Hüseyn Cavid dünyasının sətirləri
Azərbaycan ədəbi
fikir tarixinin görkəmli
nümayəndəsi, şair, ədib kimi tariximizə iz salan Hüseyn Cavid böyük bir missiyanın daşıyıcısı olaraq cəmiyyətin bütövlükdə
maraqlarını müdafiə etmiş, ictimai həyatın yükünü
yaradıcılıq yolunuda qələmə
aldığı misraları ilə
daşımışdır. Sovet dövrünün sərt
qanunlarına qarşı özünün
kəskin misraları ilə çıxan Cavid
əqli ilə mövcud ideologiyanın kəsb
etdiyi dəyərləri həzm edə
bilmədiyindən ədalət kürsüsündə mənliyini
isbat etməyə nail
oldu.
Bu
çıxışın onun həyatına
amansızlıq gətirdiyindən Cavid
repressiyanın hədəfinə çevrildi.
Təfəkküründə formalaşan
məfkurəsi onun ölüm
kürsüsündə belə mətanətli
davranışını üzə çıxardı. Cavid bir əsrin
şairliyindən, mütəfəkkirliyindən əsrlərin
ziyalısına çevrildi. Zaman-zaman əxz etdiyi dəyərləri
misralarına çevirən şair
zamanın şəxsiyyəti olaraq
neçə-neçə insanları axarına salıb,
onları imperiyanın zəncirlərini qırmağa, düçar olduqları girdabdan
çıxmağa səslədi. Bu yol
ziyalılıq yolu, bəşəriyyətin
humanist prinsiplərinə açılan yol oldu. Əlinə qələm
alıb buxovlara qarşı çıxan
Cavid bu tərbiyəni
təhsil aldığı elm
ocaqlarından, ailəsindən almışdır. İlk yol, ilk
çığır onilliklərdə onun
vətənpərvərlik hissllərini
formalaşdırdı. Tərcümeyi-halından oxuyuruq. Hüseyn Cavid ruhani ailəsində doğulmuş, ibtidai təhsilini
Naxçıvanda molla məktəbində,
orta təhsilini M.T.Sidqinin
“Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində
almışdır.
1899-1903-cü illərdə Cənubi
Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə”
mədrəsəsində təhsilini davam
etdirmişdir. İstanbul
Universitetinin ədəbiyyat şöbəsini
bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə,
1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının
ən yaxşı ənənələrini inkişaf
etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan
mütərəqqi romantizminin banilərindən
biri olmuşdur. Hüseyn Cavid sənəti
janr və forma cəhətdən
zəngindir. O, lirik şerilərin, lirik-epik, epik poemaların,
Azərbaycan ədəbiyyatında ilk mənzum
faciə və dramların müəllifidir. “Keçmiş
günlər” adlı ilk şeir
kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox
dramaturq kimi
tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri,
ailə-məişət dramları üslub,
yazı ədası forma yeniliyi
baxımından Azərbaycan dramaturgiyasında yeni
bir mərhələ yaratdığı kimi, milli teatr
mədəniyyətinin inkişafına da
qüvvətli təsir göstərmiş, “Cavid
teatrı” kimi səciyyələndirilmişdir.
Dramaturgiyasında dövrün ümumbəşəri,
böyük ictimai-siyasi
və mədəni əhəmiyyətə malik
problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında
ilk mənzum faciə olan
“Şeyx Sənan” əsərində
xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya
atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə
“haq verilmir,
alınır” ideyasına gəlib
çıxmışdır.
Yaradıcılığında
mühüm yer tutan “İblis” mənzum
faciəsində dövrün bütün mürtəce qüvvələri
- “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları,
“iyirminci əsrin mədəni vəhşiləri”
olan dairələri İblis
surətində ümumiləşdirilmiş,
işğalçı müharibələrə lənət
yağdırılmışdır.
1926-cı ildə
müalicə üçün Almaniyaya gedən və 7 ay
Berlində yaşayan Hüseyn
Cavid oradan
ziyalıların mənəvi iztirablarını əks etdirən
bir sıra siyasi-lirik
və lirik-epik şeirlərlə
qayıtdı. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər”
və “Topal Teymur” əsərlərindən
sonra yazdığı “Səyavuş”, “Xəyyam”
tarixi dramları Hüseyn
Cavidin tarixə, tarixi
şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı
azərbaycanlıların “şahənşahlıq”
üsuli-idarəsi əsarəti altında əzab çəkməsi,
ən adi insan
hüquqlarından məhrum edilməsi də vətənpərvər
şair kimi Hüseyn Cavidi düşündürürdü. Sovetlər
Birliyində totalitarizmin dəhşətli
dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən
yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh
etməkdən qətiyyətlə boyun
qaçırmışdır. Ona görə
də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün
edilmiş və orada
həlak olmuşdur.
Repressiya illərində
həbs olunan, 1939-cu ildə Maqadana sürgün edilən,
Uzaq Sibirdə, İrkutsk
vilayətinin Tayşet rayonunun
Şevçenko kəndində torpağa tapşırılan Hüseyn
Cavidin cənazəsinin qalıqları çox illər ötməsinə baxmayaraq Azərbaycana gətirildi. SSRİ-nin sağ və solunun diktatorcasına verdiyi
hökmlərə baxmayaraq, onun nəşinin vətənə gətirilməsi
mədəni, ictimai həyatın böyük təntənəsinə səbəb
oldu. Sovet tarixində baş verən bu hadisənin
təməli hələ onun
yaradıcılığına və şəxsiyyətinə
olan sevginin birmənalı
olaraq qəbulu ilə başladı. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi
tərəfindən görkəmli şair
və dramaturq Hüseyn
Cavidin anadan
olmasının 100 illiyinin qeyd
edilməsi ilə bağlı 1981-ci ilin iyun qərarı
növbəti hadisələrə yol
açdı. Yubiley tədbirləri
çərçivəsində Hüseyn
Cavidin Bakı və Naxçıvanda ev-muzeyinin açılması, heykəlinin
ucaldılması, Cavid Poeziya
Teatrının yaradılması nəzərdə tutulur. 1982-ci il
oktyabrın 2-də Ümummilli Lider Heydər Əliyev Naxçıvana
səfəri zamanı yubileylə bağlı görülən
işlərlə maraqlanır. Naxçıvan Vilayət Partiya Komitəsində keçirilən
görüşdə ona ziyalıların
adından Cavidin nəşinin Azərbaycana
gətirilməsi təklifi ilə müraciət olunur. Bu təklif nəticəsiz
qalmadı. Hər zaman xalqın iradəsini
nəzərə alan Heydər Əliyev Cavid irsinə məhəbbətini əməli
ilə göstərdi. Azərbaycan mədəniyyətinə
və incəsənətinə böyük
diqqətlə yanaşan Heydər Əliyev
təklifi müsbət qarşılayaraq, böyük
əzmkarlıqla bu məsələnin
reallaşmasına cəhd göstərdi.
Naxçıvan Vilayət Partiya Komitəsi şairin
cənazəsinin gətirilməsi ilə bağlı 12 oktyabr 1982-ci ildə qərar qəbul edir. 41 ildən sonra vaxtilə
xalq düşməni damğası vurulan şairin məzarı
araşdırılaraq vətənə gətirildi. Təbii ki, bu adi
bir proses kimi həyata keçirilmədi.
İnadkarlıq, cəsarət, vətənpərvərlik kimi meyarlar onun
cənazəsinin Azərbaycana gətirilməsində əsas
şərt oldu. Rusiya
tarixində rast gəlinən ilk belə hadisə
çoxlarını şoka
salmışdır. Mənbələrdə
göstərilir ki, Azərbaycandan ezam olunan nümayəndə
heyəti rayon arxivində Şevçenko
kəndində yerləşən Məhbus Əlillər Evində
həlak olanların siyahısını araşdırır və
siyahıda Hüseyn Cavidin
adını tapırlar. Həmin rəsmi sənəddə
göstərilirdi ki, 21 saylı Məhbus Əlillər
Evində müalicə olunan Hüseyn Cavid (Rəsizadə ) 1941-ci il dekabrın 5-də
saat 22.30-da ayaqlarını soyuq apardığına görə ürək
zəifliyindən dünyasını dəyişib və
dekabrın 7-də məhbus qəbiristanlığında 59
nömrəli qəbirdə, taxta tabutda, 2 metr dərinliyində
başı Şərqə tərəf dəfn olunub. Cavid Maqadana sürgün
edilib, amma o zaman Sibirdə xəstələnən
bütün məhbuslar bura
gətirilib müalicə olunurmuş. Dəfninin
gecikməsinin səbəbi odur ki, Stalin rejimi
vaxtında məhbus dustaqların ölümü
komissiya tərəfindən mütləq
təsdiqlənirdi və sonra dəfninə
icazə verilirdi. Şairin
dəfnində Məhbus Əlillər Evində olan dustaq azərbaycanlılar
iştirak edib və onlar da Cavidi
üzü qibləyə dəfn ediblər.
Hüseyn Cavidin dəfn
olunduğu məzarlığa getmək
müşkülə çevrilir. Ora getməkdə israrlı olan
Azərbaycan nümayəndələrinə izah
edilir ki, Şevçenko kəndinə İrkutskdan
sutka yarımlıq yoldur.
O illərdə 11-12 milyon adam
repressiya qurbanı olmuşdu,
Şevçenkodakı məzarlıqda təxminən 40 min qəbir sırasında Hüseyn
Cavidin də nəşi var
idi. Sanksiyaya əsasən
oktyabrın 21-də onun qəbiri
açılır və həmin yerdə 100 yaşlı dramaturqun
ruhunun şərəfinə 100 yaylım
atəşi açılır. Oktyabrın 24-də Cavidin ad günündə,
100 yaşının tamamında şairin
cənazəsi ilə birgə İrkutskdan
vətənə dönürlər. Oktyabrın 27-də Azərbaycan
SSR Elmlər Akademiyasının böyük
zalında böyük mərasim təşkil
edilir. İclasda Hüseyn Cavidin
Naxçıvanda dəfn olunması qərara alınır.
Şirvanşahlar
sarayında şairlə vida mərasimindən
sonra noyabrın 1-də gecə
saatlarında cənazə şairin evinə
gətirilir və bir gün
sonra başda Heydər
Əliyev olmaqla Azərbaycanın dövlət,
hökumət nümayəndələri vida
mərasiminə gəlirlər. Daha sonra cənazə xüsusi
təyyarə ilə Naxçıvana aparılır. Əvvəl
ata evinə gətirilən şair noyabrın 3-də ev
muzeyinin yanında, uşaqlıqda çox sevdiyi tut ağacının altında dəfn olunur. Beləliklə, 1919-cu ildə ata evindən çıxan Hüseyn
Cavid 63 il sonra ana torpağa
qovuşur.
Hüseyn Cavidin torpağa vətənində
qovuşmağı çətin bir proses olsa da
onu Azərbaycan böyük
sevgi ilə gözləyirdi. Hər kəsin
qəlbində Cavidə qarşı olan
nigarançılıq hisslərinə bu
hadisədən sonra nöqtə qoyuldu. Vətən üçün,
torpaq üçün
yaşayan, yaradan, yanan, alovlanan bir simanın nəşinin uzaq
bir ölkədə olması nə qədər
ağrıdıcı olsa da,
onun vətən torpağına
çözülməsi bir o qədər qürurlandırıcı oldu. Demək vətən üçün yaşamağa,
onun yolunda fəda olmağa dəyərmiş.
Yaradıcılığa başladığı gündən
“Səyavuş”, “Ana”, “İblis”
kimi poemaları ilə bəşəriyyətə
insanlıq hisslərini aşılayan Hüseyn
Cavid, sözün həqiqi
mənasında, insanlığın nümunəsini məhz
ruhunun göylərdə pərvazlandığı
bir zamanda hiss etdi. Budur,
vətən övladına verilən qiymətin aliliyi, dəyəri.
Zümrüd
Səs.- 2011.- 25 oktyabr.- S. 12.