“Səs” qəzeti böyük bir ideologiya yolu
keçmişdir
Müstəqil Azərbaycanda
kütləvi informasya vasitələrinin
sayı durmadan artmaqdadır. Mütaliəni sevən, onun
mənəvi vacibliyini,
zərurətini dərk
edən insanlar
KİV-lərdən istifadə
etmədən yaşaya
bilməz. KİV-lər içərisində
iqtidaryönümlü qəzetlərin
xidməti mənim üçün daha yüksək qiymətə
layiqdir. Vaxtilə Üzeyir
bəy Hacıbəyovun
bir felyetonunda deyilirdi ki, məşədi,
qəzetiniz bağlansa
nə olar? O, öz cavabında bildirirdi ki, "lal, kar, kor
olarıq". Bu baxımdan da Yeni Azərbaycan Partiyası yarandığı
gündən "Səs"
qəzeti bu partiyanın səsi, ürək sədası olub. Partiyanın mövqeyini, məramını,
nizamnaməsini, məqsədini
"Səs" qəzeti
bütün dünya ictimaiyyətinə çatdırıb.
Azərbaycan xalqının Ulu
Öndəri Heydər
Əliyev bildirirdi ki, mənim üçün ən əziz qəzet "Səs" qəzetidir.
Bu gün böyük
iftixar hissi ilə demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının ovqatını
cəmiyyətimizə çatdıran,
Partiyanın mövqeyini
geniş oxucu auditoriyasına təqdim etməyi bacaran "Səs" qəzeti, doğrudan da, böyük bir ideologiya yolu keçmişdir. İstər
iqtidarın, cəmiyyətimizin
tərəqqisi, inkişafı,
insanlarımızın rifahı
üçün atmış
olduğu unikal addımları geniş ictimaiyyətə təqdim
etməklə, istər
gənclərimizə YAP-ın
ideologiyasının təqdim
edilməsində, istər
müxalifətin iç
üzünün təqdim
edilməsində, istərsə
də cəmiyyətimizdə
baş verən ictimai-siyasi hadisələrin
işıqlandırılmasında, Azərbaycanın mövqeyinin
dünyaya çatdırılmasında
"Səs" qəzetinin
əvəzedilməz rolu
mövcuddur. Bir oxucu kimi "Səs" qəzetində
dərc edilən hər bir yazını
oxuyarkən məndə
bir əhval-ruhiyyə
formalaşır ki, bu qəzetin əməkdaşları bütün
varlıqları, ağılları,
zəkaları, sədaqətləri
ilə, Yeni Azərbaycan Partiyasının
mövqeyində möhkəm
dayanan, lazım gələndə bu partiyanın ideologiyası
uğrunda həyatlarından
keçən insanlardır.
Bu qəzetin mövqeyi,
əhval-ruhiyyəsi insanlara
məhz bunları aşılayır. Cəmiyyətdə gedən ictimai-siyasi hadisələr bu günləri ən çox "Səs" qəzetində işıqlandırılır.
Ona görə
də, qarşıdan
gələn 20 illik yubileylə bağlı
"Səs" qəzetinin
əməkdaşlarına onun
hər bir səhifəsini zəhmətlə
diqqətdən keçirən
insanlardan, onun hər kəlməsi, hər fikiri üçün əmək
sərf edən ömür sərf edən insanlara təşəkkür edirəm
ki, respublikamızın
ən böyük siyasi qüvvəsi olan YAP-ın fəaliyyətini məhz bu cür təqdim
edib işıqlandıra
bilirlər.
Ulu Öndərimiz Heydər Əliyevin qurub yaratmış olduğu Yeni Azərbaycan Partiyası Onun ideoloji qanadları
olan "Səs" qəzeti və bu qəzetin əməkdaşları bu
günləri, doğrudan
da, respublikamızın
ən hünərvər,
haqq arayan insanlarıdırlar. Mən
bu haqq aramaq
yolunda "Səs"
qəzetinin hər bir əməkdaşına
böyük dəyanət,
qüvvət arzulayıram.
Ağlınız, zəkanız,
biliyiniz güclü olsun, qələminiz iti, ən əsası
canınız möhkəm
olsun ki, sizlər bu mühüm işlərin
öhdəsindən layiqincə
gələ biləsiniz.
Nurlanə Əliyeva
Səs.- 2011.- 11 yanvar.- S. 16.