Müstəqil Azərbaycan uğrunda

 

Azərbaycan tarixən böyük zülmlər içərisində çapalayan bir məmləkət olub. Bu məmləkətin başında çox hakimlər durub, çox rəhbərlər ömür-gün sürüb. Amma bir cəhətdən bu məkan heç vaxt ümidsiz qalmayıb, dövlət kimi əvvəl də, indiinkişaf edə bilib, öz nəğməsini əbədiyaşarlığa qədər ucaldıb. Bu gün Azərbaycan əbədiyyət qalibidir. Bunun obyektivlik baxımından təqdirəlayiq olması realdüzgün məntiqin nəticəsidir. Bu reallığa ən doğru qiyməti zaman verir. “Zaman ən doğru hakimdir” deyənlər heç də yanılmayıblar. Çünki doğrudan da, hər şeyə ən obyektiv qiyməti vermişdir.

1988-1990-cı illərdə Azərbaycanda baş verən situasiyalar, siyasi hadisələr məmləkətimizdə sanki bir uçurum əmələ gətirmişdi və bu, hamıya ovuc içi kimi aydın idi. Həmin illərdə Azərbaycan böyük və həlli olmayan problemlərlə üzləşmişdi. Bir tərəfdən Ermənistandan zorla çıxarılan on minlərlə azərbaycanlı soydaşımızın acı taleyi, acınacaqlı həyat tərzi, digər tərəfdən Bakıda, Sumqayıtda və digər bölgələrdə baş verən məlum hadisələr Azərbaycan üçün təhlükə yaradan stimul rolunu oynayırdı. Hərc-mərcliyin sanki ilkin görüntüləri ölkədə baş qaldırırdı.

1990-1992-ci illərin qeyri-prosessual ab-havası ölkədə bir gərginlik yaratmış, əhali sabaha olan inamını itirmişdi. Bu da onunla xarakterizə olunurdu ki, öz siyasi sabitliyi uğrunda mübarizə aparmaq iqtidarında olan xalq artıq dəniz kimi yırğalanmağa, dalğa kimi şahə qalxmağa hazır idi.

1993-cü ilin əvvəli və sonunda Azərbaycan xalqının bəxtinə sanki günəş doğdu. Heydər Əliyev cənabları xalqın təkidli tələbi ilə Azərbaycana dəvət edildi. İkinci dəfə Azərbaycana rəhbərlik etdi və hər sahədə əsaslı inkişaf da məhz elə bu illərdən başladı və sürət götürdü.

İlk əvvəl, Azərbaycan öz müstəqilliyini və azadlığını möhkəmlətmək üçün təkanverici addımlar atdı, ölkədə sabitlik yarandı, hərc-mərcliyə, kütləvi məhrumiyyətə, əhali arasında yaranan güclü xaosa birdəfəlik son qoyuldu.

Daha sonra, ölkə iqtisadiyyatı inkişaf yoluna çıxdı. Möhtərəm Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlməsi iqtisadi potensialın artması və genişlənməsi üçün əsaslı dönüş yaratdı. Aparılan uğurlu islahatlar öz ilkin bəhrələrini verdi. Ölkə iqtisadiyyatının iqtisadi göstəriciləri qənaətbəxş təsir bağışladı və bu digər mühüm işlərin inkişafı üçün yol açdı.

Bugünkü inkişaf yolu, bax, elə həmin illərdən gəlir. Bu, böyük bir ardıcıllıqdır. Ötən 10 ili təhlil etsək, görərik ki, nə qədər qaranlıq məsələ öz müsbət həllini tapıb. Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib.

Azərbaycan neft strategiyasının mühüm əhəmiyyət kəsb etməsi ölkə iqtisadiyyatının inkişaf göstəricilərinin yüksəlməsi üçün vasitə idi. Bu səbəbdən Heydər Əliyev cənabları neftin strateji sahə olduğunu nəzərə alıb onu dünya bazarına çıxartdı. Vaxt ötdükcə, bu, öz müsbət həllini tapdı, göstəricilərin yüksəlməsi istiqamətində neft başlıca rol oynadı.

Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. 

Heydər Əliyev Azərbaycanın gələcəyini düşünən insan kimi tarixi xidmətlər göstərmişdir.O, gənc nəslin təlim-tərbiyəsinə, onun layiqli vətəndaş kimi yetişməsinə hər vasitəsi ilə çalışmışdır. Minlərlə azərbaycanlının müxtəlif ölkələrdə ali təhsil almasında, mətinlik, vətənpərvərlik məktəbi keçməsində onun rolu əvəzsiz olmuşdur. Həmin məktəbi keçən minlərlə gənc arasında püxtələşmiş siyasətçi kimi yetişən, xalqın səsini Strasburqda ucaldan, dünya arenasında öz sözünü deyən Azərbaycan idmançılarının uğurlar qazanmasına nail olan İlham Əliyevin bu gün dövlətçiliyimizin qorunmasında, müstəqilliyimizin daha da möhkəmləndirilməsində xüsusi yeri vardır.

Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir.

Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionunbizi əhatə edən xarici aləmin əsas stratejiqlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bizi tanıyırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar.

Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxilixarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyintiyüngül sənayesi modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək maaşlı yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neftiqtisadi inkişaf strategiyasının nəticəsidir.

Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə hərbi xidmətə gedirlər. İndi ölkəmiz müharibə şəraitindədir, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ağır vəziyyətə düşübdür. Respublikamızın ərazisinin bir qismi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, ağır şəraitdə yaşayır. Bu müharibədə biz şəhidlər vermişik. Şəhidlərimizin arasında uşaqlar və körpə balalarımız da var. Bunların hamısı həyatımızın faciəsidir, erməni işğalçılarının, düşmənlərin Azərbaycan xalqına qarşı amansız və çox yırtıcı hərəkətlərinin nəticəsidir. Odur ki, bu illərdə bizim uşaqlarımız da, körpələrimiz də həlak olubdur. Qaçqın ailələrinin, o cümlədən, uşaqların həyatı ağır və çətindir. Bütün bunlar, hamısı  Azərbaycanın son illərdəki həyatının  reallığıdır, gerçəkliyidir. Ancaq belə bir şəraitdə də  bizim uşaqlar böyük nikbinliklə yaşayırlar, təhsil alırlar, gələcəyə ümidlə baxırlar.

Biz xoşbəxtik, ona görə ki, Azərbaycan xalqının əsrlər boyu böyük insanları, istedadlı adamları olubdur.Bu gün bu insanlar istedadlı adamlar Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparanlardır, respublikamızın müstəqilliyini təmin edən adamlardır. Azərbaycanın böyük tarixi keçmişi olduğu kimi, böyük də gələcəyi vardır. Azərbaycanın keçmişində və son illərində nə qədər əzab-əziyyətli mərhələlər, dövrlər olubsa, gələcəyində də o qədər xoşbəxt günlər olacaqdır.

Xüsusilə qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini gələcəkdə də idarə edə bilən, onun müstəqilliyini qoruyub saxlamaya qadir olan, güclü dövlətçilik, idarəçilik qabiliyyətinə malik olan, Azərbaycanın gələcəyi üçün məqsədyönlü işlər görə bilən yeni nəsil formalaşdırıb. Həmin gənc nəsil Heydər Əliyev məktəbinin - siyasi akademiyasının məzunları, tələbələri və dinləyiciləridir. Bu idarəçilik məktəbinin ən layiqli yetişdirməsi, hamımıza bəlli olduğu kimi, məhz İlham Əliyev oldu. O, Azərbaycanımızın üçrəngli bayrağının Yer kürəsinin bir çox ölkələrində, beynəlxalq aləmdə dalğalanmasına, dövlət himnimizin dünya xalqları tərəfindən ayaq üstə dinlənilməsinə müvəffəq oldu. Bu, ona da, xalqımıza da şərəf gətirdi.

Bu gün müstəqil respublikamızın dünya miqyasında bir daha tanınması İlham Əliyev cənablarının beynəlxalq aləmdəki təntənəsinin təzahürüdür.

Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, dünya birliyində öz yerini tutacaqdır. Müstəqil Azərbaycan gələcəyə ümidlə gedəcəkdir.

      

 

Ağazadə Zəhra Xanbaba qızı

 

Səs.- 2011.- 30 sentyabr.- S. 5.