələrin səbəblərini öyrənmiş
və onların həlli ilə maraqlanıb. Almaniyada
yaşayan türklərin bütün
baş verənlər haqda
demək olar ki, məlumatsız
olduğunu, eləcə də, Almaniya ictimaiyyətində bu
haqda tamamilə məlumat
olmadığını aşkara
çıxarıb. Azərbaycan səfirliyi ilə
görüşlərindən sonra alman parlamentində və bir
sıra siyasi qurumlarda
həmin problemlərin gündəliyə
çıxarılmasına və Dağlıq Qarabağ və Xocalı faciəsi ilə
bağlı bir sıra qərarların qəbul
edilməsinə nail olduğunu
bildirmişdir. O, qeyd
edib ki, ermənilər
Azərbaycana qarşı apardıqları irticaçı
siyasəti ört-basdır etmək üçün
hər zaman yalançı
soyqırımı iddiaları ilə çıxış edərək,
1915-ci ildəki hadisələri ön plana çəkirlər. Məhz
96 il əvvəl baş
verənlərin soyqırım olmadığını sübut etmək və erməni siyasətinə
qarşı səviyyəli şəkildə mübarizə aparmaq üçün birlik Ermənistan-Azərbaycan problemini
Almaniya ictimaiyyətində və dünyada tanıtmaq kimi mühüm bir vəzifəni
qarşısına məqsəd qoyub.
Birlik Atatürkün o vaxt dediyi
“Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir” sözlərinin ciddiliyinə fikir verməli və bu yolda lazımi işlər görməlidir. O bildirmişdir ki,
Türk-Azərbaycan Birliyi Azərbaycan və
türk xalqının
yaxınlaşması, dostluğu yolunda yeni və mühüm addımlar atacaq.
Çıxışının sonunda cənab
Haqqı Kəskin AAKM-nin də bu sahədə işlər
apardığını, türk
icmasının və Azərbaycan diasporunun
yaxınlaşmasında fəaliyyətini
vurğulayıb.
AAKM-nin
icraçı direktoru, xanım Samira Patzer-İsmailova
Türk-Azərbaycan Birliyinin qurucu heyətini bir illik fəaliyyəti münasibətilə təbrik
etdərək, Türkiyə ilə Azərbaycan
arasındakı dostluq münasibətlərinin
xüsusi bir məna
daşıdığını deyib. Azərbaycanın
müstəqilliyinin hər iki xalqa verdiyi töhfələrdən
birinin də dostluq və
qardaşlıq münasibətləri olduğunu
qeyd edib. O bildirib ki, Türk-Azərbaycan
Birliyi bu münasibətlərin
inkişafına məhz diaspor içərisində
olan gündəlik həyatda yeni bəhrələr verəcək.
ZÜMRÜD BAYRAMOVA
Səs.- 2011.- 19 oktyabr.- S. 11.