ANIM
Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının təhsilinin
inkişafındakı xidmətləri misilsizdir.
1928-ci ildə ədəbiyyat aləminə gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini
yazmışdır.
Onun müəllimlik
fəaliyyəti də məhz həmin tarixdən
başlayır. Yazıçı, alim və müəllim XX əsrin 20-30-cu illərində
ədəbi aləmdə əvvəlcə şeir,
sonra oçerk və
hekayələri ilə görünən Mir
Cəlal, az sonra
istedadlı və orijinal
yaradıcılıq üslubu olan yazıçı kimi
tanınmışdır. Əlliillik yaradıcılıq fəaliyyəti
dövründə o görkəmli şair kimi Azərbaycan ədəbiyyatı
tarixində öz layiqli
və şərəfli yerini tutmuşdur. 1928-ci ildə mətbuatda ilk şeirləri çap
olunmuşdur. 1930-cü ildən etibarən
hekayələr yazmışdır. O dövrün “Şərq qadını”, “Gənc
işçi”, “İnqilab
və mədəniyyət”, “Ədəbiyat qəzeti” kimi nüfuzlu nəşrlərində
hekayələri çap edilmişdir.
1932-ci ildə “Sağlam yollarda”,
1935-ci ildə “Boy” adlı ilk
oçerklər və novellalar
kitabları çap olunmuşdur.
Mir Cəlalın
ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Mir Cəlal Paşayevin altı romanı nəşr olunmuşdur. “Dirilən adam”,
“Bir gəncin manifesti”,
“Yolumuz hayanadır” romanlarında keçmiş “Yaşıdlarım”, “Təzə
şəhər”, “Açıq kitab”
romanlarında isə müasir həyat
lövhələrinin bədii təsviri ustalıqla qələmə
alınmışdır.
“İnsanlıq
fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələr
böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə
malikdir. “İnsanlıq fəlsəfəsi”,
“Subaylıq fəlsəfəsi”, “Təzə toyun
nəzakət qaydaları”, “Vicdan
mühakiməsi”, “Vicdan əzabı”, “Qocaların
uşaq söhbətləri” və digər hekayələrində
real həyat lövhələri, fəlsəfi
düşüncələr olmuşdur.
Mir Cəlalın
73-dən çox kitabı nəşr olunmuşdur. Bu kitablarda 350-dən çox
hekayələri öz yerini
tutmuşdur. Elmi fəaliyyətini davam etdirən
gənc Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik
xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmlər namizədi, 1947-ci ildə isə
“Azərbaycanda ədəbi məktəblər” adlı əsərinə
görə filologiya elmlər doktoru alimlik dərəcələrini
almışdır.
Mir Cəlalın
tanınmış tədqiqatçı Firudin
Hüseynovla birgə yazdığı “XX
əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə
yaxındır ki, ali
məktəblərin dərs vəsaitidir. Bu
dərslikdə XX əsrin böyük ədəbi
şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə gətirdiyi
yeniliklər haqqında əhatəli elmi
fikirlər əks olunmuşdur.
Mir Cəlal XX əsr
ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində
elə bir iz
salmışdır ki, əsrlər
ötsə də ədəbi-elmin uca zirvəsində
daimidir. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat
zirvəsində parlamışdır. 1978-ci il
sentyabrın 28-də əbədiyyətə qovuşan
böyük şəxsiyyət kimi tarixiləşmiş, əziz müəllimim,
görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas
Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayır və
yaşaycaqdır.
YUNESKO-nun
2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd
edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında Azərbaycan Prezidentinin
2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir.
2008-ci ilin
noyabrında Parisdə YUNESKO-nun iqamətgahında
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, alim, pedaqoq
Mir Cəlal Paşayevin
100 illiyinə həsr olunmuş mərasim
keçirilmişdir. Bu
mərasimin qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə
və ədəbiyyatına dünya miqyasında
verilən önəm və dəyərin təzahürüdür.
Ofelya
Mürsəlova,
ADPU-nun pedaqogika
kafedrasının
baş müəllimi
Səs.- 2011.- 28 sentyabr.- S. 5.