Mirzə
Adıgözəl bəy və onun
“Qarabağnamə”si
Mirzə Adıgözəl bəy öz tərcümeyi
- halında yazır ki, Gürcüstan Rusiya ilə birləşdikdən
sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını
yazan katiblərinə inanmadığı üçün
osmanlı dilini bilən bir adam axtarırdı. Adıgözəl
bəyi Kovalenskiyə nişan
verirlər; nazir onu gizli məktublarla
əlaqədar olan işlər üçün öz
yanına xidmətə qəbul etdi. Adıgözəl bəy
Kovalenskinin yanında gizli surətdə xidmət edir və
donluq alırdı.
Adıgözəl bəy bu məxfi vəzifədə,
ancaq 1799-cu ilin axırlarında və bütün 1800-cü
il boyu xidmət edə bilərdi. Mirzə Adıgözəl bəyin
həyatında bu dövrün böyük əhəmiyyəti
olmuşdu. Əgər bu vaxta qədər Adıgözəl bəy
öz vətənində baş vermiş tarixi hadisələri
müşahidə etmək və onlara qiymət verməklə
öz siyasi təmayülünü müəyyən
etmişdisə, nazir Kovalenskinin yanına xidmətə girdikdən
sonra isə o öz siyasi təmayülünü tamamladı və
möhkəmləndirdi. Adıgözəl bəy öz gələcək
taleyini Zaqafqaziyada olan Rusiya divanxanası və ordusu ilə əlaqələndirdi.
Məlum olduğu kimi Adıgözəl bəy 1800-ci ildə
özünü Rusiya tərəfdarı kimi tanıtdıra
bilmişdir. Buna görə də nazir Kovalenski onu
inanılmış bir adam sayıb diplomatik işlərlə əlaqədar
olan gizli məktubları ona tanıtdırmışdı.
Bu münasibətlə belə bir sual ortaya sual
çıxır: Adıgözəl bəy rus dilini nə
vaxt və harda öyrənmişdir? Belə güman olur ki,
Adıgözəl bəy nazir Kovalenskinin yanında xidmət
edərkən rus dilini başa düşürdü. Ehtimal ki,
Adıgözəl bəy rus dilini 1796-1800-cü illər ərzində,
Tiflisdə yaşadığı zaman öyrənmişdir. Bu
fikir həqiqətə daha yaxındır. 1795-ci ilin
payızından başlayaraq Tiflisdə rus qarnizonu yerləşirdi.
Təəssüf ki, padşah II Georginin ölümündən
Mirzə Adıgözəl bəyin nazir Kovalenskinin xidmətində
olub-olmaması haqqında bir məlumat yoxdur. Bizcə, o, bu vəzifədə
olmuşdur, çünki Kovalenski Gürcüstanın
hökmdarı vəzifəsini ifa etdiyi üçün ona
Şərq dillərini bilən adamlar lazım idi. Lakin Mirzə
Adıgözəl bəy Kovalenskinin yanında onun
Gürcüstan idarə işlərini gəzən Sisianova təhvil
verənə qədər, yəni 1803-cü ilin fevral
ayınadək xidmət edə bilərdi. Adıgözəl bəyin
Gürcüstan canişini və Qafqaz qoşunları
komandanı knyaz Sisianovun yanında xidmət etməsi məlum
deyildir. Mirzə Adıgözəl bəyin həyatının
bu dövrünə adi heç bir sənəd hələ
aşkar edilməmişdir. Həyatının bu dövrü
haqqında Mirzə Adıgözəl bəy tərcümeyi -
halında belə yazır: “Mən rus
komandanlığının rütbəli şəxsləri
yanında xidmətdə idim”. Gürcüstanda Rusiya hakimiyyəti
təsdiq olunduqdan sonra o, general - mayor Lisaneviçin yanına
xidmətə təyin olunur.
Mirzə Adıgözəl bəy general
Lisaneviçin yanında xeyli vaxt xidmət etmişdir. O, tərcümeyi
- halında belə yazır: “On birinci ilə qədər onun
yanında katiblik etdim”. Bu ildə
mənə podporuçik rütbəsi verilmişdi. Nəhayət,
on altıncı ildə sərdar Ermolovdan izn alıb,
Qarabağın keçmiş hakimi general - mayor Mehdiqulu
xanın qulluğuna gəldim.
Beləliklə, əldə olan məlumatlara əsaslanaraq
təsdiq etmək olar ki, general - mayor Lisaneviç və Mirzə
Adıgözəl bəyin birgə xidməti 1811 - ci il 1816 -
cı illər arasında olmuşdur.
1805 - 1813 - cü illər ərzində davam edən
birinci Rusiya - İran müharibəsi zamanı, Pənbək və
Şorakil İran qoşunlarının basqını nəticəsində,
son dərəcədə talan edilmişdir. Əhalinin xeyli
hissəsi İran qoşunları tərəfindən cənuba
qoşulmuş, bəziləri isə hərbi əməliyyat
gedən əraziləri tərk etmişdilər. Okurt rəisi
distansiyanı məskun etmək, əkinçiliyin və məskun
yerləri bərpa etmək qayğısına qalmaq idi.
Hərçənd general - mayor Lisaneviç Azərbaycan
dilini bilməklə bu əhalisinin etimadını
qazanmışdı, lakin bu ailələrin
köçürülməsində yerli əhalidən və
böyük hörmət sahibi olan Mirzə Adıgözəl
bəyin, şübhəsiz ki, böyük xidməti
olmuşdur.
1812 - ci ilin əvvəllərində İran hökuməti
İrəvan sərdarı Hüseynqulu xanın bilavasitə
sülh danışıqlarına başlamaq arzusunda olduğunu
bildirdi. Bununla əlaqədar olaraq sərhəd
mahalının rəisi general - mayor Lisaneviç sülh
danışıqları aparmaq üçün xüsusi məmur
göndərilməsi haqqında məktublaşmağa
başladı. Mirzə Adıgözəl bəyin bu işdə
iştirakı haqqında bilavasitə məlumat yoxdusa da, şübhəsiz
ki, vəzifəsilə əlaqədar olaraq o, bu kimi
danışıqlarda kənarda dura bilməzdi. 1813 - cü
ilin oktyabr ayında Qarabağın Gülüstan qəsəbəsində
şülh müqaviləsi başladı. Bu müqaviləyə
əsasən İran hğküməti Dərbənd, Quba,
Bakı, Şamaxı, Şəki, Gəncə, Qarabağ və
Talış xanlıqlarına qarşı öz tələblərindən
imtina etdi. Mirzə Adıgözəl bəyin tərcümeyi
- halı və müxtəlif alınan məlumatlara onun həyatının
bu dövrünü daha tam və düzgün təsəvvür
etməyə imkan verir.
1816 - cı ilin oktyabr ayında Gürcüstan əhalisində korpus komandiri vəzifəsinə
təyin olunmuş general
A.P.Ermolov Tiflisə gəldi və Qafqaz işləri ilə tanış olmağa başladı. O,
tanışlıqdan sonra Mirzə
Adıgözəl bəyin Qarabağlı olduğu
üçün Mehdiqulu
xanın yanına göndərdi. Mirzə Adıgözəl
bəyinQarabağa göndərilməsi 1816 - cı ildə
A.P. Ermolovun Tehrana səfir
təyin edilməsindən bir az əvvəl olmuşdu.
Mirzə Adıgözəl bəy tərcümeyi - halında
xəbər verir ki,
Qarabağlı Mehdiqulu xan
ona ailəsinin əvvəllərində sahib olduğu qonaqları
qaytardı, eni malikanələr
bağışladı və onu “İyirmi dörd”
mahalına naib təyin etdi.
Mirzə Adıgözəl bəy bildirir ki, o, general
Ermolovun tapşırığı ilə
o, 1823 - cü ildən
1826 - cı ilədək, yəni üç
il ərzində Qarabağ
sərhədlərinin mühafizəsi üzrə qulluqda olmuşdur.
Sərhəd mühafizəsi
xidmətində Mirzə Adıgözəl bəy 1826 - 1828 - ci illərdə olan Rusiya-İran müharibəsi başlananadək
olmuşdur. Tərcümeyi
- halında Mirzə Adıgözəl bəy göstərir ki, 1826 - cı ilin avqustun 25 - nədək, yəqin ki, İran
qoşunlarının Qarabağa hücumundan bir az əvvəl 60 əsgərlə bir zabit, iki
yüz azərbaycanlı və erməni
süvariləri tabe idi.
Mirzə Adıgözəl bəy sərhədi mühafizə
etməklə, İran hökumətinin
müharibəyə başlayacağı haqqında məlumatlar
alırdı. O, bu məlumatları Şuşa qalasının komendantı mayor Çilyaeva bildirirdi. Bu məxfi xəbərlərə
cavab olaraq Mirzə
Adıgözəl bəy öz postunda istehkamlar qurmaq əmri aldı. Onun postu Qarabağ sərhəd
postları xəttinin son sağ
qolunda, Murov
dağının cənub ətəklərində, Bazərgan
bulağı yanında idi... Mirzə Adıgözəl bəy hələ burada ikən müharibə başladı. Məlimdur
ki, bu müharibə İran qoşunlarının Rusiyaya
tabe olan torpaqlarına
qəflətən hücumu ilə
başladı. İran qoşunları, demək
olar ki, bir vaxta İrəvan tərəfindən
sərhədləri keçərək Şorakil,
Pənbək və həmçinin, Talış və Qarabağ əyalətlərinə soxuldular. Lazımı qədər qüvvələri
olmayan sərhəd postaları İran qoşunlarının
qarşısını ala bilmədilər.
Onların çox hissəsi vuruşa - vuruşa
ölkənin içərilərinə tərəf geri çəkilirdi. Bəziləri ilə
mühasirəyə alınaraq uzun
müqavimətdən sonra əsir
düşdülər. Bazərgan bulağı
yaxınlığındakı post sərhəddən
lap yanında və İran
qoşunlarının ilk axın yolu üstündə olduğu
üçün, Mirzə Adıgözəl
bəy və ona tapşırılan dəstənin
Şuşa və Tiflis
ilə əlaqəsi kəsildi. Mirzə
Adıgözəl bəy öz tərcümeyi
- halında yazır ki, cürbəcür
hiylələrlə Şuşa ilə əlaqəni
bərpa etmək və hər bir
addımda ölüm təhlükəsi olan düşmən arxasından
çıxmağa cəhd edirdi. Lakin Tiflisə tərəf geri
çəkilən rus qoşunları ilə
birləşmək ona mümkün
olmadı. Şuşa qalası da İran
qoşunlarının mühasirəsində olduğu
kimi oraya girmək mümkün deyildi.
Bu hal Mirzə Adıgözəl bəyin vəziyyətinin
daha da çətinləşdirmişdir.
Mirzə Adıgözəl bəy tönəmiş
vəziyyətindən çıxmaq üçün
bir yol tapmayaraq
təhlükə ilə üz- üzə
gəlmək məcburiyyətində qaldı. O, öz tərcümeyin - halında Abbas Mirzənin qərargahına getdikdən sonra əsirlikdə rast gəldiyi
bütün macəraları ətraflı
bir surətdə nağıl edir. Mirzə Adıgözəl bəyin əsir
surətilə Təbrizə göndərdilər. Abbas Mirzənin ordusu Şəmkir
yanında və Gəncə şəhəri
yaxınlığındakı böyük
vuruşlarda məğlub olduqdan
sonra İran
qoşunları Araz çayının o tayına keçdilər.
Mirzə Adıgözəl bəy
bu zaman, yəni 1827-ci
ilin əvvəllərində əsirlikdən
azad olmuşdular. Onu da qeyd
edək ki, 1827-ci ilin mart ayında A.P.Ermolovun geri çağırılmasından sonra İ.F.Paskeviç
Zaqafqaziyanın bütün işlərini
idarə etməyə başladı.
Maddi
mənafelərinə görə, Mehdiqulu
xana tərəfdar olan
Qarabağ əhalisinin müəyyən
qruplarını Rusiya tərəfinə meyl etdirmək fikrilə İ.F.Paskeviç
qarabağlı Mehdiqulu xanı da Rusiya tərəfinə
çəkməyini siyasi cəhətdən
məqsədəuyğun hesab edirdi. Bu mühüm işin
icrası Qarabağ, Şirvan
və Şəki əyalətlərini idarə edən V.K.Matadovu 1827 - ci ilin aprel ayında əvəz
etmiş knyaz İ.N.Abxazova
tapşırılmışdır.
Knyaz İ.N.Abxazov bu məsul tapşırığı bilavasitə
yerinə yetirmək üçün Mirzə
Adıgözəl bəyi seçdi. İndi Mirzə Adıgözəl bəy, Mehdiqulu xan üzərində
olan nüfuzunun qüvvəsini sınaqdan
çıxarmalı idi. o,
Arazın o tayına, düşmənin
arxasına keçib orada
Mehdiqulu xanla
görüşməli və onu Rusiya tərəfinə keçməyə
razı etməli idi. Mirzə
Adıgözəl bəy bu
tapşırığı müvəffəqiyyətlə
yerinə yetirdi.
Adıgözəl bəy də
müəyyən dərəcədə yuxarıda göstərilən
işlərlə məşğul olmalı idilər. Bütün bunlar Mirzə Adıgözəl bəyə
Qarabağın uzun, tarix
boyu keçirdiyi vəziyyətlə
və bu əyalətin müxtəlif hissələrində
yaşayan əhalinin təsərrüfat
fəaliyyəti ilə, ölkənin alətləri və tarixi ilə tanış olmağa
çox kömək etmişdir.
Bütün bunlar Mirzə Adıgözəl
bəyə Qarabağın uzun tarix boyu keçirdiyi
vəziyyətlə və bu əyalətin
müxtəlif hissələrində yaşayan
əhalinin təsərrüfat fəaliyyəti ilə ölkənin
adətləri və tarixi ilə
tanış olmağa çox
kömək etmişdir. Mirzə Adıgözəl bəyin Qarabağ
əyalət məhkəməsindəki fəaliyyəti onun Qarabağ tarixinə adi olan müxtəlif məlumatlat
toplaması üçün imkan yaratdı. Mirzə Adıgözəl bəyin
XIX əsrin ikinci yarısından 30-40 - cı illərdəki həyat və
fəaliyyəti haqqında əlimizdə məlumat yoxdur. 1834- cü
ilin əvvəllərinə aid tapılmış arxiv
sənədlərindən görülür
ki, Mirzə Adıgözəl bəy məhkəmədə
şahid sifəti ilə
çıxış edərək əski yerləri üzərində
özhüquqularını bərpa etmək istəyən bəzi
bəyləri müdafiə etmişdir.
Qarabağ əyalət məhkəmə işlərindən görünür ki, Mehdiqulu xanın idarəsi zamanı hörmətli,
möhtərəm və Qarabağ işlərini
yaxşı bilən bir şəxs kimi arayış, izahat və
şəhadətdən ötrü tez-tez Mirzə Adıgözəl bəyə
müraciət edirdilər. Qarabağ
əyalət məhkəməsindəki fəaliyyəti
zamanı Mirzə Adıgözəl bəy Qarabağın Qarabağın digər məhşur xadimi “Qarabağnamə”nin müəllifi vaxtilə
İbrahim xanın yanında vəzir olmuş Mirzə Camalla tez - tez görüşərmiş.
“Qarabağnamə”nin mətnindən
görünür ki,
Mirzə Adıgözəl bəy poeziyanı sevən və
zamanın ən ziyalı şəxslərindən biri olmuşdur. Mirzə Adıgözəl bəy ömrünün
son illərində, 65 yaşında olarkən
Qarabağda və ona qonşu olan bu vilayətlərdə 1736- cı ildən
1828- ci ilə kimi baş verən siyasi - iqtisadi hadisələri “Qarabağnamə”
salnamə əsərində yazıb
işıqlandırmışdır. O, 1848- ci ildə sentyabr
ayının 9- da vəfat etmişdir.
Verilən məlumatlara görə onun üç oğlu -
İsgəndər Ağa, Əsgər Ağa, Yusif Ağa və iki nəvəsi
olmuşdur. Onu da qeyd etmək
lazımdır ki, sinəsi yaşıllıqlarla
örtülü qocaman
bir dağ onun ətəklərindəki göy
çəmənlər bir az yuxarıda sıx meşələrlə qovuşur.
(Ardı var)
Məmmədağa
Rzayev
Səs.- 2011.- 14 sentyabr.- S. 6.