Yanan, yaradan, yaşadan “Səs”
Müstəqillik aktının qəbul
edilməsinin ilk anlarından Azərbaycan Respublikası təcrübəsiz,
lakin özündənrazı,
ambisiyalı dırnaqarası
rəhbərlərin səriştəsiz
fəaliyyəti nəticəsində
məhvolma təhlükəsi
ilə üzləşdi.
Ölkəmizin üzərini
qara buludlar bürüməyə
başladığı andan xalqımız
faciəli günlərini
yaşamaq məcburiyyətində
qaldı. Bu həmin vaxt idi ki, 1918-ci ildə olduğu kimi, bu dəfə
də xaricdən idarə olunan dünyanın məkrli siyasi qüvvələri Azərbaycanın daxildəki
separatçı qüvvələri
ilə əl-ələ
verərək müstəqilliyimizi boğmağa,
ölkəmizi bir müstəqil dövlət
kimi dünyanın siyasi xəritəsindən
silməyə çalışırdılar.
Nəticədə Vətən
torpaqları düşmən
tapdaqları altında
tapdalanır və Azərbaycan adlı gəmi dünya meridianlarında istiqamətini
itirirdi. Amma Azərbaycan dövlətçiliyinə
qarşı yönəldilmiş
bütün şər
qüvvələr əsas
və başlıca məsələni unudurdular.
Çünki xalqımızın
qeyrət və namus simvolu olan
Böyük Heydər
Əliyev dühası
bununla heç vaxt barışa bilməzdi. O bu anlar gecəni
gündüzə qataraq,
yorulmaq bilmədən
respublikamızın nicat
yollarını özünəməxsus
müdrikliklə axtarırdı.
Məhz həmin böhranlı günlərdə
bir qrup vətənpərvər ziyalımızın
ilk dəfə “Səs” qəzetində dərc olunan müraciətinə,
Naxçıvanda çətin və
ağır şəraitdə
yaşayan qeyrətli vətəndaş, Bəhruz
Kəngərlilərin, Cəlil
Məmmədquluzadələrin, Hüseyn Cavidlərin vətən və xalq qayğılı narahat ruhlarının nigarançılığına layiqli bir varis
kimi yanaşan Heydər Əliyevimiz oldu.
Çoxları şahiddir ki,
tariximizin müdhiş
günlərində Azərbaycanla
əlaqələrini itirməkdə
olan qədim diyarımız Naxçıvan
blokada şəraitində
yaşayır, erməni
qəsbkarlarının həmlələrinə
mərdliklə sinə
gərir, sosial-iqtisadi
çətinliklərin,əzablı
yükünü daşıyır,
yeni zamanda ilk dəfə müstəqillik, azadlıq ideyalarımızın
bayraqdarı kimi çıxış edirdi.
Belə bir vaxtda qışın
soyuq, şaxtalı günlərində Heydər
Əliyevimiz ilk dəfə “Səs” qəzetinin səhifələrində
dərc olunacaq Yeni Azərbaycan Partiyasının Nizamnaməsi
üzərində işləyir,
imperiya əsarətindən
qurtulmaq istəyən
Azərbaycanımızın bu gününü və sabahını düşünür,
onun parlaq zəkasından həmin anlar güc alan məsləkdaşlar məhz Naxçıvanda Heydər Əliyevimizin ətrafında toplaşırdılar.
Bu anlar Böyük Öndər soydaşlarımıza,
həmvətənlərimizə, Azərbaycanın qeyrətli
və qəhrəman övladlarına milli qurtuluş, nicat yolunu göstərirdi. Tarixi dövlətçilik ənənələrinə
və milli- əxlaqli mənəvi dəyərlərimizə, qeyrətli
vətən oğullarına
arxalanan Heydər Əliyevimiz müqayisəedilməz
və bənzərsiz
bir lider kimi cəmiyyət tərəfindən sonsuz və dərin bir məhəbbətlə
sevildiyinə görə xalqımızın təkidli
çağırışı ilə vətəndaş müharibəsi ərəfəsində
yenidən hakimiyyətə
qayıtdı. Vəzifə,
kürsü davası,
separatizmin tüğyan
etdiyi bir zamanda Heydər Əliyevimiz ölkədə stabilliyi bərpa edə bildi, xalqın itirilmiş inamını özünə qaytardı.
Düz 20 il öncə nəşrə
başlamış “Səs”
qəzeti o vaxt olduğu kimi, indi də
xalqımızın ictimai-siyasi,
mədəni-mənəvi və
intellektual intibahında
əvəzsiz yeri olan bir KİV kimi təşəkkül
tapmışdır.
Artıq danılmaz həqiqətdir
ki, ictimai-siyasi həyatımızda aparıcı
rol oynayan “Səs” qəzetini özünə doğma tribuna seçən Yeni Azərbaycan Partiyası Vətənimizin
çox dəhşətli
təhlükələrlə üz-üzə durduğu
bir vaxtda, iqtisadi-siyasi səbatsızlığın,
separatizmin hökm sürdüyü bir dövrdə, mədəni-mənəvi böhranlar
zamanında, bir sözlə, məmləkətimizin
ziddiyyətlər, təzadlar
burulğanında boğulan
anında meydana gəlməsi bilavasitə
Heydər Əliyevimizin
fenomenal şəxsiyyətilə
bağlıdır. Azərbaycanın
üçrəngli bayrağının
dünya bayraqları arasında əzəmətlə
dalğalanması Heydər
Əliyev zəkasının
parlaq qələbəsidir.
Bir zamanlar Azərbaycanın böyük
filosof- şairi Məhəmməd Hadi xalqımızın və
Vətənimizin taleyini
düşünərək,
“İmzasını
qoymuş millətlər
övraği həyata,
Yox millətimin xətti bu imzalar
içində”.
Misralarını ürək ağrısıyla
qələmə almışdı. Çox
şükürlər olsun
ki, indi qürurla, fəxrlə deyə bilərik ki, imzamızı Azərbaycan xalqının
dünya şöhrətli
oğlu Heydər Əliyevimiz imzalar arasında yazmaqla, unudulmaz şairimiz Məhəmməd Hadinin ruhuna bir sevinc
bəxş etdi.
Azərbaycanın gələcəyi xoşbəxtdir
və firavandır. Çünki
onu bu xoşbəxt
gələcəyə Böyük
Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı
İlham Əliyevimiz kimi parlaq siyasi lider aparır. İlham Əliyevimizin şəxsiyyətində
Heydər Əliyev siyasətinin incəliklərini,
Heydər Əliyev diplomatiyasının əvəzsiz
davamçısını görən
xalqımız haqlı
olaraq tükənməz
enerji mənbəyini,
yaşamaq, yaratmaq eşqini, Heydər Əliyevimizin dühasını,
qüdrətini və
əzəmətini özündə
əks etdirmiş İlham Əliyevimizlə
fəxr edir.
Azərbaycanın çox
mürəkkəb tarixi
dövründə dövlətçiliyin
qorunması və inkişafında, xalqın
ictimai-siyasi, mədəni
həyatında özünəməxsus
rolu olan “Səs” qəzetinin kollektivini və özünü “Səs” qəzetinin kollektivindən
ayrı hiss etməyən
partiya üzvlərini
qəzetin 20 illik yubileyi münasibətilə
ürəkdən təbrik
edirəm və onlara gələcək fəaliyyətlərində daim
uğurla müşayiət
olunan yaradıcılıq
və mübarizə əzmi arzulayıram. Bir də Sizə
arzum budur ki, YANIN, YARADIN,
YAŞADIN!
Hacıbala ABUTALIBOV
Səs.- 2011.- 11 yanvar.- S. 14.