Müasir Azərbaycan - 20: inkişafın uğurlu modeli

 

İyirmi il öncə - 1991-ci il, oktyabrın 18-də ölkəmiz müstəqillik haqqında Konstitusiya aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi və SSRİ-nin tərkibindən çıxdığını, öz dövlət müstəqilliyini, suverenliyini dünyaya nümayiş etdirdi. Azərbaycan qısa müddətdə dünya birliyi və BMT tərəfindən tanındı və beynəlxalq hüququn subyektinə çevrildi. Amma SSRİ-nin dağılması fonunda bərpa edilmiş müstəqillik ilk vaxtlarda ölkə hakimiyyətinə gələn siyasilər tərəfindən lazımınca dərk edilmədi.

 Bunun nəticəsi idi ki, həmin naşı “strateqlər” və onların təmsil etdiyi qüvvələr keçid dövrü burulğanında ilişib qaldılar, onlar ölkəni xaosa, hərc-mərcliyə, dərin sosial-iqtisadimilli böhrana sürüklədilər. Müstəqilliyin ilk illərinin sosial-siyasi gərginlikləri, düşünülməmiş siyasi qərarlar, antimilli siyasət, silahlı qarşıdurmalar yeni yaranmış dövlətin mövcudluq limitini tükətməkdə idi.

Məhz belə təhlükəli tarixi məqamda xalqın, dövlətin və müstəqilliyin xilaskarı, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. 1993-cü ilin iyunundan ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsini aradan qaldırdı. Heydər Əliyev dövlətin mövcudluğunu təhdid edən bütün təhlükələri dəf etdi və Azərbaycanı, sözün əsil mənasında, bir dövlət olaraq yenidən qurmağa başladı.

Azərbaycanın müstəqilliyi, ilk növbədə, etibarlı iqtisadi təməllərlə qurulmağa başlandı. Ümummilli Liderin yürütdüyü siyasət dövlətin milli valyuta, gömrükvergidaxil olmaqla iqtisadi müstəqilliyinin bütün atributlarını yenidən formalaşdırdı və yeni iqtisadi tələblərə uyğun olaraq gücləndirdi. İqtisadi suverenliyin ilk bazisi 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və eləcə də, Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Heydər Əliyev Xəzərin statusunun mübahisəli olmasına baxmayaraq dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu. Bütün bu tədbirlər Azərbaycan iqtisadiyyatına müstəqillik illərində 100 milyard dollar investisiya yatırılması, neft hasilatının beş, qaz hasilatının isə üç dəfə artmasını təmin etdi. “Əsrin müqaviləsi” ölkənin neft strategiyasının reallaşmasını və Xəzərdə irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini mümkün etdi.

Ümummilli Lider dövlət quruculuğunda qanunvericiliyə xüsusi diqqət yetirirdi. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk milli Konstitusiya hüquqi dövlət quruculuğu işində ən əsas istinadgahlardan biridir. Bu sahədə Avropa dəyərlərinə uyğun aparılan hüquqi islahatlar, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinə görə üçpilləli məhkəmə sisteminin, yeni tələblərə uyğun hakim korpusunun formalaşdırılması, Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsi kimi mütərəqqi addımlar da məhz Ümummilli Lider tərəfindən reallaşdırıldı.

Heydər Əliyev milli birliyin ideoloji əsaslarının işlənməsini həssas keçid dövrünün aktual məsələlərindən sayırdı. Digər vacib islahatlarla yanaşı, yeni dövrdə milli məfkurəyə və milli birlik ideyasına söykənmək zəruri idi. Ulu Öndər bütün azərbaycanlıları birlik amalı ilə bir araya gətirən mükəmməl azərbaycançılıq ideyasının banisi olmaqla bir daha millət atası olduğunu sübut etdi. Azərbaycançılıq ideyası ətrafında bütün dünya azərbaycanlıları sıx birləşməyə, Azərbaycan dövlətinə başlıca güvənc mənbəyi kimi baxmağa başladılar. Bununla da azərbaycançılıq qlobal səviyyədə milli birliyin dərk olunması, vahid məqsədlər uğrunda birgə səylərin həyata keçirilməsi, diasporumuzun formalaşması və təşkilatlanması üçün əvəzsiz bir önəm kəsb etməyə başladı.

Ümummilli Lider dünyəvi, demokratik dövlət quruculuğunun tələblərindən irəli gələn bütün digər zəruri tədbirləri reallaşdırdı və Azərbaycanı bir dövlət və cəmiyyət kimi uzunmüddətli həyat qabiliyyətinə və dünya rəqabətinə hazır vəziyyətə gətirdi.

 

Yeni mərhələ - regionda liderlik

 

Prezident İlham Əliyev Dahi Öndərin siyasi kursunun sadiq davamçısı olmaqla Azərbaycanın qüdrətlənməsinin 2003-cü ildən başlanmış növbəti mərhələsinin simasını müəyyənləşdirdi. Azərbaycan dövləti daxili makroiqtisadi sabitlik şəraitində uğurla yürüdülən iqtisadi siyasətin və onun bəhrələrinin regionalqlobal inkişaf məqsədlərinin, eləcə də, bölgədə liderlik təşəbbüslərinin uğurla reallaşdırılmasına yönəldilməsində qərarlı olduğunu İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bariz sübut edir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici faktor oldu. 2008-ci ildə baş verən, dünyanı sarsıdan, təsiri indiyə qədər də bəzi ölkələrdə qalmaqda olan dünya iqtisadi böhranından Azərbaycanın məharətlə yayınması və iqtisadiyyatını gücləndirməsi bir daha ölkəmizin düzgün yolda olduğunu sübut etdi. Azərbaycan müstəqilliyinin 20-ci ilində 16 milyard dollara yaxın cari əməliyyatlar balansına malik olmaqla dünyanın 20 ən güclü dövlətinin siyahısına daxil oldu. Müstəqilliyin 20-ci ilində Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları keçir. 2011-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin proqnozlaşdırılan ÜDM-ə nisbətinin 35,4% (icmal büdcə üzrə 41,6%) təşkil edəcəyi gözlənilir. Büdcə xərclərinin ÜDM-ə faiz nisbətində artımının yüksək olması ölkəmizi bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə daha üstün mövqeyə çıxarır. MDB ölkələri ilə müqayisədə bu üstünlük daha böyükdür. 2011-ci il üzrə Qazaxıstanda icmal büdcə xərclərinin ÜDM-ə faiz nisbəti 24,1%, Rusiya Federasiyasında bu rəqəm isə 38,8% nisbətində proqnozlaşdırılır.

Bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artım əldə olunub. 2011-ci ilin birinci yarısında ölkə iqtisadiyyatına 3,4 milyard dollar həcmində xarici investisiyalar yönəldilib. Birbaşa investisiyaların həcmi 1,7 milyard dollar təşkil edərək 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artıb. Onun 1,5 milyard dolları və ya 86 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib. Qeyri-neft sektoruna 240,7 milyon dollarlıq və ya əvvəlki ilin eyni dövründəkindən 21,4 faiz çox birbaşa xarici investisiya qoyulub.

Sosial rifah səviyyəsi son illərdə dəfələrlə yüksəlib. 2004-2010-cu illərdə əhalinin banklardakı əmanətləri 12 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, o cümlədən, real əmək haqqı 2,2 dəfə, minimum əmək haqqı 7,1 dəfə, pensiyaların orta məbləği 4,7 dəfə artıb. İşsizlik 1,4 dəfə, yoxsulluq isə 4,4 dəfə azalıb. Son 7 ildə əhalinin gəlir artımı inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlayıb.

 

Dünyəvi, demokratik milli inkişaf yolunun Azərbaycan modeli

 

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Ölkə ötən illərdə siyasi islahatlar baxımından da diqqəti cəlb edib. İqtisadi siyasi sahədə paralel aparılan islahatlar ölkənin inkişaf tempinin daha da sürətlənməsində özünəməxsus rol oynayıb. Prezident İlham Əliyev bu məqamla bağlı qeyd edib ki, Azərbaycanda siyasi iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Demokratiya, qanunun aliliyi hüquqi dövlət konsepsiyaları dövlətçiliyimizin təməl prinsiplərini təşkil edir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafı, cəmiyyətdə bərabərliyin orta təbəqənin formalaşması hüquqi dövlət quruculuğu prosesini sürətləndirməkdədir. Bu gün dünya demokratik milli inkişaf yolunun Azərbaycan modeli faktını tanıyır qəbul edir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev rəsmi qəzetdə dərc olunmuşMüasir Azərbaycan milli ideyanın təcəssümü kimiməqaləsində bildirir ki, Prezidentin seçdiyi daxili xarici siyasət xəttinin uğurları, bu xəttin ölkə əhalisi tərəfindən dərk edilmiş şəkildə qiymətləndirilməsi qəbul olunması Azərbaycanda onun özünə xas olan, qlobalist romantizmdən azad, Azərbaycan dövlətçiliyinin qurulmasının tarixi prosesinin reallıqlarını nəzərə alan milli inkişafın məntiqindən irəli gələn konsolidasiya edilmiş demokratiya modelini yaratmaq yolundakı gələcək fəaliyyəti stimullaşdırır.

Azərbaycanda sosial-iqtisadi tərəqqi, demokratik inkişaf hüquqi dövlət quruculuğu məsələləri bir-birini tamamlayan prosesə çevrilib. İndiyə qədər aparılan Konstitusiya, məhkəmə islahatları, seçki qanunvericiliyi ilə bağlı aparılan islahatlar, ölkədə keçirilən şəffaf seçkilər, insan hüquq azadlıqlarının qorunması ilə bağlı beynəlxalq sənədlərə qoşulma bununla bağlı müvafiq icra mexanizminin yaradılması, yerli demokratiyanın, regional idarəetmə institutunun gücləndirilməsi sair tədbirlər sosial-iqtisadi yüksəlişlə bir-birini tamamlayaraq, ölkənin Cənubi Qafqazda şəriksiz liderliyini təmin edib.

 

Beynəlxalq hesabat rəylər

 

İqtisadiyyatımızın inkişafında son illər əldə edilən uğurları beynəlxalq maliyyə institutları, ekspert xarici diplomatlar da təsdiq edir. Dünya Bankı Azərbaycanı islahatlar sahəsində dünya lideri kimi qəbul edir. Aparıcı beynəlxalq maliyyə institutları isə onu iqtisadiyyatı qlobal böhranın təsirindən ən az zərər çəkmiş ölkələr siyahısına daxil ediblər.

“2010-2011-ci illər üzrə qlobal rəqabətə davamlılıq haqqındaÜmumdünya İqtisadi Forumunun hesabatına əsasən, innovasiyalılıq amili üzrə Azərbaycan 139 dünya ölkəsi arasında 61-ci, MDB- isə 2-ci (Rusiyadan sonra) yeri tutur.

Təsadüfi deyil ki, xarici rəhbərlər iqtisadiyyatımızın qüdrəti barədə fikirlərini qibtə ilə bildirirlər. Məsələn, Polşa prezidenti Bronislav Komorovski demişdir ki, Azərbaycanın sürətli inkişafı düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir. Nüfuzlu dünya nəşrləri iqtisadiyyatımızdakı diqqətçəkən uğurları qiymətləndirir. Böyük Britaniyanın tanınmış “The Guardian” qəzeti keçmiş SSRİ ölkələrinin reytinqini inkişaf tempini açıqlayıb. Qəzet yazır ki, ölkəmiz postsovet məkanında iqtisadi cəhətdən ən güclülərdəndir: “Azərbaycanın neft dividendi olması onun keçmiş sovet respublikaları arasında daha yüksək inkişafına şərait yaradır. Bu ölkə əhalisinin say tərkibinin artması ilə qonşularından seçilir.”

2010-cu ildə iqtisadi artım sürətinə görə MDB məkanında 1-ci, makroiqtisadi sabitlik indeksinə görə araşdırma aparılan 139 ölkə arasında 13-cü yerə yüksəlmişik.  “The Business Year” jurnalının Azərbaycana həsr olunmuş “The Business Year-Azerbaijan 2011” adlı xüsusi buraxılışında Azərbaycan ötən ildə qazandığı sosial-iqtisadi göstəricilər önə çəkilməklə, ilin dövləti elan edilib. Azərbaycan BMT İnkişaf  Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında son beş ildə 34 pillə irəliləyərək İnsan İnkişafı İndeksinə görə 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlib bununlayüksək insan inkişafıkateqoriyasına daxil olub. BVF-nin hesablamasına əsasən ölkə alıcılıq qabiliyyəti paritetinə görə 91 milyard dollarlıq ÜDM istehsal etməklə dünyada 71-cidir. Hazırda Azərbaycan Baltik ölkələrinin birlikdə istehsal etdiyi ÜDM ilə müqayisə olunan həddə əlavə dəyər yaradır. Azərbaycan 20 illik müstəqillik dövründə Ermənistandan altı dəfə güclü iqtisadiyyata, düşmən ölkənin ümumi büdcəsindən artıq hərbi büdcəyə nail olmağı bacarıb.   Bu göstəricilər bir daha Azərbaycanın dəqiq strateji inkişaf xətti tutaraq az bir zamanda - 20 il ərzində bölgədə şəriksiz lider dövlətə çevrildiyini sübut edir.

 

 

Yusif Babanlı

 

Səs.- 2011.- 17 sentyabr.- S. 4.