Natiq Əliyev İran İslam Respublikasının energetika
naziri ilə görüşdü
Dünən Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev İran islam Respublikasının energetika naziri, həmçinin OPEK-in sədri Seyid Maqsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya nazirliyin mətbuat katibi Azər Məsimli məlumat verib. O bildirib ki, görüşdə iki ölkə arasında neft və qaz, energetika sahəsində əməkdaşlıq məsələləri, neft və qaz yataqlarının birgə işlənməsi, birgə hasilat, neft və qazın emalı, nəqli, satışı, mübadiləsi məsələləri geniş müzakirə edilib.
Onun sözlərinə görə, görüş zamanı eyni zamanda Neft Kimya Kompleksində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, bu sahədə birgə layihənin həyata keçirilməsi zərurəti vurğulanıb. Bundan əlavə görüş zamanı iki ölkə arasında neftə, qaza, energetikaya dair birgə layihələrin maliyyələşdirilməsinin nəzərdə tutacaq enerji bankının yaradılması ilə bağlı ətraflı müzakirələr aparılıb və belə bir bankın yaradılması ideyası irəli sürülüb.
"Belə bir bank
yaradılarsa, həmin
bank gələcəkdə
iki ölkə arasında energetika, neftə, qaza aid birgə layihənin həyata keçirilməsini maliyyələşdirə
bilər. Bundan başqa görüşdə
iki ölkə arasında alternativ enerji mənbələri ilə əməkdaşlıq
məsələləri və
bu sahədə imkanların ödənilməsində
təcrübə mübadiləsi
geniş müzakirə
olunub. Görüşdə
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib",- deyə mətbuat katibi əlavə edib.
Səs.- 2011.- 13 yanvar.- S. 9.