Siyavuş Novruzov: “O dövrdə “SƏS” qəzeti
Ümummilli Liderimiz Heydər Əliyevə, millətimizə, dövlətçiliyimizə
qarşı yazılan
yazılara ən kəskin cavab verən yeganə qəzet idi”
Ölkədə gedən sosial-iqtisadi inkişaf, həyata keçirilən
quruculuq işləri,
Prezidentin apardığı
daxili və xarici siyasət ilə bağlı, o cümlədən, seçki prosesi ilə əlaqədar
"Səs" qəzeti
YAP-ın şəhər
və rayon təşkilatlarında aparılan
təbliğat-təşviqat kampaniyası dövründə
bütün bu sahələrlə bağlı
geniş məlumatlar veribdir. Bu gün
"Səs" qəzeti
regional siyasətdə,
dövlətçiliyin müdafiə
olunmasında, sosial-iqtisadi
siyasətdə öndə
gedir və bütün bu məlumatları ictimaiyyətə
çatdırır.
- 1990-cı illərin
əvvəllərində senzuranın
tam gücü ilə işləməsi,
mətbuata olan təzyiqlər, o dövrdə hakimiyyətdə
olan qüvvələrin
mətbuata basqıları
mətbuat işçilərinin
fədakarlığını sarsıda bilmədi. Bu nədən irəli gəlirdi?
- Birincisi, bu insanlarda olan vətən sevgisindən irəli gəlirdi. İkincisi, Azərbaycanın yeganə xilas yolu Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıtmasından ibarət idi. Bu insanlar gecə-gündüz müsahibələr alardılar. Ulu Öndər Heydər Əliyevin ideyalarını təbliğ edənlər dəfələrlə təzyiqlərə məruz qalırdılar. "Səs" qəzetinin baş redaktoru Ağəbəy Əsgərov dəfələrlə Respublika Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna çağırılmışdı. Ona xəbərdarlıqlar olunub, həbs olunacağı barədə hədələrə tuş gəlib. Məqalə müəllifləri prokurorluğa çağırılırdı və onlara deyilirdi ki, siz Heydər Əliyev haqqında yazmayın. Onları hədələyirdilər ki, Naxçıvandakı hadisələri qəzet səhifələrinizdə işıqlandırmayın. Hətta elə olurdu səhifələr ağ şəkildə çap olunurdu. Həmin dövrdə ən əsas materiallar "Səs" qəzetində çıxırdı. "Səs" qəzetində "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciətinin verilməsi cəmiyyətdə bomba kimi partladı. Həmin vaxt "Səs" qəzetində Əli Əhmədovun, Zahid Qaralovun, Kərim Kərimovun, Murtuz Ələsgərovun yazıları çap olunurdu. Bu yazılar o vaxtkı iqtidarı silkələyirdi. "Səs" qəzetinə hər gün yüzlərlə, minlərlə insanlar rayonlardan gəlirdilər və saysız-hesabsız məktublar göndərirdilər. "Səs" qəzetinin o vaxt maddi imkanları olmasa da, kollektivi xalqla bərabər Ulu Öndər Heydər Əliyevə müraciət edir və Onun gəlməsini yeganə çıxış yolu, Azərbaycanın qurtuluş yolu hesab edirdi. Bütün bunlar xalqın fədakarlığı nəticəsində mümkün oldu. Təzyiqlərə, hücumlara, qəddarlığa tab gətirən "Səs" qəzeti daha cəsarətli oldu, öz yolundan dönmədi. Xalqa və Ulu Öndər Heydər Əliyevə olan məhəbbət onları bu mübarizədən qələbə ilə çıxardı. Heydər Əliyevə, Onun Azərbaycanın xilaskarı olduğuna inananlar öz yollarından dönmədilər. Bir şeyi də qeyd edim ki, "Səs" qəzetinin əvvəlki işçilərinin əksəriyyəti hələ də qalmaqdadır. Bu, çox yaxşı haldır. Qəzet var ki, 2-3 aydan bir kollektivi dəyişir və tez-tez biri gəlib-biri gedir.
- Bilirsiniz ki, ölkədə islahatların həyata keçirilməsində mətbuatın rolu böyükdür. "Səs" qəzetinin Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin reallaşdırdığı layihələrin, həyata keçirdiyi islahatların, işlərin işıqlandırılmasında böyük rolu var. Buna münasibətiniz?
- Ulu Öndər Heydər Əliyev bütün qurultaylarda, partiyanın yubileylərində, İdarə Heyətinin yığıncaqlarında ən azı 4-5 dəfə "Səs" qəzetinin adını çəkirdi və onun fəaliyyətinə qiymət verirdi. "Səs" yeganə qəzet idi ki, təkbaşına mübarizə aparırdı. Ümummilli Liderimiz Heydər Əliyevə, millətimizə, dövlətçiliyimizə qarşı yazılan yazılara ən kəskin cavab verən "Səs" qəzeti idi.
Ölkədə gedən sosial-iqtisadi inkişaf, həyata keçirilən quruculuq işləri, Prezidentin apardığı daxili və xarici siyasət ilə bağlı, o cümlədən, seçki prosesi ilə əlaqədar "Səs" qəzeti YAP-ın şəhər və rayon təşkilatlarında aparılan təbliğat-təşviqat kampaniyası dövründə bütün bu sahələrlə bağlı geniş məlumatlar veribdir. Bu gün "Səs" qəzeti regional siyasətdə, dövlətçiliyin müdafiə olunmasında, sosial-iqtisadi siyasətdə öndə gedir və bütün bu məlumatları ictimaiyyətə çatdırır.
- Son olaraq arzunuz? Bizim kollektivə nə arzulayırsınız?
- Mən özümü bu kollektivdən ayırmıram. Bütün kollektivə bir daha uğurlar arzulayıram, tutduqları bu düzgün mövqedə, yolda daima inkişaf etsinlər və Azərbaycanın qorunmasında, Prezident siyasətinin müdafiəsində, necə ki, bu işləri başlamışdılar, elə də davam etdirsinlər.
Səs.- 2011.- 11 yanvar.- S. 10.