Mübariz Qurbanlı: Ən
çətin bir mərhələdə "Səs" qəzeti
öz tarixi missiyasını uğurla yerinə yetirdi
"Səs" qəzetinin nəşr
olunduğu dövr olduqca mürəkkəb bir dövr idi. "Səs" qəzetinin
yaradılmasına dəstək verən insanların bu qəzetin
mətbu orqanlar arasında özünəməxsus yer
tutmasında böyük əməyi olmuşdur. "Səs"
qəzeti həmin çətin dövrdə bu ağır vəzifəni
öz üzərinə götürmüşdü. Mən
deyərdim ki, çətin bir mərhələdə "Səs"
qəzeti öz tarixi missiyasını uğurla yerinə
yetirdi.
- Bizim "Səs" qəzeti gələn il 20 illiyini
qeyd edəcək. Bununla bağlı ötən illərə
nəzər salaq. "Səs" qəzetinin
yarandığı dövrdə Azərbaycanda nə baş
verirdi?
- Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən, demokratik mətbuat tarixində "Səs" qəzetinin özünəməxsus yeri və rolu vardı. Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması ərəfəsində ölkəmizdə çox ciddi siyasi proseslər gedirdi. Ermənistanın Azərbaycana ərazi iddialarına cavab olaraq 1988-ci ildən başlayaraq, ölkəmizin hər yerində nümayişlər, mitinqlər keçirilirdi. Bu mitinqlərdə səslənən əsas fikirlərdən biri ölkəmizin ərazi bütövlüyünün saxlanması idisə, ikincisi həmin dövrdə Azərbaycana rəhbərlik edən dairələrin ölkəmizin milli maraqlarına zidd getməsinə qarşı yönəlmişdir. Həmin vaxt ölkəni idarə edənlər Azərbaycanın milli maraqlarını ifadə edə bilmirdilər. O dövrdə xalq hərəkatının ən yüksək zirvəyə çatdığı zaman meydanlara toplaşanların əllərində Ulu Öndər Heydər Əliyevin portretləri var idi. Ulu Öndərin portretlərinin meydana gətirilməsi xalqın Ona olan inamı ilə bağlı idi.
Həmin vaxt ictimai-siyasi həyatımızda azad mətbuata böyük ehtiyac duyulurdu. Ölkədə gedən prosesləri xalqa çatdırmaq ehtiyacı yaranmışdır. Belə bir vaxtda yaranmış olan "Əlincə" Cəmiyyəti və buraya toplanmış tanınmış insanları yeni bir mətbu orqanın yaradılması ideyasını irəli sürmüşdü. Bu ideya xeyirxah bir ideya idi. Çünki bir tərəfdən Azərbaycanda gedən prosesləri xalqa çatdırmaq lazım idi, digər tərəfdən blokada şəraitində olan Naxçıvanda gedən prosesləri obyektiv şəkildə işıqlandırmaq lazım idi. Ona görə də, "Əlincə" Cəmiyyətində bu ideya irəli sürülərkən, hər kəs tərəfindən dəstəkləndi və "Səs" qəzeti nəşr olunmağa başladı. "Səs" qəzetinin nəşr olunduğu dövr olduqca mürəkkəb bir dövr idi. "Səs" qəzetinin yaradılmasına dəstək verən insanların bu qəzetin mətbu orqanlar arasında özünəməxsus yer tutmasında böyük əməyi olmuşdur. Əməyi olan insanlar arasında "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərovun rolunu xüsusi qeyd eləmək istəyirəm. O, həmin çətin dövrdə bu ağır vəzifəni öz üzərinə götürmüşdü. Mən deyərdim ki, çətin bir mərhələdə "Səs" qəzeti öz tarixi missiyasını uğurla yerinə yetirdi. Mən özüm o dövrdə "Səs" qəzetinə yazılar vermişdim, bu qəzetlə əməkdaşlıq etmişdim. Həmin vaxt "Səs" qəzeti 30-35 min tirajla çap olunurdu. Bir dənə də qəzet köşkdə qalmırdı. İnsanlar "Səs" qəzetində gedən yazılara böyük həvəs göstərirdilər. Bu da qəzetin günbəgün artan nüfuzu demək idi. "Səs" qəzeti Azərbaycan milli azadlıq hərəkatının ruporuna çevrilmiş qəzetlərdən biri idi. Azərbaycan mediasında özünə yer tutan "Səs" qəzeti ölkəmizdə başlanmış olan milli azadlıq hərəkatının meydanlarından biri idi.
- Həmin dövrdə prezident
seçkilərində yaş senzinin tətbiq olunmasına
qarşı ideoloji təbliğatın aparılmasında
özlərini demokrat adlandıran "AXC-Müsavat"ın
hakimiyyəti dövründə müxtəlif təzyiqlərin,
yazıların baş alıb getməsi və buna
qarşı "Səs" qəzetinin özünəməxsus
mübarizəsi var idi...?
- "Səs"
qəzetinin fəaliyyətini bir neçə mərhələyə
bölmək olar. "Səs" qəzetinin təsis
olunduğu ərəfədə bunun təsis olunması
ideyasının ortada olduğu dövr birinci dövrdür.
İkincisi, "Səs" qəzetinin təsisindən
1993-cü ilə qədər olan dövrdür. Həmin vaxt "Səs" qəzeti
1992-ci ildə prezident seçkilərində qoyulmuş
yaş senzi ilə bağlı məhdudiyyətə
qarşı geniş izahat işi aparmışdı. "Səs"
qəzetində gedən yazılarda ana xətt ondan ibarət
idi ki, Azərbaycanda keçirilən prezident seçkilərinin
demokratik olması üçün hansısa bir məhdudiyyət
qoyulmamalıdır. Qeyd edim ki, hələ bundan əvvəl məhdudiyyəti
hələ Ayaz Mütəllibov tətbiq eləmişdi.
Mütəllibov rejimi Azərbaycanda keçirilən prezident
seçkilərində yaş məhdudiyyətini tətbiq eləməklə
Ulu Öndər Heydər Əliyevin seçkilərə
qatılmasına əngəl olmaq istəyirdi. Təəssüflər
ki, Mütəllibov rejimi 1992-ci ilin mayında Azərbaycanda
hakimiyyətdən devrildikdən sonra hakimiyyəti zəbt
etmiş olan Azərbaycan Xalq Cəbhəsi və onun ətrafınıda
olan qruplaşmalar, o cümlədən, Müsavat partiyası
1992-ci il prezident seçkilərində yaş senzini
saxlamışdılar. Özlərini demokrat adlandıran dairələrin
də yaş senzinin saxlaması onların da Ulu Öndər
Heydər Əliyev amilindən və şəxsiyyətindən
nə qədər çəkindiklərinin bariz nümunəsi
idi. "Səs" qəzetində əsas ana xətt Azərbaycanda
demokratiya çağırışları idi. "Səs"
qəzeti əhalini lazımi informasiyalarla təmin edirdisə,
geniş maarifçilik işi də aparırdı. Eyni
zamanda, "Səs" qəzetində ermənilərin Azərbaycana
təcavüzü və bu təcavüzün
qarşısının alınması ilə bağlı təhlili
yazılar verirlirdi. Bütövlükdə
götürdükdə, həmin dövrdə "Səs"
qəzetində maarifçiliyi, operativ məlumat verməyi və
milli vəzifələrin izahını görmək olurdu.
Səs.- 2011.- 11 yanvar.- S. 11.