Heydər
Əliyev təhsil sahəsindəki islahatların banisidir
1993-cü ildə Ulu Öndərin yeni siyasi arenaya
qayıdışı, əslində, milli
təhsilimizi dağılmaq təhlükəsindən xilas etdi. Ümummilli
Liderimiz Heydər Əliyevin hakimiyyətə
gəlişi bu mühüm
sahəni yenidən özünün inkişaf yoluna qoydu. Müəllimlərimizdə gələcəyə,
sabaha inam hissi yarandı, öz iş yerlərini tərk edib
başqa sahələrə üz tutan
pedaqoqlarımız yenidən məktəbə
qayıtdılar.
Dövlət
başçısının Sərəncamı ilə təhsil
sahəsində islahatlar üzrə
dövlət komissiyası yaradıldı. Bu
komissiya “Azərbaycan Respublikasının
təhsil sahəsində islahat
proqramı”nı hazırladı və həmin proqram ölkə
başçısının 15 iyun 1999-cu
il tarixli Fərmanı
ilə təsdiq edildi. Proqramda demokratikləşmə, humanistləşdirmə,
inteqrasiya, diferensiallaşdırma fərdiləşmə
kimi mühüm vəzifələr
qoyulmuşdur. Əsas məqsəd milli zəminə və ümumbəşəri
dəyərlərə əsaslanan, beynəlxalq standartlara, xüsusilə də, Qərb
standartlarına uyğun milli
təhsil sisteminin yaradılması idi. Ulu Öndər Heydər
Əliyev cəmiyyətin inkişafında təhsilin rolundan bəhs edərkən deyirdi:
“Bu təhsil sisteminin
nə qədər dəyərli olduğunu
onda görmək olur ki, Azərbaycanda yüksək savada,
biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin
çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı,
Azərbaycanın iqtisadiyyatı belə güclü
inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət
kimi idarə
edə bilməzdik. Onları qiymətləndirmək
lazımdır və on illərdə əldə
etdiyimiz nailiyyəti heç
vaxt unutmamalıyıq”.
Heydər Əliyev müstəqil
Azərbaycanda milli təhsilin quruculuğu sahəsindəki islahatların həqiqi
memarıdır. Bu böyük şəxsiyyətin
yenidən hakimiyyətə xilaskar
missiyalı qayıdışı, Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni
həyatının bütün sahələrində
olduğu kimi, təhsil
sahəsində də tənəzzülün
qarşısını almağa imkan verdi.
Müasir zamanda xalqımızın təhsilə
marağı durmadan artmaqdadır. Bu isə, hər şeydən əvvəl,
ötən yüzillikdə Azərbaycan xalqının intellektual potensialının, maariflənməsinin
əsas istiqamət və göstəricilərindən biri sayılmalıdır. Respublikamızda təhsilin,
elmin, mədəniyyətin və ölkənin
intellektual potensialının keyfiyyətcə
beynəlxalq standartlara
uyğunlaşdırılması XXI əsr milli
təhsil quruculuğunun strateji
xəttidir. Tarixi bir məqamı
da xatırlatmaq yerinə düşər ki, XXI əsr YUNESKO tərəfindən “Təhsil
əsri” elan olunmuşdur.
Yeni əsrdə
bəşər sivilizasiyasını ən çox
düşündürən narahat edən
və maraqlandıran qlobal məsələ
təhsilin inkişafına və keyfiyyətcə yüksəlişinə
nail olmaqdan, cəmiyyətin
tərəqqisində təhsilin müstəsna rolunu daha da
yüksəltməkdən ibarətdir.
Heydər Əliyev tərəfindən
milli təhsilimizə olan
qayğı və diqqət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, İSESKO və YUNESKO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın da xidmətləri
danılmazdır.
Heydər Əliyev
xalqımızın son minillik
tarixi ərzində yetirdiyi
ən böyük şəxsiyyətlərdən
biridir. Heydər Əliyev gənc istedadlara xüsusi həssaslıqla
yanaşırdı. Ümummilli Lider “Azərbaycanda gənc istedadlara
dövlət qayğısı haqqında” ayrıca Fərman
imzalamışdır. Fərmana uyğun olaraq istedadların “Qızıl kitab” və Prezidentin xüsusi təqaüdü təhsis edilmişdir. Böyük siyasi xadim Heydər Əliyevin
qarşıya qoyduğu məqsəd
önəmli idi. Azərbaycan ən
müxtəlif sahələrdə işləməyi bacaran kadrlar yetişdirən
mükəmməl təhsil sisteminə malik
olmalıdır. Dövlət başçısı 2000-ci il 13 iyun tarixində “Azərbaycan
Respublikasında təhlil sistemininin təkmiləşdirilməsi
haqqında” Fərman imzalamışdır. Fərmana
uyğun olaraq ölkənin
dörd aparıcı ali
təhsil müəlliminə - Bakı Dövlət
Universitetinə, Azərbaycan Dövlət Neft
Akademiyasına, Azərbaycan Tibb
Universitetinə və Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasına maliyyə müstəqilliyi, ayrı-ayrı ali məktəblərə isə universitet statusu verilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev elmin,
təhsilin xalqın, ölkənin həyatındakı misilsiz rolunu yüksək
qiymətləndirərək, bu sahələri
özünəməxsus müdrikliklə inkişaf
yoluna yönəltmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,
dövlət başçısı cənab İlham
Əliyev tərəfindən layiqincə davam
etdirilməsi bir ziyalı kimi
mənə ADPU-da tələbələrə
tədris etdiyim fənni böyük
ruh yüksəkliyi ilə deməyə imkan yaradır. Axı mən də Böyük Öndər Heydər Əliyev kursunun davamçılarından olmuşam.
1971-ci ildə ADU-nun
tələbələri sırasından ilk
tələbə deputat seçilmişəm.
Həmin ərəfədə bütün
dövlət tədbirlərində iştirak
etmiş və MK-nın I katibi Heydər Əliyevlə
dəfələrlə görüşmüşəm.
İllər ötsə də, bunlara
görə özümü xoşbəxt
sayır, o anları xoş
xatirələrlə yaşayıram.
Xalqımızın yeni lideri
İlham Əliyevin 2003-cü ildən bəri
dövlət başçısı vəzifəsində uğurlu fəaliyyətinə nəzər
saldıqda, burada təhsilə prioritet münasibət bəsləndiyi
aydın görünür. Cənab İlham Əliyevin ardıcıl səyləri
sayəsində ölkəmizdə
təhsil Azərbaycanın davamlı inkişaf
strategiyasının ən önəmli istiqamətlərindən
birinə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin
söylədiyi: “Uşaqlar çox yaxşı şəraitdə
oxumalı, yaxşı bilik
almalıdır”. Bu sözlər dövlətimizin təhsilə, gənc
nəslin təhsili ilə bağlı siyasətinin perspektivlərini,
ümummilli strateji məqsədi
özündə inkişaf etdirir. Ölkə
başçısının qəbul etdiyi
proqrama əsasən, bütün
məktəblərdə kompyuter sinfi yaradılmalı və internetə
çıxış təmin olunmalıdır.
Şagirdlərin elmi biliklərə yiyələnmələri,
dünyada gedən proseslərə qoşulmalar, xarici dilləri
öyrənmələri, yeni
texnologiyaları mənimsəmələri üçün
daha da mükəmməl
inkişafdır.
Dövlət
başçısı İlham Əliyevin
son illərdə ölkəmizdə məktəb
tikintisinin geniş
vüsət almasına diqqət yetirməsi, təhsildə yeni keyfiyyət göstəricisinə gətirib
çıxarmışdır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin təhsil, elm,
mədəniyyət və mənəvi sərvətlərin
inkişafı ilə bağlı gördüyü
işlər bundan sonra
da davam etdiriləcəkdir.
Ofelya Mürsəlova,
ADPU-nun pedaqogika
kafedrasının baş müəllimi
Səs.- 2011.- 25 oktyabr.- S. 4.