Ağabəy Əsgərov: “Fəxr
edirəm ki, “SƏS” qəzetinə 13 il mən rəhbərlik
etmişəm, bu mənim üçün böyük şərəfdir,
həyatımın ən unudulmaz illəridir”
- Sizə çox yaxşı məlumdur
ki, gələn ilin yanvarında "Səs" qəzetinin 20
illik yübileyi qeyd olunacaq. Siz bu qəzetin ilk baş redaktoru
olmusunuz. Qəzet yarananda çox böyük təzyiqlərlə
üzləşirdi. Siz bunları daha yaxşı bilirsiniz.
Ümumiyyətlə, həmin dövrdə ictimai-siyasi proseslər
necə cərəyan edirdi və "Səs" qəzeti
hansı tarixi zərurətdən yaranmışdı?
- 1990-cı ilin payız aylarında Azərbaycanda "Əlincə" Xeyriyyə Cəmiyyəti yaradıldı. "Əlincə" Cəmiyyətinin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Naxçıvana və sərhədyanı rayonlara yardım olunsun. Həmin dövrdə Azərbaycanda vəziyyət çox ağır idi. Erməni azğınları öz hərəkətlərini davam etdirirdilər və Moskvapərəst qüvvələrin, xüsusən, Qorbaçovun dəstəyi ilə Azərbaycana çox zəif rəhbərlər rəhbərlik edirdilər. Ayaz Mütəllibov kimi çox cılız bir adam Azərbaycana rəhbərlik edirdi. Bu ağır vəziyyətdə Azərbaycanda "Əlincə" Xeyriyyə Cəmiyyəti və onun orqanı olan "Səs" qəzeti yaradılmışdı. "Səs" qəzeti, demək olar ki, Azərbaycan xalqının ruporlarından birinə çevrilmişdi. Onu da qeyd edim ki, "Səs" qəzeti ikinci, ya da üçüncü nömrədən sonra şəxsən Ayaz Mütəllibovun göstərişi ilə dayandırılmışdı. Çünki qəzetdə hakimiyyətə və Ayaz Mütəllibova qarşı kəskin yazılar gedirdi. "Səs" qəzeti yarandığı gündən Ulu Öndər Heydər Əliyevin fəaliyyətini, ideyalarını işıqlandırmışdır. Naxçıvan o vaxt bütün cəhətdən, nəinki ermənilər, Azərbaycan rəhbərliyi tərəfindən də blokadaya alınmışdı. Bunu da ona görə edirdilər ki, Ulu Öndər Heydər Əliyev orada fəaliyyət göstərirdi. O vaxtkı hakimiyyət Ulu Öndər Heydər Əliyevdən çox çəkinirdi və qorxurdu. Ulu Öndər Heydər Əliyev Naxçıvanda təcrid olunmuş vəziyyətdə idi. Onun fəaliyyətini işıqlandırmaq lazım idi. Bu məsuliyyəti də "Səs" qəzeti öz üzərinə götürmüşdü. 1992-ci ilin yay aylarından Yeni Azərbaycan Partiyasının yaranması fəaliyyətinə başladıq. Məhz "Səs" qəzetində "91"lərin müraciəti dərc olunmuşdu. Onların müraciətinə cavab olaraq "Böyük Heydər Əliyev" yazısı dərc olunmuşdu. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yarandığı gündən, faktiki olaraq, "Səs" qəzeti YAP-ın əsas ruporuna çevrilmişdi. Həm partiyanın ümumi fəaliyyəti, həm də rəhbərliyin fəaliyyəti işıqlandırılırdı və Azərbaycan cəmiyyətinə çatdırılırdı.
Mən də fəxr edirəm ki, "Səs" qəzetinin 13 ilini mən qəzetə rəhbərlik etmişəm. Bu, mənim üçün böyük şərəfdir, həyatımda ən şanslı illərdir. "Səs" qəzetinin manşetində Ulu Öndərin şəkli əks olunubdur və onun sözləri qeyd olunubdur ki, "Səs" qəzeti mənim üçün ən əziz qəzetdir. Bu Ulu Öndərimizin verdiyi qiymətdir.
- Sizin "Səs" qəzetinə
gəlişinizlə qəzetin cəsarəti, qətiyyəti
daha da artdı. İnsanlar sizin ətrafınızda
toplaşdılar. Sizdə inam hardan idi ki, ictimai fikir dəyişəcək,
haqqında təbliğat apardığınız Ulu Öndər
hakimiyyətə gələcək, bütün bunlara sizdə
ümid hardan idi?
- Hesab edirəm ki, insanda əqidə olmalıdır. Mən nə üçün "Səs"ə gəldim? Bilirsiniz ki, 1992-ci ili aprel-may aylarında yaş senzi ilə bağlı mitinqlər keçirirdik. Faktiki olaraq mütəşəkkil "Əliyevçilik" hərəkatı o mitinqlərdən başladı. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının sevimlisi olubdur. Biz o vaxt əlində silah olan innsanlarla ideya ilə vuruşurduq, silahla yox! Mən "Elm" qəzetində çalışırdım. YAP-ın yaradılması məsələsi ortaya gələndə, təbii ki, mən də kənarda qala bilməzdim. Mən "Səs" qəzetinə baş redaktor vəzifəsinə gəlməli və Ulu öndər Heydər Əliyevin ideyaları, dəsti-xəttini müdafiə etməli idim. "Səs"in Ulu Öndər Heydər Əliyevin tribunasına çevrilməsi üçün əlimdən nə gəlirdisə etməli idim. O vaxtdan bu günə qədər "Səs" qəzetinin bir ana xətti olubdur. Bunu hər kəs bilir. Ulu Öndər Heydər Əliyev çox böyük dövlət xadimi və mütəfəkkir idi. Onun ideyaları çox böyük və əvəzsizdir. Mənim bir mövqeyim olub, o da Ulu Öndər Heydər Əliyevin mövqeyi.
- Bilirsiniz ki, o dövrdə "Səs"
qəzeti indiki müxalifətçilərə həyat dərsi
keçirdi. Siz əvvəl müxalifət, sonra isə
hakimiyyət qəzetinə rəhbərlik edirdiniz. Bu keçidi
necə etdiniz, sizin üçün çətin olmadı
ki?
- YAP həmin
vaxt müxalifətdə olan partiya, "Səs" isə
müxalifətdə olan mətbu orqan idi. Biz o vaxt nümunə
göstərdik, indiki dırnaqarası müxalifətə
nümunə olduq. Biz həmin vaxt hakimiyyəti tənqid edəndə,
konstruktiv və sivil tərzdə tənqid edirdik. İndiki
müxalifət partiyaları partiyamızdan, qəzetləri isə
qəzetimizdən nümunə götürməli idilər.
Biz həmişə vahid ideyanı müdafiə etmişik. Bu
mənafe isə dövlətçilik, Azərbaycançılıq
ideyalarından ibarət idi. Biz heç vaxt partiyanın mənafeyini
dövlətin, xalqın mənafeyindən üstün
tutmamışıq. Bizə təzyiqlər, basqılar
olunurdu. Hətta bir dəstə "qoçu" qəzetimizə
hücum eləyib, güllə atmışdı. Mənim
avtomobilimin əyləcini də xarab etmişdilər ki, mən
qəzaya düşüm. Həm "Səs" qəzeti, həm
"Əlincə" Cəmiyyəti, həm də
partiyamız üç otaqda fəaliyyət göstərərək,
mübarizə aparırdıq.
Səs.- 2011.- 11 yanvar.- S. 9.