Azərbaycan
Gənclərinin VI Forumu keçirilib
Dünən
Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Gənclərinin VI Forumu
keçirilib. 2000-dək gəncin bir araya gəldiyi Forumda dövlət və hökumət
nümayəndələri, mərkəzi strukturların rəhbərləri,
beynəlxalq humanitar təşkilatların
təmsilçiləri, ali təhsil
müəssisələrinin rektorları, deputatlar
və s. iştirak
ediblər. Gənclər və idman nazirinin müavini İntiqam Babayev
iştirakçıları təbrik edib,
forumun əhəmiyyətindən danışıb.
İ.Babayev artıq VI dəfədir ki, keçirilən bu forumun Azərbaycan gəncliyinin həyatında
vacib rol
oynadığını vurğulayıb.
O, ölkəmizdə
dövlətin gənclərə göstərdiyi diqqət və
qayğıdan danışaraq bildirib ki, dövlət tərəfindən Azərbaycan
gəncliyinin ictimai-siyasi həyatda önəmli
mövqe və rolunun
inkişafı istiqamətində çoxsaylı tədbirlər
həyata keçirilir. Tədbirdə
Prezident Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri
Elnur Aslanov Azərbaycan
Prezidenti İlham Əliyevin
forum iştirakçılarına təbrik
məktubunu oxuyub. Sonra
əvvəlki forumlardan bəri gənclər
siyasəti sahəsində görülən işlərə dair sənədli film nümayiş etdirilib.
Gənclər
və idman naziri Azad Rəhimov ötən forumdan
bu günədək görülən
işlər barədə iştirakçılara ətraflı
məlumat verərək vurğulayıb ki,
ilk dəfə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
keçirilən bu ali
toplantı Azərbaycanda aparılan gənclər siyasətinin
istiqamətlərini müəyyənləşdirib, ümummilli liderin birinci forumdakı nitqi
növbəti illər üçün fəaliyyət
proqramına çevrilib.
A.Rəhimov bildirib
ki, Gənclərin VI Forumunun
keçirilməsi Azərbaycan tarixinin ən
şanlı və əlamətdar bir hadisəsi
ilə eyni vaxta təsadüf
edir. Bu il Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümüdür.
Nazir xüsusi qeyd edib ki,
ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu
dövlət gənclər siyasəti sahəsində müstəqillik
illərində mühüm addımlar
atılıb, böyük uğurlar
qazanılıb. O, əldə olunmuş
nailiyyətlər sırasında gənclərlə iş və idman sahələrində
dövlət siyasətini əlaqələndirən mərkəzi
idarəetmə orqanı olan Gənclər
və İdman Nazirliyinin
yaradılması, müvafiq qanunvericilik bazasının
formalaşdırılması, ictimai fəal
gənclərin 200-dən artıq qeyri-hökumət təşkilatında
birləşməsi və s. barədə
məlumat verib. A.Rəhimov
gənc nəslin Vətənə məhəbbət, Azərbaycan
xalqının tarixi, dili,
mədəniyyəti və adət-ənənələrinə,
eləcə də dövlət rəmzlərinə hörmət
ruhunda tərbiyə edilməsinin gənclər
siyasətinin ən mühüm istiqamətlərindən
biri olduğunu diqqətə
çatdırıb. Gənclərin hərbi
xidmətə hazırlanması, çağırışaqədərki
dövrdə aparılan maarifləndirmə və təbliğat
işi, orduda xidmət
edən gənclərin asudə vaxtının səmərəli
təşkilinə kömək edən əlavə tədbirlər,
respublikada fəaliyyət göstərən
gənclərin vətənpərvərlik tərbiyəsi
klublarının işinin gücləndirilməsi,
vətənpərvərlik düşərgələrinin təşkil
edilməsi baxımdan əhəmiyyətli olub.
Bildirilib
ki, son illər Azərbaycan
gəncləri ölkəmizin hüdudlarından kənarda təşkilatlanaraq
Azərbaycanın milli maraqlarının
qorunması və xalqımızın tarixinin
və zəngin mədəni irsinin beynəlxalq
ictimaiyyət arasında təbliğ edilməsi istiqamətində
fəal iştirak edirlər. Nazir 2009-cu ildə təsis olunmuş
və Rusiyada yaşayan
azərbaycanlı gəncləri birləşdirən
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
fəaliyyətini xüsusilə vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə
yaradılmış və onun sədrlik etdiyi təşkilat ilk dəfə
olaraq Rusiya
Federasiyasının bütün subyektlərindən
olan azərbaycanlı gəncləri birləşdirməyə
və bir sıra əhəmiyyətli
layihələrin həyata keçirilməsinə nail olub. A.Rəhimov 2001-ci
ildən keçirilməyə başlamış və 2010-cu
ildə hüquqi status
almış Xaricdə Təhsil Alan və
Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumunun gördüyü
işlərdən də danışıb. Nazir
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramında Bakıda Gənclər
Mərkəzinin və regionlarda “Gənclər
evləri”nin inşa edilməsi, Gənclər
Fondunun yaradılması, gənclərin
asudə vaxtının təşkili, gənclərin məşğulluğunun
təmin edilməsi və s. işlərin
görülməsinin nəzərdə tutulduğunu
söyləyib. Tədbirdə çıxış edən Azərbaycan
Gənclər Təşkilatları Şurasının sədri,
Milli Məclisin deputatı Fuad
Muradov ölkədə dövlətin gənclərə
göstərdiyi diqqət və qayğıdan
danışıb. O, müstəqil Azərbaycan gənclərinin
ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə keçirilən
ilk forumundan 15 il keçdiyini, ulu öndərin daim gənclərin
himayədarı olduğunu diqqətə
çatdırıb. F.Muradov ümummilli liderin
sağlam düşüncəli yeni nəslin formalaşmasının dövlətin
və bütün cəmiyyətin vəzifəsi
olduğunu qeyd etdiyini, gəncliyimizin bu gün də ulu öndərin
ruhunu minnətdarlıq hissi
ilə yad etdiyini
vurğulayıb. O, Azərbaycanın bütün
şəhər və rayonlarından gəlmiş gənclərinin
bu tarixi tədbirdə
böyük ümid, yeni baxış və maraqlı təşəbbüslərlə
iştirak etdiklərini deyib.
Bildirib ki, pozitiv və təşəbbüskar bir şərait daha
müsbət nəticələrin əldə olunmasına imkan yaradacaq. Tədbirdə çıxış edən BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Mark Herevard
təmsil etdiyi qurumun
gənclərə öz həyatlarını
yüksək səviyyədə dəyişəcək
qüvvə kimi baxdığını
söyləmişdir. Belə gənclər
forumlarının keçirilməsinin çox
gözəl nümunə olduğunu diqqətlə
vurğulayan natiq bildirmişdir ki, son 15 ildə Azərbaycan çox
böyük nailiyyətlər əldə
etmişdir. M.Herevard UNİCEF-in Azərbaycanda bir
çox layihələr həyata keçirdiyini də diqqətə
çatdırmışdır.
“İrəli”
İctimai Birliyinin sədri,
Milli Məclisin deputatı Ceyhun
Osmanlı Azərbaycanda dövlət tərəfindən gənclərə
həmişə diqqət və qayğı göstərildiyini
bildirmişdir. Ölkənin iqtisadi qüdrətinin artırılması və
xalqın həyat səviyyəsinin yüksəldilməsi,
beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən çoxsaylı
tədbirlərdə Azərbaycan gəncliyinin rolu
qeyd edilmişdir. Tədbirdə
çıxış edən YAP Gənclər Birliyinin
sədri Seymur Orucov, Tələbə
Gənclər Təşkilatları İttifaqının sədri
Şahin İsmayılov və digərləri
Azərbaycan Gənclərinin VI Forumunun əhəmiyyətindən
danışmışlar. Sonra forum işini bölmə
iclaslarında davam etdirmişdir.
Sonda VI forumun yekun sənədləri - qərar və qətnaməsi
qəbul olunmuşdur. Sənəddə
vurğulanır ki, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümündə keçirilən Azərbaycan Gənclərinin
VI Forumu ölkədə gənclərin təhsil
və sağlamlığı, inkişafı və
yaradıcılığı, cəmiyyətdə və ictimai həyatda iştirakı üçün geniş
şərait yaradır. Ötən illərdə dövlət
gənclər siyasətinin prioritet sahələrində
müsbət dəyişikliklər, inkişaf,
dəyərli nəticələr əldə olunmuşdur.
Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində
davamlı iş aparılmış, yeni formalardan istifadə edilmişdir. Qətnamədə
qeyd olunmuşdur ki, forum Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən dövlət
gənclər siyasətini yeni mərhələdə
gənclərin prioritet maraqlarını əks
edən və gələcək inkişafını əsaslandıran
fəaliyyət kimi qiymətləndirir
və dəstəkləyir. Bu sırada dövlətimizin
başçısının Azərbaycan gənclərinin
nümayəndələri ilə keçirdiyi
görüşü və “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq
edilməsi bütün cəmiyyətdə
yüksək qiymətləndirilmişdir. Forumda 11 bənddən ibarət qərar da qəbul olunmuşdur. Qərarda V forumdan ötən
dövrdə gənclərlə iş sahəsində
həyata keçirilən dövlət siyasəti müsbət
qiymətləndirilmiş və dövlət orqanlarına tövsiyə
olunmuşdur ki, “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının əlaqələndirilməsi və istiqamətləndirilməsi
həyata keçirilsin, gənclərin
inkişafı və bu sahədə elmi-tədqiqat
işlərinin aparılması stimullaşdırılsın.
Qərarda gənclərin yerli
və mərkəzi səviyyədə idarəetmə vəzifələrinə
cəlb edilməsi dövlət qurumlarına, ictimai
və özəl təşkilatlara tövsiyə edilir, gənclər üçün
təlim mərkəzlərinin yaradılması, müasir informasiya və kommunikasiya texnologiyalarının
imkanlarından daha geniş
istifadə üçün əlavə tədbirlərin
görülməsi zəruri sayılır. Forumun
sonunda Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul
olunmuşdur. Qeyd edək ki,
ilk dəfə müstəqil Azərbaycan
Gənclərinin Forumu ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. 1997-ci il
fevralın 1-də forumun ildönümü
münasibətilə bir qrup
gənci qəbul edən ulu öndər
Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan
Gəncləri Günü kimi
qeyd olunması haqqında Fərman
imzalamışdır. Forum Azərbaycanın
müasir ictimai-siyasi
tarixində özünə layiq yer tutaraq dövlətin gənc
nəslin hərtərəfli inkişafına yönəlmiş
strategiyasına təkan vermişdir.
Nəzakət
Səs.- 2011.- 26 oktyabr.- S. 7.