YAP Gənclər
Birliyi Azərbaycanın
ən güclü gənclər təşkilatıdır
YAP Gənclər Birliyinin beynəlxalq
əlaqələr şöbəsinin müdiri Ramin
Məmmədovun yap.org.az-a müsahibəsi
- Ramin müəllim, bu yaxınlarda “Yedinaya Rossiya” Partiyasının gənclər birliyi olan “Molodaya qvardiya” təşkilatının
4-cü qurultayında iştirak
etmisiniz. Bu səfəriniz haqqında
məlumat verərdiniz...
- Bildiyiniz kimi, YAP Gənclər Birliyinin nümayəndəsi olaraq
Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasının gənclər
birliyi olan “Molodaya qvardiya” təşkilatının (MQER) dəvəti
əsasında 21-22 dekabr
tarixində bu qurumun 4-cü qurultayında
iştirak etmişəm.
Qurultayda öncə təşkilatın ötən
5 il ərzində gördüyü işlər
haqqında hesabatı
təqdim olundu. Daha sonra isə
təşkilati məsələlərə
baxılaraq, yeni heyət, rəhbər şəxslər seçildi.
Bundan əlavə, MQER-in fəal üzvləri və Rusiyanın müxtəlif
regionlarından gəlmiş
nümayəndələrin iştirakı ilə geniş forum keçirildi. Qurultay çərçivəsində, həmçinin, xaricdən
gəlmiş qonaqların
iştirakı ilə
dəyirmi masa oldu. Bu tədbirdə
mən də çıxış etdim.
- Dəyirmi masanın əsas mövzusu nədən ibarət idi? Çıxışınızda hansı məsələlərə
toxundunuz?
- Dəyirmi masada gənclər təşkilatları
arasında əməkdaşlıq
və bu əməkdaşlıq haqqında
sazişlərin imzalanmasına
dair fikir mübadiləsi aparıldı.
Tədbirdə müxtəlif
ölkələrdən gəlmiş
qonaqlar da çıxış etdilər.
YAP Gənclər Birliyi
adından mən çıxış edərək,
ilk növbədə,
tədbirə dəvət
etdikləri üçün
MQER rəhbərliyinə təşəkkürümü
bildirdim və təşkilatın fəaliyyətinə
uğurlar arzuladım.
Məlum olduğu kimi, dekabrın ortalarında Moskvada qafqazlılar əleyhinə
kampaniya başlamışdı
və rus gəncləri qarşudurmaya
meyilli hərəkətlərə
yol vermişdilər. Bu hadisələr çox ciddi narahalıq doğururdu. Mən çıxışımda
Moskvanın “Manej” meydanında baş verən bu hadisələrlə
bağlı gənclərimizin
narahatlığını bildirdim.
Təəssüflə qeyd
etdim ki, MQER bu hadisələrə mövqeyini bildirməyib, daha çox biganəlik nümayiş etdirir. Təklif etdim ki, MQER böyük bir təşkilat olaraq bu hadisələrə münasibət bildirsin. Çünki təşkilatın
mövqeyi pozucu qüvvələrə layiqli
cavab olardı.
Digər bir təklifim isə MDB məkanındakı gənclər
təşkilatlarının fəaliyyətini koordinasiya
edən qurumun yaradılması ilə bağlı idi. Bilirsiniz, MDB məkanında
mövcud olan, ciddi fəaliyyət göstərən gənclər
təşkilatlarının nümayəndələri vaxtaşırı
müxtəlif tədbirlərdə
görüşürlər. Amma bu təşkilatların
fəaliyyətini koordinasiya
edən qurum mövcud deyil. Həmin təşkilatı
yaratmaqla gələcəkdə
öz aramızda görüşüb fikir
və təcrübə
mübadilələri aparmaq
olar. Bu, gənclər təşkilatları
arasında sıx əlaqələrin qurulması
baxımından əhəmiyyətli
olardı. Mənim təkliflərim həm MQER-in rəhbərliyi, həm də qonaqlar tərəfindən
müsbət qarşılandı
və bu istiqamətdə addımlar
atılacağı bildirildi.
- Konkret olaraq, Rusiyada müəyyən qrupların
digər millətlərin
nümayənlərinə, o cümlədən, azərbaycanlara qarşı
apardıqları təbliğat,
törədilən cinayət
əməlləri ilə
bağlı MQER rəhbərliyinin
mövqeyi necə oldu?
- Əlbəttə, verdiyimiz
təkliflərin müəyyən
effekti oldu. MQER-in rəhbərlərinin
bu hadisələrə
reaksiyası sərt şəkildə bildirildi.
Qeyd olundu ki, Rusiya federativ
dövlətdir və
burada yaşayan xalqlar mehriban olmalıdırlar. “Molodoya
Qvardiya” pozucu qüvvələrə qarşı
mübarizə aparacaq
və bu da öz nəticəsini
verəcək. Çünki
təşkilat Rusiyada
gənclərin aparıcı
qüvvəsidir.
Belə ki, həmin
tədbirin axşamı
MQER tərəfindən bu
hadisələri pisləyən
bəyanat verildi. O vaxtdan başlayaraq təşkilat bir sıra addımlar atmaqdadır. Təşkilatın
rəhbəri Timur Prokopenko digər xalqlara qarşı yönəlmiş hərəkətləri
pisləyib. Həmçinin,
2011-ci ildə ekstremizmə
qarşı mübarizəni
öz fəaliyyətlərində
prioritet istiqamət kimi elan edib.
Bu fakt onu
göstərir ki, bizim təkliflərimiz qəbul olunub və bütün bunlar əməkdaşlığımızın
əhəmiyyətini artırır.
- Bu məsələ Rusiya kütləvi informasiya vasitələrində hansı
səviyyədə işqlandırıldı?
- MQER-in bu
mövqeyi Rusiya mətbuat orqanlarında,
internet saytlarında geniş
əks olundu. Bunların sırasında “Novıye İzvestiya” qəzetini, www.vazhno.ru saytını göstərmək olar.
Eyni zamanda, MQER-in mövqeyi, bu məsələ ilə bağlı fəaliyyəti təşkilatın
internet saytında da (molgvardia.ru) mütəmadi
əks olunur. Məsələn, T.Prokopenkonun bəyanatı
yanvarın 13-də səsləndirilib
və bu bəyanat saytda da yerləşdirilib.
O, Rusiya mətbuatına
bildirib ki, MQER belə hadisələri dəstəkləmir. T.Prokopenko deyib
ki, Rusiya Konstitusiyasının 29-cu maddəsində
bu dövlətdə bütün xalqların bərabərhüquqlu olduğu
və bu prinsiplər əsasında
yaşadıqları əks
olunub və MQER hər ayın 29-nu Rusiyada bütün xalqların sülh və dostluq günü kimi qeyd etməyi nəzərdə tutur.
Həmçinin, təşkilatın Moskva bölməsi də bəyanat verərək, ekstremizmə
qarşı mübarizəni
özünün fəaliyyət
proqramının prioritetlərindən
biri elan edib.
Ümumiyyətlə, Rusiya mətbuatında bu məlumatları oxuduqda, əmin oluruq ki, əməkdaşlığımızın,
həqiqətən, bəhrəsi
var və bu əməkdaşlıq
gələcəkdə bizə
daha yüksək nəticələr əldə
etmək üçün
imkan yaradır.
- Verdiyiniz təkliflər
digər xalqların nümayəndələri tərəfindən
necə qarşılandı?
- Tədbir
iştirakçılarından Qafqaz və Orta Asiyadan olan
nümayəndələr təklifimizə
dəstək verdilər.
Çünki həmin xalqlar
da Rusiyadakı ekstremist qüvvlərin fəaliyyətindən əziyyət
çəkiblər.
- Bəs dəyirmi
masada Dağlıq
Qarabağ problemi ilə bağlı hər hansı mövqe ortaya qoyuldumu?
- Bəli,
mən çıxışımda
Ermənistanın Azərbaycana
qarşı ərazi iddalarının davam etdiyini, bu dövlət
tərəfindən ölkəmizin
ərazisinin 20 faizinin
işğal olunduğunu
tədbir iştirakçılarının
diqqətinə çatdırdım.
İşğal nəticəsində 1 milyondan çox insanın öz torpaqlarından didərgin
düşdüyünü xatırlatdım. Dövlətimizin mövqeyini ifadə edərək, bildirdim ki, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək və
öz ərazi bütövlüyünü bərpa
edəcək. Eyni
zamanda, tədbirdə
iştirak edən erməni gənclərə
dedim ki, onlar bu məsləyə
sağlam məntiqlə
yanaşmalı, Azərbaycan
və erməni gəncləri münaqişənin
ədalətli şəkildə
həlli üçün
öz töhfələrini
verməlidirlər.
- Qeyd etdiniz ki, qurultay çərçivəsində
forum da keçirilib. Bu forumda hansı
məsələlər müzakirə
edilib?
- Forumda
MQER-in müasir informasiya
texnologiyalarından istifadə
imkanları ilə bağlı müzakirələr
oldu. Bu gün
Rusiya prezidenti ölkəsində yeniləşmə,
modernləşmə istiqamətində
siyasət aparır.
Gənclər də bu prosesdən kənarda qalmaq istəmirlər.
MQER həm seçkilərdə,
həm də yerli bölmələrinin
fəaliyyətində İKT-ni mənimsəməklə
ciddi nəticələr
əldə etmək istəyir. Qeyd olundu ki, artıq təşkilat
2011-ci ildə parlament,
2012-ci ildə keçiriləcək
prezident seçkilərinə
hazırlıq prosesinə
start verib.
Sonra Rusiyanın rəhbər şəxsləri tədbirdə
çıxış etdilər. İlk olaraq
Rusiya Dövlət Dumasının spikeri, “Yedinaya Rossiya” Partiyasının Ali Şurasının
sədri Boris Qrızlov
öz çıxışında
Rusiyanın dünya siyasətində rolu və bu siyasətdə
gənclərin iştirakından
danışdı. Rusiya Federasiya
Şurasının üzvü
Boris Demidov Rusiya prezidentinin təbrikini
forum iştirakçılarına çatdırdı. Rusiya baş
nazirinin müavini
Sergey Jukov baş nazir Vladimir Putinin təbrik məktubunu oxudu. O, qeyd etdi ki, modernləşmədə
gənclərin iştirakı
vacibdir.
Mən də forumda çıxış
edərək, bildirdim
ki, 140 min nəfərdən
çox üzvü olan YAP Gənclər Birliyi Azərbaycanın aparıcı qüvvəsidir,
ən güclü gənclər təşkilatıdır.
Biz MQER-lə əməkdaşlığa hazırıq
və bu istiqamətdə addımlar
atmışıq. Nəzərinizə çatdırım ki, gələcəkdə iki
təşkilat arasında
əməkdaşlıq haqqında
sazişin imzalanması
da nəzərdə tutulub.
Ramin MƏMMƏDOV
Səs.- 2011.- 15 yanvar.-
S. 6.