Bu yol müstəqillik yoludur
Tale
elə gətirdi ki, Azərbaycan bir
əsrdə iki dəfə müstəqillik
əldə etmək, özünün suveren
dövlətini yaratmaq şansı
qazandı. 1918- ci ildə Şərqdə
qurulmuş həmin ilk
demokratik cümhuriyyət cəmi 23 ay yaşadı. Sovet
imperiyasının dağılması Azərbaycan xalqına imkan verdi ki,
öz müstəqilliyini yenidən bərpa
etsin.
Azərbaycanın
müstəqillik yolunda atdığı ilk addım 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə
çağırılmış növbədənkənar
sessiyasında “Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında” bəyannaməni
qəbul etmək olmuşdur. O zaman Konstitusiya Aktı
layihəsinin iki həftə müddətində
hazırlanması barədə qərar qəbul edilmişdi. Respublika rəhbərliyi
bu prosesi iki aya yaxın ləngitməyi
bacarmışdı. Beləliklə, 1991-ci ilin
payız ayları idi. Meydanlar
kükrəyirdi. Azadlığın
yaxınlaşdığını duyan xalq öz əzəli və
əbədi arzusuna qovuşmaq,
həmin tarixi anı tezləşdirmək
üçün hər şeyə
hazır idi. İmperiyanın tankları da artıq şəhid və qurbanlar
verən Azərbaycan xalqını
qorxuda bilmir, və
millətimiz addım-addım, inadla
müstəqilliyə doğru gedirdi... Və nəhayət, 1991-ci ilin 18 oktyabrında xalqımız qanı,
canı bahasına öz müstəqilliyini
əldə etdi və Azərbaycanın tarixində yeni eranın başlanğıcı qoyuldu. Müstəqilliyin başlıca şərti
odur ki, sabitliyi, tarixi, dövlətçilik
ənənəsi olan dövlətlər onu tanısın. Avqust
hadisələrindən sonra Azərbaycana
qədər bir sıra başqa
dövlətlər müstəqilliklərini bəyan
etmişdilər. Amma Baltikyanı ölkələrdən sonra
heç bir dövlətin
müstəqilliyi tanınmamışdı. İlk
olaraq SSRİ içərisində
müstəqilliyi başqa dövlətlər
tərəfindən tanınan ölkə Azərbaycan olmuşdu
və iftixarla demək olar
ki, bu dövlət yeni əsrin III minilliyin
astanasında dünya
birliyində özünün layiqli yerini tutmaqdadır.
Lakin onu da unutmamışıq
ki, min bir
əziyyətlə əldə etdiyimiz
müstəqilliyimizi səriştəsiz iqtidarların hakimiyyət
və kürsü davası üzündən
yenə itirə bilərdik. Bu gün qətiyyətlə demək olar ki, dünya
şöhrətli siyasətçi Heydər Əliyev öz qüdrətli çiyinlərini Azərbaycanın
dövlət müstəqilliyini əbədi etmək kimi ağır bir yükün altına verməsəydi, ikinci milli dövlətimizin
aqibəti də birincisi kimi, bəlkə
də daha ağır və faciəli
olacaqdı. Bu fikiri
belə bir sadə müqayisədən
aydın görmək olar ki,
əgər Azərbaycan Demokratik Respublikası
o vaxtadək çar
Rusiyasının müstəmləkəsi olmuş
Şimali Azərbaycan torpaqlarını
birləşdirərək qüdrətli bir
milli dövlət qurmaq üçün əməli
bir addım ata
bilmişdirsə, ikinci dəfə
müstəqillik qazandıqdan sonra
keçən qısa müddətdə ölkə xəyanətkar
və səriştəsiz rəhbərlərin yarıtmaz idarəçiliyi
ucbatından elə hala
salınmışdı ki, artıq
söhbət onun parçalanaraq
qonşu dövlətlər arasında
bölüşdürülməsindən, beləliklə də,
Azərbaycan xalqının müstəqillik arzusunun
birdəfəlik dəfn olunmasından gedirdi.
Hər bir görkəmli şəxsiyyətin,
dövlət xadiminin böyüklüyü,
müdrikliyi həm də onunla
ölçülür və qiymətləndirilir
ki, həmin rəhbər xalqa
xidmətdən güc alan,
milli mənafeləri hər şeydən üstün tutan,
bacarıqlı, istedadlı, səriştəli, idarəetmə
işində kifayət qədər təcrübəsi olan xadimləri öz ətrafında
toplaya bilir və xarici siyasəti uğurla
həyata keçirir. Bu,
beynəlxalq praktikada özünü
çoxdan doğrultmuş
idarəçilik meyarı və prinsipi
müstəqil dövlətin öz
istiqlaliyyətini möhkəmləndirilməsi uğrunda mübarizəsi zamanı xüsusilə
vacibdir. Məhz xalqın və
dövlətçiliyimizin belə bir
ağır məqamında Heydər Əliyev
dühasının müqəddəs xilaskar
missiyası ilə böyük siyasətə
qayıdışı və xalqın istəyi ilə rəhbərliyə
gəlişi düşmənlərimizin bədxah niyyətlərini
həmişəlik ürəklərində qoydu. Böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində
artıq əldən getməkdə olan
dövlət müstəqilliyimiz, milli
azadlığımız, bir sözlə,
“imzalar içərisində imzamız” qorunub saxlandı. Ümumxalq
sevgisi, inamı və dəstəyi ilə,
demokratik yolla hakimiyyətə
Heydər Əliyevin qayıdışı Azərbaycanda daxili ictimai-siyasi sabitliyin
yaradılması, tarazlaşdırılmış uğurlu xarici siyasət
yeridilməsi, cəmiyyətdə demokratik
prinsiplərin bərqərar olunması, hüquqi
və dünyəvi dövlət quruculuğu
uğrunda yorulmaz fəaliyyəti
20-ci əsrin son
dövrü tariximizin
ən şərəfli səhifələrini təşkil edir. Ümumiyyətlə, dövlət qurmaq xəşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli
lider yetişdirmiş
xalqlara nəsib olur. Heydər Əliyev məhz belə bir
nadir şəxsiyyət və alternativsiz fenomen şəxs
kimi 20-ci əsrin sonlarında Azərbaycanı
bəlalardan qorudu, onun
suverenliyini mühafizə edib
saxlaya bildi, sabitlik və təhlükəsizliyi qarant etdi, ölkəni
firavanlığa doğru addımlayan, dünya birliyində layiqli
yerini tutmuş bir dövlətə çevirdi.
Belə ki, 1993-cü ilin iyununda Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən
sonra cəmiyyətimizdə dövlətçilik
ideyalarının bərqərar olması fundamental
mahiyyət kəsb etdi. 20-ci əsrin sonlarına yaxın dövlət
müstəqilliyini əldə etmiş Azərbaycan
xalqı məhz Ulu Öndərimmiz
Heydər Əliyevin rəhbərliyi altında milli
varlıq və idrakın, özünüdərkinin ali təzahür forması olan
müstəqil dövlət ideyasını gerçəkləşdirmişdir.
Ulu Öndərimizin mənalı və
şərəfli həyat yolunun hər bir parlaq səhifəsi
xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət
təşkil edir.
Onun
hakimiyyətə qayıdışından sonra
ölkə problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başladı.
1994-cü il mayın 12-də cəbhədə
atəşkəsin əldə edilməsi nizami
ordu quruculuğu və
ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruru addım oldu.
1994-cü ildə çoxlarına əfsanə kimi görünən “Əsrin müqalivəsi”
adlı kontraktı iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə
malik oldu. 1995-ci il noyabrın 12-də qəbul olunmuş
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizdə müasir
dövlətçilik sisteminin bərqərar
edilməsi üçün möhkəm hüquqi baza yaratdı.
1996-cı ildə “Torpaq islahatı
haqqında” qüvvəyə minən qanunla
torpaq üzərində dövlət, bələdiyyə
və xüsusi mülkiyyət formaları bərqərar oldu. Prezidentimiz İlham Əliyev
demişdir: “Müasir
Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Biz hamımız bütün
Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü
işləri davam etdirək, genişləndirək,
onun yolu ilə Azərbaycanı
gələcəyə aparaq”.
Ulu
Öndərin rəhbərliyi altında neft
sektoru ilə yanaşı, eyni zamanda, planlı iqtisadi sistemindən liberal
bazar iqtisadiyyatına keçid
üçün digər sahələrdə
də genişmiqyaslı islahatlara
başlanıldı. 1993-2003-cü illərdə sabit inkişaf yoluna qədəm qoymuş
Azərbaycanın əldə etdiyi nailiyyətlər
sonrakı illərdə ölkə iqtisadiyyatının
davamlı və dinamik tərəqqisi üçün möhkəm zəmin
yaratdı. Ulu Öndərin əsasını
qoyduğu inkişaf
strategiyasını zamanın tələblərinə cavab verən yeni çalarlarla zənginləşdirərək
uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin iqtisadi
inkişafı daha da
sürətlənmiş, özünüinkişaf
qabiliyyətinə malik olan
sosialyönümlü, diversifikasiya
olunmuş milli
iqtisadiyyatın formalaşdırılması prosesində yeni uğurlara imza atılmışdır. Cənab
İlham Əliyevin Azərbaycanın
dövlət başçısı olaraq
iqtisadi sferada həyata
keçirdiyi siyasətin ən önəmli
cəhətlərindən biri hər zaman sosialyönümlülük
və qoyulan məsələlərin həllində
iqtisadi aspektin mövcudluğu faktorunun ön plana çəkilməsidir.
Bu mənada, Prezidentimizin
ilk fərman və sərəncəmlarında
ölkəmizin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlər xüsusi
yer tutur. Beləliklə, Azərbaycan iqtisadiyyatı obyektiv qanunauyğunluqları, mütərəqqi
dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə
özündə ehtiva edən
irimiqyaslı islahatlarla müşayiət
olunmaqla, zamanın
çağırışlarına cavab
verən növbəti inkişaf mərhələsinə
qədəm qoymuşdur.
İnkişafının
sürətli dövrünü yaşayan Azərbaycan tarix
üçün kifayət qədər
qısa sayıla biləcək zaman kəsiyində
böyük tərəqqi yolu
keçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş
etdirdiyi artım tempinə görə nəinki
regionda, həm də dünya
coğrafiyasında lider mövqeyə
yüksəlmişdir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən
Azərbaycanın bu sahədə
qazandığı müvəffəqiyyətlərini şərtləndirən
mühüm cəhətlərdən biri də qloballaşma
prosesindən irəli gələn meyarların ölkə
reallıqları ilə məharətlə
uzlaşdırılması, onların milli
maraqları təmin edəcək uğurlu
vəhdətinin yaradılması olmuşdur.
Bu
kimi müvəffəqiyyətlərimizə
misal olaraq, deyə bilərəm
ki, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikası yoxsulluğun
azaldılması və davamlı inkişaf
Azərbaycan Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikası əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair
Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2010-2015-ci
illədə Dövlət Proqramı” və digərləri qlobal transformasiyalar
dövründə ölkəmizin uğurlu
siyasətinin təsdiqidir. Məhz bunun nəticəsidir ki,
ötən illərdə zirvə nöqtəsinə çatan, əvvəlcə maliyyə, daha sonra isə
iqtisadiyyatın real sektorunu
bürüyən qlobal böhranın Azərbaycana
təsirləri minimal xarakter
daşımış, hətta ÜDM-də 9,3 % artım qeydə
alınmışdı. Respublikamız 140-dək ölkə
ilə diplomatik, 102-dən çox ölkə ilə ticarət əlaqəsi
yaradıb, BMT, ATƏT, AŞ, İslam
Konfransı Təşkilatı və başqa
beynəlxalq təşkilatların üzvüdür.
NATO və Avropa Birliyi
ilə səmərəli və işgüzar
əlaqələr qurulub, terrorçuluğa
qarşı ümumdünya mübarizəsinin,
ABŞ başda olmaqla
yaradılmış koalisiyasının fəal üzvüdür. Müstəqil Azərbaycanın
memarı Ulu Öndərimiz deyirdi: “İnanıram ki,
Azərbaycan Respublikası 21-ci əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən,
çiçəklənən bir ölkə
kimi böyük uğurlar qazanacaqdır”.
Bunun
və ümumilikdə, Azərbaycan iqtisadiyyatının qlobal maliyyə və iqtisadi
böhrana qarşı
dayanıqlılığının əsas səbəbi son illər Prezident İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası, toplanmış maliyyə-valyuta
ehtiyatları hesabına iqtisadiyyatda
yüksək dayanıqlıq
potensialının yaradılması, dövlət
başçısı tərəfindən vaxtında irəli
sürülmüş səmərəli anti-böhran tədbirlərinin
reallaşdırılması, o cümlədən,
sahibkarlığa dövlət dəstəyi, real
sektora investisiya
qoyuluşları, manatın məzənnəsinin qorunub saxlanılması və s.
addımlarla bağlıdır. Prezidentimizin “əsil siyasət konkret, real iş görməkdən
ibarətdir”- amalı və bu prinsipin uğurlu nəticələri
Azərbaycanın qarşıdakı illərdə də
sürətli inkişafı və dinamik
yüksəlişi üçün
möhkəm zəmin yaratmışdır. Onun bu gün
dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng
dövlətlərin başçıları ilə bərabərhüquqlu
tərəfdaş kimi
danışıqlar aparması, xalqımızın həqiqətlərini
uca səslə bəyan etməsi bir daha sübuta
yetirir ki, Heydər Əliyevin
dövlətçilik ideyaları və strategiyasının alternativi yoxdur və o, xalqımızı yeni-yeni
uğurlara, zəfərlərə aparır.
Müstəqilliyimizin 20-ci ildönümünü qeyd
edərkən qürur və iftixar hissi ilə deyə
bilərik ki, bu gün Azərbaycan iqtisadi
cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Möhtərəm Prezidentimizin
dediyi kimi: “Azərbaycanda
iqtisadi sahədə keçid
dövrü artıq başa
çatmışdır. Biz inkişaf etmiş ölkələrin
sırasına daxil olmalıyıq və
qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq”.
SEVİNC
BABAYEVA
Səs.-
2011.- 22 sentyabr.- S. 4.