Hüquqi dövlət və vətəndaş cəmiyyəti:
insan və vətəndaş
hüquqları
Bəşəriyyətin
böyük sərvəti olan
insan və vətəndaş
hüquqları bir-birindən müəyyən cəhətlərinə
görə fərqlənir. İnsan
hüquqları dedikdə, onun təbii
hüquqları, vətəndaş hüquqları dedikdə
isə, siyasi hüquqlar
nəzərdə tutulur. Ulu Öndər Heydər Əliyev Azərbaycan
dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların
hüquqlarının qorunmasını göstərirdi: “Azərbaycan
Respublikasının ümumxalq səsverməsi
ilə qəbul edilmiş
konstitusiyasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətimizin ali məqsədi
kimi bəyan edilmişdir.
Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam
istifadə etməklə bu məqsədə
nail olmaq və müvafiq hüquqi
mexanizmlər yaratmaq üçün
tədbirlər görür. Konstitusiyada
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən
və sair hallardan
asılı olmayaraq, hər bir insanın hüquq və
azadlıqlarının müdafiəsi qanunvericilik,
icra və məhkəmə orqanları
qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə
söykənən, vətəndaş cəmiyyətinin və
bazar iqtisadiyyatının inkişafına
tam zəmanət verən qanunvericilik
bazasının əsası qoyulmuş və
onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə
demokratik cəmiyyətin
formalaşdırılması üçün
hər cür şərait
yaradılmışdır. Azərbaycanda
çoxpartiyalılıq əsasında demokratik
yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan
azadlıqları, insan
hüquqlarının müdafiəsi və qanunun
aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata
keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə
hörmət dayanır”.
Şəxsi, vətəndaş
hüquqları hansı dövlətə mənsub
olmasından asılı olmayaraq
insanın təbii hüquqlarıdır. Bu
hüquqların əhəmiyyəti ondadır ki,
insan azadlıqlarını, insanın
şəxsi həyatında özünütəyinetmə və
özünüreallaşdırma seçimini
gerçəkləşdirir.
Hüquqi dövlət
və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət
prinsipi hökm sürür. Hüquqi dövlət qanunvericilikdə şəxsi
hüquqları təsbit edərək bu
hüquqları qanunsuzluqdan,
özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara
uyğunlaşdırmağa, başqalarının
hüquqlarını və mövcud
qayda-qanunları pozmamağa borcludur. XX əsrin ortalarında meydana çıxan İnsan
Hüquqlarına dair Avropa
Məhkəməsi də bu sahədə
atılmış mühüm
addımdır. Azərbaycan Konstitusiyasında da
göstərilir ki, “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz,
ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət
və başqa şəxslər
qarşısında məsuliyyətini və vəzifələrini
də əhatə edir” (21, 15).
Konstitusiyada hüquqi dövlətin əsas prinsipi qanunun aliliyi prinsipi və bərabərlik
hüququ da öz əksini tapmışdır: “Hamı qanun və məhkəmə
qarşısında bərabərdir. Dövlət
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq
hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir” (21, 16).
Əsas Qanunda hər kəsin öz
hüquqlarını və azadlıqlarını müdafiə
etmək hüququ təsbit olunmaqla hüquqi dövlətin
hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verməsi
də öz əksini tapmışdır.
İnsan
hüquqları içərisində ən mühümü
yaşamaq hüququdur.
Bu hüquq insan hüquqları və əsas
azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında mühüm
yer tutur. Yaşamaq hüququ dünya
sivilizasiyasında mütləq dəyər kəsb edən əsas
hüquq hesab edilir. Çünki yaşamaq hüququndan məhrum
olan insanın digər hüquq
və azadlıqları öz məna və
əhəmiyyətini itirmiş hesab olunur. Əsas Qanunun 20-ci maddəsində hər kəsin yaşamaq hüququ təsbit olunmuşdur.
Bütün digər hüquqlar
yaşamaq hüquqları ətrafında
cəmləşir. Hüquqi dövlət
bütün vasitələrlə
insanın yaşamaq hüququnu
müdafiə edir. İnsan
həyatına və sağlamlığına qəsd ən
ağır cinayət hesab olunur.
Azərbaycan Respublikası ölüm hökmünün ləğv edilməsilə
əlaqədar beynəlxalq konvensiyaya qoşulmuş ilk MDB
ölkələrindən biridir.
İnsan
hüquqları içərisində şərəf və ləyaqət
- özünəhörmət, başqalarına hörmət
və ədalətlilik əsas yer tutur. Vətəndaş və siyasi hüquqlar
haqqında beynəlxalq Paktın preambulasında insanın
şərəf və ləyaqət hüququ,
bütün hüquq,
ədalət və azadlığın əsası hesab edilir. İnsanın hüquq və əsas azadlıqlarının
müdafiəsi haqqında Avropa
Konvensiyasında da bu hüquq mütləq xarakter
kəsb edir, insan ləyaqəti
və şərəfinin alçaldılması, insan üzərində tibbi
və elmi təcrübə
aparılması qadağan edilir.
Azərbaycan Konstitusiyasının 46-cı maddəsində
göstərilir: “Hər kəsin öz
şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti
dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin
alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab
verilə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan
rəftara və ya cəzaya məruz qala bilməz. Özünün
könüllü razılığı olmadan heç kəsin
üzərində tibbi, elmi
və başqa təcrübələr
aparıla bilməz” (21, 23-24).
Göründüyü kimi, “Şəxsiyyət hüquqi
dövlətlə qarşılıqlı əlaqədə
dövlət fəaliyyətinin obyekti kimi deyil, bərabərhüquqlu subyekt kimi çıxış edir
ki, o, öz
hüquqlarını qadağan
olunmamış qanunlarla müdafiə edə
bilir. Ləyaqət insanın şərəfinin,
yaxşı, təmiz adının qorunmasıdır.
İnsanın şərəf və ləyaqəti konstitusiya qanunları və cinayət hüququ tərəfindən qorunur.
Sosial, hüquqi
dövlətdə şəxsiyyətin ləyaqət və
şərəfi hüquqi azadlığa
və ləyaqətli yaşamaq hüququna malik
olmaqdır. Bütün tip şəxsiyyətin ləyaqət
hüququ dövlət tərəfindən
müdafiə edilir. Şəxsi
toxunulmazlıq və azadlıq hüququ demokratik, hüquqi dövlətlərin
konstitusiyaların da öz
əksini tapması sosial tərəqqinin
təzahürü və vətəndaşın şəxsi
təhlükəsizliyinin hüquqi şəraiti kimi
dəyərləndirilir. Bu hüquqa aşağıdakı komponentlər
daxildir: 1. Şəxsiyyətin fərdi
azadlığı. 2. Şəxsiyyətin fiziki,
mənəvi və psixi
toxunulmazlığı (157).
Şəxsi toxunulmazlıq və
azadlığına dair konstitusiya
hüququ şəxsiyyətin
özbaşına həbsini istisna edir. Azadlıqdan qeyri-qanuni
məhrumetmə cinayət qanunvericiliyində zorakılıq
aktı hesab edilir.
Nəzərə yetirək ki, beynəlxalq sənədlərdə və
Azərbaycan Konstitusiyasında da şəxsiyyətin
özbaşına həbsi qadağan edilir. Bu fəlsəfə konstitusiyanın 28-ci maddəsində
hər kəsin azadlıq hüququna malik olması, azadlıq hüququnun
yalnız dövlət tərəfindən qanunla
nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma
və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılması kimi qeyd edilir. Şəxsi
azadlığa öz ölkəsini
hər kəsin qanuni surətdə sərbəst
hərəkət edə bilməsi, özünə
yaşayış yeri seçə bilməsi və öz
ölkəsindən kənara gedə bilməsi və hər zaman maneəsiz qayıtmaq hüququ
da daxildir. Əsas Qanunun 32-ci maddəsində göstərilir: “Hər
kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla
nəzərdə tutulan hallardan
başqa, şəxsi həyata müdaxilə
etmək qadağandır. Öz razılığı
olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın toplanılmasına,
saxlanılmasına, istifadəsinə və
yayılmasına yol verilmir. Hər kəsin
yazışma, telefon
danışıqları, poçt, teleqraf və rabitə vasitələrilə
ötürülən məlumatın sirrini
saxlamaq hüququna
dövlət təminat verir” (21, 19).
Şəxsi və ailə həyatının
sirrini saxlama hüququna vəsiyyətnamə və
övladlığa götürmə, sirri,
onun sağlamlığı haqqında məlumatlar,
həkim diaqnozları və proqnozları, bank
hesabının sirləri, gündəlik qeydləri və s. daxildir. Buraya
insanın peşə sirləri: tibbi, vəkillik
sirləri və s. də aiddir.
Bu hüququn yeni komponentləri içərisində “yeni biotibbi”
texnologiyanın tətbiqilə əlaqədar dövlət və
özəl bölmələrdə şəxsi məlumatların
yığımı və avtomatlaşmış işlənilməsini
də qeyd etmək olar
(223, 159).
Diqqətə yetirək ki, şəxsi hüquqlar
içərisində mənzil toxunulmazlığı hüququ da mühüm yer tutur konstitusiyada göstərilir
ki, heç kəs
yaşadığı yerdən qanunsuz məhrum
edilə bilməz. Mənzillərə yalnız fövqəladə
hallarda və təbii fəlakətlər
zamanı daxil olmaq olar.
Belə ki, hüquqi dövlətdə milli
mənsubiyyət hüququ insanın
müəyyən mədəniyyəti, psixologiyası, ənənələri
olan etnosa mənsubluğunu
səciyyələndirir. Azərbaycan Konstitusiyası hər kəsin,
milli mənsubiyyətini qoruyub
saxlamaq hüququnu
müdafiə edir: “Heç
kəs milli mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz” (21, 24).
Bu baxımdan, əsas
Qanunun 45-ci maddəsində hər kəsin
ana dilindən istifadə etmək hüququ təsbit edilib ki, bu da
hüquqi dövlətdə milli azlıqların hüququnun
qorunmasının tərkib hissəsidir. Azərbaycanda hər
kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən
istifadə hüququndan məhrum edilə
bilməz. Dil ünsiyyət vasitəsi kimi milli və şəxsi
şüurun təzahürünün əsas
forması, milli mədəniyyətin mühüm komponentidir.
Qanunvericilikdə “dil suverenliyi
xalqların və şəxsiyyətlərin doğma
dillərini qorunub saxlamağı və hərtərəfli
inkişaf etdirmək, ünsiyyətdə
dilin azad seçmək
və ondan istifadə etmək hüququnun məcmuusu kimi
müəyyən edilir”.
R.Mehdiyev
“XXI əsrdə milli dövlətçilik”
əsərində konstitusiyada 2002-ci ildəki
dəyişikləri “vətəndaş hüquqlarının
dolğun təminatına yönəlmiş
mühüm sənəd və yaxud siyasi
inkişafımızın yeni mərhələsi”
kimi səciyyələndirərək yazır ki, “əslində, referendum
müstəqil Azərbaycanın inkişafı yolunda, xüsusən, insan
hüquqlarının müdafiəsi və demokratik
proseslərin genişlənməsinə yeni
mərhələnin təməlini qoydu...”
Vahid
Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 29 sentyabr.- S. 7.