Müstəqilliyinin
“20 illiyi” mübarək, Azərbaycan!
Tarixi təcrübə sübut edir ki, nəhəng
imperiyaların süqutu və xalqların milli dirçəliş,
azadlıq, istiqlal kimi müqəddəs ideallara
qovuşması qərinələrlə davam edən
mücadilənin zirvə mərhələsində baş
verir. Məhz bu mərhələdə ictimai-siyasi proseslərin
inkişaf axarı və cəmiyyətin mənəvi-psixoloji
hazırlığı dövlət müstəqilliyinin
maksimum az itki ilə qazanılmasına real zəmin yaradır.
Azərbaycan da öz müstəqilliyini əldə etmək
üçün çox sınaqlardan
çıxmışdır. 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cumhuriyyəti cəmi 23 ay yaşasa da, milli dövlətçilik ənənələrimizin bərpası
işində böyük rol oynamışdır.
Hətta 71 illik totalitar rejim də xalqımızın
dirçəlişinin qarşısını ala bilməmişdir.
1990-cı il “Qanlı yanvar” hadisələri belə tariximizə
qızıl hərflərlə yazılmışdır.
“Qanlı yanvar” Azərbaycan xalqı üçün təkcə
böyük faciə deyil, həm də vətənini qorumaq
üçün hər cür qurban verməyə hazır
olan xalqın milli azadlıq hərəkatının yüksək
vüsət almasına səbəb olan şərəfli
tarixi səhifədir.
1991-ci il Sovetlər
İttifaqının dağılması və həmin
ilin 18 oktyabrında “Azərbaycan
dövlət müstəqilliyi haqqında” Konstitusiya
aktının qəbul edilməsi Azərbaycan tarixində yeni
bir müstəqil dövrün başlanmasına səbəb
oldu. Lakin ölkədə baş verən hərc-mərclik,
hakimiyyət uğrunda çəkişmələr bu istiqamətdə
nəinki dönüş yaratmış, əksinə,
sosial-iqtisadi böhranı daha da dərinləşdirmişdir.
Bütün bunlar ölkənin güclü, savadlı liderə
ehtiyac olduğunu göstərirdi. Belə ki, hər bir
xalqın dövlət müstəqilliyinə qovuşması
üçün tarixi şansa, milli iradəyə, fenomenal
liderə malik olması olduqca mühüm şərtlərdəndir.
Dövlətçiliyimizin
müqəddəratının həll edildiyi
o ağır məqamda 1993-cü ilin iyununda məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqı
uçurumdan xilas etdi: hakimiyyət vakuumu aradan götürüldü,
separatçı qüvvələr zərərsizləşdirildi,
dövlət ilə xalqın yekdilliyi təmin edildi.
Heydər Əliyevin Azərbaycana qayıdışı
müstəqilliyimizin bərpasına və ölkənin
sürətlə inkişafına səbəb olmuşdur.
Belə ki, müxtəlif mülkiyyət
formaları əsasında yaradılan iqtisadi
sistem bazar
iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya
təşkil etmişdir.
Ulu
Öndərin rəhbərliyi altında Azərbaycan xalqı
asılılıqdan müstəqilliyə, bir
ideoloji müstəvidən digər ideoloji müstəviyə qədəm qoymuşdur. 1991-ci il 31 dekabrda “Dünya Azərbaycanlilarinin
Həmrəylik Günü” haqqında qərarın
qəbul edilməsi xalqın daha da birləşməsinə
zəmin yaratdı. Bununla da
azərbaycançılıq ideyası gücləndi. 1992-ci il 21 noyabrda Naxçıvan
Muxtar Respublikasında Yeni
Azərbaycan Partiyasının (YAP) yaradılması isə
dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə səbəb
oldu. Partiyanın başlıca məqsədi
ölkənin ərazi bütövlüyü,
sivilizasiyalı demokratik hüquqi
dövlət, əmin-amanlıq və ictimai
həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar uğrunda
mübarizə aparmaqdan ibarətdir.
Ümummilli
Lider Heydər Əliyevin məqsədyönlü
və uğurlu siyasəti nəticəsində
müstəqil Azərbaycan dövlətinin sərhədləri
müəyyən olunmuş, dövlətçilik
atributlarımız qəbul edilmiş, Azərbaycan
dilinin dövlət dili
kimi qəbul edilməsi qərara
alınmışdır.
Azərbaycan
tarixində ilk dəfə olaraq
Şirvanşahlar sarayı, Qız
qalası daxil olmaqla
“İçərişəhər Dövlət Memarlıq Kompleksi” YUNESKO-nun “Dünya mədəni irs
siyahısı”na salınması
müstəqilliyimiz dövründə mədəniyyətimizin
böyük qələbəsi uğuru sayıla bilər. Ulu Öndər
Heydər Əliyevin gənc yazarlarla görüşü, ədəbiyyata olan sevgisi, Dədə Qorqud, Nizami, Füzuli, Vaqif, H.Cavid, S.Vurğun kimi böyük şəxsiyyətlərin
yubileylərinin keçirilməsi, M.İbrahimov,
B.Vahabzadə, Anar, Elçin
və s. yazıçıların zəhmətlərinin
qiymətləndirilməsi həm mədəni, həm də
ictimai-siyasi əhəmiyyətə malik olaraq mədəniyyətimizin
inkişafına təkan vermişdir. Ölkəmiz təkcə mədəniyyət
baxımından deyil, həm də iqtisadi baxımdan da inkişaf etmişdir. Təkcə
1990-1994-cü illərdə ölkə iqtisadiyyatına nəzər
salsaq, Azərbaycan iqtisadiyyatının
20-25% aşağı düşməsinin şahidi
olarıq. Manatın dəyərini günü-gündən
sürətlə aşağı düşməsi, taxıl
qıtlığı, məhsulun bahalaşması əhalinin
vəziyyətini daha da
çətinləşdirmişdir. Belə ki,
kapital qoyuluşunun həcmi
1991-1995-ci illərdə 43% azalmış, inflyasiyanın səviyyəsi
14-18 dəfə artmışdır. Lakin özəl sektorun güclənməsi, sənaye
istehsalı, kənd təsərrüfatının
istehsalının artması, sahibkarlar təbəqəsinin
yaranması, dövlət sektorunda olan sahələrin inkişaf
etdirilməsi, xarici ticarətin
liberallaşdırılması, bazar
iqtisadiyyatının keçid, ölkədə
yeni iş yerlərinin
açılması, işsizliyin aradan qaldırılmasına dair
görülən bir sıra tədbirlər
ölkə iqtisadiyyatının tənəzzülünün
qarşısının alınmasına səbəb olmuşdur. Eyni zamanda, 1996-2001-ci illərdə işləyənlərin
orta aylıq əmək haqqı 4,3 dəfə,
pensiyaçıların orta aylıq məbləği
4 dəfə artmışdır. 2001-ci ilin
10 ayında isə əhalinin pul gəlirləri
10,7% artmışdır. Hal-hazır ki,
dövrdə də əmək haqları və dövlət
büdcəsinin gəlirlərinin artması davam
edir. Bu da, öz növbəsində,
iqtisadiyyatımızın sürətlə
inkişafının göstəricisidir. Bütün iqtisadi
göstəricilərə görə, ümumi
daxili məhsulun artımı -
inflyasiyanın səviyyəsi, əhalinin pul
gəlirləri, adambaşına düşən xarici sərmayənin həcmi - ölkəmiz
MDB məkanında liderlər sırasındadır və bu ənənə bu gün də davam etməkdədir.
Bununla
yanaşı, Ümummilli Lider
Heydər Əliyev tərəfindən əsası qoyulmuş layihələr, o
cümlədən, energetika, nəqliyyat, kommunikasiya sektorlarındakı layihələr,
xüsusən, 1994-cü ildə dünyanın 12 inkişaf etmiş dövlətlərindən
ibarət neft kontraktı olan
“Əsrin müqaviləsi” kimi dünya əhəmiyyətli sazişlərin
imzalanması və digər siyasi, iqtisadi nailiyyətlər Azərbaycana böyük sərmayələr gətirmiş
və gətirməkdədir. Eyni zamanda, ölkəmizin ən nüfüzlu beynəlxalq təşkilatlara üzv qəbul olunması, ABŞ kimi nüfuzlu bir dövlətlə strateji
əməkdaşlıq səviyyəsində iş
birliyinin qurulması, Bakı-Tbilisi-Ceyhan Əsas
İxrac Neft Kəmərinin
tikintisi, “Azəri-Çıraq-Günəşli”
kimi nəhəng layihələrin həyata
keçirilməsi Azərbaycanın dünya
ölkələrinə inteqrasiyasını daha
da gücləndirmiş, ölkənin
aparıcı qüvvəyə çevrilməsinə və
müstəqil dövlət kimi möhkəmlənməsinə
səbəb olmuşdur.
Sovet hakimiyyəti
illəri ilə bu günümüzün
müqayisəsinə baxsaq, görərik
ki, sovet hakimiyyəti
illəri dövründə kommunist
ideologiyası milli-mənəvi dəyərləri
sıxışdırıb çıxartmaq istəyirdi. Hesab edilirdi ki, kommunist ideologiyası var, ümumi mənəvi
dəyərlər var və Sovetlər
Birliyində yaşayan hər bir xalq kommunist ideologiyasına əsaslanan ümumi mənəvi dəyərlərlə
yaşamalıdır. Milli-mənəvi dəyərlərimiz
dedikdə həm dilimiz, dinimiz,
adət ənənələrimiz, həm də milli-mənəvi
mentalitetimiz nəzərdə tutlur. Lakin xalqın dərin
kökə malik olması, həm də Ulu Öndər Heydər Əliyevin öz millətinə olan
məhəbbəti milli mənəvi dəyərlərimizin
yaşamasına, dirçəlməsinə zəmin
yaratmışdır. Lakin ölkəmizin
uğurları bununla bitmir.
Müstəqil Azərbaycan Heydər Əliyevin hakimiyyəti
illərində olduğu kimi
onun layiqli
davamçısı İlham Əliyevin
zamanında da sürətlə inkişaf etmiş və
etməkdədir. Bu inkişaf
özünü bütün
sahələrdə göstərir. Hal-hazırda idman sahəsində çox
böyük uğurlar,
müvəffəqiyyətlər əldə etmişik.
Yeni olimpiya komplekslərinin
açılışı idmanımızın daha da inkişafına səbəb
olmuşdur. Bütün
bunların həyata keçməsində Prezident
İlham Əliyev cənablarının rolu qiymətsizdir. Elmdə, təhsildə, təbabətdə
də eyni uğurlar mənimsənilmişdir.
Təbabətdə dünya
standartlarına cavab verən yeni cihazların istifadəyə verilməsi,
ayrı-ayrı xəstəxana və poliklinikaların
açılışı tibbin, müasir tipli yeni təhsil ocaqlarının istifadəyə
verilməsi, təhsildə yeni informasiya texnologiyalarının tətbiq edilməsi,
məktəblərdə əsaslı təmir-tikinti elmin, təhsilin inkişafına xidmət
etmişdir. Təhsilə ayrılan xərclərin
ildən-ilə artması, 2006-cı ilin
dövlət büdcəsində böyük
vəsaitin məhz təhsil sahəsi üçün
ayrılması da təsadüfi deyildir. Yeni məktəblərin
tikintisi prosesi həm
də Heydər Əliyev Fondunun təşəbbüsü
və maliyyə imkanları hesabına həyata keçirilir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın şəxsi təşəbbüsü
ilə həyata keçirilən “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
təkcə 2005-ci ildə 132 məktəb inşa
edilmişdir. Ölkəmizin birinci xanımı Mehriban
xanım Əliyevanın
başçılığı ilə “Muğam
Mərkəzi”-nin yaradılması isə muğamın yenidən
dirçəlməsinə və Azərbaycan mədəniyyətinin
yüksəlməsinə səbəb oldu.
Məlum məsələdir ki, ölkəni gənclərsiz təsəvvür
etmək olmaz. Çünki
bugünün gəncləri sabah dövlətin ayrı-ayrı
strukturlarını idarə edən rəhbərlərdir. Gənc
nəsilə diqqət və qayğının inkişafı
hələ 1993-cü il Ulu
Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə başlamışdır. Bu məqsədlə 1997-ci il
2 fevral gənclərə xüsusi
qayğı olaraq Sərəncam
imzalandı. Bu sərəncama əsasən
hər il 2 fevral “Gənclər
Günü” kimi qeyd olunur. Heydər
Əliyev XXI əsri Azərbaycan gəncliyi əsri
adlandırıb və bütün Azərbaycan
gənclərini Azərbaycanın işıqlı gələcəyi
adlandıraraq ölkəmizin həyatında gedən bütün prosesləri dəridən öyrənməyi
və bu proseslərdə gənclərin
fəal iştirak etmələrini
söyləmişdir. Bu da
həqiqətdir ki, Azərbaycan gənclərinə
yalnız Heydər Əliyev dövründə söz
azadlığı, vicdan
azadlığı, hüquq
azadlığı verildi. Hələ
1994-cü il iyul
ayının 26-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə
Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan
Gənclərinin Birinci Forumunun
keçirilməsi, 29 iyul 1999-cu il tarixli “Dövlət Gənclər
siyasəti” haqqında Fərmanın qəbul
edilməsi, Yeni Azərbaycan Partiyası
(YAP) Gənclər Birliyinin
yaradılması, gənclər üçün
yeni idman komplekslərinin
açılması və ölkə Prezidenti
cənab İlham Əliyevin Fərmanı
ilə 2011-2015-ci il “Gənclər Dövlət
Proqramı”nın hazırlanması, ölkəmizin 2011-ci il “Eurovision” Mahnı
Müsabiqəsində birinci yerə
layiq
görülməsi, gənclərin xaricdə təhsil
almaları üçün hər cür şəraitin yaradılması həm
gənclərə göstərilən diqqət və
qayğı, həm də ölkəmizin bu
baxımdan da sürətlə
inkişafı kimi qiymətləndirilə
bilər.
Beləliklə, 20 illik tariximizin qısa təhlilinə
nəzər salanda, müstəqil Azərbaycanın
necə böyük inkişaf
yolu keçdiyini şahidi oluruq:
- Azərbaycan dünya
dövlətləri birliyinin tam hüquqlu subyekti kimi qəbul edilmişdir.
- Ermənistan istisna
olmaqla, dünyanın bütün
dövlətləri Azərbaycanın ərazi bütövlüyünü
müdafiə edir.
- Azərbaycan heç
bir siyasi ittifaqa qoşulmayan, ərazisində
xarici ölkələrin ordusu
olmayan tam müstəqil
dövlətdir. Bu göstərici dünya sivilizasiyası üçün
ən başlıca meyardır.
Hazırda regionda
və dünyada baş
verən əsas iqtisadi, siyasi,
mədəni hadisə və proseslərdə Azərbaycan
dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur.
Respublikamızın daxilində gedən demokratik proseslər və iqtisadi
dəyişikliklərlə yanaşı, uğurlu
xarici siyasət bu gün dünyanın ən qüdrətli
dövlətlərinin, nüfuzlu təşkilat
və qurumlarının diqqətini Azərbaycana yönəltmiş,
beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı
faydalı əməkdaşlığın yaranmasına və
inkişafına əlverişli zəmin yaratmışdır.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin və onun layiqli
davamçısı İlham Əliyevin çox tərəfli gərgin fəaliyyətinin
nəticəsidir. Bu gün fəxrlə deyə
bilərəm ki, respublikamız planetin siyasi xəritəsində
özünə layiqli yer
tutmuş, regionun və
beynəlxalq aləmin qlobal problemlərinin
həllində təsirli və əhəmiyyətli mövqe qazanmış və qazanmaqdadır. Sonda fikirlərimi Ulu
Öndər Heydər Əliyevin gözəl kəlamı ilə yekunlaşdırmaq istəyirəm:
“Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki,
mən azərbaycanlıyam”!
Müstəqilliyinin “20 illiyi” mübarək, Azərbaycan!!!
Yusibova
Ziyadə Cahid qızı
Səs.- 2011.- 29 sentyabr.- S. 5.