Hüquqi
dövlətdə vətəndaşların təhsil hüququ
2009-cu il 19 iyun tarixli
“Təhsil haqqında Azərbaycan Respublikasının qanunun”da göstərilir ki, bu qanun
vətəndaşların Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olunmuş təhsil
hüququnun təmin edilməsi sahəsində
dövlət siyasətinin əsas prinsiplərini və təhsil
fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən
edir, təhsilin ayrı-ayrı pillələri
üzrə müvafiq qanunların və
digər normativ hüquqi
aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil
dünyəvi və fasiləsiz xarakter
daşımaqla, vətəndaşın, cəmiyyətin və
dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet
fəaliyyət sahəsidir. Azərbaycan
Respublikasında təhsil insan
hüquqları haqqında beynəlxalq konvensiyalara
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı digər beynəlxalq müqavilələrə
əsaslanır, təhsil sahəsində milli-mənəvi və
ümumbəşəri dəyərlərin prioritetliyi
əsasında dünya təhsil sisteminə
inteqrasiya olunaraq inkişaf edir.
Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil
sahəsində vətəndaşların konstitusiya
hüququnun təmin edilməsindən və
qorunmasından, icra strukturlarının, təhsilalanların
və təhsilverənlərin, fiziki və
hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən,
təhsil sisteminin sərbəst fəaliyyəti
və inkişafı üçün hüquqi təminatların
yaradılmasından ibarətdir.
Təhsil sahəsində
dövlət siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
Humanistlik
- milli və ümumbəşəri dəyərlərin,
şəxsiyyətin azad
inkişafının, insan hüquqları
və azadlıqlarının, sağlamlığın və
təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin,
tolerantlıq və dözümlülüyün
prioritet kimi qəbul
olunması;demokratiklik
- təhsilalanların azad
düşüncə ruhunda tərbiyə
edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində
və idarə edilməsində səlahiyyət və
azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin
muxtariyyətinin artırılması; bərabərlik - bütün vətəndaşların bərabər
şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; millilik və dünyəvilik - milli
və ümumbəşəri dəyərlərin qorunması
və onların dialektik vəhdətinin təmin
edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi; keyfiyyətlilik
- təhsilin mövcud standartlara,
normalara, sosial-iqtisadi
tələblərə, şəxsiyyətin, cəmiyyətin
və dövlətin maraqlarına uyğunluğu;
səmərəlilik - təhsilin və elmi
yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
fasiləsizlik, vəhdətlik, daimilik
- mövcud təhsil standartları, tədris
proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə
edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri
arasında sıx dialektik
qarşılıqlı əlaqənin təmin olunması və
onun insanın bütün
həyatı boyu ardıcıl davam etməsi; varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin
ardıcıl olaraq növbəti nəslə
(dövrə) ötürülməsi; liberallaşma
- təhsil sahəsinin və təhsil fəaliyyətinin
açıqlığının genişləndirilməsi;
inteqrasiya - milli təhsil
sisteminin dünya təhsil
sisteminə səmərəli formada
qoşulması, uyğunlaşması və qovuşması əsasında
inkişafı.
Azərbaycan Respublikasında təhsilin
əsas məqsədi aşağıdakılardır:
Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini
dərk edən, xalqının milli ənənələrinə
və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına
hörmət edən, vətənpərvərlik və azərbaycançılıq
ideyalarına sadiq olan,
müstəqil və yaradıcı düşünən
vətəndaş və şəxsiyyət yetişdirmək;
milli-mənəvi və ümumbəşəri
dəyərləri qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri və
yenilikləri qiymətləndirməyi bacaran,
nəzəri və praktiki biliklərə
yiyələnən, müasir təfəkkürlü
və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar
hazırlamaq; sistemləşdirilmiş bilik,
bacarıq və vərdişlərin mənimsənilməsini
və ixtisasın daim
artırılmasını təmin etmək, təhsil
alanları ictimai həyata və səmərəli
əmək fəaliyyətinə hazırlamaq.
Təhsil sisteminə
aşağıdakılar daxildir:
Bütün
təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan
və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat
institutları və informasiya mərkəzləri,
layihə, istehsal, kliniki,
ictimai iaşə, tibbi-profilaktik
və
əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri,
kampuslar, mədəni-maarif müəssisələri
və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və
digər infrastruktur obyektləri; təhsili
idarəetmə orqanları və onların tabeliyində fəaliyyət
göstərən müəssisə və təşkilatlar;təhsil
sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları, assosiasiyalar,
cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
Təhsilin keyfiyyət səviyyəsi ölkədə
qəbul olunan dövlət təhsil
standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin
prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri
üzrə müvafiq keyfiyyət göstəriciləri
sisteminə (təhsil proqramları, abituriyentlərin
hazırlıq səviyyəsi, maddi-texniki baza,
infrastruktur, informasiya
resursları, təhsilverənlərin peşəkarlığı
və elmi-pedaqoji səviyyəsi, mütərəqqi
tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən
edilir. Təhsil müəssisəsində
kadr hazırlığının keyfiyyət
səviyyəsi məzunların milli və
beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti,
ölkənin sosial və iqtisadi
inkişafında rolu ilə müəyyən
edilir. Təhsilin keyfiyyət səviyyəsi
hər bir tarixi mərhələdə
ictimai-siyasi, sosial-iqtisadi,
elmi və mədəni inkişafla
bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.
Azərbaycan Respublikasında
aşağıdakı təhsilalma formaları müəyyən
edilir:
Əyani; qiyabi; distant (məsafədən);sərbəst (eksternat). Azərbaycan Respublikasında müəyyən
edilmiş təhsilalma
formaları çərçivəsində
evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə
etməklə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş
qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər
Azərbaycan Respublikasında aşağıdakı
təhsil pillələri
və səviyyələri
müəyyən olunur:
Məktəbəqədər təhsil: ümumi təhsil, ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil.
İlk peşə-ixtisas təhsili:
orta ixtisas təhsili.
Ali təhsil: bakalavriat;
magistratura; doktorantura.
Təhsilin
pillələri və
səviyyələri arasında
qarşılıqlı əlaqə
və varislik təmin olunur. Hər bir təhsil
pilləsi (məktəbəqədər
təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və
ya attestasiyanın nəticələrinə uyğun
olaraq məzunlara dövlət nümunəli
sənədin verilməsi
ilə başa çatır.
Təhsilin pillələri və
səviyyələri üzrə
fəaliyyət müvafiq
qanunvericilik aktları
ilə tənzimlənir.
Təhsilalanın əvvəlki
pillədə və səviyyədə əldə
etdiyi nailiyyətlər
növbəti pillədə
və səviyyədə
təhsilin davam etdirilməsində nəzərə
alınır.
Vətəndaşların təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyasına,
Təhsil haqqinda Azərbaycan Respublikasinin Qanununa və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun müəyyən
edilir.
Bütün təhsil müəssisələrinin
təhsilalanları və
məzunları bərabər
hüquqlara malikdirlər.
Vətəndaşların təhsil hüquqlarına aşağıdakılar
daxildir:
Qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təhsil müəssisəsinə qəbul
olunmaq; təhsil müəssisəsini, təhsilin
istiqamətini, ixtisası,
təhsilalma formasını
və təhsil dilini sərbəst seçmək; dövlət
təhsil standartlarına
uyğun keyfiyyətli
təhsil almaq; müvafiq qaydada təhsilin təmayülünü,
təhsil proqramlarını
və sinifdənkənar
məşğuliyyəti seçmək;ali
təhsil müəssisəsinin
tədris planlarına
uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını,
təhsilverənləri və
tyutorları sərbəst
seçmək; təhsil
müəssisəsinin mövcud
infrastrukturundan (tədris-istehsalat,
elmi tədqiqat, informasiya, mədəni-məişət,
idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan
və s.) istifadə etmək; müəyyən
edilmiş qaydada təhsil müəssisəsini
və ixtisasını
dəyişmək; elmi
tədqiqat fəaliyyəti
ilə məşğul
olmaq;fasiləsiz təhsil
almaq; sağlamlıq üçün təhlükəsiz
və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; insan ləyaqətini və şərəfini alçaldan,
insan hüquqlarına
zidd hərəkətlərdən
müdafiə olunmaq; müəyyən edilmiş
qaydada təhsil müəssisəsində təhsilini
müvəqqəti dayandırmaq;
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qaydada biliyinin yenidən qiymətləndirilməsini
tələb etmək;
dövlət orta peşə-ixtisas təhsili
pilləsində və
ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun
olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;dövlət və bələdiyyə ümumi
təhsil müəssisələrində
dərsliklərlə pulsuz
təmin olunmaq;təhsil
prosesinin təşkilində
və idarə olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst
ifadə etmək;təhsil
müəssisəsinin elmi,
ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin
və digər təşkilatların yaradılmasında
iştirak etmək, eləcə də, ölkə və beynəlxalq səviyyəli
belə təşkilatlara
üzv olmaq; elmi-praktik konfransların, seminarların, yığıncaqların
və görüşlərin,
habelə, təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində
iştirak etmək; qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək. Təhsil
müəssisəsində qanunvericiliklə
müəyyən edilmiş
hallar istisna olmaqla, vətəndaşların
təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə
cəlb edilməsinə
yol verilmir.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə
təhsil almaq hüququ da vardır.
Azərbaycan
Respublikası vətəndaşlarının
xarici ölkələrdə
təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas
artırması Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq, dövlət tərəfindən
müəyyən edilmiş
kvota və təhsil müəssisəsinin,
hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları
müqavilələr əsasında
həyata keçirilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 sentyabr 2009-cu il tarixli Fərmanı vətəndaşların təhsil
hüququnun həyata keçməsində mühüm
rol oynadı.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 26 oktyabr.-S. 10.