Kərim Kərimov: “Bütün bu dövrlərdə "Səs"
qəzeti Ulu Öndər Heydər Əliyev ideyaları ilə, Yeni Azərbaycan Partiyasının
yaranması ilə bağlı təbliğatla
məşğul olurdu”
- Gələn
ilin yanvar ayında "Səs" qəzetinin 20 illik yubileyi qeyd olunacaq.
Bilirsiniz ki, 1990-cı
ilin əvvəlində
"Səs" qəzeti
müxtəlif təzyiqlərə,
hücumlara məruz qalıb və çox keşməkeşli
tarixi yol keçib. Bu barədə nə deyə bilərsiniz?
- "Səs" qəzetinin 20 illik yubileyi yaxınlaşır. Bu illərə nəzər salanda, görürsən ki, "Səs" qəzetinin fəaliyyəti
çoxşaxəli olub.
Bu qəzet 1991-ci ilin yanvar ayında
yaradılıb. Həmin
dövrə nəzər
salsaq, Azərbaycanda vəziyyət olduqca ağır idi, torpaqlarımız ermənilər
tərəfindən işğal
olunurdu. Digər tərəfdən Azərbaycanın cənubunda,
şimalında xüsusi
separatçı qüvvələr
baş qaldırmışdı.
İqtisadi-siyasi böhran
hökm sürürdü,
vətəndaş müharibəsi
təhlükəsi yaranmışdı.
Hakimiyyətdəkilər Azərbaycanın
müstəqilliyinin əleyhinə
idilər. Onların
idarəetmədə heç
bir bacarığı,
səriştəsi yox
idi. Belə bir vəziyyətdə Azərbaycanı bu bəladan qurtarmaq üçün qabaqcıl
ziyalılar yollar axtarmağa başladılar.
Bu zaman bütün nəzərlər
Heydər Əliyevə
dikildi. Ulu Öndər Heydər Əliyevi 1987-ci ildə Moskvada bütün vəzifələrindən çıxardandan
sonra ona Azərbaycana gəlməyə
icazə vermirdilər.
Nəhayət, 3 il sonra Azərbaycana gəldi. Azərbaycan Ali Məclisinə və Naxçıvan Ali Məclisinə seçkilərdə iştirak
etdi. Hər iki quruma deputat
seçildi. Belə bir vəziyyətdə
nəzərlər Ulu
Öndər Heydər
Əliyevə yönəlmişdi.
Çünki onun gördüyü işlərin
hamısı yaddaşlarda
qalmışdı. Azərbaycanı
geridə qalmış
kənd təsərrüfatı
ölkəsindən inkişaf
etmiş sənaye ölkəsinə çevirmişdi.
Belə ağır vəziyyətdə 1991-ci ilin
yanvarında "Səs"
qəzeti rəsmi olaraq "Əlincə"
Azərbaycan Xeyriyyə
Cəmiyyətinin qəzeti
kimi fəaliyyətə
başladı. İlk
gündən hesab edirdim ki, bu,
Ulu Öndər Heydər Əliyevin qəzetidir. Onun ideyalarını təbliğ edir, gördüyü işləri
bütün açıqlığı
ilə qəzetdə göstərir və Heydər Əliyevə qarşı təbliğat
aparan qüvvələrə
qarşı çıxırdı.
Qərar qəbul olunmuşdu ki, yaşı 65-i keçən
şəxslər prezident
seçkilərində iştirak
edə bilməz. Bu açıq-aydın
Ulu Öndər Heydər Əliyevə qarşı çevrilmişdi.
Bu, maneəni aradan qaldırmaq lazım idi.
" Ümummilli Lider Heydər Əliyevin ideyalarından, apardığı
uğurlu işlərdən
yazırdıq. "Səs"
qəzeti YAP yaranandan sonra partiyanın orqanı kimi fəaliyyət göstərib.
Hətta "Yeni Azərbaycan" qəzeti
dərc olunandan sonra da "Səs" qəzeti partiya təbliğatı ilə, partiya işi ilə məşğul olurdu. Mahiyyət etibarilə
"Səs" qəzeti
düzgün amala, məqsədə qulluq edibdir. Eyni zamanda,
da, "Səs" qəzetini çox populyar edən uzun müddət o qəzetə baş redaktorluq edən Ağabəy Əsgərovun da böyük rolu var.
- "Səs" qəzeti bu gün də
Yeni Azərbaycan Partiyasının istər
təşkilatlanma işində,
istər Ulu Öndər Heydər Əliyevin ideyalarının
təbliği ilə məşğuldur.
- Həmin vaxt "Səs" qəzetinin atdığı
addım təqdir olunmalıdır. İndi bütün qəzetlər
azad söz deyə bilirlər. "Səs" azad sözün ilk qaranquşu oldu...
"Səs" qəzeti müxalifət qəzeti kimi çıxırdı,
Ulu Öndər Heydər Əliyevi təbliğ edirdi. Bir dəfə mən "Kişi" adlı məqalə yazdım. Ulu Öndər haqqında, onun keçmiş fəaliyyəti haqqında
yazılar yazdım. Bu məqalə ilə bağlı Ağabəy Əsgərova
zəng edib qorxutmuşdular ki, bir də elə
məqalə yazmasın.
Biz çətin vəziyətdə yazırdıq,
yaşamaq olduqca çətin idi. Ulu Öndər Heydər Əliyev bu qəzeti çox sevirdi. O qəzetin bütün nömrələrini diqqətlə
oxuyurdu. "Səs"
qəzetinin Naxçıvana
aparılan nüsxəsi
əgər bir gün gecikirdisə, Ulu Öndər dərhal soruşurdu ki, qəzet nə üçün gecikib? Ulu Öndər
Heydər Əliyevin dilindən "Səs"
qəzeti düşmürdü.
Bu qəzet həmişə hörmət
sahibi olubdur.
Kərim Kərimov
Səs.- 2011.- 11 yanvar.- S. 21.