2010-cu il milli kinematoqrafiyamız üçün də yeniliklərlə yadda qaldı
Bütün sahələrdə
olduğu kimi, ötən il milli kinematoqrafiyamız üçün də bir çox yeniliklərlə yadda qalmışdır. İl
ərzində bir çox filmlər ekranlaşdırılaraq geniş
tamaşaçı kütləsinə
təqdim edilmişdir.
Bu ekran əsərlərinin əksəriyyəti
beynəlxalq müsabiqələrdə
ölkəmizi layiqincə
təmsil etmişdir.
2010-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Buta”, “Tərsinə çevrilmiş
dünya”, “Əlavə
təsir” (“Bəşəriyyətin
xilası”) filmlərinin
çəkilişləri tamamlanmışdır.
“Qisas almadan ölmə”, “Ondan yaxşı qardaş yox idi”, “Canlı”
bədii filmləri üzərində isə işlər davam etdirilir.
Ötən il, həmçinin, müstəqil
kino şirkətləri
üçün də
uğurlu olmuşdur. İl ərzində bu şirkətlərdə
bir-birindən maraqlı
bir çox filmlər çəkilmişdir.
Belə ekran əsərlərindən “Sahə”,
“Ölüm növbəsi”,
“Kuklalar”, “Aktrisa”, “Kabusun gözü ilə” filmlərini göstərmək olar.
Yenicə başa çatmış ildə
“Salnamə” və “Yaddaş” sənədli filmlər studiyasında da bir çox
tarixi-sənədli filmlər
lentə alınmışdır.
Qala kəndinin tarixindən bəhs edən “İz...Qala”, Azərbaycanın milli qəhrəmanlarına
həsr olunmuş dörd sənədli film, İkinci Dünya müharibəsinin
qəhrəmanı Hüseynbala
Əliyevə həsr
olunmuş “Qafqaz qartalının uçuşu”
sənədli filmləri
dediklərimizə əyani
sübutdur. Hazırda
bu studiyalarda vətənpərvərlik mövzusunda
ssenari müsabiqəsinin
qalibi “Mən evimə qayıdıram” bədii filmi və “Onun ürəyi”
qısametrajlı musiqili
nağıl-filmi üzərində
işlər davam etdirilir. Bundan əlavə, “Yaddaş” sənədli filmlər studiyası tərəfindən
“Tahir Salahov”, “Elmira Şahtaxtinskaya” və “Neft Akademiyası”,
“Qarabağa gedən yollar” və “Cənnət Səlimova” filmləri çəkilmişdir.
“Buta-film” prodüser mərkəzində “Bakılı
neft kralı” sənədli, “Debüt” studiyasında “Usta Yusifin kamançası” qısametrajlı bədii
filmlərinin çəkilişləri
başa çatmışdır.
Eyni zamanda, “Azanfilm” studiyasında “Tırtıl” və “İt sərgisi” cizgi filmləri təhvil verilmişdir. “Mozalan” studiyasının iki yeni buraxılışı
tamaşaçıların ixtiyarına verilmişdir.
İl ərzində gənc kinematoqrafçılarımızın
çəkdikləri qısametrajlı
bədii filmlər İsveçrə, Birləşmiş
Ərəb Əmirliyi,
Rusiya, Ukrayna, Gürcüstan, Çexiya,
Almaniya, Polşa, Rumıniya və İranda keçirilən
beynəlxalq kinofestivallarda
nümayiş etdirilmişdir.
Kanada, Yaponiya və Fransada “Qala”, Rusiya və
Macarıstanda “Cavad xan”, Fransada “Kabusun gözü ilə” bədii filmlərinin, Sloveniyada “Onun adı Mixaylo
idi”, Almaniyada “Ümid yeri”, Sankt-Peterburqda “Qafqaz qartalının uçuşu”
sənədli filmlərinin
nümayişi olmuşdur.
Ötən ilin noyabrında keçirilmiş
və 15 ölkənin
təmsil olunduğu
“START” Beynəlxalq Tələbə
Filmləri Festivalı
da ilin yaddaqalan
hadisələrindəndir.
Bütün bunlar bir daha
göstərir ki, Azərbaycan kinolarının
əhatə dairəsi
getdikcə genişlənir.
Ötən ildə olduğu kimi, 2011-ci ildə də istər Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə, istərsə də özəl kino şirkətləri tərəfindən bir çox mühüm layihələrin həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
Artıq “Salnamə” kinostudiyasında “Belqraddan
məktublar” qısametrajlı
filminin çəkilişlərinə
başlanılmışdır. Kinostudiyadan bildirmişlər
ki, yeni ekran əsəri Böyük Vətən müharibəsi illərində
azərbaycanlılardan ibarət
223-cü milli diviziyaya
həsr olunmuşdur. Filmdə
223-cü diviziyanın keçdiyi
döyüş yolu, xüsusən də,
1944-cü ildə Buxarest
və Belqradın faşist işğalından
azad edilməsində göstərdiyi qəhrəmanlıq
əksini tapacaqdır.
Çəkilişlər Azərbaycanla
yanaşı, Rumıniya
və Serbiyada da aparılacaqdır.
Ekran əsərində
diviziyanın qəhrəmanlığının
şahidlərinin xatirələri,
hərbi tarixçilərlə
görüşlər, müsahibələr
yer alacaqdır. Bu məqsədlə filmin yaradıcı heyəti artıq həmin ölkələrə
yola düşmüşdür.
“Belqraddan məktublar” filmində, həmçinin,
müharibə illərində
diviziyanın tərkibində
faşistlərə qarşı
mərdliklə vuruşmuş
azərbaycanlılardan biri
- Sabirabad rayonunun sakini Zülfəli Əliyevin xatirələri
də veriləcəkdir.
Filmdə arxiv materiallarından da istifadə olunacaqdır. Bu məqsədlə
Rusiya Dövlət
Kino və Foto Arxivindən lazımi materiallar artıq Bakıya gətirilmişdir.
“Belqraddan məktublar” filminin ssenari müəllifi Toğrul Vəli və Tahir Əliyev, prodüseri Böyükağa
Məmmədov, operatoru
Elxan Rüstəmovdur.
Filmin təqdimatının
9 May - Qələbə
Günündə keçirilməsi
nəzərdə tutulmuşdur.
Səs.- 2011.- 8 yanvar.- S. 12.