Əsrə bərabər 20 il
Deyirlər: “Zaman keçir
illər dəyişsə belə!” Amma nə
qədər zaman, nə qədər illər dəyişsə belə
yaddaşlardan silinməyən bir
ad əbədi qalır . O ad ki,
torpağında
yaşadığımız, havasını udduğumuz Vətəndir! Vətən dediyimiz bu
müqəddəs kəlmə Odlar
Yurdu Azərbaycandan başlayır.
Müstəqil Azərbaycan gənci
olaraq hər zaman öz -özümə düşünürəm ki, azərbaycanlı adlanmaq
deyil, azərbaycanlı
olmaq gərəkdir. Əslində, azərbaycanlı olmağı bacarmaq gərəkdir. Unutmaq lazım
deyil ki, insan öz
tarixi ilə güclüdür. Tarixini bilməyən xalq
öz səhvlərini təkrar
etməyə məhkumdur. Bu gün bizim
birinci vəzifəmiz odur
ki, öz zəngin tariximizi
araşdıraq və öyrənək.
Elə bu
yerdə sadə bir misal
göstərmək istərdim.
Xatırlasaq, görərik ki, 90-cı illərin
Azərbaycanı kənardan kömək alırdısa, onun siyasətini, beynəlxalq müstəvidə yerini
digər güclər
müəyyən edirdisə, bu gün
bu, əsla belə deyil. 20
yaşlı Azərbaycanımız
bu gün nəinki Avropada, Mərkəzi Asiyada
və dünyanın hər bir
qitəsində öz qüdrəti ilə
seçilir.
Görkəmli alman
filosofu Hegelin çox
gözəl bir ifadəsi
var: “Hər bir tarixi hadisəni, tarixi şəxsiyyətin böyük əməllərini, kəşfləri və
ixtiraları qiymətləndirərkən dövrünün mövcud
şərtlərindən
çıxış edərək qiymətləndirmək gərəkdir”. Bu ifadənin çox
böyük bir mənası var. Çünki bu gün təsadüfi deyil
ki, dünyanın bütün qitəsində yaşayan
azərbaycanlıların
düşünən
beynində bir müqəddəs kəlmə yaşayır. “ Mən həmişə fəxr
etmişəm, bu gün də
fəxr edirəm ki, azərbaycanlıyam!” Unutmaq
lazım deyil ki, bu kəlməni milyonların qəlbini
fəth edən ən
böyük azərbaycanlı
- Ümummilli Lider Heydər
Əliyev söyləmişdir.
Məhz bu gün 20 yaşını qeyd
etdiyimiz azərbaycançılıq ideologiyasının əsası da
Ümummilli Liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuş
və
formalaşmışdır.
İstərdim ki,
qısa da olsa, 20 yaşlı Azərbaycanımızın tarixini
vərəqləyək.
Bu
müstəqilliyi
qazanmaq bizim üçün o qədər asan
olmamışdır. Zaman boyu çətin sınaqlardan keçən Azərbaycan, nəhayət, sonda öz müstəqilliyini 1991 - ci il 18 oktyabr tarixində qazana bilmişdir. Lakin 1993 -cü ilə
qədər cərəyan
edən hadisələr Azərbaycanı beynəlxalq aləmdə müstəqilliyinin təsdiqlənməsində mane olurdu. Ancaq 20 yaşlı Azərbaycanın tarixinin əsas
mərhələsi 1993 - cü il oktyabrın 3-də
Heydər Əliyevin prezident
seçilməsi ilə başladı. Ümummilli Liderimizin göstərdiyi böyük səy
nəticəsində Azərbaycan 1993 - cü il sentyabrın
24 - də MDB- yə daxil oldu. Odlar Yurdu - Azərbaycanın ən
böyük uğuru 1994 - cü il sentyabrın
20 - də Prezident Heydər
Əliyevin təşəbbüsü ilə
iqtisadi
və siyasi təfəkkürün bəhrəsi olan, milli həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin
müqaviləsi” imzalandı. Müstəqil Azərbaycanımız 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992- ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin Yekun Aktına
və Avropada Təhlükəsizlik və
Əməkdaşlıq
Müqaviləsinə,
martın 2-də isə
BMT-yə üzv qəbul
olunmuşdur. 1995 - ci
ildə noyabrın 12 - də Konstitusiyamız qəbul
olundu. Bu inkişaf dayanmadan davam edirdi. 2001 - ci ildə Azərbaycan Avropa Şurasına, həmçinin, Dünya Turizm Təşkilatına üzv seçildi. Həmin ilin 29 sentyabr tarixində Gürcüstan Respublikası ilə
Azərbaycan
qazının
Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə tranziti, nəqli və
satışı
haqqında saziş
imzalandı.
2001- ci ilin ən
böyük uğurlarından biri isə
Dünya
Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdu. Bu qurultay dünya azərbaycanlılarının həmrəy olmasına
çox
böyük təkan
vermişdir.
Heydər Əliyevin əzmlə çalışdığı zəhmətin nəticəsi olaraq bugünki Müstəqil Azərbaycanımız
günü-gündən
qüdrətləndi və bütün dünyada hegemon dövlətə çevrildi. Bu gün bu uğurlu siyasəti Ulu Öndər kursunun davamçısı Prezidentimiz cənab
İlham
Əliyev davam etdirir.
Təsadüfi deyil ki, 2003- cü il 15 oktyabr tarixindən bugünkü 2011 -ci il tarixinə qədər baş verən
dəyişikliklər
20 yaşlı dövlətimizi iqtisadi və
qüdrətli dövlətə çevirdi. 2003-cü il 27 fevral
Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması, 2004 -cü
il 12 yanvar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Ensiklopediyasının nəşri
haqqında” və “Azərbaycan
dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi
haqqında”, həmin ilin 11 fevral tarixində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın
qəbul edilməsi, 2005-ci il fevral ayında
“Azəri- Çıraq- Günəşli”
yataqlarının “Mərkəzi
Azəri” hissəsində ilk neftin
hasilatına
başlanması kimi imzalanan uğurlu layihələr,
sözün əsil mənasında, güclü siyasətin təzahürüdür. Təhsil,
mədəniyyət, iqtisadiyyat və bütün sahələrdə cənab
Prezidentin
imzaladığı sərəncamların nəticəsi olaraq 20
yaşlı müstəqil
Azərbaycanımız bu gün bir çox layihələrə imza ataraq ev sahiblik edir. Bu gün təkcə Azərbaycanın daxili, xarici siyasətində deyil, beyin kapitalında baş verən
inkişafın nəticəsidir ki, 120 mindən çox Azərbaycan gənci
Yeni Azərbaycan Partiyasının ətrafında birləşir. Bu
partiyanın rəhbəri olan cənab
Prezidentimizin gənclərə göstərdiyi diqqət
və
qayğının təzahürüdür ki, bu gün Azərbaycan gənci
nəinki Azərbaycanda, həmçinin, dünyanın bütün qitəsində Azərbaycanı layiqincə təmsil
edir.
Ulu Öndərimizin bizə
miras qoyduğu Yeni Azərbaycan Partiyasının ətrafında birləşən müstəqil Azərbaycan gəncləri qürur və
iftixar
hissi
ilə Azərbaycanın ətrafında sıx birləşərək üçrəngli bayrağımızı dünyanın hər
qitəsində layiqincə dalğalandırır. Bu uğuru hər
sahədə görə bilərik.
Bütün sahələrdə gənclərimizin göstərdiyi uğur, əslində, 20 yaşlı Azərbaycanımızın uğurudur.
Hər
zaman tez -tez xatırladığım bir kəlam
var, Peyğəmbərimizin kəlamı-” Vətəni sevmək
imandandır”. Bu, doğrudan
da, belədir.
Müasir, müstəqil 20
yaşlı Azərbaycanımızın tarixi
haqqında nə qədər danışsaq, tükənməz. Bir maraqlı
fakt da var ki, bəzən çoxlarımıza çətin görünən layiqli işlərin öhdəsindən ürəyi vətən üçün döyünən şəxslər məharətlə gələ bilirlər. Buna misal olaraq çoxlarımıza qəribə görünən, amma real olan bir faktı
diqqətinizə
çatdırmaq istəyirəm ki, “Mən
fəxr edirəm ki, mən azərbaycanlıyam” sitatı
yazılmış
vımpeli Kilimancoro dağının Uhuru zirvəsinə sancılıb. 2009 - cu il avqustun 11 - də
Azərbaycandan Afrika qitəsinə yola düşən ekspedisiya qrupu dəniz
səviyyəsindən
5895 metr yüksəlikdə yerləşən Kilimancoro dağının Uhuru zirvəsinə çatıb və
Ümummilli
Liderimiz
Heydər Əliyevin “Mən
fəxr edirəm ki, azərbaycanlıyam” sitatı
yazılmış
lövhəni və Azərbaycan bayrağını bu zirvəyə qaldırıblar. İlk dəfə Azərbaycan bayrağı altında Afrikanın ən
yüksək zirvəsinə qalxan bu qrup sayəsində Ulu Öndərimizin bu sitatı
hal-hazırda layiq olduğu
yüksəklikdə
dayanıb. Bu yüksəklik əbədidir və
əbədi
olacaqdır. Bir gənc kimi, əminəm ki, yaxın
gələcəkdə biz Azərbaycan bayrağını Qarabağda asacağıq.
Əziz dostlar ! Gəlin
20 yaşlı Azərbaycanımızın ətrafında yumruq kimi birləşərək, onu hər
yerdə layiqincə təmsil
edək. Unutmayaq
ki, bizi birləşdirən
bir vətən var- 20 YAŞLI
Azərbaycan!
Allahı,
torpağı, səması, günəşi bir olan xalqım- növbəti müstəqillik yubileyini Qarabağda keçirmək ümidiylə!
Xarı bülbül, köməyimiz Yaradan
Bir də haqqa dayaq duran hər insan.
Silinəcək torpağımdan ölüm, qan
Görəcəkdir bütün cahan o günü,
Yaşayacaq Azərbaycan o günü.
Xarı bülbül, sabaha tut üzünü
Vüqarlı ol, qürurlu bil özünü,
Gələcəyik, yollara dik gözünü
Vətən oğlu od -
ocaqsız yaşamaz,
Azərbaycan Qarabağsız yaşamaz.
Kərimova
Leyla Qənimət
qızı
Səs.- 2011.-25 sentyabr.- S. 7.