“Müstəqil Azərbaycan -20”

 

- Ayaz müəllim, Heydər Əliyev və müstəqillik  anlamlarını necə təsəvvür edərdiniz?

- Ulu Öndər Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri olub. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Ulu Öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçib. Bu dahi şəxsiyyət Azərbaycana müstəqilllik kimi müqəddəs, əvəzolunmaz məhfumu bəxş edib.

- Ulu Öndərin dövlətçilik proqramında daha hansı meyarlar mövcuddur?

- Ümummilli Lider Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan strategiyanı müəyyən edib.Onun dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, habelə, estetik intibah iqtisadiyyat, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşib. Ümummilli Lider Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaradıb. Son illərin sosial-iqtisadi uğurları isə xalqın öz inamında, həqiqətən də, yanılmadığını göstərir. Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq, bir daha Heydər Əliyevin ucalığının şahidi olarıq. Azərbaycan Dövlət Müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi, Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində çətinliklə də olsa, əvvəlki hakimiyyətlərin səriştəsizliyi və siyasi səbatsızlığı ucbatından ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. Ulu Öndər  Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən, bütün siyasidiplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilib. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inammaraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi və onun hər addım və hərəkətləri məhz buna yönəlmiş və köklənmişdir. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiyamız qəbul olundu. Ölkədə bir sıra mühüm islahatlar aparıldı. Ulu Öndər  Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyinin bariz nümunəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin (hal-hazırda Heydər Əliyevin adını daşıyır) 2006-cı ilin iyun ayında istifadəyə verilməsi beynəlxalq energetika siyasətində, bütünlükdə dünya iqtisadi sistemində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmizin iştirak etdiyi daha bir layihə Qars-Axalkalaki-Bakı dəmir yolu xətti isə dünya kommunikasiya sistemində ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Beləliklə də, Azərbaycan regionda liderliyi artıq öz əlinə alıb.

- Azərbaycanın müasir inkişaf amilləri daha nədən ibarətdir?

- Etiraf edilməlidir ki, Ümummilli Liderin titanik səyləri nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası Ümummilli Lider  tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu Öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır. Lakin göstərilənlərlə yanaşı, Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin Liderlik xüsusiyyətlərini nəzərə almadan, onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu və ən başlıcası, müasir dövrün tələblərinə uyğunluğunu lazımınca dəyərləndirmədən, Azərbaycanın müasir inkişafının amillərini bütün tamlığı ilə qavramaq qeyri-mümkündür. 2003-cü il prezident seçkisi ərəfəsində Böyük Öndər xalqa müraciətində bu maşının sükanının İlham Əliyevə etibar olunmasını məsləhət bilirdi: Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir... inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Ledirin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Ulu Öndər  Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinə millətimizdə böyük inam hissi var. Azərbaycan Ümummilli Lider  Heydər Əliyevin yolu ilə əbədiyyətə qədər inamla irəliləyəcək. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyidiplomatiya bacarığı ilə bərabər, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Ən böyük uğur isə ondadır ki, məhz son bir neçə ildə Azərbaycan dövləti regionun Liderinə çevrilib. Prezident İlham Əliyevin ölkənin və ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı dövlət proqramları, ayrı-ayrı vaxtlarda bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilibBöyük Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider  Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

- Ayaz müəllim, bu gün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun fəaliyyətinin başlıca istiqamətlərini dövlətin siyasəti kimi dəyərləndirmək mümkündürmü?

- Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin, Ulu Öndərimiz Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi. Beynəlxalq aləmdə keçirilən çoxsaylı görüşlərdə, xariciyerli qurumların tədbirlərində mütləq bir hal kimi bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırırdı. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan ilk vəsait də bu sahəyə - qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, onların sosial müdafiəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməyə başlanıldı. İlk olaraq, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmana əsasən yaradıldı. Fond faktiki olaraq, 2001-ci ildən etibarən fəaliyyət göstərməyə başladı. MKSİF-in ilkin mərhələdə əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə 10 mln. ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olub. 2000-ci ildə BMT-nin İnkişaf Proqramının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəlikləri tərəfindən fondun institusional inkişafı məqsədi ilə 40 min ABŞ dolları həcmində vəsait ayrılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsinə yönəldilib. Təşkilatın vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini və eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.

- Qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində daha hansi işlər görülür?

- Keçən zaman ərzində fondun maliyyə vəsaitləri hesabına icma mikrolayihələri həyata keçirilmiş, mikrokreditlərin verilməsi təmin olunmuşdur. Sonradan fondun fəaliyyəti daha geniş xarakter alıb və maliyyələşmə mənbələri artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, büdcə vəsaitləri, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorların maliyyə resursları daxildir. Onu da qeyd edim ki, MKSİF-in təşkilati strukturu və heyəti donorların tələblərinə uyğun formalaşdırılır. Hər bir donorun maliyyələşdirmək istədiyi layihə üzrə xüsusi icra qrupu yaradılır.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə görüş keçirərkən “Ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” deyə bəyan etmişdi. Bununla da ölkəmizdə olan son 3 çadır düşərgəsindəki məcburi köçkünlərin yeni müasir qəsəbələrə köçürülməsi və həmin çadır düşərgələrinin ləğvi 2007-ci ilin dekabrında təmin edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çadır düşərgələrinin ləğvi barədə tapşırığı bir il əvvəl yerinə yetirilmişdir.

 

 

Rəfiqə KAMALQIZI

 

Səs.- 2011.- 18 oktyabr.- S. 12.