Rusiya Azərbaycan Gənclər Təşkilatının uğurları beynəlxalq proseslərə inteqrasiyanı sürətləndirir                

 

Azərbaycanın nüfuzu, dünya ölkələri arasında layiqli yer tutması məqsədyönlü fəaliyyətin nəticəsidir. Ölkədə aparılan abadlıq və quruculuq işləri, yeni layihələrin icrası Azərbaycanın sürətli inkişafına təsirini göstərir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də əhəmiyyətlidir.

Fondun genişmiqyaslı layihələri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatlarını inkişaf etdirmək məqsədi daşıyır. Bütün bunlar humanizm prinsiplərinə söykənir. Fondun Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə genişmiqyaslı proqram və layihələrinin nəticəsi olaraq xarici ölkələrin fondları ilə əməkdaşlıq genişlənir, xalqlararası münasibətlər möhkəmlənir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaradıb. Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklər fəaliyyət göstərir. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti məzmun baxımından rəngarəngdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın gördüyü işlər diqqətə layiqdir. O, müxtəlif sahələri əhatə edən fəaliyyətində - təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq sahələrində məqsədyönlü aparın və gənclərlə işini davam etdirir. RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim edir. Qurumun rəhbəri Leyla Əliyevanın fəal mövqeyi və təşkilatçılıq bacarığı sayəsində RAGT fəaliyyət göstərdiyi cəmi iki il ərzində ucsuz-bucaqsız Rusiya məkanında özünə imic yaradıb. Hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli və lazımlı vasitəsinə çevrilib.

Rusiyanın azərbaycanlı gənclərinin təşkilatlanmasında, Leyla Əliyevanın əməyi müstəsnadır. Azərbaycanın sülhsevər, humanist, dini tolerantlığa hörmətlə yanaşan, milli-mənəvi dəyərləri qoruyan bir xalq olduğunu Rusiyada nümayiş etdirir. Qısa məsafədə görülən işlər Azərbaycanın dünyaya nüfuz etməsinə səbəb olub. Leyla xanımın təşəbbüsü və həyata keçirdiyi layihələr əsasında RAGT-ın coğrafiyası  genişlənməkdədir. Rusiyanın bir sıra şəhərlərində azərbaycanlı gənclər klubları fəaliyyətdədir. Moskvada, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda yerləşən təşkilatlar gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə edir.

Qurum təhsilə və Azərbaycanın təbliğinə böyük diqqət yetirir. RAGT Rusiya gənclərini, o cümlədən, ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir. Sevindirici haldır ki, Rusiyanın bir çox regionlarında Azərbaycan bazar günü məktəbləri açılır. Yaxın günlərdə Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan otağı açılacaqdır. Burada təkcə Azərbaycan gənclərinin nümayəndələrinə deyil, həm də maraqlanan bütün şəxslərə Azərbaycan haqqında informasiya təqdim olunacaqdır.

“Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq” kampaniyasının təsisçisi Leyla xanım Əliyeva ekoloji vəziyyətin yaxşılaşmasına da diqqət ayırır. Bu günlərdə Leyla xanımın Böyük Britaniyanın nüfuzluHaffinqton post” qəzetində “Yaşıl gündəlik: sərhədləri aşaraq” başlıqlı məqaləsində Azərbaycan  iqtisadiyyatının güclənməsindən, onun ticarət tərəfdaşlarına göstərdiyi təsirdən söz açılır. Bununla yanaşı, mövcud olan çətinlik diqqətə çəkilir. Bu, zəngin və fərqli ətraf mühitimizin mühafizəsidir. Leyla xanım bunun nəinki Azərbaycanın, eləcə də, regiondakı qonşularımızın reallığı olduğu bildirilir: “Azərbaycan şimaldan Rusiya, cənubdan İran, qərbdən Türkiyə, Gürcüstan, Ermənistan, şərqdən Xəzər dənizi vasitəsilə Türkmənistan və Qazaxıstanla, o cümlədən, Rusiyaİranla həmsərhəddir. Bu hüdudlar çərçivəsində bizim hamımızın bir ümumi problemimiz vardır. Yuxarıda qeyd olunan sərhədlərin bəzilərində mövcud gərginliklər, o cümlədən, təbii resurslardan ümumi asılılıq və sair məsələlər problemin çox mürəkkəb olduğunu deməyə əsas verir. Bütün bu gərginliklərə əlavə olaraq mən bunları da xatırlatmaq istəyirəm: Ermənistanın əsrlər boyu Türkiyəyə qarşı kin və ədavəti, Azərbaycanda Ermənistanın işğalçı qoşunları tərəfindən 1 milyon insanın öz yurd-yuvasından didərgin salınması, ümumiyyətlə, bəzi hallarda isə, qəsdən, bilərəkdən Sovet İttifaqının son günləri bütün regionu əhatə edən ətraf mühitin zəhərlənmiş mirası”.

Məqalədə Leyla xanım Əliyeva nəsli kəsilməkdə olan Qafqaz bəbirinin qorunmalı olduğunu qeyd etmişdir. O, Cənubi Qafqazonun hüdudlarından kənarda yaşayan bu heyrətamiz varlığın indi sadəcə kiçik və izolə edilmiş yerlərdə mövcud olduğunu diqqətə çatdırıb. Sərhədlərdə hərbi gərginliyin ifrat yüksək səviyyədə olduğu regionda heyvanların regionlararası təhlükəsiz hərəkəti dəhlizləri ideyası və bu ideyanın həyata keçirilməsi siyasətçilər üçün böyük çətinliklər yaradır. Müəllif bu yaxınlarda beş Xəzəryanı ölkə neft sızmalarının qarşısının birgə alınması və ətraf mühitin monitorinqinin aparılması ilə bağlı razılığa gəlindiyini qeyd edir: “Beynəlxalq ictimaiyyət, siyasielmi dairələr anlamalıdırlar ki, real beynəlxalq dialoq olmadan ətraf mühitlə bağlı problemlərin həlli mümkün deyildir. Lakin dialoq vasitəsilə bir çox məsələlərə aydınlıq gətirmək olar.”

RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Məlum olduğu kimi, artıq bir neçə ildir keçirilən “Qanın milləti yoxdur” aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin, “Sağlamlığına əmin ol - xəstəliyə “YOX” de” aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAİDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə, müvafiq mühazirələrlə regionları dolaşırlar.

Bu gün RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. RAGT-ın uğurları, onun beynəlxalq proseslərə inteqrasiyası sürətlənir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 10 sentyabr.- S. 4.