Hüquqi
dövlət və vətəndaş cəmiyyətinin
formalaşması və inkişafında beynəlxalq təşkilatların
rolu
Vətəndaş cəmiyyəti və hüquqi
dövlət ideyası, nəzəriyyəsi və
praktikası Qərbdən bütün dünyaya
yayıldığı kimi, bu sahədə böyük təcrübəsi
olan beynəlxalq təşkilatların əksəriyyəti də
Avropa və Amerikada yerləşir. Bu mənada, ən
böyük səlahiyyətləri və dünya dövlətlərinə
təsir gücü olan beynəlxalq qurumlardan BMT-nin Avropa
Şurası (onun ixtisaslaşmış qurumları), Avropa
Birliyi və başqalarının adlarını çəkmək
olar.
Politoloqlar BMT-nin Azərbaycanda vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğunda oynadığı roldan bəhs edərkən göstərirlər
ki, ümumbəşəri və qlobal problemlərin həlli ayrılıqda götürülmüş bir
və yaxud bir
neçə dövlətin təcrübəsinə əsaslanmaqla
deyil, dünya dövlətlərinin
bu istiqamətdəki birgə səylərindən
asılı olduğundan dövlətlərarası
təşkilatların müasir dövrdəki
rolu kəskin şəkildə artır. Demokratik, hüquqi və
dünyəvi dövlət və ən nəhayət, öz coğrafi məkanında
sosial tələbat olan
vətəndaş cəmiyyəti quruculuğunu
əsas məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycan
Respublikası da bu təşkilatlarla
geniş fəaliyyət qurur.
Belə ki, dövlətlərarası beynəlxalq
təşkilatların bu istiqamətdə
önəminin artırılması Azərbaycan üçün prioritetdir.
Belə təşkilatlardan ən böyüyü
və mötəbəri Birləşmiş Millətlər Təşkilatıdır
(BMT). BMT-nin tribunası dövlətin öz məqsəd və məramlarını
dünyaya bəyan etmək, istər xarici, istərsə də daxili
problemlərin həlli üçün
digər ölkələri əməkdaşlığa
çağırmaq, təcrübə mübadiləsi məqsədilə
istifadə edə biləcəyi ən ali
kürsüdür. Azərbaycan 1992-ci il martın 2-də BMT Baş
Məclisinin 46-cı sessiyasında üzvlüyə qəbul edilmişdir. 1992-ci il
martın 6-dan BMT-də Azərbaycan daimi
nümayəndəliyi fəaliyyət göstərir, elə həmin
ilin yayından isə BMT-nin
Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.
BMT ilə Azərbaycanın əlaqələri,
əsasən, onun ixtisaslaşmış
qurumlarının vasitəsilə həyata keçirilir.
BMT-nin ixtisaslaşmış
qurumlarının Azərbaycanla əlaqələrini
aşağıdakı kimi
qruplaşdırmaq olar:
- Siyasi sahədə
əməkdaşlıq,
- İqtisadi
sahədə əməkdaşlıq (maliyyə və kənd
təsərrüfatı üzrə də),
- Sosial sahədə
əməkdaşlıq,
- Təhsil, elm
və mədəniyyət sahəsində əməkdaşlıq
və s.
- Humanitar sahədə
əməkdaşlıq və
s.
Siyasi sahədə: Azərbaycan
müstəqil bir dövlət olaraq BMT-nin üzv dövlətləri
sırasında təmsil
olunur. Odur ki, BMT Azərbaycanın ərazi bütövlüyünü
və suverenliyini tanıyır. Azərbayanla
BMT arasında əlaqələrə
aid materialların politoloji
təhlili göstərir
ki, ilk dövrlərdə
respublikanın fəaliyyəti
Ermənistan təcavüzünün
bu mötəbər təşkilatın tribunasından
dünyaya yaymaq istiqamətində köklənmiş
və onun mahiyyətinin açılması
ilə bağlı cəhdlərlə səciyyələnir.
BMT-nin müxtəlif konfranslarına, seminar və
müşavirələrinə dəvət olunmuş Azərbaycan nümayəndəliyinin
öz çıxışlarında
diqqəti Qarabağ probleminə yönəltməsi
həqiqətlərin beynəlxalq
ictimaiyyətə çatdırılmasında
müəyyən mənada
müsbət rol oynayıb. Bu səbəbdən,
bu qurumlarla olan əlaqələrin əsas istiqamətləri
arxa plana keçmişdir. Bununla belə, BMT ilə əlaqələrin ilk dövrlərində
Qarabağ probleminin bütünlüklə BMT çərçivəsinə
çıxarılması 1992-ci ilin ortalarında reallaşdı. Ümumilikdə
isə, Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının
(TŞ) 4 qərarı mövcuddur:
1993-cü ilin 30 aprelində
822-ci qətnamə, 29 iyulda
853-cü qətnamə, 14 oktyabrda
874-cü qətnamə və
11 noyabr 1993-cü ildə
884-cü qətnamə qəbul
olunubdur. Bu qətnamələrin
heç biri reallıqda öz təsdiqini tapmayıb. Həmçinin, 1999-cu ilin
15 dekabrında BMT Baş
Məclisinin 54-cü Sessiyasında
Dağlıq Qarabağın
Azərbaycan ərazisi
olduğu faktı bir daha təsdiq
olunubdur.
Bir çox siyasi-hüquqi məsələlərin həllində
BMT-nin bir sıra ixtisaslaşmış
qurumları böyük
rol oynayır. Əsirləri xəstəliyi
ilə ÜST-ə, onların
arasında azyaşlı
uşaqların olmasına
istinad edib YUNİSEF-ə,
qadınlara görə
YUNİFEM-ə QVK-yə (Qadınların
Vəziyyəti üzrə
Komissiyaya), təsərrüfat
işiylə məşğul
olan dinc əhaliyə əsaslanıb
FAO-ya, BKİF-ə, YƏP-ə, BƏT-ə
və s. qurumlara müraciət etmək mümkündür.
İqtisadi sahədə: BMT-nin
ixtisaslaşmış qurumlarının
Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı
sənaye, maliyyə və kənd təsərrüfatı üzrə
reallaşdırılır, BMT Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsinə dəstək
verir və özünün müxtəlif
qurumları vasitəsilə
bu dəstəyi genişləndirir. BMT-nin müvafiq ixtisaslaşmış
qurumlarının bir çoxunun fəaliyyəti
son illərdə genişləndirilmiş,
Azərbaycanda sənaye
və kənd təsərrüfatının, nəqliyyatın və səhiyyənin inkişafı
məsələləri gündəliyə
çıxarılır. Qeyd
edək ki,
YUNİDO-nun bu və ya digər ölkədəki
fəaliyyəti çox
vaxt BMT İP (İnkişaf
Proqramı) ilə əlaqəli olur. Azərbaycan bu proqram-layihəyə 1992-ci il
mayın 26-dan qoşulmuşdur.
BMT İP öz fəaliyyətini
qurmazdan əvvəl, həmin ölkələrin
iqtisadiyyatının, sosial-iqtisadi
durumunu öyrənir.
Həmçinin, iqtisadi
inkişafla bağlı
hazırlanan layihələri
nəzərdən keçirir
və qiymətləndirir.
Sosial sahədə: Azərbaycan
SSRİ-dən ayrıldıqdan
sonra bütün sferalarda təcəssüm
edən keçid dövrünü yaşamalı
oldu. Bu keçid dövründə, bir çox sahələrdə
olduğu kimi, sosial sahədə də yeni-yeni problemlər meydana çıxmışdır. Bütün
bu problemlər mədəniyyət, təhsil,
səhiyyə və
s. sahələrə də
təsir göstərmiş,
vətəndaşların məskunlaşdığı
ərazilərdə vəziyyətin
və məişət
şəraitinin dözülməz
həddə çatmasına
səbəb olmuşdur.
Azərbaycanda sosial vəziyyətin yeni- yeni problemlərlə üzləşməsinin əsas
səbəblərindən biri
də ölkəmizin
zorla müharibəyə
cəlb edilməsi və regional münaqişə
ocağının genişlənməsidir.
Lakin ölkə Prezidenti İlham Əliyevin bu sahədə apardığı
uğurlu siyasət Azərbaycanın sosial sahədə üzləşdiyi
problemlərin həlli
də xüsusi rol oynayır.
Təhsil, elm, mədəniyyət və humanitar sahədə: Bu sahələrdə
BMT-nin ixtisaslaşmış
qurumları kimi
UNİSEF, VNESCO, USF, UNOP, UNHCR və b. qurumlar fəallıq göstərirlər.
Humanitar sahədə isə
əməkdaşlığın səbəbləri, əsasən,
təbiətdə və
cəmiyyətdə cərəyan
edən irimiqyaslı böhran hadisələri ilə bağlıdır.
Bunu, əsasən, təbii və texnogen fəlakətlər,
müharibələr, demoqrafik
“partlayış”lar, yoluxucu
xəstəliklərin yayılması
və s. belə hadisələrə aid etmək
mümkündür. BMT-nin
bu istiqamətdə olan fəaliyyətinin (miqrasiyanın) əsas vacib qollarından biri qaçqın və köçkün problemi ilə bağlıdır. Azərbaycanda
bu fəaliyyət birbaşa humanitar yardımların göstərilməsini
və bunun hesabına qaçqın və köçkünlərin
sosial problemlərinin tədricən tam aradan qaldırılmasını əhatə
edir.
Azərbaycanda qaçqınlar problemi
ilə bağlı beynəlxalq humanitar yardımın istifadə olunmasında BMT-nin BƏT,
YUNESKO, YB və ÜST ixtisaslaşmış
qurumlarının tövsiyələrinin
əsas götürülməsi
daha yaxşı nəticələr verə
bilərdi. BMT-nin ixtisaslaşmış qurumlarının
Azərbaycana göstərdiyi
yardımlar daha çox maddi səciyyə daşımışdır.
BMT-nin FAO, BKİF, ÜST, YB,
YUNİDO, BVF ixtisaslaşmış qurumları qaçqın
və köçkünlərə
humanitar yardım göstərilməsi prosesində
yaxından iştirak etmişlər.
Yeri gəlmişkən, ölkənin
birinci xanımı Heydər Əliyev Fondunun pezidenti Mehriban xanım Əliyevanın müstəqil
beynəlxalq qurum olan YUNESKO ilə çoxşaxəli əlaqələrindən
geniş danışmaq
olar. Onu xatırlatmaq lazımdır
ki, 2005-ci il avqustun 24-də Mehriban Əliyevanın təşəbbüsü
əsasında “YUNESKO - Azərbaycan:
gələcəyə körpü”
mövzusunda keçirilən
ikinci konfrans da milli təhsilimizin
inkişafı baxımından
önəmli bir tədbir kimi yadda qaldı. Bu müşavirənin YUNESKO-nun tarixində
ayrıca bir ölkəyə həsr olunmuş ilk belə tədbir olduğunu diqqətə çatdırsaq,
Mehriban Əliyevanın
böyük əzmkarlığı
hesabına baş tutmuş həmin toplantının əhəmiyyəti
barədə ətraflı
danışmağa, yəqin
ki, lüzum qalmır. Xatırladaq ki, təhsil sahəsində Azərbaycanla
YUNESKO arasında bir neçə istiqamətdə
əməkdaşlıq əlaqələri
qurulmuşdur. Bu əlaqələr,
əsasən, “Təhsil
hamı üçün”
proqramını, “Assosiativ
məktəblər”, texniki
peşə təhsili
sahəsində əməkdaşlıq,
inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının
yaradılması və
digər sahələri
əhatə edir. Təhsilin məzmunca yeniləşməsi, məktəblərdə
informasiya texnologiyalarının
geniş tətbiqi və digər bu kimi planlar
da əməkdaşlığın
çərçivəsinə daxil olan məsələlərdir.
Avropa Şurası və Azərbaycan: Azərbaycan Avropaya inteqrasiyası Avropanın regional təşkilatlarının,
o cümlədən, Avropa
Şurası və Avropa Birliyinin təşkili və fəaliyyətinin daha dərindən öyrənilməsini
zəruri edir. Avropa Şurası dünyada siyasi, mədəni inteqrasiyasının
unikal formasıdır.
Azərbaycan Respublikasının
da Avropa Şurasına daxil olması xüsusi əhəmiyyət kəsb
edir. Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv seçilmişdir. Hələ
ki, şuranın üzvlərinin sayı
43-ə çatıb və
Azərbaycan üzvlüyə
qəbul olan sonuncu ölkədir. Avropa Şurasının qarşısında duran əsas məqsəd və vəzifələr aşağıdakılardır:
- Xalqlar arasında
sülh və əməkdaşlığın təmin olunması;
- İqtisadi, sosial,
mədəni əlaqələr;
- Milli inkişafın
tarazlığı;
- İnsanların hüquq
və azadlıqlarının
təmin olunması;
- Ölkə sərhədlərinin
bütövlüyü və
təhlükəsizliyi;
- Milli azlıqların,
azsaylı xalqların,
etnik qurumların azad və bərabər
inkişafı;
- Qanunun aliliyinin
təmin olunması;
- Demokratik idarə
sisteminin tətbiqi;
- Xalqların, ölkələrin
hərtərəfli inkişafı
və imkan daxilində tarazlaşdırılması;
- Qəbul olunmuş
Konvensiyalarda iştirak;
- Yığcam “Avropa
Evi”nin yaradılması,
onun iqtisadi, sosial, siyasi və ideoloji təhlükəsizliyi.
Avropa Şurasının quruluşunda
4 qurum fəaliyyət
göstərir:
1. Hökumət nümayəndəliyi
Komitəsi;
2. Məşvərət Məclisi;
3. Avropa Komissiyası;
4. Avropa Məhkəməsi.
Avropa Şurası, hər şeydən əvvəl,
“Avropa Evi”nin yaradılmasını qarşısına
məqsəd qoyub. “Avropa Evi” sülh
zonasına çevrilmiş,
sosial cəhətdən
təmin olunmuş, siyasi sabitliyə malik olan ölkələr
birliyidir.
Avropadan ümumbəşəri dəyərləri vətəndaş
cəmiyyətin hüquqi dövlət quruculuğu təcrübəsini
əxz edən və milli ənənələrə söykənən
Azərbaycan Respublikası bu sahədə 20 ildir ki, uğurla
addımlayır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar
bu yolda Azərbaycana öz tövsiyələri, yardımı
ilə yanaşı, ikili standart mövqeyində duraraq
haqqı, ədaləti görmək istəmir, Ermənistanın
vəhşiliklərini görmək istəmədiyi halda, bizdə
demokratiya pozuntularından münaqişələrin həllində
millətlərin öz müqəddəratını həll
etmək hüququndan dəm vururlar. Bu yerdə Ulu Öndər
Heydər Əliyevin müdrik kəlamları yerinə
düşür: “Vahid Avropada ikili standartlara yol verilməməlidir.
Bizim məkanımız bölünməzdir və
bütün münaqişələrə eyni dərəcədə
ciddi və prinsipial münasibət göstərilməlidir”.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 17 sentyabr.- S. 7.