"Səs" qəzeti öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb

 

Azərbaycanın ən müasir tarixində baş verən hadisələr, son 20 ildə yaşananlar: xalqımızın mübarizəsi, müstəqil dövlət quruculuğu, yüksək mədəni-sosial, iqtisadi inkişaf beynəlxalq nüfuzunun artması baxımından tarixə qızıl hərflərlə yazılmağa layiqdir. bu dövrün müasirləri, bu proseslərin iştirakçıları sözsüz ki, öz ləyaqətli, mübariz fəaliyyətləri ilə tarix yaradıb - yazanlardandırlar.

Səs" qəzeti daim inkişaf edən, zamanın, dövrün önündə gedən, özünün bütün intellektual, texniki imkanları ilə xalqımıza, dövlətimizə sədaqətlə xidmət göstərən kollektivi ilə Azərbaycanın son 20 illik tarixinə öz adını yazdırıb, öz möhürünü vurub Azərbaycan ziyalılarının, vətənpərvər oğulların xalqımızın xilası üçün Ulu Öndərimiz Heydər Əliyevə müraciət edərkən xalqın tribunası kimi məhz "Səs" qəzetinin seçilməsi böyük tarixdə "Səs" qəzetinin yerini rolunu göstərən mühüm amillərdəndir.

20 il, əslində, kiçik zaman baxımından xeyli müddət olmasa da, "Səs" qəzeti 20 il ərzində tarix baxımından böyük mühüm bir dövrdə Azərbaycan xalqı qarşısında müstəqil dövlətimizin inkişafında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş bu gün bu prosesdə öz məsuliyyətli fəaliyyətini davam etdirməkdədir. Müasir Azərbaycan tarixinin mühüm dövründə Ulu Öndərimiz Heydər Əliyev ideologiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin qurulması inkişafı, yeni tarixin yaradılmasında iştirak etmək fəxarəti nəsib olan "Səs" qəzetinin kollektivini ürəkdən təbrik edirəm, daima müvəffəqiyyət uğurlarla müşayiət olunan yaradıcılıq illəri arzulayıram.

 

 

Rasim QULİYEV

 

Səs.- 2011.- 11 yanvar.- S. 17.