Hüquqi
dövlətdə siyasi hüquqların
mahiyyəti
Hüquqi, dünyəvi, demokratik
dövlətin əsas funksiyalarından biri
vətəndaşların hüquq və
azadlıqlarını qorumaqdır. Bunun üçün dövlətin xüsusi təsisatlar, mexanizmlər sistemi mövcuddur. Avropa ölkələrində insanın subyektiv hüququnu qoruyan təsisatlar konstitusiya
məhkəmələri, konstitusiya
şuraları, ali məhkəmələr,
inzibati məhkəmələr, parlamentlər,
Azərbaycan Respublikasında isə Konstitusiya
Məhkəməsidir.
Qeyd edək ki, hüquqi dövlətdə
qanunvericiliklə insan hüquqları
arasında bağlılıq prinsipi hökm sürür. Hüquqi dövlət insan
hüquqlarının qorunduğu, vətəndaşların
dövlətə hörməti və etibarı, konsensusun, stabilliyin,
tolerantlığın, dialoqun hökm sürdüyü
şəraitdə mövcud ola bilər və uğurla
inkişaf edə bilər.
Siyasi hüquq və azadlıqlar vətəndaşın
əsas konstitusiya hüquq
və azadlıqları hesab olunur. Siyasi hüquq və azadlıqlara konstitusiyanın
(49, 50, 52, 54 - 58-ci maddələrdə) təsbit olunmuşdur. Bu baxımdan
da hüquq və
azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir.
Hakimiyyət üzərində nəzarət vasitəsidir, demokratik rejimin və hüquqi dövlətin əsas əlamətidir.
Hüquqi
dövlətin əsas əlamətlərindən biri kimi siyasi
hüquq və azadlıqlar: dövlətin
və onun orqanlarının fəaliyyəti
və təşkilində demokratiyanın bilavasitə və
müxtəlif nümayəndəli formalarında iştirak etmək səlahiyyətidir. Buraya seçki və
müraciət etmək hüququ daxildir; Vətəndaş cəmiyyətinin həyatında
(söz və mətbuat
azadlığı, yığıncaq və nümayiş
azadlığı, birləşmək hüququ)
fəal iştirak etmək səlahiyyətidir.
Siyasi hüquq və azadlıqlar vətəndaşın
siyasi proseslərdə fəal
iştirakını təmin edir, vətəndaş,
cəmiyyəti və hüquqi dövlət
arasındakı əlaqələrin möhkəmləndirilməsi
üçün şərait yaradır.
Siyasi hüquq və azadlıqlar içərisində
vətəndaşların cəmiyyətin və dövlətin
siyasi həyatında və idarə
olunmasında iştirak etmək hüququ əsas yer tutur. Dövlətin idarə olunmasında vətəndaşın
iştirakı seçkilər, referendumlar,
habelə, qanunverici, icra
və məhkəmə hakimiyyətində iştirak
etmək vasitəsilə həyata keçirilir.
Dövlətin idarə olunmasında
iştirak etmək hüququ
dövlət və onun vətəndaşı
arasında qarşılıqlı münasibətlərin əsas
prinsiplərdən biridir. Konstitusiyanın
54-cü maddəsində vətəndaşların cəmiyyətin
və dövlətin siyasi həyatında
maneəsiz iştirak etmək hüququ təsbit olunmuş,
onların dövlətə qarşı qiyama
və ya dövlət çevrilişinə
müstəqil müqavimət göstərmək hüququ da müəyyən
edilmişdir. 55-ci maddədə vətəndaşların
dövlətin idarə olunmasında bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak etmək, dövlət orqanlarında
qulluq etmək hüququ
da öz əksini
tapmışdır. Bunun üçün
müvafiq qanunlar da qəbul edilmişdir.
Seçki hüququ xalqın iradəsini azad
ifadə edən demokratik təsisatlardan biridir. Seçki sistemi konstitusiya hüquqi normaları ilə tənzimlənir. Seçki hüququ
dövlət hakimiyyəti, yerli
özününidarəetmə, bütövlükdə, hüquqi sistemin səmərəliliyini
yüksəldən əsas amildir. Seçki hüququ xalq suverenliyinin ifadəsi
və xalq hakimiyyətini həyata
keçirmək formasıdır. Belə ki, seçki hüququnun əsas ünsürləri
bunlardır: 1) Seçmək hüququ-fəal seçki
hüququ. 2) Dövlət hakimiyyət və
orqanlarına və yerli
özünüidarə orqanlarına seçilmək hüququ - passiv seçki hüququ. 3)
Seçicilərin etimadını qazanmamış seçilmiş şəxsləri geri çağırmaq. Konstitusiyanın
56-cı maddəsində vətəndaşların dövlət
orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək
hüququ təsbit edilmişdir.
Demokratik seçki xalqın dövlət idarəçiliyi
prosesində daha məqsədyönlü
iştirakına və bütün
bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin,
dövlətin sivil inkişafına geniş imkanlar açır.
Demokratik seçkinin ən
əsas şərti hesabat vermək məsuliyyətindən
əlavə həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Demokratik cəmiyyətlərdə
seçicilərin azad seçim
hüququna kənar müdaxilələrin
minimuma endirilməsi üçün
onların gizli səs vermək hüquqları
təmin olunmuşdur.
ABŞ-da demokratiya - hüquqi
dövlət-idarəetmə sistemi əhalinin
geniş təbəqələrinin
maraqlarını ifadə edir və qoruyur. Hüquqi dövlətdə
xalqın seçdiyi nümayəndələr
ona hesabat verirlər.
ABŞ tədqiqatçısı M.Parenti
hesabat verməyin mahiyyətini belə
açır: “Hesabat vermək nümayəndələrin
açıq tənqidi, onların seçki
yolu ilə mərhələli
yoxlanılması kimi başa
düşülür və zərurət
yarandıqda, vəzifələrindən geri
çağırılırlar”. O, demokratiyanı “zülmkar mütləqiyyətə zidd idarə üsulu hesab edir və göstərir
ki, demokratik sistemdə
konstitusiya və qanunlar,
bir növ,
qaydaların külliyyatını ifadə edir.
Söz
azadlığı və məlumat almaq hüququ cəmiyyətdə plüralizmin,
müxtəlif siyasi, iqtisadi,
mənəvi ideya və dəyərlərin
həyata keçməsini təmin edən demokratik
prinsiplərdəndir.
Söz
azadlığı vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsasını təşkil
edir. Bu azadlıq demokratik, tolerant cəmiyyətin
mövcudluğu formasıdır. Hüquqi dövlətdə heç
bir vətəndaş söz
azadlığına görə təqib oluna
bilməz. Məlumat azadlığı söz
azadlığından ayrılmazdır. Konstitusiyanın
50-ci maddəsində hər kəsin istədiyi məlumatı
hər kəsin istədiyi məlumatı qanuni
yolla axtarmaq, əldə
etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığına, kütləvi informasiyanın
azadlığına təminat verildiyi,
KİV-də, mətbuatda dövlət senzurasının qadağan olunduğu
təsbit olunmuşdur.
Söz, mətbuat, informasiya azadlığı müəyyən qaydalar daxilində məhdudlaşdırıla
bilər. Söz azadlığının
məhdudlaşdırılması iki əhəmiyyət
kəsb edir.
Birincisi, o qadağanedici normaların (etika, hüquq) xarakterinə əsaslanır. İkincisi, o, normaların
təsir yönümünə (din,
hakimiyyət, şəxsiyyət) aiddir.
Müasir konstitusiyalarda vətəndaşların siyasi fəallığının
formalarından biri kimi
sərbəst toplaşmaq hüququ
təsbit olunmuşdur. Konstitusiyanın
49-cu maddəsində “hər kəsin başqaları ilə
birlikdə sərbəst yığışmaq,
yığıncaqlar, mitinqlər, nümayişlər,
küçə yürüşləri keçirmək,
piketlər düzəltmək hüququna
təminat” verilmişdir. Bu
demokratik təsisatlar ictimai
və hüquqi dövlət həyatının
problemlərinə dair kütləvi və
fərdi münasibətin açıq formasını ifadə
edir. Sərbəst toplaşmaq
hüququ vətəndaş cəmiyyətinin
dövlət hakimiyyət orqanlarının fəaliyyətinə
nəzarət vasitəsi, müasir demokratik dövlət atributludur.
İctimai təşkilatlarda
və birliklərdə birləşmək hüququ
vətəndaşın siyasi fəallığını
artırır, cəmiyyətin ictimai-siyasi
həyatında iştirakını təmin edir.
İctimai birliklərin və təşkilatların
aşağıdakı formaları mövcuddur:
ictimai hərəkatlar, ictimai
fondlar, siyasi partiyalar, həmkarlar ittifaqları,
sahibkarlıq və xeyriyyə cəmiyyətləri və s. Gizlin hərbiləşdirilmiş
təşkilatların, konstitusiya quruluşunu zorla devirmək
məqsədi güdən partiyaların yaradılması və
fəaliyyəti qanunla qadağan
edilib. Konstitusiyanın 58-ci maddəsində
hər kəsin birləşmək, ictimai
birlik və təşkilat yaratmaq
hüququna təminat verilmişdir.
Müraciət etmək hüququ vətəndaşın dövlət
və ictimai xarakterli
məsələlərin həllində şəxsi təşəbbüskarlığının
inkişafını həyata keçirir.
AR Konstitusiyasının 57-ci malləsində AR
vətəndaşlarının dövlət orqanlarına
şəxsən müraciət etmək, fərdi və kollektiv yazılı müraciətlər
göndərmək, dövlət orqanlarının, vəzifəli
şəxslərin və s. fəaliyyətini
tənqid etmək hüququ təsbit
olunmuş, tənqidə görə (təhqir,
böhtan istisna olmaqla) təqib etmək qəti qadağan edilmişdir.
Bir sözlə,
Əsas Qanunda təsbit olunmuş
insan hüquqları idarəçiliyin əsası
və dövlətçiliyin idealıdır. Azərbaycanın
hüquqi- demokratik
dövləti insan ləyaqətini,
onların azadlıq və bərabərliyini, şəxsiyyətin
özünəməxsusluğunu iradə
azadlığını qoruyur.
Azərbaycan
Respublikasında insan hüquq
və əsas azadlıqlarının həyata keçirilməsinin
təmin olunması, ölkədə məhkəmə
islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi
ilə bağlı yeni müddəaların Azərbaycan
Konstitusiyasında təsbit edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixində referendum keçirilməsi də dövrün zəruri tələbləri ilə
şərtlənmişdir. Referendumun nəticəsi kimi insan hüquq və
azadlıqlarının daha səmərəli
həyata keçirilməsinə, İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman)
İnstitutunun təşkili və fəaliyyəti
ilə bağlı bir sıra mühüm müddəalar konstitusiyada
əksini tapmışdır. Həmçinin, ilk dəfə olaraq, hər
kəsin pozulmuş insan
hüquq və azadlıqlarının bərpası
məqsədilə Konstitusiya Məhkəməsinə
birbaşa müraciət hüqüqu
tanınmışdır.
Konstitusiyada,
ilk dəfə olaraq,
hər kəsin onun hüquq
və azadlıqlarını pozan qanunvericilik və icra
hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə
aktlarından qanunla müəyyən edilmiş qaydada 130-cu maddənin
III hissəsinin 1-7-ci bəndlərində göstərilən
məsələlərin
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən həll edilməsi və
pozulmuş insan hüquq və azadlıqlarının bərpa
edilməsi məqsədilə şikayət vermək hüququ təsbit olunmuşdur.
Beləliklə,
Azərbaycan Konstitusiyası hüquqi
dövlətin əsas prinsipləri olan qanunun aliliyinin, ümumi bərabərliyin hüquq
və azadlıqların, hakimiyyətin bölgüsü
və hakimiyyət üzərində nəzarətin, prezidentlik təsisatının
reallaşmasının əsas təminatçısıdır.
Müstəqil Azərbaycan
Respublikasının 1995-ci ildə qəbul olunmuş
Konstitusiyası ölkənin demokratik və
sivil yolla
inkişafının ən başlıca təminatıdır.
Azərbaycan Prezidenti İlham
Əliyev də fəaliyyətində daim
Əsas Qanuna
istinad edərək respublikada
ümumbəşəri demokratik dəyrələrin,
hüquqi dövlət quruculuğunda
qanunun aliliyinin tam təminatına çalışır. Son illərdə başlanmış məhkəmə-hüquq
islahatlarının yeni mərhələsi
ədalət mühakiməsinin səmərəli təşkilinə,
insan və vətəndaş hüquq və azadlıqlarının
etibarlı təminatına yönəlmişdir. Həyata
keçirilən bu islahatlar
respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha
da möhkəmlənməsinə, konstitusion normaların tam
bərqərar olmasına xidmət edir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.-
30 sentyabr.- S. 10.