“Azərbaycan xalçaçılıq ənənələrinə
dair təlim-seminar keçirilir
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi tərəfindən
hazırlanmış xüsusi
təhsil proqramına
uyğun olaraq “Azərbaycan xalçaçılıq
ənənələri muzey
təhsilində” mövzusunda
təlim-seminar başlayıb.
İki gün davam edəcək təlim Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti
Dövlət Muzeyi tərəfindən təşkil
edilib. Layihənin məqsədi xalça sənətinin incəliklərinin
öyrənilməsi və
cəmiyyətimizin bütün
təbəqələrinin maraq
dairəsini buna yönəltməkdir. Qeyd
edək ki, təlimdə Bakı, Gəncə, Şəki, Xaçmaz, Şabran, Tovuz, Ağcabədi, Göyçay, Zərdab, Lənkəran, Qəbələ,
Quba və Füzuli şəhəri
ev-muzeylərininin rəhbərləri
iştirak edirlər.
Zümrüd
Səs.- 2011.- 14 yanvar.- S. 12.