Uğurla reallaşan tarixi layihə

 

İlham Əliyev "Bu kəmər insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq..."

 

Su Tanrının insanlara böyük hədiyyəsidir. Susuz həyatın mövcud olması mümkün deyil. Su, həyatın əsas ünsürü kimi, Allahın xüsusi olaraq yaratdığı, hər növ fiziki kimyəvi xüsusiyyəti ilə həyat üçün var etdiyi bir maddədir. Dünyadakı əsas dörd ünsürdən birinin su olması da bu nemətin möcüzəsindən xəbər verir.Xalqımız üçün su paklıq, xeyirxahlıq, həyat rəmzidir.

Səfərə çıxan pis adamın dalınca daş, yaxşı adamın arxasınca su atırlar. Su bütün dövrlər üçün həyatın başlanğıcı, onun davamlı inkişafı milli tərəqqimizin qarantı deməkdir. Bir sözlə, su həm həyat, həm sağlamlıq, təmizlik, həm paklıq deməkdir. Su, eyni zamanda, millətin genofondunun sağlam təməl üzərində qurulması deməkdir. Torpaqda çalışan insanlar üçün isə su həm ruzi bərəkət deməkdir. Su həyatdır, harada su varsa, orada inkişaf vardır, haraya su gedirsə, orada həyat qaynayır. Bu mənada, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, dünyada qlobal su probleminin yaşandığı su mənbələrinin tükəndiyi bir vaxtda Azərbaycanda təmiz, mineral tərkibə malik bulaq suyunun paytaxtdan 270 km uzaq məsafədən şəhər əhalisinə çatdırılması, doğrudan da, böyük qətiyyət, iradə tükənməz enerjinin nəticəsi sayıla bilər. Bu, Azərbaycanın dövlət başçısının qarşıya qoyduğu hər bir məqsədə çatmaq uğrunda apardığı gərgin fəaliyyətin əzmkarlığının nümunəsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin məharətli fövqəl idarəetmə gücünün təntənəsidir. Dövlət başçısının bəyan etdiyi kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ölkəmizdə ən mühüm tarixi hadisədir: "Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq".

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Azərbaycanın dövlət başçısının ölkə əhalisi, xüsusən, paytaxt sakinləri üçün ən gözəl töhfəsidir. Vaxtilə "Bakıya bol-bol su gətirəcəyik", - deyən Ulu Öndərin böyük arzularından biri olan həyati vacib bu su kəmərinin tikintisi məhz Onun sadiq davamçısı, idarəçilik məktəbinin layiqli yetirməsi kimi, Prezident İlham Əliyevin böyük diqqət qayğısı sayəsində gerçəyə çevrilib. Respublikamızda həyata keçirilən digər nəhəng layihələr kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi xalqımızın həyatı üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, bu layihə kommersiya məqsədləri daşımır, sosialyönümlüdür, dövlətin xalqın sağlamlığına qayğısının bariz nümunəsidir.

Bir su kəmərinin tikilməsi ona görə önəmlidir ki, ilk növbədə, o, Bakının su probleminin həllinə kömək göstərir.

 

Uğurlu nailiyyətlərə qadir olan müstəqil Azərbaycan

 

Məhz bu kəmərin tikintisi, bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövləti hər şeyə qadirdir. Bu vaxta qədər 4 su kəməri tikilib. İlk kəmər 1917- ci il Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib. İkinci belə bir kəmər isə 1950-ci illərdə tikilib. Azərbaycanın yaxın tarixində əhalini içməli su ilə təmin edəcək son iki kəmər isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Oğuz-Qəbələ-Bakı su kəməri isə beşincidir. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycan üçün prioritet məsələdir, xüsusən, su təhcizatı, demək olar ki, bu bölgədə mövcud olan su yüksək keyfiyyətə malikdir. Dünyanın ən yüksək standartlarına uyğundur. Su kəmərinin istifadəyə verilməsi həyat üçün vacib əvəzolunmaz nemətdən düzgün istifadəyə şərait yaradacaq. Kəmərin istifadəyə verilməsi Bakı şəhərinin içməli su ilə tam təminatına imkan yaradır. Su çəkmək el arasında da savab saylır. Dədə-babalardan bu görənlərə "su qədər ömrün olsun alqışı" da elə belə deyilmir

 

Sağlamlıq üçün ən böyük töhfə

 

Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakıya çəkilməsi yaddaşlardan silinməyəcək fövqəltarixi bir hadisədir. Ümumiyyətlə, əhalini içməli su ilə fasiləsiz keyfiyyətli şəkildə təmin etmək Ümummilli Liderin hakimiyyətinin bütün dövrlərində iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunub. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır tikiləndən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcək: "Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları təmiz su içsinlər. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq? Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. etdik? Özümüz pul ayırdıq artıq kəmər tikilir. Bu il istismara veriləcək Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir o, böyük rəmzi xarakter daşıyır".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 15 yanvar.- S. 5.