Polşada Avropa Tərəfdaşlığının Mədəniyyət
Konqresi
Polşa
Respublikasının Lüblin şəhərində
təşkil olunmuş Avropa
Birliyinin Şərq Tərəfdaşlığı
ölkələri ilə mədəniyyət sahəsində
siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə,
bu sahədə proqram
imkanlarından daha səmərəli
istifadə edilməsinə, eləcə də, iştirak edən ölkələr
arasında əlaqələrin möhkəmləndirilməsinə
yönəldilmiş Avropa Tərəfdaşlığının
Mədəniyyət Konqresində Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin
Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.
Mədəniyyət
və Turizm Nazirliyindən verilən məlumata
görə, Avropa Tərəfdaşlığının
Mədəniyyət Konqresinə Azərbaycandan, həmçinin,
Azərbaycan Rəssamlar İttifaqının üzvü,
rəssam Səbinə Şıxlinskaya, Bakı Marionet Teatrının direktoru,
dizayner Tərlan Qorçu,
Milli və Beynəlxalq Tədqiqatlar
Müstəqil Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva dəvət
olunublar.
Məlum olduğu kimi, Avropa Birliyinin Şərq
Tərəfdaşlığı proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan,
Moldova və Ukrayna üçün Avropa Birliyi ilə daha sıx siyasi, iqtisadi
inteqrasiyanı və bu məqsədlə
sadalanan ölkələrdə aparılan
islahatlara Avropa Birliyi tərəfindən geniş
dəstək imkanlarını nəzərdə tutub. Avropa Birliyinin rəsmiləri, Şərq
Tərəfdaşlığı ölkələrinin dövlət
qurumları və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, maraq göstərən
digər beynəlxalq birliklərin nümayəndələrinin
qatıldığı Avropa Tərəfdaşlığının
Mədəniyyət Konqresinin əsas
məramlarından biri də Avropa Birliyinin Şərq
Tərəfdaşlığı Proqramı çərçivəsində
mədəniyyətlərin inteqrasiyasına daha
böyük diqqətin ayrılmasından
ibarət olub.
Polşa
Respublikasının Xarici İşlər
Nazirliyi ilə Lüblin
Şəhər Meriyası tərəfindən birgə təşkil
edilən Avropa Tərəfdaşlığının
Mədəniyyət Konqresi “Avropa Tərəfdaşlığı mədəni
layihə kimi” adlı
açılış sessiyası ilə başlanaraq,
“Mədəniyyətin həmmövcudluqla üzləşməsi”,
“Mədəniyyətin təşkilatçılıqla və
müstəqilliklə üzləşməsi”, “Mədəniyyətin
təhsillə üzləşməsi”, “Mədəniyyətin
inkişafla üzləşməsi” kimi panel sessiyalarla
davam etdirilib. “Aqora” (Qədim Yunanıstan
şəhərlərində ümumvətəndaş
toplantılarının baş verdiyi mərkəzi meydan)
təşkilati formatında keçirilən Avropa
Tərəfdaşlığının Mədəniyyət Konqresi zamanı mədəniyyətin
inkişafına dair müxtəlif ideyalar sərbəst formada
irəli sürülür,
əsaslandırılır, müzakirə edilib.
Avropa
Tərəfdaşlığının Mədəniyyət Konqresi zamanı səslənən təkliflərin
əksəriyyətinin mədəniyyət fəaliyyətinə
(maddi və qeyri-maddi
mədəni irs, incəsənət, mədəni
sənayelər) deyil, daha
çox mədəniyyət siyasətinə
aid olduğunu qeyd edərək, məsələ ilə əlaqədar
Yaşar Hüseynli tərəfindən
Şərq Tərəfdaşlığının Mədəniyyət
Siyasəti Konsepsiyasının hazırlanması təklifi irəli
sürülüb. Sözügedən
konseptual sənəddə Avropa
Birliyinin müvafiq
qurumları və ayrı-ayrı ölkələri tərəfindən
Şərq Tərəfdaşlığı Proqramının
iştirakçı dövlətləri üçün
mədəniyyət siyasətinin qanunvericilik,
idarəetmə, maliyyələşdirilmə, informasiya
təşviqat, insan resursları, infrastruktur və beynəlxalq təminatlarının
təkmilləşdirilməsi istiqamətində dəstək
formaları öz əksini
tapmalıdır.
Bu
təklif tədbir iştirakçıları və təşkilatçılar
tərəfindən “meqa-təklif” kimi
yüksək dəyərləndirilərək qeyd
olunub ki, Şərq Tərəfdaşlığının
Mədəniyyət Siyasəti Konsepsiyasının hazırlanacağı
təqdirdə, adıçəkilən strateji
sənəd Avropa Birliyiilə Şərq
Tərəfdaşlığı Proqramının
iştirakçı ölkələri arasında əməkdaşlığın
mədəniyyət siyasəti sahəsində “Yol xəritəsi” rolunu oynaya bilər. Təkliflə əlaqədar dəlilləri nəzərə alaraq,
Konqres iştirakçılarıŞərq
Tərəfdaşlığının Mədəniyyət
Siyasəti Konsepsiyası layihəsinin mümkün
qədər qısa müddətdə hazırlanması məqsədilə
müvafiq İşçi
Qrupunun yaradılmasının zəruriliyini
vurğulayıblar.
Zümrüd
Səs.- 2011.- 27 oktyabr.- S. 12.