"Səs" qəzeti ölkəmizin ikinci müstəqilliyi
ilə yaşıddır
“Səs" qəzetini 20
illik yubileyi ilə əlaqədar hər şeydən əvvəl
qəzetin yaradıcı kollektivini, redaksiya heyətini ürəkdən
təbrik edirəm. Bu neçə illərdə "Səs"
qəzetinin redaksiyasında, bu qəzetin kollektivində
çalışan insanların fədakar əməyini
yüksək qiymətləndirirəm. Düşünürəm
ki, müstəqilliyimizdən keçən çox qısa
bir müddət ərzində, dövlətçiliyimizin daha
da möhkəmlənməsi, inkişaf etməsi və əbədi
olması üçün Ulu Öndər Heydər Əliyev
göstərmiş olduğu fəaliyyət çərçivəsində
öz işini quran əsas məqsədini də bu
ideyaların möhkəmlənməsinə Ümummilli Liderin
siyasi kursun iştirakçılarının fəaliyyətinə
həsr edən "Səs" qəzetini ürəkdən təbrik
edirəm. Arzu edirəm ki, bu qəzet daha böyük
yaradıcı uğurlara imza atsın. Çünki hər
şeydən əvvəl "Səs" qəzeti bir
yaradıcı və qələm əhlinin
toplaşdığı bir təşkilat olmaqla yanaşı,
eyni zamanda, siyasi bir təşkilatdır. Mən bunu belə dəyərləndirirəm.
Çünki "Səs" qəzeti yaradıcı kollektiv
olmaqdan daha çox, eyni zamanda, dövlətçiliyimizin
qarşısında dayanan siyasi məqsədlərinin
reallaşması istiqamətində öz səylərini
göstərdiklərinə görə, həm də bu qəzetə
siyasi uğurlar arzulayıram. Doğrudur, mətbuatın
siyasiləşməsi daha çox siyasi mövqedə
dayanması çox zaman müzakirə predmeti olur. Amma bunu hər
kəs bilir ki, ayrı-ayrı ölkələr xalqlar öz
müstəqilləklərini yeni əldə etdikdə
dövlətlərini yeni qurmağa başladıqda, məhz mətbuat
orqanlarının bir çoxu öz başlıca fəaliyyətindən
daha çox buk imi məqsədlərin yerinə yetirilməsinə
səfərbər olur. Hesab edirəm ki, "Səs" qəzetinin
fəaliyyətini şərtləndirən ən birinci
göstərici də məhz budur. Və bu illər ərzində
"Səs" qəzeti bunun öhdəsindən ləyaqətlə
gəlməyi bacarıb. Burada çalışan əməkdaşlar
bir ziyalı, yazıçı, bir qələm əhli
olmaqdan daha çox bir vətənpərvər insan, eyni
zamanda, öz ölkəsinin, xalqının mənafeyini
maraqlarını hər şeydən üstün tutan əsil
vətəndaşlar kimi çıxış ediblər. Mən
bir daha sizi ürəkdən təbrik edirəm və arzu edirəm
ki, "Səs" qəzeti xalqımızın dövlətimizin
uğurlarının səsini sədasını bütün
dünyaya çatdırsın. Demək olar ki, "Səs"
qəzeti ölkəmizin ikinci müstəqillyi ilə
yaşıddır. Bu illər ərzində görülən
bütün işlərdə qəzet bilavasitə yaxından
iştirak edib. Amma hələ dövlətimiz və
xalqımız üçün görüləsi işlər
çox olduğu üçün hesab edirəm ki, "Səs"
qəzetinin bu missiyası da uğurla davam edəcək.
Bahar MURADOVA
Səs.- 2011.- 11 yanvar.- S. 16.