Müstəqil
Azərbaycan - 20: hüquqi dövlət quruculuğu prosesinə nəzəri
baxış
Azərbaycan Respublkasının 1991 - ci il 18 oktyabr
tarixində müstəqilliyə qovuşmasından sonrakı
dövrü yeni iqtisadi, sosial-siyasi, ideoloji prinsiplərə əsaslanan
hüquqi dövlət quruculuğunun formalaşması və
inkişafının, humanist, demokratik, ümumbəşəri
əsaslarla dayanıqlı sisteminin yaranması və təkmilləşdirilməsinin
yeni tarixi mərhələsidir. Ümummilli Lider Heydər Əliyevin
müəllifi olduğu, 12 noyabr 1995 - ci ildə
ümümxalq səsverməsi (referendum) yolu ilə qəbul
olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında
ölkədə sivil cəmiyyətin yaradılmasının,
hüquqi dövlətin formalaşmasının, ictimai həyatın
hüquq çərçivəsində fəaliyyət
göstərməsinin bəyan edilməsi və beləliklə
də, ölkədə nəhəng islahatların həyata
keçirilməsində hüququn rolunun artması, onun
praktiki, tətbiqi səciyyə daşıması
respublikamızı beynəlxalq aləmdə xarakterizə edən
başlıca cəhətlərdir. Hazırda möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında konstitusiyanın uğurlu tətbiqinin
yaratdığı münbit hüquqi şərait heç də
təsadüfi deyil ki, iqtisadi və mədəni nailiyyətlərimizin
əsas lokomativi rolunu oynayır. Məlum olduğu kimi,
hüquqi dövlətin fundamental bazası hesab edilən
hüquq prinsiplərinin mühüm funksiyalarından biri onun
tənzimləmə vəzifəsinin həyata keçirilməsinə
əsaslı şəkildə yardım etməsidir.
Hüququn tənzimetmə funksiyası ictimai münasibətlərin
qanun çərçivəsinə salınmasından,
insanların hüquq və azadlıqlarının mühafizə
edilməsindən ibarətdir. Bu da hüququn praktiki roluna
şəhadət verir. Belə ki, hüququn praktiki əhəmiyyətə
malik olan tənzimetmə funksiyasının səmərəliliyi
hüququn əsas prinsiplərinə uyğunluğu təmin
edir. Deməli, hüququn prinsipləri praktiki xarakter
daşıyır. Bu xarakter xüsusilə, özünü
dövlət - hüquq münasibətlərində bariz şəkildə
nümayiş etdirir. Dövlət anlayışı meydana
çıxarkən, bununla birlikdə onu idarə cdən
iqtidar anlayışı da yaranmışdı. İqtidar
anlayışı ilə yanaşı idarəetmə prinsipləri
və bu prinsipləri həyata keçirən orqanlara ehtiyac
vardı. Bütün bunları əhatə edəıı sənədi
bütövlükdə konsti- tusiya adlandırmaq
mümkündür. Dövlətin idarəçilik
formasından asılı olmayaraq, əksər rejimlərdə
konstitusiyalar və bu konstitusiyaları təkmilləşdirmə
təşəbbüsləri var. Hər bir dövlətin insanları
idarə etdiyini nəzərə alaraq, dövləti
formalaşdıran prinsiplərin də cəmiyyət kimi sabit
olmadığını, daim dəyişikliyə istiqamətləndiyini
demək mümkündür. Cəmiyyətin və
insanların mədəni səviyyəsinə görə bu dəyişiklik
meyilləri özünü göstərir. Normativ - hüquqi
aktlar iyerarxiyasında zirvədə qərərlaşan
konstitusiyalar ictimai-siyasi həyatın hüquqi çərçivəsini
müəyyənləşdirir. Bu, konstitusiyaların ictimai və
siyasi həyatı müəyyənləşdirməsi kimi
başa düşülməməlidir. Konstitusiyalar hər
hansı bir ölkədə real-praktiki zəmin olmadan təsəvvür
edilə bilməz. Bununla yanaşı, ictimai və siyasi həyatı
müəyyənləşdirici olmasa belə, konstitustyalar
mövcud ictimai-siyasi münasibətərə təsir
gücünə malikdirlər.
Konstitusiyanm dövlətə hüquqi yollarla təsir
etməsi və onu formalaşdırması gücü qanunun
aliliyi kimi ifadə edilə bilər. Beləliklə,
konstitusiyalar ınövcud münasibətləri əks etdirməklə
yanaşı, eyni zamanda istiqamətləndirici funksiyaya da
malikdirlər. Hüquq normaları əsas etibarı ilə
ictimai-siyasi münasibətlərin dinamikasına bağlı
olaraq, ehtiyac hiss olunduqca böyüdülə və yaxud
kiçildilə bilər. Bu baxımdan insan hüquq və
azadlıqları digər hüquq normalarından fərqlənir.
İnsan hüquq və azadlıqlarının asanlıqla dəyişdirilməsinin
sui- istifadə haliarına yol açma ehtimalı nəzərə
alınaraq, onları konstitusiya normasına çevirmək
daha məqbul hesab edilmişdir. Çünki məlum
olduğu kimi, konstitusiyalar digər hüquq normalarından fərqli
olaraq, dövlət sisteminə təsir edən ciddi səbəblər
olmadan, dəyişdirilə bilməz. Əgər konstitusiyalar
tarixinə nəzər salsaq görərik ki, hər bir əsas
qanun öz dövrünün ictimai - iqtisadi formasiyasından və
cəmiyyətin sosial dinamikasını şərtləndirən
amillərin təsiri altında formalaşır. Misal
üçün, İngiltərədə 1689-cu ildə qəbul
edilmiş Əsas Hüquqlara Dair Bəyannamədə vətəndaşların
bəzi hüquq və azadlıqları qeyd edilmiş, bunlara
parlamentin icazəsi olmadan müdaxilə edilməyəcəyi
qəbul edilmişdir. Ancaq ilk dəfə insan
hüquqlarının bütövlükdə və konstitusiya
norması kimi müsbət hüquqda yer alması Vircinia əyalətində
qəbul edilən “Bill of Rights” sənədi ilə
olmuşdur. Fransa ingilabının məhsulu olan 26 avqust 1789-cu
il tarixli Vətəndaş Hüquq və Azadlıqları Bəyannaməsi
də mürəkkəb tarixi şəraitdə ortaya
çıxmışdır. Bəyannamə müsbət
hüquq elmi yanaşması ilə hazırlanmış və
dini motivlərə yer verilməmişdir. Bundan başqa, sənəddə
ABŞ-ın Müstəqillik Bəyannaməsində yer alan
hüquq və azadlıqlardan, ancaq bir qisminə yer
verilmişdir. Bu sənəddə ölkənin konstitusiya
rejimini müəyyənləşdirən hakimiyyət
bölgüsü prinsipinə də yer verilmişdir. Bu tarixi
proses XIX-XX əsrlərdə də davam etmişdir. Bəyannamələrin
xarakterinə baxıldıqada, əvvələr lokal xarakter
daşıyan insan hüquqları bəyannamələri zaman
keçdikcə dəyişiklik göstərərək
regional və qlobal xarakter alamağa başlamış, I və
II Dünya Müharibələrindən sonra daha da sürətlənmişdir.
Bu çərçivədə, Birləşmiş Millətlər
Təşkilatının 1948- ci ildə qəbul etdiyi Beynəmiləl
İnsan Hüquqları Bəyannaməsi, Avropa
Şurasının qəbul etdiyi Avropa İnsan
Hüquqları Konvensiyası ən bariz nümunələridir.
Bu qəbilədən olan insan hüquqları sənədlərində
əsas insan hüquqları ifadə edilməklə
yanaşı, dövlətlərin hüquq və
azadlıqları qoruması zəruriliyi və bunun həlli
yolları öz əksini tapmışdır. Müsbət
hüquq elminə əsaslanan hüquq sisteminə malik dövlətlərin
əksəriyyətində, konstitusiyanın
başlanğıc hissəsi insan hüquq və
azadlıqlarına ayrılır. Bu baxımdan, mürəkkəb
tarixi, ictimai - siyasi və beynəlxalq şəraitdə qəbul
edilməsinə baxmayaraq, Azərbaycan Konstitusiyası kifayət
qədər bitkin və mükəmməl hüquqi sənəddir.
Təsadüfi deyil ki, bu gün qanuni iftixar hissi ilə
xalqımız Ümumilli Liderimiz Heydər Əliyevi müstəqil,
suveren və demokratik Azərbaycan respublikasın xilaskarı və
qurucusu sayır, ona sonsuz təşəkkür və minnətdarlığını
bildirir, müstəqilliyimizin ən böyük, ən
mühüm hüquqi sənədi olan konstitusiyamızı
“Heydər Əliyev” konstitusiyası adlandırır. Eyni
zamanda onu Heydər Əliyevin siyasi
yaradıcılığının şah əsəri hesab
edir. Konstitusiyanın qəbul edilməsi, xalqımızın
həyatında və dövlətçiliyimizin
qurulmasında yeni bir mərhələnin
başlanğıcını qoydu, respublikada dövlət
quruculuğu sahəsində yeni imkanlar açdı. Bu
mühim sənədin ən üstün və fərqli cəhətlərindən
biri onun müddəalarında insanlara dövlət və cəmiyyət
tərəfındən verilmiş və verilməli olan, habelə
cəmiyyət üzvləri tərəfindən həvalə
edilən və etibar edilməsi mümkün sayılan
bütün hüquqların, azadlıqların və vəzifələrin
bütöv və vəhdət halında öz əksini
taparaq bir-birini tamamlamasındadır. Konstitusiyanın ən
üstün və fərqli cəhətlərindən digəri
budur ki, orada ictimai quruluş haqqında konkret müddəa
yoxdur, iqtisadi münasibətlərin forma və
inkişafını məhdudlaşdıran heç bir sədd
müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə
insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə
tam təminat verir. Bu sənədin əsas dəyər və
məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın
iradəsini ifadə edir, Azərbaycan dövlət
quruluşunun təsisatını, hüquqi əsaslarını
göstərir. Azərbaycanda dövləti idarəetmənin
prinsiplərini, dövlət ilə xalq arasındakı
münasibətləri əks etdirir, hüquqi, demokratik,
dünyəvi dövlətin qurulması üçün
bütün hüquqi əsasları yaradır. Konstitusiya
mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi
bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının
hər birinin hüquqlarının
toxunulmazlığını, respublikamızın
bölünməzliyini, hakimiyyətin heç bir qüvvə
tərəfindən mənimsənilə bilməzliyini təmin
edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin
yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir
hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə
oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə
dunyanın demokratiya cəhətdən inkişaf etmiş
ölkələrində əsas meyar kimi götürülərək
sınaqdan çıxmış səlahiyyət
bölgülərinin həyata keçirilməsidir. Beləliklə,
hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə
bölünərək yüksək hüquqi imperativlərə
və hüququn aliliyinə tabe edilmişdir. İcra,
qanunverici və məhkəmə orqarlarının
hüquqları konkret və düzgün müəyyənləşdirildiyindən
hakimiyyət orqanlarının bir-birini çəkindirə
bilməsi də real surətdə təmin olunmuşdur. Azərbaycan
Respublikasının Konstitusiyası insan və vətəndaş
hüquq və azadlıqların ali dəyər kimi qiymətləndirərək,
onlara hörməti, insan lıüquq və
azadlıqlarının qorunmasıın qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi
kimi müəyyən etmişdir. Hüquqi dövlətin ən
mühüm prinsiplərindlən biri olan insanlann təbii,
ayrılmaz və demokratik hüquqlarınm geniş kompleksini
qanunvericilik yolu ilə təsbit etmək, onun
reallığına, hüquqi maddi, mənəvi və digər
üsuallarla təminat vermək, hər hansı qəsddən
hüquqi vasitələrlə etibarlı şəkildə
müdafıə etməkdir ki, bu da Konstitusiyamızda öz əksini
tam dolğunluğu ilə tapmışdır.
Konstitusiyanın “Əsas insan və vətəndaş
hüquqlan və azadlıqları” adlanan III fəsli məhz
bu barədədir. Orada insanlara doğulduğu andan mənsub
olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və
azadlıqlarının hər bin ətraflı şərh
edilir, onlann reallaşdırılmasına təminat verilir,
ınüdafiəsi təmin olunur. Yenı Konsitusiyamız
huquqları və azadlıqları pozulan insanları
süründürməçilikdən,
ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin
7-ci bəndində, hüquqi dövlətin təbiətinə
uyğun olaraq göstərmişdir ki, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
pozulması ilə əlaqədar mübahisələri məhkəmələr
həll edir. Bu o deməkdır ki, məhkəmədən
başqa heç bir oraan həmin hüquqların pozulması
ilə əlaqədar mübahisəni həll edə bilməz.
Yeni Konstıtusiyamız Azərbaycanın müstəqillik
qazanmasının, iqtisadi-siyasi və sosial mədəni sahədə
ictimai münasibətlərin əsaslı keyfiyyət dəyişikliklərinin
nəticəsi hesab olunduğundan, onun əvvəllər qəbul
edilmiş və hazırda qüvvədə olan bir sıra
qanunvericilik aktlarına zidd olması şübhəsizdir. Belə
vəziyyətdə Konstitusiyanın qobul cdildiyi günədok
Azərbaycan Respublikasmın ərazisində qüvvədə
olan qanunlar və başqa normativ hüquqi aktlar Əsas Qanuna
zidd olmayan tərzdə qüvvəsini saxlayır. l47-ci maddəyə
əsasən Azərbaycan Respublikasının Konstitusiyası ən
yüksək və birbaşa hüquqi qüvvəyə
malikdir. Deməli, Konstitusiyaya zidd olan bütün qanunvericilik
aktları və ya onların müəyyən müddəaları
qüvvəsini itirmiş hesab olunur. Həmin aktlar və ya
müddəalar istinad mənbəyi ola bilməz. Hər
hansı qərar qəbul edilərkən və ya məsələ
həll olunarkən əsas götürülə bilməz.
Müasir dövrdə beynəlxalq sənədlər milli
hüquqa kifayət qədər müdaxilə etmək qabiliyyətinə
malikdir. Azərbaycan qanunvericiliyində bir milli hüquq
norması ilə beynəlxalq sənədlərin və o
cümlədən insan hüquqlarım əhatə edən
beynəlxalq sənədlərin qarşılıqlı
münasibəti Konstitusiyada açıq şəkildə
göstərilmişdir. Konstitusiyamn 148-ci maddəsinin II bəndinə
görə, “Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasınm qanunvericilik sisteminin ayrılmaz tərkib
hissəsidir”. Konstitusiyanm 151-ci maddəsi beynəlxalq sənədlərin
milli qanunvericilikdəki hüquqi qüvvəsi ilə əlaqədardır.
Burada deyilir: “Azərbaycan Respublikasınm qanunvericilik sisteminə
daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan
Respublikasmın Konstitusiyası və referendumla qəbul edilən
aktlar istisna olmaqla) Azərbaycan Respublikasınm tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələr tətbiq edilir”. Bu maddədan
belə nəticə çıxarmaq olar ki, Azərbaycan
Respublikasınm qəbul etdiyi beynəlxalq sənədlər
qanunvericilik sistemi iyerarxiyası daxilin də konstitusiya və
referendumla qəbul edilmiş sənədlərlə qanunlar
arasında yerləşir. Konstitusiyada insan hüquq və
azadlıqlannı tənzimləyən beynəlxalq sənədlərlə
digər beynəlxalq sənədlər arasında fərqləndirmə
aparılrmşdır. Belə
ki, konstitusiyanın 12-ci maddəsinin II bəndinə görə,
“Bu Konstitusiyada sadalanan insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan
Respubükasımn tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq
edilir”. Əgər 151-ci madəli beynəlxalq sənədlərin
milli qanunvericilikdə ziddiyyət halında hüquqi qüvvəsi
baxnnından Azərbaycan Respublikasının Konstitusiyası və
referendumla qəbul edilən aktları istisna olmaqla göstərirsə,
Konstitusiyanın 12-ci maddəsinin II bəndi insan
hüquqları və azadlıqlarının tətbiqi
baxımından heç bir istisna nəzərdə tutmur (4,
mad. 12, 148, 151). Yekun olaraq qeyd edə bilərik ki, tarix boyu
insanların əldə etdikləri hüquqlar uzun illər
aparılan mübarizənin nəticəsi kimi ortaya
çıxmışdır. İnsan hüquqlarının əhəmiyyəti
diqqətə alınaraq bu hüquqlar milli hüquq
iyerarxiyası içində ən üst səviyyədə
olan konstitusiyalarda yerləşdirilmişdir. İnsan
hüquqlarmxn qanunlarla tənzimlənməsinin kifayət
etmadiyi kimi, bunların ancaq konstitusiyalarda yerləşdirilməsi
də onların təminat altına alınması
iiçün kifayət etmir. İnsan hüquqlarının
konstitusiyalarda yer almasının əsas məqsədi, bu
hüquqların təminat altına almması zəruriliyinin
ifadə edilməsidir. Bu hüquqlar, konstitusiyanın
bütövlüyünün qorunması prinsipi, konstitusiyaya
uyğun təhlil prinsipi, qanunların konstitusiya məhkəməsinin
nəzarətində olması, konstitusiyaların dəyişdirilməsinin
normal qanunlara nisbətən daha çətin olması və
konstitusiya normalarmm bağlayıcı və üstün norma
olması çərçivəsində təminat altına
alınmış olur. Beləliklə, bir daha aydın olur ki,
hazırda ölkəmizdə Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən məhkəmə - hüquq
islahatları, qanunvericilik sahəsində əldə olunan
nailiyyətlər mənbəyini Azərbaycan
Konstitusiyasından alan möhkəm hüquqi bazaya malikdir və
bu ali normativ sənəd hələ uzun müddət müstəqil
dövlətimizin demokratik inkişaf hədəflərini
müəyyənləşdirəcəkdir.
Novruzov Siyavuş Dünyamalı oğlu
Səs.-
2011.- 18 oktyabr.- S. 6.