Azərbaycanın dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün güclü potensialı mövcuddur

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin yap.org.az-a müsahibəsi

- Hadi müəllim, bu il xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyini qeyd edir. Ümumiyyətlə, ötən dövrdə ölkəmizdə turizm və istirahət iqtisadiyyatının yaranması və inkişafı haqqında nə deyə bilərsiniz?

- Qloballaşan dünyada dövlətlərin gücü və qüdrəti, iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də turizm infrastrukturunun səviyyəsi ilə ölçülür. Turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, çoğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilmişdir. Turizm sivilizasiyalararası dialoq prosesinə mühüm təkan verməklə ayrı-ayrı dövlətləri, xalqları bir-birinə daha da yaxınlaşdırır.

Bildiyiniz kimi mənfur qonşularımızın yürütdüyü siyasət nəticəsində respublikamızın turizminə də böyük ziyan dəyib. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda turizm potensialını düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qeyd etməliyik ki, müstəqilliyimizin ilk 10 ilində respublikamızda əsasən getmə turizmi vüsət almışdı. Sərhədlərin açılması, gediş-gəlişin liberallaşması ölkə əhalisinin xaricə üz tutmasını stimullaşdırmışdır. Xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından qat-qat çox idi. Bu sahədə işləri kökündən dəyişmək üçün ciddi addımlar atılması vacib idi. Məhz bu səbəbdən Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndrən Ulu öndər Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Gənclər, İdmanTurizm Nazirliyi yaradılandan sonra bu istiqamətdə geniş işlərin görülməsinə başlandı. 2001-ci ilin sentyabrında Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul olundu. Qısa müddətdə beynəlxalq turizm təşkilatları ilə əlaqələr yaradılmış, respublikamız bir sıra mötəbər görüşlərdə, eləcə də dünyanın ən böyük turizm sərgilərində təmsil olunmuş, turizmin maddi bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq addımlar atılmışdır.

Fərəhli haldır ki, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində ortakiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizmin inkişafı Ulu öndərimizin əsasını qoyduğu strateji siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlmişdir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilmiş, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapmış, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir.

- 2011-ci ilTurizm ilielan olunması ölkəmizin turizm potensialının təbliğinə nə dərəcədə öz təsirini göstərir?

- Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb.

Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. Bu mənada Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi proqram xarakterli çıxışında Prezident İlham Əliyevin 2011-ci ili ölkəmizdə “Turizm ilielan etməsi də tamamilə təbii xarakter daşıyır.

Bəli, turizm Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən mühüm istiqamətlərdən biridir və iqtisadiyyatımıza əlavə gəlirlərin daxil olması baxımından həlledici rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilinTurizm ilielan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Cənab Prezidentin fikrincə, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, paytaxtdaregionlarda tikilən otellərə, istirahət mərkəzlərinə, digər turizm obyektlərinə özəl sektor tərəfindən yüz milyonlarla vəsait qoyulur.

- Bəs bu sahənin gələcək perspektivlərini necə görürsünüz?

- Azərbaycanda 2011-ci ilinTurizm ilielan edilməsi, heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.

Belə ki, Azərbaycan iki dünya sivilizasiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdrən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənmişdir. Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Digər tərəfdən, turizm üçün ən önəmli cəhətlərdən biri yalnız təbiətin gözəlliyi, havası, suyu deyil, onun baxmalı, görməli, tarixi-mədəni abidələridir. Bu baxımdan da Azərbaycanın hansı tərəfinə üz tutursansa, orada zəngin tarixi-mədəni irs mövcuddur. Naxçıvana gedəcəksən, orada orta əsrlərin yadigarı olan abidələri var, Qəbələyə gedəcəksən, erkən orta əsrlərdən, eradan əvvəl tutmuş 19-cu yüz ilə qədər ən müxtəlif dövrün tarixi-mədəni abidələrini görəcəksən. Şəkisi elə, Şirvanı elə, Lənkəranı elə, digər bölgələri elə. Bu cəhətdən Azərbaycanın ərazisi mədəni-ədəbi-tarixi sərvətlər nöqteyi-nəzərindən də turizm üçün geniş meydan açır.

Başqa bir amilondan ibarətdir ki, ölkədə turizmlə güclü əlaqədar infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Ötən il Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir.

Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

- Turizm sektorunun inkişafı bu sahə ilə bağlı kadr potensialının da formalaşmasının zəruri edir. Sizcə, hazırda kadrların yetişdirilməsi məsələləri hansı səviyyədədir?

- Əlbəttə, turizmin inkişafından və perspektivlərindən danışarkən bu sahədə yüksək səviyyəli xidmətin təşkili məsələsinə də toxunmalıyıq. Ölkəmizdə turizmin çiçəklənməsi bu sahədə ixtisaslı kadr hazırlığını da aktual məsələyə çevirir. Ölkəmizdə turizm xidmət sahəsinin yüksək standartlara tam cavab vermədiyi açıq etiraf olunmalıdır. Müasir turist rahatlıq və komfort, yüksək xidmət barədə daha çox düşünür. Ona görə turizm obyektinin sahibkarı daima öz üzərində çalışmalı, obyektindəki işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına, savadlı, qonaqpərvər, xidmətin yüksək səviyyədə göstərilməsinə müvəffəq olmalıdır. Azərbaycanda turizm işini çox yüksək səviyyədə qura bilmək üçün xidmət, servis mədəniyyətini yaratmaq lazımdır. Ola bilər ki, sənin çox gözəl mehmanxanan olsun, çox gözəl restoranların olsun, amma o xidməti sən yüksək səviyyədə qura bilməyəsən. Qardaş Türkiyənin bu sahədə çox zəngin təcrübəsi var və deyərdim ki, Türkiyənin turist qəbul etmək, qonaq qarşılayıb, yola salmaq və xidmət göstərmək sahəsindəki mədəniyyəti, nailiyyəti Avropanın bir çox ölkələrini arxada qoyur. Bunu Avropanın özüetiraf edir.

Bu baxımdan respublikamızda turizm sahəsində çalışacaq kadrların yetişdirilməsi ilə məşğul olacaq Turizm İnstitutunun yaradılması son dərəcə təqdirəlayiqdir. Azərbaycanın bir çox universitetlərində də turizm işini, hotelçiliyi tədris edən fakültələr var. Bunlar daha müasir səviyyədə qurulmalıdır və hesab edirəm ki, ən çox bu istiqamətə fikir verməliyik. Bununla belə, kadr məsələlərini həll etmək üçün peşə məktəbləri də yaradılmalıdır.

- Bu sektorun inkişafı üçün mükəmməl hüquqi baza formalaşıbmı? Bəzi mütəxəssislər “Turizm haqqında” qanunun təkmilləşdirilməsini təklif edirlər. Sizcə, buna ehtiyac varmı?

- Digər sahələrdə olduğu kimi turizm sənayesi də dəqiq hüquqi reqlament və idarəetmə tələb edir. Fərəhli haldır ki, turizmin müxtəlif növlərinin sürətlə inkişaf etdiyi respublikamızda sözügedən sahə ilə bağlı zəruri normativ-hüquqi aktlar yaradılıb. Respublikamızda turizm fəaliyyətini tənzimləyən əsas hüquqi akt 1999-cu ildə qəbul olunmuşTurizm haqqında” qanundur. Bundan əlavə, turizm fəaliyyəti ilə məşğul olanlar “İstehlakçıların hüquqlarının qorunması haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” və s. qanunların tələblərinə əməl etməlidirlər. Beynəlxalq hüquqda isə turizm fəaliyyətini tənzimləyən əsas normativ akt Ümumdünya Turizm Təşkilatı tərəfindən 1985-ci ildə qəbul olunmuşTurizm xartiyası”dır.

Azərbaycanın mövcud qanunvericiliyiturizmi yüksək səviyyədə qurmaq üçün imkanlar yaradır. Lakin ölkəmizin turizm sənayesinin inkişafının indiki mərhələsində yeniTurizm haqqında” qanunun təkmilləşdirilməsinə ciddi ehtiyac yaranıb. 1999-cu ildən indiyədək Azərbaycan böyük inkişaf yolu keçib, bu müddətdə ölkəmizin turizm potensialı əhəmiyyətli dərəcədə hərəkətə gətirilib. Hər bir qanun isə dövrün tələb və çağırışlarına cavab verməlidir. Bu mənada bu sahəni tənzimləyən qanunun təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri “Turizm haqqında” yeni qanun layihəsini hazırlayıb. Layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Hesab edirəm ki, qanunda istirahət mərkəzləri üçün rüsum, vergi güzəştlərinin olması, infrastrukturun yaradılmasına güzəştli kreditlər verilməsi, sahibkarların bu sahəyə həvəsləndirilməsi məsələləri əksini tapmalıdır. Məlumdur ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı miqrasiya proseslərinə də öz təsirini göstərmişdir. Miqrasiya axınlarının böyük bir hissəsi əmək miqrasiyası ilə, yəni biznes mühitinin inkişaf etməsi ilə bağlıdır. Eyni zamanda, son illər turizm miqrasiyası da artmağa başlamışdır. 2011-ci ilinTurizm ilielan edilməsi ilə əlaqədar olaraq Milli Məclisin bu il aprelin 8-də keçirilən iclasında ölkəmizə gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Hazırda Azərbaycanda turizmin inkişafı üzrə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” uğurla icra olunur. Fundamental mahiyyət kəsb edən bu proqram çərçivəsində Azərbaycanda turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər daha genişsistemli xarakter alıb. Dövlət proqramının qəbul olunması birmənalı şəkildə göstərir ki, dövlətimiz bu sahənin inkişafına çox böyük maraq göstərir. Proqramın başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Bu məqsədə nail olunması üçün 2014-cü ilədək proqram çərçivəsində ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsinə çatdırılması, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək.

 

 

Səs.- 2011.- 6 sentyabr.- S. 7.