Milli Kitab Mükafatına sənədlərin qəbulu başa çatıb

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan Milli Kitab Mükafatına sənədlərin qəbulu başa çatmışdır. MKM-in təsisçisi Nigar Köçərli bildirmişdir ki, toplantının məqsədi əsərlərin dəyərləndirilmə mexanizminin müzakirəsi prinsiplərinin qəbul edilməsidir. Keçən il müşahidəçilərin adları gizli saxlanılmışdır. Bu il onların kənar təzyiqlərə məruz qalmaması səbəbindən adları açıqlanmır. Münsiflər heyətinin tərkibi isə 6 nəfərdən ibarətdir. Müsabiqəyə Azərbaycanın əksər bölgələrindən, hətta xarici ölkələrdən 100-dən çox hekayə, povest, roman digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunmuşdur. Martın 20-də əvvəlcə 20, daha sonra isə həmin ayın 27-də 10 ən yaxşı əsərin siyahısı açıqlanacaq. Mayın 31-də Milli Kitab Mükafatının qaliblərinin adları elan olunacaq. Müsabiqədə birinci, ikinci üçüncü yerləri tutan yazarlar müvafiq olaraq üç min, iki min min manat pul mükafatlarına layiq görüləcəklər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 14 yanvar.- S. 12.